Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına .....                     İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb .....                     Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri .....                     İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb .....                     ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? .....                     ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... .....                     Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... .....                     "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." .....                     Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib .....                     “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” .....                     Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar .....                     Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı .....                     Bu, erməni xalqına baha başa gələcək .....                     Rusiya-Ukrayna müharibəsi başa çatır? .....                     Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm .....                     Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib .....                     "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." .....                     "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" .....                     ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ .....                     AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir .....                     Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb .....                     Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? .....                     “Tərtər işi”nə görə həbs edilən generalın işi .....                     Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır .....                     Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı .....                     “Ermənistanın qonşularla ticarəti məhv olacaq” .....                     Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib .....                     Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? .....                     Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib .....                     Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? .....                     ADSU-nun rektor əvəzi özü də tələbədir? .....                     Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir .....                     Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik! .....                     Azər Qasımlı ilə bağlı qərar verildi .....                     Mircəlal həkim dedi ki, pul bunlara, sonra Gömrük Hospitalına köçürülür .....                     Dünyanın ən amansız ordusu Ermənistana girə bilər .....                     “Diplomların tanınmamasının əsl səbəbi bunlardır..." .....                     “PASHA Real Estate”də yeni təyinat .....                     Ermənistan Kiselyovun "Vesti nedeli" verilişini bloklaya bilər .....                     Bu idarənin rəis müavininə cinayət işi açıldı .....                 

ZİYA MƏMMƏDOVUN OĞLUNUN DAHA BİR "UĞURU"...
Tarix: 19-07-2013, 11:40 | Çap et
ZİYA MƏMMƏDOVUN OĞLUNUN DAHA BİR "UĞURU"...
“2011-ci ilin dekabrın 30-da bizi evimizdən çıxardılar. Səhəri gün bayram idi. Yalvardım-yaxardım ki, siz də insansınız, gedib bayramımızı edək, ayın 1-i çıxarıq. Dedi, bu dəqiqə çıxmalısınız. Qar da yağırdı... O qış bərk gəldi, mənim bir dənə əşyam əlimdə qalmadı. Mebellərimi apardım ”JEK"də işləyən fəhlənin həyətinə yığdım. Onu da qar basdı, bərbad hala düşdü. Bu dəqiqə mən pis vəziyyətdə kirayədə yaşayıram. Kompensasiya kimi verilən pul 2 il ərzində kirayə haqlarına getdi".
Bu sözləri Heydər Əliyev Mərkəzinin ətrafında evi sökülən Minayə Əzizova “Azadlıq”a danışır. Onunla birlikdə iki il əvvələ qədər yaşadığı evə yollanırıq. Qadın yol boyu evini dövlətə satmaq istəmədiyini dönə-dönə təkrar edir. M.Əzizovanın 2005-ci ildən yaşadığı həyət evi 42 kvadrat metr olub. 2011-ci ildə Bakı Şəhər Icra Hakimiyyətinin nümayəndələri onun və ətrafdakı bütün küçələrin park salınması üçün söküləcəyini bildiriblər. Əlavə ediblər ki, verilən kompensasiya ilə razı olmasalar, evlərindən məcburi çıxarılacaqlar. Minayə Əzizovanın qonşuları bu məbləğlə razılaşmasalar da məcbur qalaraq evlərini tərk ediblər. Amma o təkid edib. Nəsimi rayon Icra Hakimiyətindən onlara 3 dəfə xəbərdarlıq məktubu gəlib ki, “sizə məxsus ümumi tikili sahəsi 25,7 kvadrat metr olan, yardımçı sahə 8,2 kv. metr olan əmlakınızın müstəqil ”Ekspert-Audit" MMC tərəfindən yaşayış sahəsi 21,875,0 manat, yardımçı sahə üçün 5,125,0 manat olmaqla, 20 faiz nəzərə alınmaqla, ümumilikdə 32.400,0 manat dəyərində qiymətləndirilmişdi. Mənzilinizi 15 gün ərzində boşaldın". Əzizovlar ailəsi yenə evlərini tərk etməyiblər. “”Bu mənim şəxsi mülkiyyətimdir. Mən bu evi satmıram" dedim. Icra Hakimiyyətinin nümayəndəsi dedi ki, sən kimsən? Prezident gəlib baxıb, bu yeri götürüb".
Ailə evindən məcburi çıxarılandan sonra onlara 42 kvadrat metrlik evin 17 kvadrat metrinin pulu ödənilib. Icra Hakimiyyətinin nümayəndələri deyib ki, qalan sahələr “kupça”ya düşməyib.
