Sumqayıt gömrüyündə nə baş verir? - İDDİA
Tarix: 31-08-2017, 09:02 | Çap et
Mətbuatda mütəmadi olaraq Dövlət Gömrük Komitəsində baş verən qanunsuzluqlar barədə çoxsaylı məqalələr dərc olunur. Sumqayıt Gömrük İdarəsi də bu sarıdan istisna deyil və neqativ halların baş verməsi sarıdan ən çox adı hallanan dövlət idarələrindən biridir. Məsələn, bir müddət əvvəl ölkə mətbuatında gedən yazı da bunun bariz nümunəsidir. YAP üzvü olan sahibkar Anar Əliyev Vəzir Həsənovun ondan Rusiyadan ölkəyə gətirdiyi tikinti materiallarını rəsmiləşdirmək üçün 45 min manat rüşvət istəməsindən şikayətçi olub ki,bu da orada mövcud olan qanunsuzluq mühitinin göstəricisi və çoxsaylı hallardan yalnız biridir : “Vəzir Həsənov (red.Sumqayıt Gömrük İdarəsinin rəisi S.V.) özü şəxsən mənə dedi ki, 45 min manatı ödəməlisən. Ödəməsən, biz sənə deklorasiyanı yazmağa imkan verməyəcəyik”- bu sözləri sahibkar Anar Əliyev deyir. Sumqayıt şəhər sakini A.Əliyev 7 aydır Rusiyadan ölkəyə tikinti materialları gətirir. 29 dekabrda növbəti yükünü rəsmiləşdirmək üçün Sumqayıt Gömrük İdarəsinə müraciət edir. Amma Gömrük İdarəsinin rəisi Vəzir Həsənov sahibkardan 45 min manat pul istəyir. Anar Əliyev bunun səbəbini soruşduqda rəis “yükün statistik dəyəridir” deyə cavab verir. Amma sahibkar deyir ki, onun yükünün statistik dəyəri təxminən 21 min ABŞ dollarıdır . Anar Əliyev Vəzir Həsənovun deyilən məbləğ ödənilməyəcəyi halda yükünü qeydiyyatdan keçirməyəcəyini bildirir: “Özünün dediyinə görə (red.Vəzir Həsənovun) ondan da yuxarı təbəqələr var. Onlar bu işə razılıq vermirlər. “Banka gedib 45 min manat ödəyirsən sonra gəlib burada yükünü rəsmiləşdiririk” deyir. Malımdan imtina etməliyəm, belə deyir. Altından da imzamı çəkməliyəm, möhür vurulmalıdır. Deyir, onu keçirəcəksən hər hansısa biz deyəcəyimiz firmanın adına. Ondan sonra biz sənin malını buraxırıq. Hansı bankdır, hansı hesab nömrəsidir, onu demədilər”. Yeni Azərbaycan Partiyasının üzvü olan Anar Əliyev problemin həlli üçün Dövlət Gömrük Komitəsinə, Baş Prokurorluğa müraciət edib. Gömrük Komitəsində Maliyyə-Tarif və Valyuta Baş İdarəsinin rəisi Mirqasım Vahabov sahibkarı qəbul edib. Anar Əliyevin dediyinə görə rəis gömrük işçilərinin səhv etdiyini və onlarla danışacağını deyib. Amma danışıqdan da heç bir nəticə hasil olmayıb. Sumqayıt Gömrük İdarəsinin rəsmiləşdirmə şöbəsinin rəisi Aslan Sərxanov bildirir ki, sahibkardan rüşvət istənilməsi ilə bağlı heç nə deyə bilməz”. Sumqayıt Gömrük İdarəsində baş verən qanunsuzluqlar haqda şikayətlərdən biri də QAFQAZXEBER.AZ saytına gəlib. QAFQAZXEBER.AZ saytına müraciət edən və hələ ki, adının çəkilməsini istəməyən sahibkarın məlumatına görə Sumqayıt Baş Gömrük İdarəsində özbaşınalıq baş alıb gedir.Sahibkar bildirir ki, vaxtilə monopoliya olanda vahid bir “sistem” var idi və hamı bilirdi ki, hansısa malı gətirdiyi üçün konkret bir qiymət ödəyəcək. Və bu hamıya şamil olunurdu. Ancaq indi Sumqayıt Gömrük İdarəsində anarxiya baş alıb gedir. Dəhşətlisi odur ki, Sumqayıt Gömrük İdarəsinə