Sahil Babayev sirrli ələ tabe olacaq? - İDDİA
Tarix: 2-07-2018, 18:38 | Çap et
Uzun illər boyu saxta əlilik dərəcələri verməklə ölkə büdcəsinə milyonlarla manat ziyan vurmuş Hüseyn Tahirov yeni nazirə çıxış axtarıb köhnə mövqelərini bərpa etmək istəyir...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vurnuxmalar və çaxnaşmalar hələ də davam edir. Bu çaxnaşmaya səbəb isə çoxlu sayda məmurun hələ gələcək talelərinin hələ də naməlum olmasıdır. Nazirlikdən PİA.AZ-a daxil olan məlumata əsasən, çoxlu sayda məmur, rayon şöbələrinin müdirləri, TSEK sədrləri gələcəklərini müəyyənləşdirmək üçün nazir Sahil Babayevə “yol” tapmağa çalışırlar. Lakin böyük əksəriyyət hələ də nazirə “yol” tapa bilmədiyindən vurnuxma içindədirlər.
Vurnuxma içində olanlardan biri isə Əli İnsanov səhiyyə naziri olarkən Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinə rəhbərlik edən və sonradan Səlim Müslümov tərfindən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Müalicə Pansionatının direktoru vəzifəsinə atladılan Hüseyn Tahirovdur. PİA.AZ-a daxil olan məlumatda iddia edilir ki, seçkilərdən öncə nazir Səlim Müslümova Qaradağ rayon Tibbi Sosial Ekspert Komissiyasına sədr təyin olunmaq üçün pul verib. Lakin seçkidən sonra Səlim Müslümov vəzifədən getdiyinə görə Hüseyn Tahirovun pulu “batıb”. İddiaya əsasən, Səlim Müslümov onun pulunu geri qaytarmayıb və elə Tahirov da pulunu geri istəməyib.
Hazırda isə Hüseyn Tahirovun gələcək taleyi qaranlıq olaraq qalır. Buna görə də Tahirov yeni nazirə “yol” axtarmaqla məşğuldur. Hətta iddiaya əsasən, güvəndiyi şəxs tanınmış deputatlardan biridir. Lakin Tahirovun işinin düzəlməsi heç də birmənalı görünmür.
Məsələ ondadır ki, Hüseyn Tahirov 2005-ci ildə dölət çevrilişi ittihamı ilə həbs edilən və hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli Insanova çox yaxın kadrlardan hesab olunur. Belə ki, Əli İnsanov həbs edilənə qədər Hüseyn Tahirovun qardaşı Teyyub Tahirov Əli İnsanovun köməkçisi olub və Əli İnsanovun ən etibarlı adamı kimi tanınıb. Elə Əli İnsanov nazir olarkən Hüseyn Tahirov Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinin rəhbəri vəzifəsinə qədər yüksələ bilib.
Qeyd edək ki, Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan, əlillərin tibbi, sosial-əmək ekspertizası sahəsində Ali ekspertiza işlərini həyata keçirən, ilkin pillə Tibbi-sosial ekspert komissiyalarının (TSEK) fəaliyyətinə nəzarət və metodiki rəhbərlik edən təşkilatdır.
Xatırladaq ki, Əli İnsanovun xəyanəti ifşa olunan vaxt təbii ki, ona yaxın olan şəxslər də istintaqa cəlb edildi. İstintaqa cəlb edilənlər arasında isə ən birinci yerdə onun köməkçisi və ən çox etibar etdiyi şəxs olan Teyyub Tahirov da olmalıydı. Lakin hansısa gizli əl həmin vaxt Əli İnsanovun köməkçisi Teyyub Tahirovu qorudu və qorumaqla yanaşı, hətta qardaşı Hüseyn Tahirovun el Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinə uzun müddət rəhbərliyini təmin etdi.
Hüseyn Tahirov həm Füzuli Ələkbərovun, həm Səlim Müslimovun hakimiyyəti dövründə “VTEK” sistemində meydan sulayıb və burda baş verən qanunsuzluqların, saxta əlilik təqaüdlərinin verilməsində birbaşa məsul şəxs olub. Füzuli Ələkbərovun zamanında iş o yerə çatmışdı ki, Tahirovun demək olar ki, bütün qohum-tanışları saxta əlilik dərəcəsi almışdı. Mənbə bildirir ki, bu iddiaya etiraz edənlər araşdırılma aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər. Elə həmin qohum tanışlar da ölkə miqyasında əlilik dərəcələri almaq üçün “dəllalıq” ediblər. Ötən ilin sonlarına qədər Hüseyn Tahirovun qohum-tanışlarına əlillik dərəcəsi ilə dövlətdən təqaüd aldıqlarını bildirən mənbə onu da qeyd edir ki, ötən il ondan şikayət ediləcəyindən ehtiyatlanan H. Tahirov həmin əlilik dərəcələri ləğv etdirərək “əlil” qohum-əqrəbalarını “sağaldıb”. Əlbəttə, qanunsuz əməllərin üstünün açılacağından qorxduğundan. Mənbə bir daha bildirir ki, bu iddiya inanmayanlar Hüseyn Tahirovun “TSEK”-ə rəhbərlik etdiyi dövrdə kimlərə əlillik dərəcəsi təyin edildiyi yoxlanılsın. O zaman hər şey gün üzünə çıxacaq və Hüseyn Talıbov qanunsuz əməllərini gizlədə bilməyəcək.