M.Əzizovanın iki il əvvələ qədər yaşadığı əraziyə çatırıq. Qatar xətti və hündürmərtəbəli bina arasında olan böyük ərazini ot basıb. Burada 21 ailə yaşayıb. Qadın yaşadığı evin ot basan sahəsinə keçib deyir ki, “bax, mənim evim buradaydı. Özüm üçün şərait yaratmışdım. Məni iki saatın içərisində evimdən çıxardılar. Buldozer gətirdilər... polislər bir özbaşınalıq elədilər... Demişdilər ki, dövlət ehtiyacı üçün evimizdən çıxmalıyıq. Burada hansı dövlət əhəmiyyətli tikinti aparılır? Prezidentin yoludur... prezident soruşmur ki, burada nə tikmək istəyirdiniz, niyə tikmirsiniz? Boğazımızdan kəsib prezidentə teleqramlar vururdum, amma bizə cavab vermədi. Bizi döyə-döyə evimizdən çıxardılar. Kiminsə cibini doldurmaq üçün evimizi sökdülər”.
Qadın deyir ki, evləri söküləndən sonra bir neçə dəfə Azərbaycandan birdəfəlik çıxıb getmək istəyiblər. Amma hər dəfə nəsə qoymayıb...
Heydər Əliyev Mərkəzinin ətrafında evi sökülən digər sakin Fuad Zəkiyev deyir ki, əlacsız qalıb təklif edilən evi götürüb. Sakinlərə əvvəlcə cüzi kompensasiya təklif olunub, sonra isə “AZINKO” şirkətinin Keşlə qəsəbəsində tikdiyi binalardan ev verilib. BŞIH-in işçiləri deyiblər ki, sakinləri köçürmək üçün mənzillərin hər kvadrat metrinə 1200 manat ayrılıb, amma köçürülən evlərin kvadrat metri 620 manatdır. “Verilən evin kvadrat metrindən razıyam, amma onu təmir etməyə pulum yoxdur. Döşəmələri yararsız vəziyyətdədir. Kimin pulu varsa, cibindən ödəyib təmir elətdirdi. Amma mən təqaüdçüyəm, yoldaşım I qrup əlildir... Bizim imkanımız yoxdur ki, bu evi yaşanılası yerə çevirək”- F.Zəkiyev deyir.
Minayə Əzizovanın və digər 21 ailənin yaşadığı ot basmış yerlər hotel ərazisidir. Hoteli tikən fəhlələr bunu “Azadlıq”a deyirlər. Onlar əlavə edirlər ki, oteli “ZQAN Holding” (Indiki “Garant Holding”... Bu ilin 5 mayında “ZQAN Holding”in adı dəyişdirilərək “Garant Holding” olub - S.V.) tikir. 35 mərtəbəli hotel Nəqliyyat naziri Ziya Məmədovun oğlu, “ZQAN Holding”in Direktorlar Şurasının sədri Anar Məmmədova məxsusdur. 21 ailə bu ərazidən “dövlət ehtiyacı” səbəbi ilə köçürülmüşdü. Dövlət ehtiyacının mahiyyəti və sərhədləri Mülki Məcəllənin 157.9-cu maddəsində göstərilib. Burada yazılıb ki, yolların və digər kommunikasiya xətlərinin çəkilməsi; sərhəd zolağının müəyyən edilməsi; müdafiə əhəmiyyətli obyektlərin tikilməsi “dövlət ehtiyacı” sayılır. Nazir oğlunun tikdiyi isə “dövlət ehtiyacı”nın sərhədlərinə aid deyil.
Şikayətçi Minayə Əzizovanın vəkili Ziya Quliyev “Azadlıq”a deyib ki, Bakı Şəhər Icra Hakimiyyətinin ərazinin söküntüsü ilə bağlı verdiyi sərəncamın etibarsız hesab edilməsi ilə bağlı 1 saylı Inzibati-Iqtisad Məhkəməsində iddia qaldırıb. BŞIH sərəncamı məhkəməyə təqdim etmədiyinə görə proses təxirə salınıb. “Orada park-bağ salınması üçün ərazinin söküldüyü deyilirdi, amma indi həmin yer hotel kimi istifadə olunacaqsa, bu yenə ”dövlət ehtiyacı" deyil. Biz iddiamızın ölkə daxilindəki məhkəmələrdə təmin olunacağına inanmırıq. Məhkəmələr müstəqil deyil deyə bunu təmin etməyəcəklər. Sərəncamın etibarsız sayılması söküntünün qanunsuz aparıldığını isbatlayacaq. Belə olan halda zərərçəkənə ya kompensasiya ödənilməlidir, ya da ev verilməlidir. Ilin sonuna qədər bütün instansiyaları keçib bu işi Avropa Məhkəməsinə aparacağıq".
