"Əgər şikayətçi Azad 3C 48-də yaşayandırsa, o bizə ciddi problem yaşatdı" - Sakinlərlə şirkət arasında qarşıdurma yarandı
Tarix: 1-08-2017, 12:15 | Çap et
Abşeron rayonu Masazır qəsəbəsində yerləşən "Yeni Bakı" Yaşayış Kompleksinin sakinləri yenə də "İlin Dörd Fəsli" (İDF) MMC-dən şikayətçidir. Sakinlərin bu dəfə “Qafqazinfo”ya müraciət etmələrinin səbəbi isə kompleksin komendantı Ehtiram Yusifovla aralarında yaranan problemlərdir.
Sakinlərin sözlərinə görə, komendant və mühafizə xidmətinin əməkdaşları ilə dəfələrlə qarşı-qarşıya gəldikləri üçün son nəticə olaraq əllərindəki sübutlarla polisə müraciət ediblər. Ancaq cinayət işi komendanta yox, sakinlərə açılıb. Haqqında cinayət işi açılan sakinlərdən biri də Səməd Səmədovdur:
“2013-cü ildən “Yeni Bakı” yaşayış kompleksində mənzil almışıq. Mənzilimizə köçən gündən müxtəlif çətinliklərlə qarşılaşırıq. Bunlardan bir qismi mediada yayımlanıb. Bu dəfə də komendant Ehtiram Yusifovun etdiyi özbaşınalıqlar bizi lap çilədən çıxardığı üçün sizə üz tutmaq qərarına gəldik.
Bizdən qanunsuz olaraq pul yığılır. Pul vermədiyimiz təqdirdə isə işığımız kəsilərək cəzalandırılırıq. Özü də kabelləri elə edirlər ki, kimsə yandırmaq istəsə, partlayış olsun. Son olaraq elə Azad Vəliyevin işığını kəsmişdilər. Biz açmağa gedəndə mühafizəçilər üstümüzə gəldi. Biz blokun qapısını bağlayıb birtəhər dözdük. Sınıq pəncərədən qapını açmağa çalışırdılar. Əllərimiz onların cırmaq izləriydi. Biz 102-ə zəng vurduğumuz zaman şər atmaq üçün başladılar öz əllərini şüşələrə sürtüb kəsməyə. Həmin hadisəni videoya da çəkmişik. Polis gəldi, biz şikayətimizi etdik. Komendant polisə belə məhəl qoymadı. Sabahı ərizəmizi yazdıq. Dedilər ki, Ehtiram Yusifovla bağlı xeyli şikayət var, həll olunacaq.
10 gün əvvəl bizi yenidən bölməyə çağırdılar. Müstəntiq Əsgər Kazımov bildirdi ki, cinayət işi onlara yox, bizə açılıb. Güya biz 3 nəfər həmin qoluzorlu mühafizəçiləri döymüşük. Tikinti şirkəti öz əlaqələrindən istifadə edərək məsələni öz xeyrinə həll etməyə çalışır. Ona görə də biz məsələnin Abşeron rayon Polis İdarəsindən alınıb birbaşa DİN-in nəzarətində ədalətli şəkildə baxılmasını xahiş edirik”.
Şikayətçilər bildirib ki, komendantla aralarında yaranan anlaşılmazlıqlarla bağlı dəfələrlə MMC-nin icraçı direktoru Elnur Hüseynova müraciət etsələr də, indiyə kimi hər hansı bir cavab ala bilməyiblər:
“Şəhərcik 13 hektar ərazidən ibarətdir və 57 binada 3000 mənzil var. Sadaladığımız situasiyalarla tez-tez qarşılaşanlar olsa da, şirkət rəhbərləri indiyə kimi bir dəfə də olsun bizimlə maraqlanmayıb. Yığılan pullar Azərişıq ASC-yə ödənmədiyindən hazırda 202 min manat məbləğində borc yaranıb. Bizdən sayğaclar adı altında 700-800 manat pul yığılsa da, hələ də sayğaclarımız qoyulmur, mənzillərimizə çıxarış verilmir.
Qanunsuz sığorta pulları yığılır, halbuki 1 və 2-ci həyətin sakinlərindən də 3 il əvvəl sığorta adı altında pullar yığılıb ki, guya mənzillərə çıxarış veriləcək, lakin sığortanın müddəti bitib və hələ də çıxarış deyə bir şey yoxdur. Abşeron rayon İcra hakimiyyətindən deyirlər ki, komendantla bacara bilmirlər”.
Azad Vəliyevin sözlərinə görə, gərəksiz xərcləri aradan qaldırmaq üçün sakinlər İctimai Birlik yaratsalar da, şirkət tərəfindən onların fəaliyyətinə mane olunur:
2013-cü ildə Mənzil Məcəlləsinə edilmiş dəyişikliyə əsasən çoxmənzilli binalarda sakinlərin idarəetməni öz əllərinə alması ilə bağlı hüquqlar verilib. Biz də həmin qaydalara əsasən 2016-cı ildə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmiş Abşeron-1 mənzil mülkiyyətçiləri cəmiyyətini təsis etdik. Şəhadətnaməyə əsasən hazırda yalnız bir binayla məhdudlaşır. Bu yolla biz özümüzün müstəqil idarəetməmizi formalaşdırırıq, MTK-dan ayrılırıq, kommunal xidmətlər aşağı olur. Bu sadaladıqlarımla MTK razılaşmadı və bizi dəfələrlə məhkəməyə verdi. Hüquq müstəvisində biz qazandığımız təqdirdə sonradan belə yollara əl atmağa başladı”.
Məsələ ilə bağlı "Yeni Bakı" Yaşayış Kompleksinin komentantı Ehtiram Yusifovla əlaqə saxladıq.
“Mənim 50 yaşım var. Uzun illərdir ki, istehsalatdayam. Əgər şikayətçi Azad 3C 48-də yaşayandırsa, o bizə ciddi problem yaşatdı. Bir ilə yaxın işıq pulu vermədiyi üçün 470 manatdan çox borcu var idi. Nazirlər Kabinetinin qərarına əsasən pulun vaxtında ödənilmədiyi təqdirdə elektrik enerjisinə məhdudiyyətin qoyyulması qanunsuz bir şey deyil. Biz ona 1 il güzəşt etdik, sonra işığı kəsdik. O da bizə ərizə verdi, ərizəni də təqdim edə bilərəm. Ərizədə bizdən hər ay 50 manat ödəməklə borcunun silinməsini xahiş etdi, biz də razı olduq. Şirkət “Azərişıq” ASC-ə olan borcu bağlayıb. Şirkətin 202 min borcunun olması da tamamilə yanlışdır. Sərf olunan elektrik enerjisinin aybaay olaraq vaxtında ödənilir. Məsələn, artıq 7-ci ayın borcu bağlanılıb.
Digər şikayətçi Səməd Səmədovu da yaxşı tanıyıram, həkimdir. Ancaq onunla hər hansı bir problemimiz olmayıb”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|