O da anası ilə birgə ağır cəza almışdı .....                     ABŞ-dakı erməni diasporu ona böyük ümid bəsləyir .....                     Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb .....                     Öz aləmlərində Rubeni sığortalayırlar... .....                     "Ərdoğandan kömək istədik" .....                     Teymur Əsgərzadə yüksək vəzifəyə TƏYİN OLUNDU .....                     "Qadınlara qarşı zorakılığa son qoymaq hər kəsin vəzifəsidir" .....                     ABŞ qüvvələri Ermənistana gəlir, İran yenə SUSUR... .....                     Məhkəmə “Muğanbank”ın keçmiş vəzifəli şəxsi ilə bağlı qərar verdi .....                     Seymur Orucovun VƏTƏNDAŞ QƏBULU imitasiyası... .....                     Parlamentin İntizam Komissiyasının üzvləri dəyişəcək? .....                     Paşinyandan sərt addım: O ölkə ilə əlaqələri kəsir .....                     Məktəblərə internet çəkilməsi 17,5 milyon manata .....                     Rusiya və İran yaxınlaşması Bakı və Ankara üçün SİQNALDIR... .....                     Bakıda çəkisi 6 kq olan uşaq doğulub .....                     SPARK MMC-dən kimlər istintaqa cəlb edilib? .....                     Dövlət Duması Rusiya ilə ABŞ arasında birbaşa münaqişə risklərini qiymətləndirib .....                     Ölkədən 326 milyon manatı qaçaqmalçılıq yolu çıxartmaqda təqsirləndirilən şəxslərin .....                     Dövlətə 3 milyon cərimə kəsdirən Abutalıbovun yeri bilindi .....                     Hər bir saxta kosmetoloqun... plastik cərrahın arxasında hansısa MƏMUR DAYANIR... .....                     Diplomlu işsizlər... .....                     İrəvan İranın zəifləməsindən istifadə edir, “ova” çıxıb .....                     "İki gündür ki, dənizə getmək üçün gəmi ilə təmin olunmurlar..." .....                     "Ödənişli əlavə məzuniyyət almaq hüquqları..." .....                     Lavrovun “qara qutu” eyhamı: Rusiya bunu niyə yaydı? .....                     Paşinyan sübut etməyə çalışır ki... .....                     FHN-dən növbəti ŞÜBHƏLİ TENDERLƏR... .....                     Cəlilabadda SAXTA SƏNƏD qalmaqalı .....                     "Ermənistan Cənubi Qafqaza daxil olmaq üçün plastarm rolunu oynayır" .....                     Arxitektura Komitəsinin nə marağı var ki... .....                     `Azercell` xaricdə də müştəriyə problem yaradır .....                     Sərhədlərimizə qədər yaxınlaşan Vaşinqton... .....                     Bu gün hərbi cinayətlərdə ittiham olunan Ruben Vardanyan, Araik Arutyunyan və digərlərinin .....                     "Mən idman sahəsində baş verən haqsızlıqları, özbaşınalıqları tənqid edirəm" .....                     ABŞ-dan Qarabağla bağlı xoşagəlməz addım .....                     İki orqanı olmayan uşağın əlillik pensiyası kəsildi... .....                     Ukrayna niyə çağırış yaşını aşağı salmaq istəmir? .....                     Aleksanyandan Vardanyanla bağlı sensasiya .....                     Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik .....                     Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır .....                 

QAZAXDA İLGİNC OLAYLAR: MƏMUR-POLİS QARŞIDURMASI
Tarix: 3-09-2013, 13:18 | Çap et
QAZAXDA İLGİNC OLAYLAR: MƏMUR-POLİS QARŞIDURMASI
RAYON KİMLƏRƏ TAPŞIRILIB?

