ABŞ çətiri altında əzələ nümayişi? .....                     "Həkimlər qeysəriyyə əməliyyatlarından milyonlar qazanırlar" .....                     Burda müştəriyə sınıq malı satmırlar... SIRIYIRLAR... .....                     `Kontakt Home` AÇIQ DƏLƏDUZLUQLA MƏŞĞULDUR... .....                     “Azsığorta”nın rəhbərliyində təyinat olub .....                     Proses təhlükəli istiqamətə yönəldi: Zəngəzura girirlər .....                     Təhlükə var: İran ordusunu çağırmalıyıq .....                     Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə... .....                     200 min dollara Bakıda kimi öldürmək istəyiblər? .....                     Azərbaycanda bu universitet üçün baytarlıq klinikası tikiləcək .....                     ABŞ kəşfiyyatçılarını sərhədə gətiririk: Bu, intihardır .....                     İrəvan Bakı ilə vasitəçisiz danışıqlara məhkumdur .....                     Şəhid anası icra hakimiyyətindən narazıdır .....                     “Eurohome”də büdcədən belə OĞURLAYIRLAR .....                     “Neftqaztikinti” trestində NƏ İŞLƏR ÇEVRİLİR? .....                     İcra başçıları bu sektordan kənarlaşdırılır... .....                     ADAU-da KİMLƏR BAZAR AÇIB? .....                     XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA .....                     Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL .....                     "Vasif Talıbov gedəndə sevinmişdik..." .....                     Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir .....                     Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi .....                     Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq .....                     "Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" .....                     Cənubi Koreya Prezidenti həbs olunub .....                     İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz .....                     ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” .....                     Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar .....                     "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..." .....                     Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... .....                     Dövlət qurumu 493 minlik geyimləri .....                     Azərbaycanda 24 illik nəqliyyat şirkəti .....                     ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb .....                     Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik .....                     Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb .....                     "3 aya yaxındır ki, təyinatımız verilmir..." .....                     Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu .....                     İşdən çıxarılan ginekoloq danışdı .....                     Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI .....                 

DAHA DA MÜRƏKKƏBLƏŞƏN MÜNASİBƏTLƏR
Tarix: 31-05-2013, 11:24 | Çap et
DAHA DA MÜRƏKKƏBLƏŞƏN MÜNASİBƏTLƏR
ŞEYX DƏ İRANI FƏTH EDƏ BİLMƏDİ

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyətinin mayın 18-21- də İrana səfəri bir çox mətləblərə aydınlıq gətriməli ikən əksinə, iki dövlət arasında münasibətlərə dair çoxsaylı suallar yaratdı. Bu səfər iki dövlət arasında hələ də aydınlaşdırılması gərəkən çox məsələlərin olduğunu birmənalı olaraq ortaya qoyub.

Uzaqda olmayan qovğalar

Yəqin ki, 2010-cu ilin noyabrında təhsil naziri Misir Mərdanovun ölkə məktəblərində hicaba qadağa ilə bağlı bəyanatı, bu bəyanata cavab olaraq ölkənin dini kəsiminin etiraz fəallığı, bu etiraz fəallığının müqabilində rəsmi Bakının 2011-ci ildən başlayan həbslərə start verməsi yaddaşlardan çıxmayıb. Bununla yanaşı, rəsmi Tehranın rəsmi Bakıya “Qərbə satılmaq, sionistlərin nökəri olmaq, məzlum müsəlman xalqını incitmək” kimi ittihamları apogeyə çatdı. Azərbaycan dövləti addımbaşı İran mətbuatı və rəsmilərinin təhqirlərinə məruz qaldı. Ayrı-ayrı dini icmalar və ya dindar qruplar “hicaba azadlıq” adı ilə aksiyalar keçirirdilər. Bunlar unudulmayıb, çünki uzaq keçmişin, eramızdan əvvəl olanların əhvalatları deyil, yaxın 3 ilin hadisələridir.

Bu sırada dövlət başçısı İlham Əliyev və QMİ sədri, şeyxülislam A.Paşazadə İran tərəfinin daimi təhqirlərinin hədəfində idilər. Üstəlik, 2012-ci ildə Bakıda “Eurovision” yarışması ilə bağlı İran tərəf Azərbaycanı aşağılayıcı təhqirlərə məruz qoymaqdan çəkinmirdi.

