“BİR GÜN AZƏRBAYCANDA DA BİR NƏFƏR ÖZÜNÜ YANDIRACAQ”
Tarix: 13-01-2012, 15:51 | Çap et
“ONDAN SONRA DA İNQİLAB OLACAQ”
Bu gün Nəqliyyat Nazirliyi ilə Bakı Şəhər Baş Yol Polisi İdarəsi birgə reydlər keçirəcək. Məqsəd isə köhnə sovet maşınlarının taksi kimi fəaliyyət göstərməsinə mane olmaqdır. Qərara əsasən, təkcə “Qaz 3102" markalı maşınların yeni modellərindən başqa bütün Rusiya maşınları xətdən kənarlaşdırılacaq.
“Bakıda işləyən taksilərin çoxu texniki nöqteyi-nəzərdən, müasir tələblərə cavab vermir”
Lisenziyasız taksilərin işinə qadağa qoyulması ilə bağlı keçirilən reydin bu sahədə göstərilən xidmətlərin keyfiyyətinə müsbət təsir edəcəyini deyən “Baku Taxi Company” şirkətinin rəhbəri Eldar Qasımov bildirib ki, Nəqliyyat Nazirliyinin elan etdiyi “Bakıda taksi parkının London Taxi TX4 markalı avtomaşınlara dəyişdirilməsi” proqramı çərçivəsində yeni “Baku Taxi Company” şirkəti yaradılıb. Bia.az Trend İA-ya istinadən xəbər verir ki, Qasımov, Bakının küçələrində işləyən taksilərin çoxunun həm texniki nöqteyi-nəzərdən, həm də rahatlıq və təhlükəsizlik baxımından müasir tələblərə cavab vermədiyini deyib: “Ona görə də bu avtomobillərin istismardan çıxarılması sərnişinlərə göstərilən xidmətin keyfiyyətini yaxşılaşdıracaq, rahatlığı və təhlükəsizliyi təmin edəcək”. Bir müddət öncə Nəqliyyat Nazirliyindəki mənbə bir neçə günə Azərbaycanda lisenziyası olmayan taksilərin yığışdırılmasına başlanılacağını bildirmişdi. Nəqliyyat naziri Ziya Məmmədov isə Azərbaycanda lizenziyalaşdırılmamış taksilərin sayının 10 mini ötdüyünü qeyd etmişdi. Nəqliyyat Nazirliyi ilə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin birgə müşavirəsində bu sahədə mövcud problemlərin aradan qaldırılması üçün konkret qərarlar qəbul olunub. Müşavirədə həmçinin qeyd olunub ki, paytaxt ərazisində fəaliyyət göstərən taksilərin, avtobusların dayanacaqdan kənar yerlərdə saxlaması, sərnişin düşürdüb-mindirməsi, təmir gedən ərazilərdə alternativ yolların bərbad vəziyyətdə olması paytaxtda nəqliyyatın hərəkətində ciddi problemlər yaradır. Taksilərin və avtobusların təyin olunmamış yerlərdə dayanmasının qarşısını almaq üçün Nəqliyyat Nazirliyi ilə Respublika Baş Dövlət Yol Polisi İdarəsi birgə reydlər keçirəcəklər.
“Bu çörəyi bizim əlimizdən almaqla deyil ki?!”
Bia.az əməkdaşları Nəqliyyat Nazirliyinin bu qərarına qarşı taksi sürücülərinin münasibətini araşdırıblar.
Taksi sürücüsü Qurban Vəliyev əməkdaşımızla söhbətində deyir ki, lizensiya versəydilər, daha yaxşı olardı: “Biz də lisenziya ilə işləyərdik”.
Sürücü Mehdi Quliyevin sözlərinə görə, millət acından qırılır: “Ona görə də hamı əlacsız qalıb, burda işləyir. Buna da maneçilik edirlər. Allah onların canını sağ eləsin”. Müxbirimizin “Əgər bu taksiləri yığışdırsalar, nə edərsiz” - sualına cavabında Mehdi kişi süpürgə götürüb, süpügəçiliklə məşğul olacağını söylədi: “Varlıların qapısını süpürək ki, balalarımızı dolandıraq”.