Qanunsuz əməllər öz yerində. Mənbə bildirir ki, bu qardaşlar, yəni Tahirovlar Əli İnsanovun kadrları kimi tanınırlar və İnsanovun qılıncının dalı və qabağı kəsən vaxtlarda onun adı ilə işər görür, hədə-qorxu gəlir, vəzifəyə adam təyin etdirir, türklər demiş, hava atırdılar. İnsanovun həbsindən sonra onun bütün kadrları təminzlənsə də Tahirovlara toxunan olmaması çoxlarında hələ də təəccüb doğurur.
Qeyd edək ki, Nəsimi rayonunun keçmiş icra başçısı, sonralar Nazirlər Kabinetində çalışmış Tahir Quliyev Hüseyn Tahirovun qayınatasıdır və Tahirovların “Əli İnsanov işi”ndən sıyrılıb çıxmalarında keçmiş Nəsimi başçısının böyük dəstəyi oluduğu qeyd edilir. Zamanında Füzuli Ələkbərovun sevimlisinə çevrilmiş Hüseyn Tahirov öz statusunu qayınatası sayəsində sonralar da saxlamağa müvəffəq olur. Həm Ələkbərov, həm də Səlim Müslimovun dövründə “TSEK” sistemində əsas fiqurlardan biri olmaqda davam edib. Respublika tibbi sosial ekspertiza komissiyasına rəhbərlikdən sonra bir müddət Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Müalicə Pansionatının direktoru olsa da saxta əlillik verilməsi işində Tahirov öz monopoliyasını qoruyub saxlaya bilib. İddialara görə, “TSEK”-lərə nəzarəti saxlamaq üçün Hüseyn Tahirov Səlim Müslimov vəzifəsindən azad olunmamışdan əvvəl Qaradağ rayon Tibbi Sosial Ekspert Komissiyasına rəhbər təyin olunması üçün külli miqdarda “şirinlik” verib. Lakin Səlim Müslümovun yeni hökümətdə yer almaması onun bütün planlarını alt-üst edib. İndi isə uzun illər boyu saxta əlilik dərəcələri verməklə ölkə büdcəsinə milyonlarla manat ziyan vurmuş Hüseyn Tahirov yeni nazirə çıxış axtarıb köhnə mövqelərini bərpa etmək istəyir... Sahil Babayev də sirrli ələ tabe olacaqmı?.. Bunu zaman göstərəcək...
Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Bu gün, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Bu gün, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Bu gün, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Bu gün, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Bu gün, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Bu gün, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Bu gün, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Bu gün, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Bu gün, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Bu gün, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Bu gün, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Bu gün, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Bu gün, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Bu gün, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Bu gün, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Bu gün, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Bu gün, 16:13 |
|
|
|
• Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Bu gün, 15:29 |
|
|
|
• Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Bu gün, 15:24 |
|
|
|
• Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Bu gün, 15:20 |
|
|
|
• Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Bu gün, 15:11 |
|
|
|
• "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Bu gün, 15:06 |
|
|
|
• Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Bu gün, 15:00 |
|
|
|
• "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Bu gün, 14:20 |
|
|
|
• Yeni “kütləvi qırğın silahı” – MASK
Bu gün, 14:00 |
|
|
|
• Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Bu gün, 13:12 |
|
|
|
• “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Bu gün, 12:42 |
|
|
|
• Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Bu gün, 12:28 |
|
|
|
• Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Bu gün, 12:22 |
|
|
|
• "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Bu gün, 12:20 |
|
|
|
• Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 12:13 |
|
|
|
• Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:05 |
|
|
|
• Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Bu gün, 12:03 |
|
|
|
• QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Bu gün, 11:55 |
|
|
|
• İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Bu gün, 11:33 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Bu gün, 11:25 |
|
|
|
• "Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Bu gün, 11:14 |
|
|
|
• Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 11:12 |
|
|
|
• `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Bu gün, 11:07 |
|
|
|
• Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Bu gün, 11:04 |
|
|
|
• Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Bu gün, 11:00 |
|
|
|
• SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Bu gün, 10:55 |
|
|
|
• “Azercell” bu tarif paketlərinin adını dəyişdirib bahalaşdırır - SİYAHI
Bu gün, 10:51 |
|
|
|
• Azərbaycan və Gürcüstanın həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir - MƏQALƏ
Bu gün, 10:48 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı - BİRGƏ AÇIQLAMA
Bu gün, 10:43 |
|
|
|
• Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir - İcazə verin şübhələnək...
Bu gün, 10:42 |
|
|
|
• "Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub
Bu gün, 10:35 |
|
|
|
• Bakıda dostların KÜTLƏVİ DAVASI: - ekspertlər məhkəməyə çağırıldı
Bu gün, 10:32 |
|
|
|
• Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:28 |
|
|
|
|