2010-cu ilin sonlarından iki dövlət arasında durum o qədər gərginləşdi ki, bu münasibətlərin bir daha normallaşacağı belə adama şübhəli gəlirdi. Bu gərginliyin göstəricisi olaraq İran tərəfi Azərbaycanın iki şairini Tehranda həbsə aldı. Azərbaycan ictimaiyyəti bütün dünya bilriyini hərəkətə gətirə biləcək müdafiə taktikası qurdu. Enində-sonunda hər iki yazar azad olundu.

Təhsil naziri buna görəmi azad olundu?

2013-cü ilin aprelində təhsil naziri Misir Mərdanov vəzifəsindən azad olundu. İlk baxışda adi bir hadisədir. Dövlət başçısı naziri təyin edir, bu vəzifədən azad edir.

Amma... Nazir vəzifəsindən azad ediləndən sonra PA rəhbəri Ramiz Mehdiyev İrana səfərə getdi.

M.Mərdanovun işdən azad olunmasından sonra R.Mehdiyevin İrana baş tutan səfəri “bu səfər yalnız M.Mərdanovun vəzifədən azad olunmasından sonra mümkün ola bilərdi” qənaətini yaratdı. Görünür, rəsmi Bakı hicab məsələsilə bağlı M.Mərdanovu bütün bəlaların günahkarı saydı. Onu vəzifədən azad etdikdən sonra “İrana yollar” açıldı.

Amma R.Mehdiyevin İrana səfəri nəticə baxımından əhəmiyyətə malik olmadı. Belə ki, R.Mehdiyev İranda ikən Azərbaycan ədəbiyyatşünası Xalid Xalid və sürücüsü həbsə alındı. İranın bu jestlə Azərbaycana nəyi izah etmək istəməsi aydın deyildi. Amma bu həbs özü münasibətlərin hələ də qəliz qalmasının göstəricisi sayıla bilərdi. R.Mehdiyevin səfəri başa çatdıqdan sonra verilən şərhlərin çoxunda səfərin hazırlıqsız olması, R.Mehdiyevin İrandakı bəyanatlarının Azərbaycanın Qərblə münasibətlərinə problem yaradacağı və s. mövqelər yer alırdı.

Çünki elə R.Mehdiyev İranda ikən digər nümayəndə heyəti Qərbdə idi. Həmin nümayəndə heyəti də anti-İran mövqeyi sərgiləyirdi. Qəribə səhnə idi. Hansında səmimi idik? Bu da bir sual.

Yəni, bu nə idi?

R.Mehdiyevin səfərinin “istisi” başa çatmamış QMİ sədri, şeyxülislam Allahşükür Paşazadənin din xadimləri və parlament təmsilçilərindən ibarət nümayəndə heyətilə İrana yola düşməsi kimi hadisə baş verdi.

Əgər parlament təmsilçiləri olmasa idi, bu səfərə dini səfər donu geyindirmək olardı. Amma parlament təmsilçilərinin iştirakı səfərin siyasi olmasını gözardı etməyə imkan vermirdi.

İrana o qədər də böyük intervalla olmayan bu iki səfər düşünməyə vadar edirdi. A.Paşazadə nəyi həll etməli idi? Bir də təkrar edirik ki, parlament təmsilçilərinin iştirakı səfərin siyasi niyyətini göstərirdi. Bunun əksini düşünmək belə yersiz olardı.

Qəbul səviyyəsi...

A.Paşazadə İranda ən yüksək səviyyədə qəbul edildi. İranın ali dini rəhbərindən, prezidentindən, parlament sədrindən tutmuş bütün isilam dünyasında nüfuz sahibi olan alimlərə qədər görüşlər bunu göstərdi. Bu görüşlərdə İranla Azərbaycanın dostluğuna və qardaşlığına zərbə vurmaq istəyən qüvvələrin olması haqda bəyanatlar səsləndi. Elə bu məqam düşünməyə vadar edir. Axı, yuxarıda dedik ki, İranın anti-Azərbaycan siyasəti, bizləri təhqirə məruz qoyması çox uzaqda olmayıb. Ən uzağı 2-3 ilin söhbəti var ortada və heç nə yaddan çıxmayıb.

Əgər qardaşlıq vacib idisə...

Əgər iki ölkə arasında “dostluq və qardaşlıq” vacib idisə, İslam Partiyasının sədri Mövsüm Səmədovun 2011-ci il yanvarın 2-də etdiyi çıxış və rəsmi Tehranın bu mövqeyə ən üst səviyyədə dəstək verməsi nə idi? Bu çıxışa görə adam uzun müddətli həbs cəzası aldı. Partiyanın funksionerləri azadlıqdan məhrum edildilər. Ölkədə çoxsaylı həbslər oldu. Bunun gizlini yoxdur ki, bu məsələdə İranın neytral olmaması da önə çəkildi.