DİA.AZ: - Danılmaz həqiqətdir ki, bu gün Azərbaycan getdikcə daha çox dünyanın aparıcı idman mərkəzlərindən birinə çevrilməkdədir. Bu isə əlbəttə ki, ilk növbədə gənclər və idman sahəsinin dövlətimiz tərəfindən daima xüsusi diqqət və böyük qayğı içərisində saxlanmasının nəticəsidir. Təsadüfi deyildir ki, müxtəlif tədbirlər çərçivəsində Bakıya səfər edən ən nüfuzlu beynəlxalq idman təşkilatlarının rəhbərləri də Ölkə Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə fəaliyyətini çox yüksək qiymətləndirmiş və bir çoxları isə öz ölkələrində belə inkişafı müşahidə etmədiklərini etiraf etmişlər.

Ötən günlərdə diqqətinizə təqdim etdiyimiz materialların birində Qazax rayonunun Gənclər və İdman idarəsinin fəaliyyətində yer almış çoxsaylı nöqsanlardan, o cümlədən idarənin rəisi Vüqar Nəbiyev tərəfindən yol verilən bir çox qanun pozuntularından bəhs olunmuşdu. Yerli mənbələrdən aldığımız məlumatlar əsasında hazırladığımız materialda bildirilirdi ki, bu idarəyə hər il rayonda idmanın inkişafı məqsədilə ayrılan və təxminən 60-70 min manat təşkil edən dövlət vəsaitinin məqsədyönlü xərclənməsi təmin olunmur.

İdarə rəhbərliyi tərəfindən yuxarı instansiyalara təqdim olunmaq üçün hazırlanan hesabat sənədlərində şişirdilmiş rəqəmlər göstərilir, təşkilinə böyük məbləğlərdə vəsaitlərin sərf olunduğu qeyd olunan yerli əhəmiyyətli yarış və turnirlər isə əksər hallarda yalnız kağız üzərində keçirilir. Həmçinin materialda xüsusi olaraq belə bir fakt vurğulanmışdı ki, Qazax rayonunun Gənclər və İdman İdarəsinin rəisi V.Nəbiyev özü bircə gün də olsun ordu sıralarında xidmət etməmişdir.

DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, Vüqar Nəbiyev tənəffüs sistemində müəyyən problemlərlə bağlı olan xroniki xəstəlik səbəbindən hərbi xidmətə yararsız statusunu almışdır. Təbii ki, ölkə ərazisinin 20%-dən artıq bir hissəsinin hələ də işğal altında olduğu və xüsusən də torpaqlarımızın artıq məhz hərb yolu ilə azad olunacağına dair ehtimalların daha tez-tez səsləndiyi bir vaxtda, xalqın mərd, əsgəri ruhda yetişdirilmiş övladlarına ehtiyacı daha çoxdur. Elə bu funksiyanın yerinə yetirilməsində də bölgələrdə fəaliyyət göstərən Gənclər və İdman idarələrinin rolu xüsusi əhəmiyyət kəsb edir. Özü hərbi xidməti keçməmiş bir məmurun isə gənc nəslin hərbi-vətənpərvər ruhda tərbiyyəsi işinə hər hansı tövhələr verə biləcəyi həqiqətən də ciddi şübhələr doğurur.

Digər tərəfdən isə V.Nəbiyevin vaxtının çox hissəsini sərf etdiyi sahibkarlıq fəaliyyəti də, onun tutduğu dövlət qulluğundan irəli gələn vəzifələrin icrasına kifayət qədər əngəllər törədir. Belə ki, Qazax rayonunun Gənclər və İdman idarəsinin rəisi, eyni zamanda həm də ticarət mərkəzi, avtoyuyucu, qapı-pəncərə sexi və çayxana kimi kommersiya obyektlərinin də sahibidir. Əslində V.Nəbiyevin aldığı ali təhsil üzrə ixtisası da qətiyyən idman sahəsinə aid edilə bilməz.

