Eldar Mahmudovun axtarışda olan emissarları – kim harada gizlənib?
Tarix: 15-08-2018, 09:41 | Çap et
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov çetesinin əsas simaları dəmir barmaqlıqlara göndərilsələr də, bu günə qədər cəzadan yayınanlar da var. Sabiq nazirin özü haqda çox yazılıb, deyilib. Onunla bağlı məsələ qeyri-müəyyəndir - bu gün əminliklə “Eldar Mahmudovu tutmayacaqlar” deyənlər çoxluqdadır. Fikirlərini əsaslandırmaq üçün də gətirdikləri dəlillər də “daşdan keçir”.
Eldar Mahmudov, onun MTN-də formalaşdırdığı komandanın əməlləri tarixdə olmuş ən qəddar mafioz cinayətkar qruplaşmalarla bəhsə girəcək qədər böyük və çoxşaxəli idi. Kimsənin ağlına belə gəlmirdi ki, 2015-ci ilin bir oktyabr günü bu mafioz qruplaşma pərən-pərən salınacaq, ən məşhur generallarını qandallayıb Bakı İstintaq Təcridxanasına göndərəcəklər. Bu baş verdi və artıq “mahmudovçu”ların əksəriyyəti məhkəmə hökmünü alıb cəza yerlərinə də göndəriliblər. Eldar Mahmudovun həbsi məsələsində də belə bir ssenari baş tuta bilər.
Eldar Mahmudovun azadlıqda qalan komanda üzvləri də yox deyil. Onlardan biri də “Akula Akif” ləqəbli Akif Mustafayev, digəri isə Ayaz Elxan oğlu Kərimovdur.
Hər 2 şəxs 3 ildir ki, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən bütün dünyada axtarılır.
Eldar Mahmudovun ən sadiq adamlarından biri, “Akula Akif” şefinin “tifağı dağıdılandan” 1 gün sonra-18 oktyabr 2015-ci ildə qaçmışdı. Özünü iş adamı kimi tanıdan bu zat faktiki tikinti sektorundakı imkanlı iş adamları haqda dosye toplayıb şəxsən Mahmudova çatdırmaqla məşğul olub. Dosyelər çete üzvlərinə ötürülüb və bundan sonrası texniki məsələ olub - adamları dinləyib, izləyib və sonda “böyük cinayət törətmiş” kimi şərləyib tutublar. Bundan sonra “Akula Akif” araya girib və iş adamlarına xidmətlərini təklif edib. Çarəsiz, əli hər yerdən üzülmüş iş adamları Milli Təhlükəsizlik Nazirliyindəki çete üzvlərinin qanlı caynağından canlarını qurtarmaq üçün var-dövlətlərindən keçməklə azadlığa qovuşublar. Qazanan tərəf isə “Akula Akif”ə pay-puş şəklində pullar ötürüb. Bununla belə, “Akula Akif” vasitəsilə MTN caynağına keçmiş iş adamları elə onun özünün himayəçiliyindən istifadə etmə reallığı ilə üz-üzə qalırdılar. Ən yaxşı halda onu bizneslərinə 25-30 faiz payla şərik edirdilər.
Bu, illərlə davam edən proses olub və “Akula Akif” badə yoldaşı Eldar Mahmudovun “vurulması”ndan dərhal sonra ölkədən qaçıb. İlk vaxtlar onun sorağı Fransa paytaxtından gəlirdi. Sonralar isə İspaniyada olması haqda məlumatlar vardı. Son xəbərlərə görə, “Akula Akif” plastik əməliyyat keçirməklə üz cizgilərini, zahiri görünüşünü dəyişdirib, tanınmaması üçün müxtəlif üsullardan istifadə edir.
İnterpolun rəsmi saytında göstərilir ki, 1955-ci ildə anadan olmuş Akif Mustafayev Azərbaycanın prokurorluq orqanları tərəfindən axtarışa verilib, ona qarşı “rüşvət” ittihamı var. Azərbaycanın Baş Prokurorluğunun İnterpol və Avropa ölkələrinin hüquq-mühafizə orqanları ilə qurduğu operativ təmaslar sayəsində “Akula Akif”in bank hesablarına və əmlakına həbs qoyulub. Hazırda “Akula Akif” barəsində olan cinayət işi üzrə icraat dayandırılıb. O, tapılıb istintaqa təhvil verildikdən sonra istintaq davam etdiriləcək.
Eldar Mahmudovun axtarışda olan digər emissarı isə “Rabitə işi” üzrə axtarışa verilmiş “Caspian Telecommunication LTD” şirkətinin rəhbəri və “AKEY” MMC-nin direktoru Ayaz Elxan oğlu Kərimovdur. O, Eldar Mahmudovun oğlu Anar Mahmudovun şəriki və dostudur. “Akula Akif” Eldar Mahmudovun “işverəni” kimi ad çıxarıbsa, Ayaz Kərimov sabiq nazirin “qulağı” hesab edilir. Eldar Mahmudovun qanunsuz dinləmələr üzrə dəstəsinin aparıcı üzvlərindən biri olub. Onun barəsində cinayət təqibi Eldar Mahmudov “vurulandan” 2 ay sonra, 2015-ci ilin dekabrında başlanıb. “MTN işi” çərçivəsində başlanan istintaq zamanı Ayaz Kərimovun barəsində Cinayət Məcəlləsinin 312.2-ci - vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə maddəsi ilə cinayət işi başlanıb. Lakin onu təqsirləndirilən şəxs qismində istintaqa cəlb etmək mümkün olmayıb. Çünki cinayət təqibi orqanından gizləndiyinə görə istintaqa dəvət etmək və ona ittihamı elan etmək mümkün olmayıb. Binəqədi Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli qərarı ilə barəsində həbsli axtarış başlanıb. 2016-cı ildə Ayaz Kərimovun cinayət əməli CM-in 179.3.1 (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddələrinə tövsif edilib.