Yox, əgər M.Səmədov dediklərində haqlı idisə, o zaman rəsmi Tehranın Azərbaycan tərəfilə bu yüksək səviyyəli görüşü, qəbulları nəyə lazım idi? Bunu niyə deyirik?

Çünki 2-3 ildir ki, Azərbaycanın dindar kəsimi bu məsələdə kimin haqlı, kimin haqsız olması dilemması ilə üzbəüz qalıb. Dini kəsimdə “çalxalanma” idi. Dini çevrədə söz və nüfuz sahibi olanların sözləri belə yetərli olmamaq həddinə çatdırılmışdı. Hamı “xain, dönük” axtarırdı. Bütün baş verənlərin dini təəssüb, yoxsa siyasi oyun olması aydın deyildi. İrandakı bəzi mərcei-təqlidlər rəsmi Bakıya təzyiqləri artırmağı hədəfləmişdi. “Sehap”ın ağzının danışığını bilməyən cahilləri Təbrizdə Azərbaycan konsulluğuna hücum edəcəklərindən danışırdılar. Yenə təkrar edirik ki, baş verənlər o qədər də uzaqda olmayıb. 2-3 ilin söhbətidir.

Tənqid edilən şeyxülislam demə “qardaş” imiş?

Rəsmi tehran A.Paşazadəyə rəsmi qəbulun ən yüksək düzənini nümayiş etdirdi. Bu məsələ birmənalıdır və şərhə ehtiyacı yoxdur. Amma bu səfər şeyxin özü üçün də asan deyildi. Çünki istənilən qədər suallar vardı. Din xadimləri arasında problemlərin həlli heç də siyasətdəki qədər “dönərgələrə” bağlı deyil. Burada manevr “ağ ilə qara” qədərdir. Burada bir sualın aydın cavabı olmasa, ikinci suala cavab istənilmir.

Bu da var ki rəsmi Tehran A.Paşazadəni rəsmi Bakının kursuna sadiq qaldığına görə tənqid etməkdən çəkinmirdi. Bu səfərlə tənqid edən də, tənqid edilən də üz-üzə dayandılar. Kağız üzərinə deyilən ittihamlar indi bir-birinə səslənməli idi. Amma olmadı. Kimi İran və Azərbaycanın qardaşlığından, kimi onlara birtərəfli informasiya verilməsindən söz açdı. Amma heç kəs bu qədər ağrı-acını niyə yaşamağın lazım olduğuna cavab vermədi. Amma yox...

Əməl yalan, söz yalan

A.Paşazadə İranda səfərdə olarkən bu ölkə mətbuatını orada həbsdə olan Azərbaycan ədəbiyyatşünası Xalidə Xalidin və sürücüsünün azad edilməsi xəbəri bürüdü. Bu addım bir qədər maraqlı idi. Rəsmi qurumlar bu məsələ haqda heç nə demirdilər. Azad olunan bu iki şəxsi kiminsə görməsi kimi bir fakt yox idi. Ancaq ortada söz dolaşırdı. Hətta bu iki şəxsin QMİ nümayəndə heyətilə ölkəyə qayıdacağı kimi şayiələr vardı.

QMİ nümayəndə heyəti qayıtdı, amma həbsdə olanlar qayıtmadı. İranın Azərbaycandakı səfiri Möhsün Pakayin özünün yalan açıqlamaları ilə fikirləri bir qədər də dolaşığa saldı. İran tərəfi son anda Azərbaycan vətəndaşlarının azadlığa buraxılması müqabilində Mikayıl Kazimi adlı İran vətəndaşının azad edilməsini istədi. Yəni, İran Azərbaycanla “azad et, azad edim” oyunu oynadı. Amma bu M.Kaziminin kimliyi barədə söz deyilmədi. Yəni, Azərbaycan ictimaiyyəti indi də M.Kaziminin kim olduğunu, Azərbaycanda həbsə alınmasının səbəblərinin bilmir. Amma bu şəxsi Azərbaycana göndərən İran tərəfi onun kimliyini bilsə də “dodağını dodağının üstündən” götürmür.