Məlumatlarda bildirilir ki, Vüqar Nəbiyev Gəncə Kənd Təsərrüfatı Akademiyasının (indiki Aqrar Universitet) o vaxtkı Qazax filialının Mühasibat uçotu fakültəsinin məzunudur. Amma bütün bunlar yenə də V.Nəbiyevə Gənclər və İdman Nazirliyinin strukturlarından birində rəhbər vəzifə tutmağa mane olmayıb. Amma mənbələr iddia edirlər ki, bu maneələri keçməkdə idarə rəisinə GİN-in aparat rəhbəri Fuad Hacıyevin himayəsi kömək olub. Təəssüflər olsun ki, bu məlumatların dərcindən kifayət qədər müddət keçsə də nə Gənclər və İdman Nazirliyinin, nə də Qazax Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən məsələyə münasibət bildirilmədi. Əvəzində isə Vüqar Nəbiyev özü bu günlərdə törətdiyi növbəti əməlləri ilə gənc nəslə necə nümunə ola biləcəyi sualına bir daha aydınlıq gətirdi.

DİA.AZ-a daxil olmuş yeni məlumatlarda Qazax rayonu Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev barədə son dərəcə maraqlı faktlar təqdim olunub. Mənbə bildirir ki, avqust ayının 29-da, axşam saatlarında (təxminən 20.30–21.00 arası) ərazidə xidmət aparan PPX əməkdaşlarının diqqətini Qazaxın Gənclər Mərkəzində otaqlardan birinin pəncərəsindən küçəyə düşən işıq cəlb edib. Bundan sonra polis əməkdaşları Qazax rayon Polis Şöbəsi ilə əlaqə saxlayaraq öz şübhələri barədə növbətçiyə məruzə ediblər. Daha sonra hadisə yerinə şöbənin əməliyyatçısı, Amil adlı əməkdaş gəlib. Gənclər Mərkəzinə daxil olan Amil pəncərəsindən işıq gələn otağa girib. Burada isə...

Mənbə bildirir ki, həmin otaqda polis əməkdaşı Vüqar Nəbiyevin öz tabeliyində çalışan evli bir xanımla eşqbazlıq etdiyinin şahidi olub. Bundan sonra məsələnin etik tərəflərini, xüsusən də həmin xanımın evli olmasını nəzərə alaraq, Amil şifahi tənbehlə kifayətlənərək “hadisə yerini” tərk edib. V.Nəbiyev isə öz pərtliyini unutmaq üçün Gənclər Mərkəzindən çıxaraq bir başa yaxınlıqdakı kafelərdən birinə yollanıb. Burada o, Azər adlı bir dostu ilə oturaraq spirtli içki də qəbul edib. Söhbət əsnasında isə V.Nəbiyev dostuna öz başına gələnləri də nəql edib. Tərslikdən Azər adlı bu şəxs də dostuna onu qızışdıran məsləhət verməyə başlayıb: “Axı polis kimdir ki, sənin şəxsi həyatına müdaxilə edir?..” Bu sözlər də Vüqar Nəbiyevin artıq kifayət qədər dumanlanmış beyninə batıb. Kafedən çıxan idarə rəisi bir başa özünü polis şöbəsinə çatdırıb. Amili burda yaxalayan V.Nəbiyev onu söyməyə, təhqir etməyə və hədələməyə başlayıb. Hətta iş o yerə çatıb ki, sərxoş vəziyyətdə ictimai asayişi pozmasına və polis əməkdaşını vəzifə borclarının icrası zamanı təhqir etməsinə görə, insidenti sənədləşdirərək, V.Nəbiyevi bir neçə saatlığına saxlamalı da olublar.

Lakin bundan sonra məsələyə Qazax RPŞ-nin rəisi Zöhrab İsmayılov müdaxilə edib. Məhz onun göstərişi ilə V.Nəbiyev sərbəst buraxılıb və ona qarşı ən azından xuliqanlıq maddəsi ilə cinayət işi açılmayıb. Sonradan məlum olub ki, polis rəisinin bu qərara gəlməsinə də səbəb Qazax RİH-dən daxil olan bir zəng olub. Bu zənqi edən isə icra başçısının müavini və rayonda Vüqar Nəbiyevin əsas himayədarı hesab olunan Gülayə Həsənova olub. Lakin aldığımız məlumatlara görə əməliyyatçı Amil RPŞ müdirinin bu qərarına etirazını bilavasitə Zöhrab İsmayılovun özünə bildirib. Həmçinin mənbə iddia edir ki, Amil baş verənlər barədə birbaşa DİN rəhbərliyinə məruzə etmək qərarına gəlib...

