Ölkənin maraqlarına qarşı olan müddəalar Alışanovun elmi işində necə yer alıb? - İLGİNC
Tarix: 7-11-2018, 09:22 | Çap et
Məmurların alimlik eşqinə düşməsi həmişə yaxşı nəticə vermir. Xüsusən ölkədən kənarda “müdafiə” olunan “elmi” işlərdə siyasi-tarixi və mənəvi saxtalaşdırmalara yol verilir. Böyük elmdə “iz qoymağa” çalışmış AzTV sədri Arif Alışanovun 2004-cü ildə Moskvada, Rusiya EA-nın Sosial-Siyasi Tədqiqatlar institutunda müdafiə etdiyi dissertasiyanı da bu qəbildən saymaq olar. Hələ müavin olduğu vaxtlarda elmə baş vurmuş indiki sədr, uzun müddət elmi işini ictimaiyyətdən gizli saxlamağa çalışıb.
İndi məlum olur ki, Rusiya ilə Azərbaycan arasında miqrasiya məsələlərinə həsr olunmuş həmin araşdırmada ciddi siyasi təhriflər, Azərbaycan əleyhinə müddəlar var. Belə anlaşılır ki, dissertasiya rus dilində olduğundan Alışanov nüansları tuta bilməyib, ya da siyasi prosesləri lazımınca dərk etməməsi səbəbindən həmin təhrifləri görməyib. Bu təhriflər daha çox rusların və etnik ermənilərin Azərbaycanı tərk etməsinin səbəbləri, Azərbaycanın milli siyasəti, ölkəmizdəki iqtisadi proseslər və bu prosesə aid statistikanın təqdimatında özünü göstərir.
Məsələn, Alışanov faktiki olaraq 90-cı illərin ortalarında Azərbaycanı ruslar üçün dözülməz şərait yaratmaqda günahlandırır və avtoreferatın 19-cu səhifəsində belə yazır: “Sovet İttifaqının dağılmasından sonra (…) Rusiya ilə Azərbaycan arasında əhalinin miqrasiya mübadiləsinin xarakteri radikal olaraq dəyişdi. Miqrasiya aydın şəkildə ifadə olunan məcburi xarakter aldı. 1997-ci ildə Azərbaycandan Rusiyaya məcburi miqrasiya ən yüksək həddə çatdı və bütün Zaqafqaziyada ümumi miqrasiya axının 46%-ini təşkil etdi”.
Təbii ki, belə yanaşma problemə sırf Rusiyanın baxışıdır. Axı 1997-ci ildə Azərbaycanda tam sabitlik hökm sürürdü, Moskva ilə münasibətlər qaydaya düşmüşdü və Alışanovun yazdığı kimi heç bir rus Bakıdan getmək məcburiyyətində qalmamışdı.
A.Alışanov dissertasiyada Qarabağ konfliktinin miqrasiya proseslərinə təsirini qeyd etsə də, bu konfliktin ərazi iddiaları ilə bağlılığını göstərmir, dolayısı ilə Azərbaycanın ərazi bötövlüyünün əleyhinə gedərək Qarabağın statusunun mübahisəli olduğunu qeyd edərək belə yazır: “80-ci illərdə Azərbaycanda miqrasiya proseslərinin xüsusiyyətləri o dövrdə meydana gəlmiş etnik kütlələrin qarşılıqlı köçürülməsinə səbəb olan Dağlıq Qarabağın statusu məsələsinə dair konfliktlə əlaqədardır” (səh.12).
İşğala məruz qalmış bir ölkənin televiziya kimi ideoloji qurumunda sədr müavini kimi yüksək vəzifə tutmuş bir məmurun belə “incə” yanaşması təəccüb doğurur.
Alışanov, sanki Azərbaycan ərazisinin 1/5 hissəsinin Ermənistan tərəfindən işğalı haqda danışmaqdan “diplomatik” şəkildə imtina edir, həqiqəti deməməyə, rus alimləri qarşısında “qərəzsiz” görünməyə çalışır.
Alışanov araşdırmasında şayiə səviyyəsində gəzən fikirlərə, o cümlədən, guya Rusiyada çalışan azərbaycanlıların hər il öz vətənlərinə 2,5 milyard dollar vəsait göndərməsi haqda qeyri-rəsmi, uydurma mülahizələrə də də istinad edir. Ən pisi odur ki, iqtisadçı alim bunu naşıcasına Qərb investorlarının Azərbaycanın neft sənayesinə qoyduğu sərmayənin həcmi ilə müqayisə edir.
Dissertasiyada Azərbaycan iqtisadiyyatının 2000-ci illərdəki durumu, Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığı, miqrasiya prosesinin səbəb və mərhələləri, miqrantların gəlirləri, ölkəmizin neft sənayesinə qoyulan investisiyalar, mərhum Heydər Əliyev dövründə aparılmış iqtisadi siyasət və s. barədə də ciddi yanlışlıqlar var ki, bunların açıq müzakirəsinin keçirilməsi və ortaya çıxan suallara “Vətənə xidmət ordeni” olan A.Alışanovun cavab verməsi çox vacibdir.