Bəli, rəsmi Tehran QMİ sədrini əzizlədi, ağırladı, kimlərdənsə üstün tutdu, amma X.Xalidi azad etməməklə “çox da böyüməyə” qoymadı. Görünür, rəsmi Tehran Azərbaycan vətəndaşını azad etməməsini yüksək rəsmi qəbulla kompensasiya etdi. “Bu qədər bəsindir” mesajını verdi.

“Ürəyimdəki başqa, dilimdəki başqa”

Səfər zamanı İran xəbər portalları QMİ sədrinə hücuma keçməyi də kənara qoymadı. Rəsmi Tehranın yüksək qəbul səviyyəsi sərgilədiyi bir zamanda İran KİV-ləri buna zidd mövqe tutdular. Bu isə fikrimizcə, Azərbaycan nümayəndə heyətinə yox, rəsmi Tehranın özünə həqarət idi. Elə farslar özləri demişkən “in koca, an koca?” və ya belə yüksək qəbul hara, bu tənqid hara?

Yəni, bu qəbullar, bu göstərilər riya idimi? Iran “ürəyimdəki başqa, dilimdəki başqa” fəlsəfəsilə yaşadımı? Nümayəndə heyətinin tərkibində olan bəzi şəxslər görüşlərin belə yüksək səviyyədə alınmasına mane olmaq istəyən qüvvələrin varlığını inkar etmədilər. Hətta buna cəhdlərin olduğunu vurğuladılar.

Səfər başa çatdı, amma bu səfərin doğurduğu suallar başa çatmır...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ çətiri altında əzələ nümayişi? - ŞƏRH
Bu gün, 09:45
"Həkimlər qeysəriyyə əməliyyatlarından milyonlar qazanırlar"
Bu gün, 09:43
Burda müştəriyə sınıq malı satmırlar... SIRIYIRLAR... - GİLEY
Bu gün, 09:37
`Kontakt Home` AÇIQ DƏLƏDUZLUQLA MƏŞĞULDUR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:28
“Azsığorta”nın rəhbərliyində təyinat olub - SİYAHI
Bu gün, 09:22
Proses təhlükəli istiqamətə yönəldi: Zəngəzura girirlər - Görünəni odur ki...
Bu gün, 09:20
Təhlükə var: İran ordusunu çağırmalıyıq – Geqamyan
Bu gün, 09:19
Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə... - Ekspert danışır...
Bu gün, 09:17
200 min dollara Bakıda kimi öldürmək istəyiblər? - TƏFƏRRÜAT
Bu gün, 09:11
Azərbaycanda bu universitet üçün baytarlıq klinikası tikiləcək - 2 milyon manat ayrıldı
Bu gün, 09:10
ABŞ kəşfiyyatçılarını sərhədə gətiririk: Bu, intihardır - Abovyan
Bu gün, 09:08
İrəvan Bakı ilə vasitəçisiz danışıqlara məhkumdur - AKTUAL
Bu gün, 09:06
Şəhid anası icra hakimiyyətindən narazıdır - MÜRACİƏT
Bu gün, 09:04
“Eurohome”də büdcədən belə OĞURLAYIRLAR - BU NƏDİ BELƏ?..
Bu gün, 08:59
“Neftqaztikinti” trestində NƏ İŞLƏR ÇEVRİLİR? - "Hüququmu açıq-aşkar pozmaqla..."
Bu gün, 08:53
İcra başçıları bu sektordan kənarlaşdırılır... - BUNDAN SONRA...
Bu gün, 08:47
ADAU-da KİMLƏR BAZAR AÇIB? - YENİ İTTİHAMLAR...
Bu gün, 08:44
XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA - "...daha çox siyasi maraqlara əsaslanır"
Bu gün, 08:39
Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL - TƏFƏRRÜAT
Bu gün, 08:35
"Vasif Talıbov gedəndə sevinmişdik..." - ÜRƏKAĞRIDAN MƏNZƏRƏ...
Bu gün, 08:31
Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir - NƏ ETMƏLİ?
Bu gün, 07:33
Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi - TƏFƏRRÜAT
Bu gün, 07:28
Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq - GƏLİŞMƏ
Bu gün, 07:08
"Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" - FAKT BUDUR!
Bu gün, 06:24
Cənubi Koreya Prezidenti həbs olunub - “Yonhap” agentliyi
Bu gün, 06:21
İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58
““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52
Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48
"Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38
Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34
Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05
Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23
Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32
Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11
"3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02
Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00
Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21
İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16
Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07
Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00
"Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59
İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46
"Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45
“Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41
Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39
“Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36
İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30
Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Dünən, 17:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru