“CƏNAB FIRILDAQ” BAKIDA AT OYNADIR
Tarix: 19-12-2011, 12:55 | Çap et
HACI VÜQAR ADLI ŞƏXS ONLARLA VƏTƏNDAŞI MÜFLİS EDİB
DİA.AZ: - Ötən gün etibarlı mənbədən redaksiyamıza daxil olan məlumatda son illər dələduzluq yolu ilə paytaxt sakinlərinin milyonlarını əlindən alan daha bir fırıldaqçının insanları müflis edən əməlləri ilə bağlı maraqlı məlumat daxil olub. Bəlli bir müddətdir ki, Bakı şəhərində müxtəlif tikinti obyektlərinin inşası ilə məşğul olan Hacı Vüqar adlı şəxsin ayrı-ayrı vətəndaşlardan yüz minlərlə manat məbləğində pul alaraq geri qaytarmaqdan imtina etdiyini, daha dəqiq desək, günəşli bir gündə buxarlanan bir ovuc su kimi yoxa çıxdığını vurğulayıb:
«Bu şəxs bəlli bir müddət idi ki, paytaxt ərazisində göydələn binalardan tutmuş ticarət mərkəzlərinə qəfər müxtəlif obyektlərin inşası ilə məşğul olmuş, güc orqanlarındakı bəzi himayədarlarının köməyi ilə şəhərin elitar tikinti şirkətləri arasında özünə qarşı etimad formalaşdırmışdı. Lakin son bir neçə aydır ki, baş verən olaylar adıçəkilən şəxsin nüfuzlu iş adamı deyil, sadəcə olaraq adi bir fırıldaqçı olduğunu üzə çıxardıb. Belə ki, Hacı Vüqarın qəflətən yoxa çıxmasından sonra onun xeyli sayda insana milyonlarla manat borclu olduğu məlum olum. Bəlli olub ki, adıçəkilən şəxs «sözübütöv və etibarlı insan» rolunu məhz bu pullara sahiblənmək məqsədilə oynayıb».
Qeybə çəkilən dələduz və yoxa çıxan milyonlar
Mənbə Hacı Vüqarın fırıldaqları sayəsində külli miqdarda ziyana uğrayan bəzi şəxslərin də adlarını açıqlayıb. Mənbənin sözlərindən bəlli olub ki, bu şəxslər arasında tanınmış iş adamlarından tutmuş bəzi fabrik-zavod rəhbərlərinə kimi ən müxtəlif adamlar mövcuddur: «Hacı Vüqarın aldadaraq yüz minlərlə puluna əl qoyduğu adamların sayı kifayət qədərdir. Bunlara nümunə olaraq şəhərin nüfuzlu iş adamları kimi tanınan Aygün xanım və Vüsalə xanımın adları çəkmək olar. Bu insanların hər ikisi Hacı Vüqarın məkirli dələduzlıuğunun qurbanına çevrilib. Xanım iş adamlarından 750 min manat məbləğində pul alan Hacı Vüqar «qeybə çəkildiyi» günə qədər həmin pul müqabilində üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və son anda götürdüyü milyonlarla bərabər «yoxa çıxmışdır». Hacı Vüqarın digər bir qurbanı Məmmədov qardaşlarıdır. Digər şəxslər kimi Məmmədov qardaşlarını da inandıraraq tora salan Hacı Vüqar onları nə az nə çox - düz 4 milyon 500 min manat məbləğində zərərə uğradıb. Paytaxtdakı beton zavodlarından birinin rauf adlı rəhbərindən dəyəri 560 min manat olan beton məmulatı götürən və borcunu bir ay ərzində qapadacağını bildirən Hacı Vüqar, bu şəxsi də aldadaraq gözünü yolda, qulağını səsdə qoyub. Artıq bir neçə aydır ki, yoxa çıxmasına baxmayaraq, adıçəkilən şəxsin tapılaraq hüququ məsuliyyətə cəlb edilməsində maraqlı olan zərərçəkənlər, fırıldaqçı işbazın qanun qarşısında cavab verməsi üçün son dərəcə israrlıdır».
Fırıldaqçı «hacı»nın gizli himayədarları kimdir?
