Eldar Mahmudovun “qalxanı” - onu azadlıqda saxlayan ilginc səbəb
Tarix: 6-09-2017, 10:13 | Çap et
Eldar Mahmudov tutduğu postdan uzaqlaşdırılandan sonra onun tezliklə həbsə alınacağı gözlənilirdi. 1 ay sonra E.Mahmudovun tutduğu postdan uzaqlaşdırılmasının 2 ili yekunlaşacaq, o isə azadlıqdadır. Ara-sıra sorağı gəlir. Rəsmilər ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində(MTN) başlanan ildırım sürətli yoxlama və həbslərdən sonra verdikləri açıqlamalarda sabiq nazirin də həbsinin gerçəkləşəcəyinə işarələr vururdular. Artıq rəsmilər bu mövzudan danışmır, Eldar Mahmudovun adını belə çəkmirlər.
“MTN işi” üzrə Bakı Hərbi Məhkəməsində 20-yə yaxın sabiq MTN-çi mühakimə olunur. Tutulanların demək olar ki, hər biri vaxtilə Eldar Mahmudovun yaxın ətrafına daxil olan, onun komandasının üzvləri olaraq MTN-də yüksək postlar tutmuş, onun təqdimatı ilə general rütbəsinə qədər yüksəlmiş şəxslərdir. Eldar Mahmudov isə onların arasında deyil. Baş prokuror Zakir Qaralov 2016-cı il oktyabrın 1-də Eldar Mahmudovun həbs edilməməsinin səbəbi ilə bağlı suala cavab verərkən demişdi ki, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları haqqında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq davam edir. Bütövlükdə istintaq 280 epizod üzrə aparılır.
Sitat: “Artıq bilirsiniz ki, həmin cinayət işlərindən biri məhkəməyə göndərilib, digərləri üzrə istintaq davam edir. İstintaqın sonunda kimin həbs olunub-olunmayacağı bəlli olacaq. Prokurorluq orqanlarının ümdə vəzifələrindən biri də vətəndaşlarımızın ərizə və şikayətlərinin baxılmasıdır. Müraciətlər araşdırılır, müvafiq tədbirlər də görülür. kimin məsuliyyəti varsa, o, məsuliyyətdən kənarda qalmayacaq”.
Bu gün məhkəmədə mühakimə olunan arasında Eldar Mahmudov yoxdur. Ara-sıra zərəçəkənlər onun məhkəməyə heç olmasa şahid qismində çağırılmasını tələb etsələr də, ali savadlı hakimlər bu tələbləri də cavabsız buraxmağa üstünlük verirlər. Bu gün Eldar Mahmudovdan savayı onun müavinləri Əli Şəfiyevlə Hilal Əsədovun da statusları bəlli deyil. MTN-dəki məlum əməliyyatlardan sonra Hilal Əsədovun saxlanılması haqda xəbərlər dolaşsa da, sonradan bu məlumatlar təsdiqini tapmadı. Əli Şəfiyevin barəsində isə bir növ məlumat kasadlığı var. Bilinən odur ki, MTN ləğv olunandan sonra bazasında yaradılan Dövlət Təhlükəsizlik Xidmətində fəaliyyətini davam etdirib.
Ə.Şəfiyev E.Mahmudovun dövründə milli təhlükəsizlik nazirinin müavini olub. Ə.Şəfiyev Eldar Mahmudovun əmisi qızının həyat yoldaşıdır. Eldar Mahmudovun nazirliyi dövründə polkovnik-leytenantdan general leytenant rütbəsinə qalxıb, müavin təyin olunub. Mahmudov onun yaxasından 1 orden, 2 medal asıb.
