Bu rayonu kim idarə edir? - Başçıdan daha hökümlü müavini var
Tarix: 27-07-2017, 11:38 | Çap et
Hələ bir neçə il bundan əvvəldən başlayaraq “Gündəm Xəbər”in redaksiyasına Şamaxı rayonundan daxil olan şikayət və müraciətlərin sayı artırdı, biz isə həmin vaxtlar heç də təəccüblənmirdik. Məhz, ona görə təəccüblənmirdik ki, əldə etdiyimiz məlumatlara görə adı çəkilən rayon bir neçə şəxs tərəfindən ələ keçirildiyindən, həmin şəxslər də nəyi necə düşünürlərsə, o qayda da addımlarını atmaqda davam edirlər. Məsələn, bu yaxınlarda redaksiyamızın elektron poçtuna daxil olan məlumatda qeyd olunurdu ki, rayonda baş alıb gedən özbaşınalığın və hər cür qanunsuzluğun başında Şamaxı RİH başçısı və onun müavini Qasım Qasımov durur. Məlumatda o da vurğulanırdı ki, icra başçısı Asif Ağayev açıq-aydın şəkildə müavininə təsir etmək imkanına malik deyil. Bu gün Şamaxıda yaşananları analiz etdikdə o qənaətə də gəlmək olar ki, adı çəkilən şəxs müavin olsa da, o, icra başçısına nisbətən daha çox təsir imkanına sahibdir. Bunu zəruri edən bir çox səbəblər var ki, həmin səbəblər içərisində ən əsası, onun uzun müddətdən bəri daşıdığı vəzifəsinə yiyələnməsi, bir növ rayon ərazisində “kök atması”, ayrı-ayrı sahələrə öz kadrlarını yerləşdirməsidir. İndiki icra başçısı isə, kifayət qədər mülayim xarakterli şəxs olduğundan, Qasım Qasımovun belə bir amilin varlığından yaralanması da, məhz onun olduqca güclənməsinə təsir edən əsas amillər olur. Bu kimi səbəblərdən əlavə, Qasım Qasımovun Prezident Administrasiyası rəhbərinin müavini cənab Zeynal Nağdəliyevlə yaxın şəxsi münasibətinin olması da, bəlkə də başlıca səbəblərdən biridir. İndi isə, bir neçə il bundan əvvələ nəzər salaq. Asif Məmmədovdan əvvəlki icra başçısı, bugünkü müavinin “toruna düşdü” və daşıdığı vəzifəsindən də uzaqlaşdırıldı desək, yəqin ki, yanılmarıq. Belə ki, tam əksəriyyətə də bəllidir ki, həmin vaxtlarda tərəflər arasında yaşanan insident nəticəsində, icra başçısı “post”undan uzaqlaşdırıldı. Yəqin ki, bugünkü icra başçısı sələfinin aqibətini yaşamamaq üçün, Qasım Qasmovla “dil tapmağa” daha çox meyl göstərir. Rayondakı mənbəmizdən belə bir məlumat da əldə etmişik ki, Şamaxıda keçirilən hər növ seçkilərin taleyini müavin həll edir. Adicə onu vurğulayaq ki, bələdiyyə seçkilərinə seçki keçirilən zaman, kimin bələdiyyə şurasına üzv olacağı əvvəlcədən müəyyən olunur. Yəni, ümumi siyahını Qasım Qasımov tərtib edir, son anda da siyahılaşdırır. Bəli sakinlərin iddialarına görə, belə bir siyahıların tərtibatı zamanı “haqq-hesab” məsələsi önəmli rol oynayır ki, onu da adı çəkilən şəxs müəyyənləşdirir. “Gündəm Xəbər”ə daxil olan başqa bir məlumatda o da bildirilir ki, yerli vəzifə sahibləri, sahibkarlar, kiçik biznes fəaliyyəti ilə məşğul olanlar və s. icra başçısından daha çox Qasım Qasımovla hesablaşırlar. Məsələn, verilən məlumatların birində bildirilir ki, Şamaxıda bazarın müdiri Qasım Qasımova güvənərək, icra başçısına meydan oxumaqdan da çəkinmir. Bir müddət bundan öncə vətəndaşların ənənəvi qəbulunu keçirən Asif Ağayevlə, bazarın rəhbərliyi arasında xoşagəlməz stiuasiya da yaşanır. Belə ki, icra başçısı "sən kimsən ki, vətəndaşı bazardan qovursan? Bazar heç kimin dədəsindən qalmayıb"-deyə, bazarın müdirinə müraciət etdikdə, qarşı tərəf onun dediklərinə əhəmiyyət vermir. Başçının tapşırığına məhəl qoymayan “bazarkom” bazara qayıdan kimi, onu gözləyən şikayətçiyə "mən qızıllarımı satıb bazar almışam, gedin başçıya deyin, əgər onun sizə canı yanırsa, o da yığdığı qızılları satsın və sizə yer alıb versin" deyir. Baş verənləri təhlil etdikdə görürük ki, bu gün Asif Məmmədov faktiki icra başçısı olsa da, söz sahibi Qasım Qasimovdur. Araşdırmamız davam edəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|