Digər tərəfdən isə son günlərin hadisələri Qazax RİH başçısının müavini Gülayə Həsənovanı müəyyən problemlərlə üzləşdirib. Həm də V.Nəbiyevlə bağlı insident bu hadisələrin daha az problemlisidir. Belə ki, bu hadisədən iki gün keçməmiş G.Həsənovanın doğma qardaşı, Qazax rayonundakı Diaqnostika Mərkəzinin baş həkimi Şahin Həsənov daha ciddi bir cinayət hadisəsi törədib. Bu xüsusda KİV-də yayımlanan məlumatlarda bildirilir ki, avqustun 31-i səhər saat 9.20-də Ş.Həsənov rayonda öz sahəsində nüfuz sahibi kimi tanınan cərrah Vasif həkimi bıçaqla vurmuş və ona ağır xəsarət yetirmişdir. Faktla bağlı rayon prokrorluğunda cinayət işi açılıb. Belə qənaətə gəlmək olar ki, Gülayə xanımın himayə etdiyi məmurlar ümumiyyətlə ölkə qanunlarına və insani dəyərlərə etinasız münasibətləri ilə seçilirlər.

Qeyd edək ki, məlumatları alandan sonra biz həm Qazax RPŞ-nin rəhbərliyi ilə, həm də Vüqar Nəbiyevlə telefon əlaqəsi saxladıq. Cənab Zöhrab İsmayılov insidentin yer aldığını təsdiq etdi. V.Nəbiyev isə ilk əvvəl olanları etiraf etsə də, sonradan fikrini dəyişərək bütün deyilənlərin böhtan olduğunu iddia etməyə başladı.