Onun barəsində CM-ın həmin maddələri ilə yenidən ittiham elan edilməsi qərarı qəbul edilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində “Caspian Telecommunication LTD” şirkətinin faktiki olaraq, ləğv edilmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun dostu ilə A.Kərimovun müştərək şirkətləri olması müəyyən edilib. Həmin şəxslər “Cartburg NC” şirkətinin Azərbaycanda fəaliyyətinə rəhbərlik edib. “Cartburg NC” şirkəti tərəfindən əldə olunan aylıq külli miqdarda gəlirin qeyri-qanuni yolla “AGbank” ASC-nin Mişa adlı işçisində toplanması, onun tərəfindən əvvəlcədən müəyyən olunub. Məhkəmə A.Kərimovun mülkiyyətində olan Az 10 A 378 nömrəli “Harley Devidson” markalı motosikletinə, ona məxsus olan “AKEY” MMC-nin mülkiyyətində olan Az 10 PB 378 nömrəli “Maserati Quatroporte S Q4" markalı avtomobilinə, Az 90 AA 378 nömrəli ”Jaguar XJ" markalı avtomobillər və Abşeron rayonu, 3 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 1 hektar torpaq sahəsi üzərinə həbs qoyub. Eldar Mahmudov “vurulandan” sonra “AKEY” MMC-nin işçilərinin “Aztelekom” MMC-də, və mobil operatorlarda quraşdırıb xidmət göstərdikləri avadanlıqlara baxış keçirilib. “Aztelekom” MMC-də olan avadanlıqların “Cartburg NC” şirkətinə, digər müəssisələrdə olan avadanlıqların isə ləğv edilmiş MTN-ə məxsus olması müəyyən edilib. Həmçinin “Cartburg NC” şirkətinin “Aztelekom” MMC-nin “S-12" beynəlxalq stansiyasında quraşdırılmış avadanlıqların qiymətləndirilməsi aparılıb, həmin avadanlığın amortizasiya xərcləri nəzərə alınmaqla və avadanlığa yüklənilmiş proqram təminatı qiymətləndirilmədən dəyərinin 112 min 826 ABŞ dolları olduğu müəyyən olunub. Bu günə qədər Eldar Mahmudovun ”qulağı"nın harada gizləndiyi bilinmir. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Bu gün, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Bu gün, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Bu gün, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Bu gün, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Bu gün, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Bu gün, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Bu gün, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Bu gün, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Bu gün, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Bu gün, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Bu gün, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Bu gün, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Bu gün, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Bu gün, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Bu gün, 16:13 |
|
|
|
• Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Bu gün, 15:29 |
|
|
|
• Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Bu gün, 15:24 |
|
|
|
• Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Bu gün, 15:20 |
|
|
|
• Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Bu gün, 15:11 |
|
|
|
• "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Bu gün, 15:06 |
|
|
|
• Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Bu gün, 15:00 |
|
|
|
• "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Bu gün, 14:20 |
|
|
|
• Yeni “kütləvi qırğın silahı” – MASK
Bu gün, 14:00 |
|
|
|
• Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Bu gün, 13:12 |
|
|
|
• “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Bu gün, 12:42 |
|
|
|
• Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Bu gün, 12:28 |
|
|
|
• Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Bu gün, 12:22 |
|
|
|
• "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Bu gün, 12:20 |
|
|
|
• Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 12:13 |
|
|
|
• Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:05 |
|
|
|
• Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Bu gün, 12:03 |
|
|
|
• QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Bu gün, 11:55 |
|
|
|
• İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Bu gün, 11:33 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Bu gün, 11:25 |
|
|
|
• "Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Bu gün, 11:14 |
|
|
|
• Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 11:12 |
|
|
|
• `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Bu gün, 11:07 |
|
|
|
• Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Bu gün, 11:04 |
|
|
|
• Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Bu gün, 11:00 |
|
|
|
• SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Bu gün, 10:55 |
|
|
|
• “Azercell” bu tarif paketlərinin adını dəyişdirib bahalaşdırır - SİYAHI
Bu gün, 10:51 |
|
|
|
• Azərbaycan və Gürcüstanın həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir - MƏQALƏ
Bu gün, 10:48 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı - BİRGƏ AÇIQLAMA
Bu gün, 10:43 |
|
|
|
• Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir - İcazə verin şübhələnək...
Bu gün, 10:42 |
|
|
|
• "Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub
Bu gün, 10:35 |
|
|
|
• Bakıda dostların KÜTLƏVİ DAVASI: - ekspertlər məhkəməyə çağırıldı
Bu gün, 10:32 |
|
|
|
• Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:28 |
|
|
|
• QOCA KÖPƏYİN SON HƏMLƏSİ... - Tramp NƏ EDƏCƏK?
Bu gün, 10:25 |
|
|
|
• Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu: 80 min manat oğurlandı - TƏFƏRRÜAT
Bu gün, 10:21 |
|
|
|
|