Sabiq nazirin əmisi oğlu, 2015-ci ilin noyabrında məsuliyyətə cəlb edilən “Azərtürkbank” ASC-nin “Bakı” filialının sabiq müdiri İlham Mahmudovu da 1 həftə əvvəl məhkəmə zalında azad etdilər. Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinən İlham Mahmudov 2015-ci il martın 3-dən etibarən tutduğu vəzifədə işləyərkən saxtakarlıq etməkdə təqsirli bilinirdi. Ittihama görə İlham Mahmudov vəzifəsindən sui-istifadə edərək qardaşının həyat yoldaşı Nuranə Mahmudovanın adına depozit hesabları açıb. Həmin hesablara 5 əmanət müqaviləsi üzrə ümumilikdə 103 min manat köçürüb. Həmçinin qardaşı İlqar Mahmudovun adına 10 min dollar, onun həyat yoldaşı Fatma Mahmudovanın adına illik 2 faiz ödənməklə 45 min avro depozit hesablarına qoyulub. 2015-ci ilin iyulun 16-da həyat yoldaşı Kəmalə Mahmudovaya cari hesab açaraq 1100 manatın mədaxil olunmasını təşkil edən İlham Mahmudov etibarnamələr əsasında həmin hesablar üzrə əməliyyatları idarə etməkdə də təqsirləndirilirdi.
İlham Mahmudov bundan başqa 2015-ci ilin 4 noyabrında qardaşı Vüqar Mahmudovun sürücüsü Nicat Məmmədovun istifadə etdiyi “Kapitalbank” ASC-yə aid plastik bank kartını dəyişmək adı ilə aldadıb və işlədiyi filiala dəvət edib. İttihama görə o, N.Məmmədovun etibarından istifadə etməklə ona hər hansı məlumat vermədən adına bank hesabı açıb. Hesabı açandan sonra o, Nicat Məmmədovun xəbəri olmadan qardaşı Vüqarın həyat yoldaşı Nuranə Mahmudovanın adına köçürülmüş 1 milyon 530 min dolları qanunsuz olaraq çıxarıb. İttiham bir kənara qaldı, hakim sabiq nazirin əmisi oğlunu məhkəmə zalından açıb buraxdı. ğ
MTN-in ləğvindən sonra baş verənləri də nəzərdən keçirəndə belə fikir yaranır ki, sanki, Eldar Mahmudov bu gün də vəzifədədir və əlində hər kəsə, hakimlərdən tutmuş onun barəsində tədbir görməli şəxslərə qədər təsir imkanlarını saxlayır.
Nədir sabiq naziri bu qədər güclü edən?
MTN-in ləğvi ilə nəticələnən prosesi izləyənlərin bir çoxunda belə bir fikir yaranıb ki, Eldar Mahmudovu güclü edən əlindəki kompro-materiallardır. Həmin materialların daha çox siyasi-kriminal xarakter daşıdığı haqda da ara-sıra bilgilər yayılır. Belə anlaşılır ki, E.Mahmudov MTN-ə rəhbərlik etdiyi 11 il ərzində özünü qorumaq üçün çox ciddi işlər görüb, kompromat arxivi yaradıb. İndi isə həmin arxiv onun üçün “qalxana” çevrilib.
İstefada olan təhlükəsizlik xidməti polkovnik-leytenantı İlham İsmayıl deyir ki, Eldar Mahmudovun istintaqa cəlb olunmaması istintaq orqanlarının problemi deyil. İ.İsmayıl deyir ki, Eldar Mahmudovun istintaqa cəlb edilməsi üçün kifayət qədər əsaslar var: “Deyək ki, Eldar Mahmudovun əleyhinə ifadə verən yoxdur. O, 10 ildən artıq böyük bir nazirliyə rəhbərlik edib və ən azı ətrafında baş verən cinayətlərə görə vəzifə səlahiyyətlərinə səhlənkar yanaşdığına görə məsuliyyətə cəlb olunmalıdır. Onun bu səhlənkarlığına görə dövlətə dəyən ziyanları ortaya qoyub Eldar Mahmudovu istintaqa cəlb etmək olar. Amma bu gün bizim ”Eldar Mahmudov niyə istintaqa cəlb olunmur" deyib fal açmağımıza ehtiyac yoxdur. Bu gün hərə bir pərdəarxası, kluar söhbətlərinin nədən ibarət olması, Beynəlxalq Bankın pullarının geri qaytarılmasına görə bu adamın azadlıqda olması fikirlərini deyir. Amma bu gün Eldar Mahmudovun nədən azadlıqdan olmasını dəqiqliyi ilə buna səlahiyyəti olan şəxs bilə bilər".
Qeyd edək ki, İ.İsmayıl bir müddət əvvəl bu mövzuda müəllif yazısı ilə çıxış etmişdi. Həmin yazı belə bir fikirlərlə yekunlaşırdı. \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|