bu işdə “yardımçı” olanların arasında Dövlət Gömrük Komitəsində Malliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəhbərliyinin olmasıdır. Məsələn, sahibkar qanuni şəkildə ölkəyə mal idxal etmək istərkən onu göndərillər Malliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinə. Orada həmin sahibkara gətirdiyi malın invoysunu süni surətdə elə bir astronomik qiymətə qaldırırlar ki, sahibkar həmin idarəyə gəldiyinə peşman olub qayıdır Sumqayıt gömrüyünə və həmin idarənin rəisi Vəzir Həsənovun “oxuduğu” qiymətlə ikiəlli razılaşır. Ancaq, əgər Maliyyə-Tarif və Valyuta Baş İdarəsinin rəisi Sumqayıt Gömrük İdarəsinin rəisinə “okey” verməsə sahibkar qalır gömrük komitəsinin iki idarəsinin arasında. Və gələn dəfə mal idxal edəndə məcbur olur, hətta yalvarır ki, onun ölkəyə idxal etdiyi malı öz şirkətinin adına yox, Vəzir Həsənovun şirkətinin adına rəsmiləşdirilsin. Vəzir Həsənovun şirkətinin adına vurulan mallar V.Həsənova sərf edir, çünki, sahibkarın gətirdiyi malın ƏDV-si qalır V.Həsənovun şirkətində. Yəni, dövlət tərəfindən verilən həmin ƏDV sonda Vəzir Həsənov tərəfindən nağdlaşdırılır. Bundan savayı ikinci variant da var. Məsələn, Gömrük komitəsinin Malliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi “okey” versə, öz şirkətinin adına malı idxal etmək istəyən sahibkara təklif olunur ki, Vəzir Həsənov tərəfindən malın invoysu 7 min dollar dəyərində azaldılacaq. Və 7 min dolların 36 faizi 2500 dollar etdiyi üçün, həmin məbləğin yarısı Vəzir Həsənova qalır, yarısı isə mal gətirən sahibkarın bonusuna çevrilir. Oxucuda sual yarana bilər ki, birinci variantla ikinci variantda fərq nədədir. Fərq ondadır ki, birinci variantda V.Həsənovun şirkətinin adına vurulan mala görə malın sahibi ancaq V.Həsənova 7 min dollar azaldılmış invoysun 36 faizini ödəyir və invoysda azaldılan 7 min dolların 36 faizindən yaranan 2500 dollar fərqindən 600 dollar V.Həsənova qalır, qalan 1900 dollar mal gətirənin qazanc bonusuna çevrilir. V.Həsənovun şirkətinin adına vurulan malı aparıb bazarda satan sahibkar daha vergi ödəmir. Ancaq ikinci variantda sahibkarın qazancı 1250 dollar olsa da mal sahibkarın öz şirkətinin adına gəlir və idxal etdiyi malın rəsmi sənədi olur. Birinci variantda Vəzir Həsənovun şirkətləri sahibkara heç bir sənəd vermirlər . Yəni gömrükdən çıxarılan mal lazımi orqanlar tərəfindən yolda saxlanılsa və sahibkardan sənəd tələb olunsa, sahibkarın təqdim etməyə heç bir sənədi olmur. Apardığımız araşdırmalar nəticəsində bizə məlum oldu ki, V.Həsənovun bu xəttlə bir neçə şirkəti fəaliyyət göstərir. Biz həmin şirkətlərdən ikisinin adını müəyyən etmişik. Lakin araşdırmalarımız davam etdiyi üçün həmin şirkətlərdən hələ ki,yalnız birinin adını açıqlayırıq. Həmin şirkət “Sirdaş” şirkətidir. Belə ki, ölkəyə idxal olunan mallar əsasən V.Həsənovun “Sirdaş” adlı şirkətinin adına rəsmiləşdirilir. “Sirdaş” şirkətini təmsil edən Əkrəm adlı şəxslə bağlı araşdırmalarımız isə davam edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|