ARİF QARAŞOVUN BAZARINA ƏL QOYULDU
Tarix: 19-01-2012, 12:42 | Çap et
HƏBSDƏN QURTULAN KEÇMİŞ XİDMƏT RƏİSİ İTİRƏ-İTİRƏ GEDİR
DİA.AZ: - Bildirək ki, Bakının Yasamal rayonu ərazisində yerləşən "Şüşəli bazar" 2005-ci ildən fəaliyyətini dayandırıb. Məlumata görə, bazarın ərazisi 2010-cu ildən hasara alınıb. Amma orada heç bir iş aparılmır. Bəs bazarın taleyi necə olacaq?
Yasamal rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin Rafiq adlı əməkdaşı "Şüşəli bazar"ın fəaliyyətini çoxdan dayandırdığını təsdiqləyib: "Ərazi hasara alınıb. Bazar dövlət mülkiyyəti deyil. O, özəlləşdirilib. Yəqin ki, bazarın hasara alınmasına səbəb onun söküləcəyidir. Düşünürəm ki, bazar söküləcək və onun yerində başqa obyekt tikiləcək. Amma orada konkret hansı obyektin inşa olunacağını bilmirəm".
Onu da bildirək ki, paytaxt ərazisində "Şüşəli bazar" adı ilə tanınan bazar ətrafında xeyli vaxtdır söz-söhbət dolaşır. Hüseyn Cavid prospektində yerləşən bu köhnə tikilinin yerinin bir müddət öncə imkanlı bir şəxs tərəfindən alınaraq ərazidə çoxmərtəbəli bina tikiləcəyi deyilirdi. Ətrafda yaşayan sakinlərin narazılığına səbəb olan bu məsələnin reallaşması yubandı və sonda deyilənlərin reallığı əks etdirmədiyi məlum oldu.
Son vaxtlar yenə də sözügedən bazarın söküləcəyi ilə bağlı məsələ gündəmə gəlib. Yayılan məlumatlara əsasən, sovet dönəmindən qalan bir çox tikintilər kimi, bu binanın da ömrünə az qalır. Deyilənə görə, 50-ci illərdə inşa edilən bu obyekt yaxın zamanlarda söküləcək. Bu barədə yayılan xəbərlər isə ətrafda yaşayanlar arasında söz-söhbətin yaranmasına səbəb olub.
Məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, həqiqətən də tezliklə "Şüşəli bazar" adı ilə tanınan köhnə bina tamamilə söküləcək. Ancaq onun yerində nə çoxmərtəbəli bina, nə də digər bir ticarət obyekti inşa olunacaq. Nəzərdə tutulub ki, sözügedən bazarın yerində əhalinin istirahətini təmin etmək üçün kiçik bir bağ salınsın.
Amma bununla bağlı redaksiyamıza tamam fərqli bir məlumat daxil olub. Elə Yasamal rayon icra hakimiyyətindəki məlumatlı qaynaqların qeyri-rəsmi olaraq “Dünya” İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) bildirdiklərindən belə aydın olur ki, bazarın yerində heç də bağ salınmayacaq və artıq bazarın taleyinə aydınlıq gətirilib:
“Bazarın yerində Ticarət Mərkəzi inşa olunacaq. Özünüz düşünün, özəlləşdirilən bir ərazidə necə ola bilər ki, bağ salınsın. Hər halda bazarı satın alan şəxs dəli deyil ki, pulunu bir parkın salınması üçün havaya sərf etsin”.
Mənbəmiz bildirdi ki, bazar zamanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin sabiq rəisi Arif Qaraşov tərəfindən özəlləşdirilsə də, sonradan onun əlindən alınıb: “Bazarla bağlı qərarsızlıq da buradan qaynaqlanır. Artıq Arif Qaraşov bazarı yeni sahiblərinə təhvil verib”.
Onu da xatırladaq ki, bir müddət əvvəl, daha dəqiqi hakimiyyətin start düyməsini basdığı anitkorrupsiya tədbirlərinin ilk günlərində belə bir məlumat da yayılmışdı ki, keçmiş Dövlət Reyestri Xidmətinin fəaliyyəti ilə bağlı Baş prokurorluq yanında korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən araşdırmalara başlanılıb. Hətta bir ara sözügedən quruma rəhbərlik etmiş Arif Qaraşovun həbsi xəbəri də yayıldı ki, sonradan bu məlumatlar özünü doğrultmadı.
Amma Arif Qaraşovun durumunun o qədər də münasib olmaması elə həmin ərəfədəcə də təsdiqləndi. Keçmiş məmurun təzyiqlərlə üz-üzə qaldığı haqda məlumatlar yayan dövrü mətbuatda bildirilirdi ki, vəziyyət o qədər gərgindir ki, Qaraşov hətta səhhətində problemlərdən dolayı Rusiya paytaxtında uzun müddət qalmalı olub.
Hal-hazırda isə Arif Qaraşovun daha çox Şamaxıdakı villasında vaxt keçirdiyi bildirilir. Amma ona qarşı hücumlar səngiməyib. Bu barədə redaksiyamızı məlumatlandıran mötəbər qaynaqların bildirdiklərindən belə məlum olur ki, sabiq xidmət rəisinə məxsus obyektlərin bəziləri artıq ondan alınıb:
«Konkret olaraq Yasamal rayonu ərazisində yerləşən «Ekspress Kafe» və onun yaxınlığındakı «Baza Pitseriya» Arif Qaraşovun əlindən alınıb. Sabiq xidmət rəisinin digər obyektlərinə də əl qoyula bilər».
Məlumatlı mənbə bildirir ki, əslində bu yolla Qaraşov canını qurtarmış olur: «Məlumdur ki, görəv başında olarkən Arif Qaraşov kifayət qədər gəlir əldə edə bilmişdi və hal-hazırda onun varidatının 5 milyon ABŞ dollarına yaxın olduğu bildirilir. Təbii ki, belə bir sərvətin hakimiyyətin nəzarətindən kənarda qalması imkansızdır. Ona görə də Qaraşov əlində olanı vermək zorundadır».
Məlumatlarda o da qeyd olunur ki, əslində bir müddət əvvəl sabiq xidmət rəisi həbs olunmalı idi: «O, həbsdən yaxasını əlində olan sərvətdən vaz keçməklə qurtardı. Və bu günlərdə ona aid olan daha 3 obyekt məmurlardan birinin ixtiyarına veriləcək».
Son məlumatlardan isə aydın olur ki, Arif Qaraşovun həmin 3 obyektindən biri elə “Şüşəli vazar”dır və o da bu günlərdə əlindən alınıb. Bazarın yeni sahibinin kimliyi barədə isə təəssüflər olsun ki, heç bi məlumat ala bilmədik.
Bizi izləyin...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Bu gün, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Dünən, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Dünən, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Dünən, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Dünən, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Dünən, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Dünən, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Dünən, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Dünən, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Dünən, 10:56 |
|
|
|
|