Aksiz Baş Gömrük İdarəsi şefinə qarşı ittihamlar - Siqaret qaçmaqmalçılığının arxasındakı general
Tarix: 7-03-2016, 10:10 | Çap et
Aksiz Baş Gömrük İdarəsinin işçiləri qaçaqmal yolu ilə aksiz nişanı olmayan malları, siqaret və spirtli içkiləri alver məntəqələrinə dağıdırlar. Son zamanlar Bakıda, Sumyqayıtda, Gəncədə və Azərbaycanın digər şəhərlərində üzərində aksiz nişanı olmayan siqaretlərin satışı kütləvi xarakter almağa başlayıb
Qeyd edək ki, əgər bir il əvvəl Bakıda aksizsiz siqaretlər çox az yerlərdə və gizlin satılırdısa, indi demək olar ki, siqaret satılan bütün alış-veriş məntəqələrində aksizsiz siqaretlər açıq şəkildə satılmaqdadır.
Sadəcə alıcının satıcıdan aksizsiz xarici siqaret istəməsi yetərlidi. Aksizsiz satılan siqaretlər əsasən xaricdə istehsal olunan “Marlboro”, “Kent” kimi bahalı siqaretlərdi və və aksizsiz siqaretlər bir qayda olaraq eyni, lakin aksizli siqaretlərdən cüzi ucuz satılır.
Bəs aksizsiz siqaretlər ölkəyə necə daxil olur və kütləvi şəkildə satışa kim tərəfindən çıxarılır. Astara Gömrük İdarəsindən şikayətçi olan vətəndaş təsadüfən bizim üçün siqaret qaçaqmalçılığının ustalıqla qurulmuş şəbəkəsini açdı. Yenicag.az-a şikayətçi düşən vətəndaş söz arası Astara Gömrük İdarəsində çalışan Şövqü adlı birisinin ondan İrandan hər dəfə 15-20 blok “Marlboro”, ya da “Kent” siqareti alıb gətirməsini tapşırdığını söylədi. Siqaret qaçmaqçılığı ilə əvvəldən də maraqlandığımız üçün bu fakt bizə maraqlı gəldi və biz Astara Gömrük İdarəsində kiçik bir araşdırma aparmağa qərar verdik. Və deyək ki, araşdırmamız nəticəsində bizim belə gözləmədiyimiz maraqlı vəziyyətlə üz-üzə gəldik.
Astara Gömrük İdarəsində nə baş verir?
Qeyd edək ki, gömrük sahəsində strateji nöqtələrdən biri olan Astara Gömrük İdarəsinin rəisi təqribən 10 ay əvvəl, 13 may 2015-ci ildə dəyişdirilib. Dövlət Gömrük Komitəsinin rəisi Aydın Əliyevin əmri ilə Astara Gömrük İdarəsinə Xudafərin Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynov təyin olunub. Bizim araşdırmamız nəticəsində məlum olub ki, Sücəddin Hüseynov gömrükdə Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsinin rəisi, general-mayor Ehtiram Xəlilovun yaxın adamı kimi tanınır. Elə Sücəddin Hüseynovun strateji əhəmiyyəti ilə və qazancının çoxluğu ilə seçilən Astara Gömrük İdarəsinə rəis gətirilməsində Aksiz Baş Gömrük İdarəsinin rəisi Ehtiram Xəlilovun himayəsinin əsas rol oynadığı bildirilir.
Araşdırmamız zamanı məlum oldu ki, Ehtiram Xəlilovun himayəsində olan Sücəddin Hüseynov Astara gömrüyünə gələr-gəlməz burda öz “sistemini” formalaşdırıb və Şövqü adlı qaynını bu “sistemin” başına keçirib. İndi Astara gömrüyündə hər şey Şövqünün nəzarəti altında “fırlanır”. Astara gömrüyündə ikinci güclü adam isə Sücəddin Hüseynovun şəxsi aşpazı hesab olunur. (Sücəddin Hüseynovun həmin aşpazı hara getdiysə özüylə aparır, bu barədə növbəti yazımızda ətraflı məlumat verəcəyik).