Strateq.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yeni “kütləvi qırğın silahı” – MASK
Bu gün, 14:00 |
|
|
|
• Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Bu gün, 13:12 |
|
|
|
• “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Bu gün, 12:42 |
|
|
|
• Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Bu gün, 12:28 |
|
|
|
• Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Bu gün, 12:22 |
|
|
|
• "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Bu gün, 12:20 |
|
|
|
• Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 12:13 |
|
|
|
• Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:05 |
|
|
|
• Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Bu gün, 12:03 |
|
|
|
• QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Bu gün, 11:55 |
|
|
|
• İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Bu gün, 11:33 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Bu gün, 11:25 |
|
|
|
• "Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Bu gün, 11:14 |
|
|
|
• Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 11:12 |
|
|
|
• `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Bu gün, 11:07 |
|
|
|
• Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Bu gün, 11:04 |
|
|
|
• Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Bu gün, 11:00 |
|
|
|
• SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Bu gün, 10:55 |
|
|
|
• “Azercell” bu tarif paketlərinin adını dəyişdirib bahalaşdırır - SİYAHI
Bu gün, 10:51 |
|
|
|
• Azərbaycan və Gürcüstanın həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir - MƏQALƏ
Bu gün, 10:48 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı - BİRGƏ AÇIQLAMA
Bu gün, 10:43 |
|
|
|
• Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir - İcazə verin şübhələnək...
Bu gün, 10:42 |
|
|
|
• "Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub
Bu gün, 10:35 |
|
|
|
• Bakıda dostların KÜTLƏVİ DAVASI: - ekspertlər məhkəməyə çağırıldı
Bu gün, 10:32 |
|
|
|
• Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:28 |
|
|
|
• QOCA KÖPƏYİN SON HƏMLƏSİ... - Tramp NƏ EDƏCƏK?
Bu gün, 10:25 |
|
|
|
• Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu: 80 min manat oğurlandı - TƏFƏRRÜAT
Bu gün, 10:21 |
|
|
|
• ABŞ ''rəngli inqilab''lardan İMTİNA EDİR: Qafqazı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 10:19 |
|
|
|
• Trampın andiçmə mərasiminin yerinin dəyişdirilməsi məmurları çaş-baş salıb - "Washington Post"
Bu gün, 10:16 |
|
|
|
• Hərbi vəzifəlilər ilə keçirilən təlim toplanışı davam edir - VİDEO
Bu gün, 10:02 |
|
|
|
• Bu üç ölkənin münasibəti Qafqazın taleyində mühümdür... - ŞƏRH
Bu gün, 09:56 |
|
|
|
• AQTA bu şirkətdən yenə ofis icarəyə götürdü – Hər ay 116 min ödəyəcək
Bu gün, 09:54 |
|
|
|
• "Balakhani Operating Company LTD" UĞRUNDA SAVAŞ BAŞLAYIB? - Keçmiş prezident məhkəməyə üz tutub...
Bu gün, 09:48 |
|
|
|
• Aktrisa 20 yanvarda ölən oğlundan danışdı: - “Güllə ürəyindən dəymişdi...”
Bu gün, 09:43 |
|
|
|
• Vardanyandan Nelson Mandela “düzəltmək” istəyirlər - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:41 |
|
|
|
• AMEA-nın təhlükə saçan `ÖLMƏZ KAŞŞEY`i... - "Nə qədər vəzifələrini alsalar da, qurtarmır..."
Bu gün, 09:39 |
|
|
|
• Bakıda “Əsrin məhkəməsi” başladı: Düşmənə “fakt” verməyin! - ÇAĞIRIŞ
Bu gün, 09:34 |
|
|
|
• Bakıya qarşı Zəngəzur təxribatı: Erməniləri təşvişə salan xəbər yayıldı - NƏ BAŞ VERİR?
Bu gün, 09:32 |
|
|
|
• Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib
Bu gün, 09:27 |
|
|
|
• Rauf Alməmmədovdan Prezidentə ŞİKAYƏT OLUNDU - "Siyəzənnfet"i LƏĞV ETMƏK İSTƏYİR?
Bu gün, 09:26 |
|
|
|
• Naxçıvanda türkiyəlilərə `QARDAŞ` XİDMƏTİ? - AXI NİYƏ?..
Bu gün, 09:17 |
|
|
|
• Seçkilərdə müşahidəçi olmaq istəyənlər üçün son gün - DİQQƏT
Bu gün, 09:01 |
|
|
|
• Əgər Bakı, Tiflis, İrəvan birgə hərəkət etməsə... - ŞƏRH
Bu gün, 08:59 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44 |
|
|
|
• Avtobuslarda şagirdlər üçün güzəşt tətbiq oluna bilər... - AKTUAL
Bu gün, 08:42 |
|
|
|
• ABŞ - Ermənistan sazişinin ömrü uzun çəkməz - GÖZLƏNTİ
Bu gün, 08:41 |
|
|
|
• Əyalət mollasının KÖLƏ TƏFƏKKÜRÜ - VİDEO-ARAŞDIRMA
Bu gün, 08:35 |
|
|
|
• Kəngərlinin icra başçısının QIŞ TƏDARÜKÜ - BU NƏDİ BELƏ?
Bu gün, 08:19 |
|
|
|
• İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! - BUNDAN SONRA...
Bu gün, 07:12 |
|
|
|
|