“Çovdarovla telefonlara qulaq asdığı üçün onu “Bakcell”dən qovdular” - İLGİNC
Tarix: 3-06-2017, 10:55 | Çap et
Dünən “Qafqazinfo”da hazırda həbsdə olan iş adamı Müqayis Verdiyevin qızı Aytən Verdiyevin hazırda həbsdə olan tanınmış futbolçu Maşallah Əhmədovun oğlu Tərlan Əhmədova, Nəqliyyat nazirliyinin şöbə müdiri Kazım Şərifova və Emil Allahverdova qarşı məhkəmə iddiası haqda məqalə yayımlanıb.
Yazıda adı keçən K.Şərifov “Qafqazinfo” ilə əlaqə saxlayaraq məsələyə münasibət bildirib. K.Şərifov deyib ki, M.Verdiyev və oğlu Anar Verdiyevin saxta işlərinin qurbanı olub: “2016-cı ilin avqustun 28-də avtomobil satışı saytında “BMW 520” markalı maşın gördüm. Sonra maşınla maraqlananda bu mərdimazarlara ilişdim.
Müqayis Verdiyevin oğlu Anarla danışdım, özümün “Mitsubishi Pajero” maşınımı onların saytda elan verdikləri “BMW” ilə dəyişdim. Maşın da Anarın bacısı Aytənin adına idi. O vaxt hələ Müqayis türmədə deyildi, özü mənim qapıma gəldi, danışdıq. Onların maşını dizel ilə işləyirdi deyə aldım, fikirləşdim az yanacaq işlədəcək, imkanım yox idi. Mən maşını təxminən 4 ay Bakıda sürdüm. Sonra yoldaşımı müalicə üçün Gürcüstana aparanda gömrükdə gürcü polisi bizi saxladı. Mənə dedilər ki, maşın oğurluqdur. Avtomobili saxladılar, 2 saat ifadə verdim, hər şeyi danışdım, əşyalarımızı götürüb geri qayıtdıq. Anara nə qədər zəng etsəm də, cavab vermədi. Sonra Anarı tapdım, dedim maşınımı qaytar, dedi “sənin maşınını satmışam, üstündən su da içmişəm”. Mən öyrəndim ki, 32 min dollarlıq maşınımı avtosalona 25 min dollara satıb. Mənə verdiyi maşının qiyməti isə 10 min dollar imiş. Anardan soruşub öyrəndim ki, maşını Maşallah Əhmədovun oğlu Tərlandan alıb. Tərlanla görüşdüm, dedi ki, maşını alanda oğurluq olduğunu bilməyiblər.
Sonradan maşın “İnterpol”la axtarışa veriləndə biliblər. Məhkəmədə də Tərlan Anarın üzünə durub dedi ki, biz sənə maşının oğurluq olduğunu, ölkədən çıxmaması lazım olduğunu demişdik. Hətta Tərlan Anardan maşını geri qaytarmağı da istəyib. Müqayislə oğlu Anar da oğurluq maşını gətirib mənə sırımışdı”.
Kazım Şərifov qeyd edib ki, DİN rəhbərliyinə müraciət etdikdən sonra öz maşını ona qaytarılıb: “Daxili İşlər Nazirliyinin rəhbərliyi işi araşdırmağı “Banditizm”ə tapşırmışdı. Onlar Tərlan Əhmədovu da, Anar Verdiyevi də çağırıb dindirmişdilər. Sonra mənə zəng edib dedilər ki, sənin maşının idarənin həyətindədir, gəl apar. Səhərisi gün gedib maşını götürdüm. Bundan sonra Anar məndən polisə, məhkəməyə şikayət etməyə başladı. “BMW”nin pulunu istəyir, mən də dedim etibarnamə verim, ala bilirsə, getsin Gürcüstandan götürsün”.Fotoda: Müqayis Verdiyev və oğlu Anar K.Şərifov bildirib ki, A.Verdiyev MTN generalı Çovdarovun cinayət işində adı hallandığı üçün “Bakcell”dəki vəzifəsindən uzaqlaşdırılıb: “Müqayisgil bizə uzaq qohum olduğu üçün bu vaxta kimi onlardan şikayət etməyi özümə ayıb bilirdim. Amma indi prokurorluğa şikayət edəcəyəm. Müqayisin türmədə ifadəsini alarlar, oğlunun da burada. Müqayis türmədə olanda da mənə zəng edib hədə-qorxu gəlirdi. Oğlu Anar da Akif Çovdarovla birgə telefon danışıqlarına qulaq asdığı üçün “Bakcell”dən qovdular. Emil Allahverdovun isə bu işə nə aidiyyatı olduğunu bilmirəm”.
Sabiq şöbə müdiri deyib ki, ona satılan “BMW” Rusiyanın Voronej şəhərində oğurlanıb, sonra isə Gürcüstana gətirilib. Tərlan Əhmədov isə Gürcüstandan alaraq Azərbaycana gətirib və sənədləşdirib.
K.Şərifov bildirib ki, Nəqliyyat Nazirliyi ləğv edildikdən sonra öz ərizəsi ilə tutduğu vəzifəsindən azad olunub.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|