Minayə Əzizov ona dəymiş mənəvi zərəri 30.000 manat dəyərləndirib. Evi sökülən zaman məhv edilmiş, məişət, mebel, geyim əşyalarına görə 20 min manat məbləğində maddi zərərin ödənilməsini istəyib.
Digər şikayətçi Fuad Zəkiyevin hüquqlarını müdafiə edən Şəfa Camalzadə “Azadlıq”a deyib ki, onlar Əmlak Məsələləri Dövlət Komitəsini, Bakı Şəhər Icra Hakimiyyətini, Nərimanov rayon Icra Hakimiyyətini məhkəməyə verərək sökülmüş evin bərpa edilməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb ediblər. Sakin 24 min manat əldən çıxmış faydanın, qanunsuz olaraq mənzilinin dağıdılması nəticəsində 50.000 manat mənəvi zərərin ödənilməsini istəyib. 2 saylı Bakı Inzibati Iqtisad Məhkəməsi iddianı təmin etməyib. Iş Apelyasiya Məhkəməsinə göndərilib. Vəkil deyib ki, gələn ay ərzində şikayətə baxılacaq. Ölkə içində məhkəmələr iddianı təmin etməsələr, iş Avropa Məhkəməsinə göndəriləcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Bu gün, 18:17
İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Bu gün, 18:15
Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Bu gün, 18:13
İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Bu gün, 18:09
ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Bu gün, 17:59
ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Bu gün, 17:53
Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Bu gün, 17:51
"Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Bu gün, 17:40
Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Bu gün, 17:37
“AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Bu gün, 17:33
Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Bu gün, 17:27
Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Bu gün, 17:25
Bu, erməni xalqına baha başa gələcək - Karasin
Bu gün, 17:20
Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Bu gün, 17:19
Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Bu gün, 17:17
Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Bu gün, 17:16
"4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Bu gün, 17:14
"Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Bu gün, 17:09
ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Bu gün, 17:02
AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Bu gün, 16:58
Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Bu gün, 16:56
Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Bu gün, 16:55
“Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Bu gün, 16:48
Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Bu gün, 16:46
Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Bu gün, 16:43
“Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Bu gün, 16:24
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Bu gün, 16:18
Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Bu gün, 16:17
Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Bu gün, 16:14
Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? - İLGİNC İDDİA
Bu gün, 16:12
ADSU-nun rektor əvəzi özü də tələbədir? - AÇIQLAMA
Bu gün, 16:01
Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir -ŞƏRH
Bu gün, 15:59
Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik!
Bu gün, 15:57
Azər Qasımlı ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 15:56
Mircəlal həkim dedi ki, pul bunlara, sonra Gömrük Hospitalına köçürülür - Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 15:53
Dünyanın ən amansız ordusu Ermənistana girə bilər
Bu gün, 15:39
“Diplomların tanınmamasının əsl səbəbi bunlardır..." - Ekspert
Bu gün, 15:35
“PASHA Real Estate”də yeni təyinat
Bu gün, 15:34
Ermənistan Kiselyovun "Vesti nedeli" verilişini bloklaya bilər
Bu gün, 15:32
Bu idarənin rəis müavininə cinayət işi açıldı - FOTO
Bu gün, 15:30
Ermənistan ələ keçirdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq niyyətində deyildi - ŞƏRH
Bu gün, 15:24
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi - LƏĞV OLUNUR
Bu gün, 15:20
Qiymət artımı son 14 ayda ən yüksək səviyyəyə çatıb - BELƏ HARA GEDİRİK?
Bu gün, 15:17
Ordumuzun əsgəri vəfat edib - FOTO
Bu gün, 15:10
ABŞ-Ermənistan arasındakı sazişi Azərbaycanın uğursuzluğu kimi təqdim edənlərə... - AKTUAL
Bu gün, 15:08
Paşinyan KTMT-dən çıxdığını ELAN EDƏCƏK
Bu gün, 15:02
Blinken və Mirzoyan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər - Ermənistan XİN
Bu gün, 14:58
"Qayınanamın ayaqlarından öpərəm"
Bu gün, 14:43
Ermənistan parlamentinin komissiyası ABŞ-nin gömrük orqanları ilə əməkdaşlığa dair sənədi təsdiqləyıb
Bu gün, 14:41
Əsədi hakimiyyətdə saxlayan qüvvələr Elçibəyi niyə hədəfə aldı? - İLGİNC
Bu gün, 14:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru