OLİQARXLAR MƏMURLAR RİSK ALTINDADIR
Tarix: 14-12-2011, 15:17 | Çap et
XARİCDƏN ASILILIQ ONLARI HƏR ZAMAN MÜFLİS QOYA BİLƏR
DİA.AZ: - Bir müddət öncə İsveçrə hüquq-mühafizə orqanlarının MDB-dəki korrupsiyalaşmış avtoritar rejimlərin bu ölkədə korrupsiya yolu ilə əldə edilmiş milyardları «yumasına» dair təhqiqata başladığı haqda xəbər yayıldı. Azərbaycan mediasında da yer alan xəbərdə bildirilirdi ki, fransanın «Le Monde» qəzetinin yazdığına görə, ötən ilin sentyabrında İsveçrə prokurorluğu Qazaxıstan prezidentinin kürəkəni, milyarder Timur Kulibayevə qarşı cinayət işi başladıb və təhqiqat hazırda davam edir. Qəzet yazır ki, araşdırmanın nəticəsi olaraq Nazarbayev ailəsinin İsveçrənin Credit Suisse, UBS və BNP Paribas banklarındakı 600 milyon dollardan çox vəsaitlərin saxlandığı hesabları bağlanıb.
İlk dəfədir ki, İsveçrə hüquq-mühafizə orqanları keçmiş sovet respublikalarından birinin hazırda fəaliyyətdə olan prezidentinə və onun ailə üzvlərinə qarşı bu cür təhqiqat başladır. İki il əvvəl qlobal maliyyə böhranı zamanı İsveçrə hökuməti ölkə banklarında xarici korrupsionerlərin çirkli pullarının «yuyulmasına» qarşı fəaliyyətlə bağlı öhdəlik götürüb. Avropa ölkələrinin Bakıdakı diplomatik təmsilçilikləri ilə yaxın təmasda olan bir mənbə deyir ki, İsveçrədə Nazarbayev ailəsi barədə aparılan təhqiqat yeganə hal deyil. Mənbənin məlumatına görə hazırda bu ölkənin hüquq-mühafizə orqanları digər MDB ölkələrindən, o cümlədən Azərbaycandan olan korrupsiyalaşmış məmur-oliqarxların da qanunsuz yollarla əldə etdikləri vəsaitlərini araşdırır. Formal olaraq cinayət işi başlatmaq üçün İsveçrə qanunvericiliyinə görə pulların oğurlandığı ölkənin vətəndaşının ərizəsi və təqdim etdiyi dəlillər də kifayət edir.
Əslində Nazarbayev ailəsinin yüzlərlə milyon dollarlıq bank hesablarına həbs qoyulması korrupsiyalaşmış avtoritar hakimiyyətlərə qarşı Qərbdən yeni təzyiq üsullarının işə düşdüyünü göstərir. Artıq İsveçrə və digər Avropa ölkələrinin bankları korrupsiya yolu ilə əldə edilmiş pulları saxlamaq üçün heç də etibarlı yer deyil. Bu pullara qəfildən həbs qoyula, üstəlik onun sahibləri ilə bağlı cinayət işləri qaldırıla bilər. Hətta söhbət Nazarbayev kimi qüdrətli və ölkəsində «el atası» statusu alan dövlət başçısından getsə belə. Xatırladaq ki, bu yaxınlarda yerli mediada hakimiyyətdə yüksək postlar tutan bəzi oliqarx-məmurların Avropadakı bank hesablarına həbs qoyulduğu haqda xəbərlər də getmişdi. Oliqarxlarımıxın xarici banklardakı hesabları haqda da maraqlı məlumatlar dolaşır.