Astaradan əlaqə saxladığımız onlarla şəxs bizə bildirdi ki, Şövqü Astara gömrüyündən keçən bütün mallşarı öz nəzarəti altında saxlamaqla yanaşı siqaret qaçmalçılığı ilə də məşğul olur.
Sistem isə çox sadədir. Belə ki, İran İslam Respubilkasınna gündəlik gedib gələn bir çox xırda ticarətçilərimiz Şövqünü kiçik bir şərti ilə hesablaşmaq məcburiyyətində qalıblar. Sərhədi keçən və axşama geri qayıdan yerli əhalidən Şövqü İrandan 15-20 blok siqaret gətirməyi istəyir. Bu şərtlə razılaşan hər kəs demək olar ki, problemlə üzləşmir. Çünki olar gün ərzində sərhədin o tərəfinə keçib daha ucuz qiymətə olan müxtəlif ədviyyatlar, mallar gətirirlər. Gömrük rəisinin qaynın təklifi isə onların işlərini çox asanlaşdırır. Həmçinin Şövqü siqaretin pulunu da verdiyinə görə heç kimdə ciddi narazılıq da yaratmır.
Bizimlə həmsöhbət olanlar bildirdilər İranda siqaret Azərbaycanda olduğundan iki-üç dəfə ucuzdur. Misal üçün “Marlboro” siqareti təqribən 1 dollara, “Kent” siqareti isə 0,78 dollaradır. Azərbaycanda isə həmin siqaretlər müvafiq olaraq 4 manata, 3 manata satılır. Həmin siqaretlər gömrük qeydiyyatına alınmır və birbaşa qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilir.
Apardığımız araşdırma nəticəsində bəlli oldu ki, Şövqü hər gün İrandan 500 blokdan artıq siqaret keçirir. Toplanan həmin siqaretləri isə həftədə bir dəfə Bakıdan gəlib aparırlar. Təkcə Astara Gömrük İdarəsindən ölkəyə qaçaqmal yolu ilə keçirilən siqaretin satışından hər ay təqribən 200 min manat gəlir əldə edilir və bizim araşdırmamıza görə bu gəlirin təqribən 30 faizi Sücəddin Hüseynova və Şövqüyə çatır.
Siqaret qaçaqmalçılığının arxasındakı güc
Astarada apardığımız araşdırmadan belə məlum oldu ki, Şövqü öz yaxın ətrafına siqaret qaçaqmalçılığının arxasında Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsinin rəisi, general-mayor Ehtiram Xəlilov dayandığını söyləyir. Həftədə bir dəfə İrandan gətirilən siqaretləri Bakıya aparanların da məhz Ehtiram Xəlilovun adamlarının olduğu bildirilir.
Qeyd edək ki, ölkədə aksizli malların satışına nəzarəti məhz Aksiz Baş Gömrük İdarəsi həyata keçir. Marketlərdə və qəzet köşklərində satılan aksizli malların satışışına nəzarəti həyata keçmrən bu qurum həmçinin üzərində aksiz markası olmayan malları müsadirə etmək və satışı həyata keçirən alver mənqəsini cərimələmək hüquqna malikdir. Bizim apardığımız araşdırma nəticəsində isə məlum oldu ki, məhz Aksiz Baş Gömrük İdarəsinin işçiləri qaçaqmal yolu ilə aksiz nişanı olmayan malları, siqaret və spirtli içkiləri alver məntəqələrinə dağıdırlar.
Əldə etdiyimiz məlumata görə, aksiz markası olmayan mallar, siqaret və spirtli içkilər təkcə Astara Gömrük İdarəsindən ölkəyə daxil olmur. Demək olar ki, Ehtiram Xəlilov bütün gömrük məntəqələrində aksizli malların ölkəyə daxil olmasını təşkil edir. Bu mallar isə bir qayda olaraq siqaret və spirtli içkilərdir.
Ölkəyə qaçaqmal yolu ilə daxil olan aksizsiz mallar barədə daha geniş və ətraflı araşdırmamızı yaxın günlərdə təqdim edəcəyik. Bizi izləməkdə davam edin.
Yazıda adı keçən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|