Hacı Vüqarın fırıldaq əməlləri ilə bağlı redaksiyamıza məlumat verən mənbə, onun bu dələduzluğu güc orqanlarındakı bəzi himayədarlarının dəstəyinə ümid edərək həyata keçirdiyini vurğuladı: «Əslində Hacı Vüqarı elitar tikinti şirlkətləri, iş adamları arasında tanıdan onu bu mövqeyə çıxardan güc orqanlarındakı bəzi himayədarları olub. Məhz onların dəstəyinə arxayın olan «hacı» üzərinə gücünü aşan məsuliyyətsiz öhdəliklər götürərək vətəndaşların pullarına əl qoymuş, son anda isə vəziyyətdən çıxış yolunu qaçmaqda görmüşdür».
Mənbə Hacı Vüqarın hazırda ölkə daxilində olmadığını və himayədarlarının köməyi ilə xarici ölkələrdən birinə qaçdığını qeyd etdi: «Məlum olaylardan sonra ölkədə qalmağın onun üçün təhlükəli ola biləcəyini nəzərə alan Hacı Vüqar himayədarlarının köməyi ilə Azərbaycanı tərk edərək xarici dövlətlərdən birinə qaçdı və bu gün də həmin ölkədə oturub «aranın sakitləşməyini» gözləməkdədir. Fırıldaqçı iş adamı hesab edir ki, vəziyyət nisbətən yoluna qoyulandan sonra yenidən öz himayədarlarının köməyi ilə geriyə qayıdacaq və yarımçıq qoyduğu bütün dələduzluqlaraqaldığı yerdən davam edəcəkdir».
Hacı Vüqar nə vaxt və harda zühur edəcək?
Hacı Vüqarın bütün gözləntilərinə baxmayaraq, mənbə adıçəkilən şəxsin ölkəyə ən yaxşı halda qolu qandallı gətiriləcəyi qənaətindədir. Mənbənin bildirdiyinə görə, zərərçəkən şəxslərin Hacı Vüqarın tapılması üçün həm şəxsi, həm də hüquq-mühafizə orqanlarının köməyi ilə həyata keçirdikləri ardıcıl axtarış tədbirlərinin yaxın gələcəkdə konkret nəticələr verəcəyi şübhəsizdir: «Hazırkı şəraitdə Hacı Vüqar özünü nə qədər güvəndə hiss etsə də, yaxın aylarda fırıldaqçı işbazın bu təəssüratının başqa bir təəssüratla əvəzlənəcəyi, onun tapılaraq ölkəyə gətiriləcəyi birmənalıdır. Çünki bu istiqamətdə həm aldadılan iş adamları, həm də hüquq-mühafizə orqanları çərçivəsində mütəmadi iş aparılmaqdadır. Hacı Vüqarın üzərinə götürdüyü öhdəlikləri min bir bəhanə ilə təxirə saldığı və qeybə çəkildiyi vaxtdan aylar ötsə də, zərərçəkənlər əziyyətlə qazandıqları pulları adi bir fırıldaqçıya bağışlamaq niyyətində deyil. Odur ki, Hacı Vüqarın tapılaraq qanun qarşısına çıxrılmağında maraqlı olan zərərçəkənlər öz səylərini durmadan artırmaqdadırlar. Bu baxımdan əminliklə demək olar ki, yaxın vaxtlarda Hacı Vüqar qolu qandallı şəkildə yenidən Azərbaycanda zühur edəcək və məhkəmə qarşısına çıxaraq bütün ittihamları cavablandırmalı olacaqdır. O zaman yəqin ki, Hacı Vüqar öz himayədarları haqqında da susmayacaq və «cəhənnəmə gedən özünə yoldaş axtarar» məsəlinə uyğun olaraq, daha bir neçə nəfərin qanun qarşısında cavab verməsinə səbəb olacaqdır».
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Bu gün, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Bu gün, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Bu gün, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Bu gün, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Bu gün, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Bu gün, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Bu gün, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Bu gün, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Bu gün, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Bu gün, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Bu gün, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Bu gün, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Bu gün, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Bu gün, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
|