Dünyada baş verən iqtisadi böhran bank sektoruna ciddi təsir göstərib. Hətta böhrana görə bir sıra məşhur banklar müflis olduqlarını elan ediblər. Artıq xarici banklarda böyük hesablar yatıran azərbaycanlı oliqarxların da milyonları təhlükə altına düşüb. Ötən sayımızda da 4 azərbaycanlı oliqarxın Avstriyadakı «Bank Medici» yatırdığı 6,42 milyon dolların müflisləşmədən sonra batması barədə məlumat vermişdik. Bankın «Madoff İnternational Securities» Fondu ilə qurduğu invesitisya əməkdaşlığı heç də ona uğur gətirməyib. Lakin bu burədə geniş yazıldığından, başqa bir məsələyə toxunmaq istədik. Görəsən, Azərbaycanlı oliqarxlar əmanətlərini qoymaq istədikləri bankları hansı prinsiplərlə seçirlər? Dövlət bu hesablara nəzarət edə bilirmi?
Araşdırmalar göstərir ki, Azərbaycanın elan olunmamış milyonçuları bankları etibarlılıq deyil, onun «kölgəlili»yi əsasında seçir. Çünki etibarlı banklar şəffaflığı tələb edir. Bu tip banklar həmin vəsaitin hansı mənbədən qazanıldığını ciddi şəkildə maraqlanır. Məsələn, dünyanın ən neytral bankları İsveçrədə yerləşir. Amma bu ölkədə də deklorasiyası olmayan pulu qəbul etmirlər. Ona görə də azərbaycanlı oliqarxlar bu tip banklara birbaşa deyil, «Bank Medici» kimi kiçik banklar vasitəsilə fondlara investisiya yatırmaqla yol tapa bilirlər. Fondlar və kazinolar çirkli pulların yuyulması üçün ən yaxşı vasitədir.
Onu da bildirək ki, maliyyə böhranı zamanı ilk olaraq «kölgəli» banklar müflisləşir. Əslində, bu da bir siyasi oyundur. Bir növ dünyada dövr edən çirkli pulların vahid mərkəz tərəfindən tam nəzarətə götürülməsi məqsədi güdür. Ona görə də qlobal böhranda ilk müflisləşən də həmin etibarsız banklar olur. Hazırkı şəraitdə daha çox aksiyalar dəyərdən düşüb. Nəğd əmanətlərə isə heç bir təhlükə yoxdur.
Azərbaycan oliqarxları pullarını ölkədən çıxarıb gizlətmək üçün orijinal üsul tapıblar. Onlar belə hesab edirlər ki, indi dünyanın heç bir, hətta ən nüfuzlu bankı belə, çirkli pullar üçün təminat vermir. Misir və Tunis hadisələrindən sonra, Liviya hadisələri, hətta başa çatmamış iri dünya bankları onların hesabını açıqladı və dondurdu. Bu perspektiv Azərbaycan oliqarxlarını təşvişə salıb. Onlar Azərbaycanda gözlənilən inqilabi proseslərin gedişində illər uzunu yığdıqları var-dövlətin əldən çıxmasından qorxurlar, buna görə də daha təminatlı saxlanc axtarışındadırlar.
Azərbaycan oliqarxları pullarını gizlətmək üçün başqa ölkələrdə qaldıqları daşınmaz əmlakın - villaların, evlərin zirzəmilərindən və məxfi seyflərindən istifadə etmək qərarı veriblər. Bu evlər Dubaydan tutmuş Britaniyaya qədər dünyanın bütün ölkələrində var. Amma bizim ağıllı oliqarxlarımız daha çox, üçüncü dünya ölkələrindəki malikanələrindən istifadə edirlər.
Bu malikanə və villaların siyahısını ələ keçirmək indi müşkül görünür, amma lazım olan yerlərdə bizim oliqarxların da əmlakının siyahısı tərtib olunur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Bu gün, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Bu gün, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Bu gün, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Bu gün, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Bu gün, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Bu gün, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Bu gün, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Bu gün, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Bu gün, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Bu gün, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Bu gün, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Bu gün, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Bu gün, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Bu gün, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
|