Başqa sürücü Məmməd Güləliyev isə bu qərara münasibətinin “əla” olduğunu bildirdi: “Qoy, camaat acından qırılsın. Biz bu pulu zülmlə qazanırıq. Bu çörəyi bizim əlimizdən almaqla deyil ki?! Hökumət də bilir ki, nə edir”.
Dövlətin verdiyi VÖİN-lə işlədiyini və hər ay vergi verdiyini deyən sürücü Əhməd Alıyev bildirdi ki, oğlunu bu günlərdə hərbi xidmətə yola salacaq: “Əgər mən bu xalqı qoruyuramsa, prezident də məni qorumalıdır. Bundan sonra necə gedim müharibə edim? Xalqın əlində nə var ki? Liviyada bir nəfər, çörəyini əlindən aldıqları üçün özünü yandırdı və xalq buna görə inqilab elədi. Yəqin ki, bir gün Azərbaycanda da bir nəfər özünü yandıracaq, ondan sonra da inqilab olacaq”. Bir neçə sürücü isə məsələyə münasibət bildirməkdən yayındı.
Dövlət rəsmiləri isə bu qərara haqq qazandırırlar
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, reydin əsas məqsədi paytaxt ərazisində fəaliyyət göstərən taksilərin, avtobusların dayanacaqdan kənar yerlərdə saxlaması, sərnişin düşürdüb-mindirməsi ilə bağlıdır: “Bu tipli qayda pozuntularının qarşısını almaq üçün çox ciddi reydlər keçiriləcək”.
Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov da bu xəbəri təsdiqlədiyini söyləyib: “Bakıda taksi kimi yalnız istehsal tarixindən 5 il müddətinə kimi olan maşınlar istifadə oluna bilər. Bu tələbələrə cavab verməyən bütün Rusiya maşınları xətdən çıxarılacaq. Reyd zamanı lisenziyasız fəaliyyət göstərən bütün nəqliyyat vasitələrinin fəaliyyətinə qadağa qoyulacaq. Hətta İnzibati Xətalar Məcəlləsində də belə bir maddə var. Lisenziyasız bütün nəqliyyat vasitələrinin sürücüləri cərimələnəcək. Bakıda isə Avropa İqtisadi Komissiyasının təyin etdiyi ”C", “D” və “Y” seqmentlərində göstərilən (Buna “London” taksiləri də daxildir- F.İ.) və istehsal tarixindən 5 ilə kimi olan bütün maşınlar taksi kimi fəaliyyət göstərə biləcəklər. Bütün sovet maşınları yığışdırılacaq. Yalnız “Qaz 3102" markalı maşınlara icazə veriləcək. Bakıda həmçinin ağ rəngli taksilər də olacaq. Onların isə salonunda taxometri, ”GPS" naviqasiya sistemi olacaq. Həmin taksilər hələlik keçid dövrü kimi nəzərdə tutulacaq. İlkin sifarişə görə bu tipli taksilərdən min ədəd gətiriləcək. Bunlar da ancaq lisenziyalı fəaliyyət göstərə biləcəklər"
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25 |
|
|
|
• “Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• "Mən sənətdə olanda sən yox idin" - Efirdə mübahisə
Bu gün, 00:16 |
|
|
|
• İsrail Azərbaycana yeni səfir təyin edib - İsrail mediası
Bu gün, 00:10 |
|
|
|
• "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Dünən, 20:14 |
|
|
|
• Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Dünən, 20:13 |
|
|
|
• Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Dünən, 20:08 |
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Dünən, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Dünən, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Dünən, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Dünən, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Dünən, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Dünən, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Dünən, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Dünən, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Dünən, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Dünən, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Dünən, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Dünən, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Dünən, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Dünən, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Dünən, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Dünən, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Dünən, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Dünən, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Dünən, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Dünən, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Dünən, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Dünən, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Dünən, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Dünən, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Dünən, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Dünən, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Dünən, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Dünən, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Dünən, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
11-01-2025, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
11-01-2025, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
11-01-2025, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
11-01-2025, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
11-01-2025, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
11-01-2025, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
11-01-2025, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
11-01-2025, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
11-01-2025, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
11-01-2025, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
11-01-2025, 13:58 |
|
|
|
|