Hər halda ümid edirik ki, ən azından indi Gənclər və İdman Naziri cənab Azad Rəhimov Qazax rayonu Gənclər və İdman idarəsinin rəisi Vüqar Nəbiyevin tutduğu vəzifəyə uyğunluğu məsələsini yenidən nəzərdən keçirəcək. Həmçinin baş verənlərə DİN rəhbərliyinin və Qazax RİH-nin başçısı cənab Ayaz Əsgərovun münasibətlərini də bilmək olduqca maraqlı olardı.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
O da anası ilə birgə ağır cəza almışdı - İlin məşqçisi seçildi
Bu gün, 10:29
ABŞ-dakı erməni diasporu ona böyük ümid bəsləyir - Rubio dövlət katibi olur
Bu gün, 10:26
Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb - SİYAHI
Bu gün, 10:23
Öz aləmlərində Rubeni sığortalayırlar... - AKTUAL
Bu gün, 10:22
"Ərdoğandan kömək istədik" - ABŞ Dövlət katibi
Bu gün, 10:20
Teymur Əsgərzadə yüksək vəzifəyə TƏYİN OLUNDU - ƏMR
Bu gün, 10:17
"Qadınlara qarşı zorakılığa son qoymaq hər kəsin vəzifəsidir" - Tanınmış hüquq müdafiəçisinin qızının başına İŞ GƏLDİ
Bu gün, 10:14
ABŞ qüvvələri Ermənistana gəlir, İran yenə SUSUR... - DAHA NƏ BAŞ VERMƏLİDİR Kİ?
Bu gün, 10:06
Məhkəmə “Muğanbank”ın keçmiş vəzifəli şəxsi ilə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 10:01
Seymur Orucovun VƏTƏNDAŞ QƏBULU imitasiyası... - FOTOFAKT
Bu gün, 09:59
Parlamentin İntizam Komissiyasının üzvləri dəyişəcək? - AÇIQLAMA
Bu gün, 09:57
Paşinyandan sərt addım: O ölkə ilə əlaqələri kəsir - “İravunk”
Bu gün, 09:51
Məktəblərə internet çəkilməsi 17,5 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 09:37
Rusiya və İran yaxınlaşması Bakı və Ankara üçün SİQNALDIR... - Məcburuq ki...
Bu gün, 09:33
Bakıda çəkisi 6 kq olan uşaq doğulub
Bu gün, 09:26
SPARK MMC-dən kimlər istintaqa cəlb edilib? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:15
Dövlət Duması Rusiya ilə ABŞ arasında birbaşa münaqişə risklərini qiymətləndirib
Bu gün, 09:11
Ölkədən 326 milyon manatı qaçaqmalçılıq yolu çıxartmaqda təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib
Bu gün, 09:02
Dövlətə 3 milyon cərimə kəsdirən Abutalıbovun yeri bilindi - YENİ DETALLAR
Bu gün, 09:00
Hər bir saxta kosmetoloqun... plastik cərrahın arxasında hansısa MƏMUR DAYANIR... - İLGİNC...
Bu gün, 08:59
Diplomlu işsizlər... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:56
İrəvan İranın zəifləməsindən istifadə edir, “ova” çıxıb - keçmiş səfirdən ilginc açıqlamalar
Bu gün, 08:49
"İki gündür ki, dənizə getmək üçün gəmi ilə təmin olunmurlar..." - GİLEY
Bu gün, 08:41
"Ödənişli əlavə məzuniyyət almaq hüquqları..." - Ekspert danışır...
Bu gün, 08:28
Lavrovun “qara qutu” eyhamı: Rusiya bunu niyə yaydı? - Görünəni odur ki...
Bu gün, 08:26
Paşinyan sübut etməyə çalışır ki... - AKTUAL
Bu gün, 08:25
FHN-dən növbəti ŞÜBHƏLİ TENDERLƏR... - bir araşdıran olsa...
Bu gün, 08:20
Cəlilabadda SAXTA SƏNƏD qalmaqalı - Başçının adı hallanır...
Bu gün, 08:18
"Ermənistan Cənubi Qafqaza daxil olmaq üçün plastarm rolunu oynayır" - Qulamhüseyn Əlibəyli
Bu gün, 08:15
Arxitektura Komitəsinin nə marağı var ki... - İDDİA
Bu gün, 08:08
`Azercell` xaricdə də müştəriyə problem yaradır - "E-sim yükləyin canınız dinc olsun..."
Bu gün, 08:05
Sərhədlərimizə qədər yaxınlaşan Vaşinqton... - KİM ÜÇÜN TƏHLÜKƏDİR?
Bu gün, 08:00
Bu gün hərbi cinayətlərdə ittiham olunan Ruben Vardanyan, Araik Arutyunyan və digərlərinin məhkəməsi başlayır
Bu gün, 07:15
"Mən idman sahəsində baş verən haqsızlıqları, özbaşınalıqları tənqid edirəm" - QALMAQAL
Bu gün, 07:11
ABŞ-dan Qarabağla bağlı xoşagəlməz addım – Ermənilər geri qaytarılır?
Bu gün, 06:40
İki orqanı olmayan uşağın əlillik pensiyası kəsildi... - Nazirlik isə deyir ki...
Bu gün, 06:38
Ukrayna niyə çağırış yaşını aşağı salmaq istəmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:29
Aleksanyandan Vardanyanla bağlı sensasiya - "Bakıya elə faktlar verəcəm ki…”
Bu gün, 06:26
Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik - MALƏSƏF...
Bu gün, 00:08
Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır - BU NƏDİ BELƏ?
Bu gün, 00:02
Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər... - NƏ BAŞ VERİR?
Bu gün, 00:00
Trampın Bakı səfəri baş tuta bilər... - AÇIQLAMA
Dünən, 22:47
Fevralın 9-u başlayacaq - İTV-də...
Dünən, 22:37
Qəbul imtahanları elektron olacaq - Nəticələrə necə təsir edəcək?
Dünən, 22:01
Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... - TƏFƏRRÜAT
Dünən, 21:57
ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Dünən, 20:52
"Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Dünən, 20:49
Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Dünən, 20:46
NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Dünən, 20:43
'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Dünən, 20:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru