BAŞ NAZİRLİK MÜBARİZƏSİ YENİDƏN QIZIŞIR
Tarix: 22-05-2013, 10:05 | Çap et
İDDİALILAR HƏRƏKƏTƏ KEÇİB
Azərbaycanda qısa fasilədən sonra ölkənin ikinci şəxsi - baş nazir olmaq uğrunda bəzi oliqarxların mübarizəsi yenidən başlayıb. Belə ki, prezident seçkilərinin yaxınlaşması ilə müəyyən iri məmurlar seçkidən sonra formalaşdırılacaq yeni hökumət kabinetinin rəhbəri postuna təyinat almaq üçün imkanlarını gizli şəkildə səfərbər etməyə başlayıblar. Bu barədə "Unikal"a etibarlı mənbədən məlumat verilib.
Mənbə bildirib ki, baş nazirlik postu indiyədək Azərbaycanda uğrunda ən ciddi mübarizənin getdiyi, zaman-zaman bir çox oliqarxların bu vəzifəyə yüksəlmək üçün iqtidariçi savaşlara girdiyi mühüm bir postdur: "İndiyədək bu vəzifəyə iddia edən heç bir yüksək çinlinin arzusu reallaşmayıb. Bəziləri hətta müxtəlif dövrlərdə bu posta sahiblənmək naminə olduqca açıq və amansız mübarizəyə girişmələrinin qurbanı olublar. Məsələn, keçmiş səhiyyə naziri Əli İnsanov hələ 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində başqa bir nazirlə - Əli Nağıyevlə baş nazirlik uğrunda sözün həqiqi mənasında savaşırdı. Hazırda isə reallıq ondan ibarətdir ki, onların hər ikisi vurulmuş duruma düşdülər. Əli İnsanov artıq 8 ilə yaxındır ki həbsxanadadır, Əli Nağıyev isə səfirlik adı ilə siyasi sürgünə göndərildi. Və yaxud keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevi xatırlayaq. Onun qəzetlərə qədər sızmış açıq iddiasının olmamasına baxmayaraq, iqtidar içi kulislərdə hökumət rəhbərliyinə iddia etdiyi, bunun üçün çox yaxşı münasibəti olan Qərbin siyasi çevrələrinin və dostluq ilişkilərinin olduğu bildirilən Türkiyədəki AKP hökumətinin dəstəyinə güvəndiyi indiyədək bir neçə dəfə KİV-də öz əksini tapıb. Amma hər şey onunla tamamlandı ki, sabiq iqtisadi inkişaf naziri nəinki baş nazir oldu, hətta oturduğu vəzifəni və azadlığını itirdi - o da artıq 8 ilə yaxındır ki, həbsxanadadır. Fərhad Əliyevin yerinə keçən başqa bir sabiq iqtisadi inkişaf naziri - Heydər Babayev də ölkəmizin baş naziri olmaq arzusu gözündə qalanlardandır. Hakimiyyətdaxili qaynaqların bir çoxu etiraf edirlər ki, Heydər Babayev Artur Rəsizadənin yerinə bəlkə də ən real alternativlərdən olub və əgər "siyasi ÇP"lər buraxıb rəqiblərinin əlinə "vurulması" ilə nəticələnəcək əsaslar verməsəydi, indi yəqin ki, doğrudan da ölkənin ikinci postuna sahib idi. Səhvləri isə ona gətirib çıxardı ki, Babayev sələfindən fərqli olaraq həbsxana aqibəti yaşamasa da, postunu itirdi, hakimiyyətdə karyerasını yenidən bərpa etməsini isə artıq mümkünsüz sayırlar. İndi onun ölkədən kənarda biznesi ilə məşğul olduğu və Azərbaycana dönmək haqqında düşünmədiyi iddia olunur". Mənbəmiz bildirir ki, bütün bunlar Azərbaycanda baş nazirlik uğrunda mübarizəni bir çoxları üçün riskli işə çevirib: bəzi iddialılar xeyli müddət iddialarını tamamilə gizlətmək məcburiyyətində qalıblar, çünki hökumət rəhbəri olmağa çalışarkən sonda "həm Əli aşından, həm də Vəli aşından ola biləcəklərini" göz önünə gətirib geri çəkiliblər. Amma son xəbərlər o yöndədir ki, seçkilərə bir neçə ay qala bəzi iri məmurlar seçkidən sonrakı yeni hökumət kabinetində ən üst posta sahiblənmək üçün indidən düyməyə basıblar. Onlar hələlik açıq müstəviyə keçirməsələr belə, baş nazirlik uğrunda mübarizəni başladıblar; bu məqsədlə ətraflarını komplektləşdirir, iqtidar daxilində daha çox dəstəkçi qazanmaq üçün lobbiçiliklərini gücləndirirlər. Qaynağımız istisna etmir ki, yay aylarında hazırda Artur Rəsizadənin əyləşdiyi kürsü uğrunda savaş daha da sərtləşəcək, bu yöndə informasiyalar KİV-də xeyli intensivləşəcək. İndiki baş nazirin seçkidən sonra formalaşacaq yeni hökumətə başçılıq etməyəcəyinin dəqiqləşməsi də bu posta iddialıların iştahlarını artırır. Rəsizadənin səhhətindəki problemlər səbəbindən baş nazirlikdən gedəcəyinin qətiləşməsi bəzi oliqarxlara indidən seçki sonrakı dövrün tədarükünü görməyi diqtə edir. Mənbənin sözlərinə görə, yeni baş nazirin kimliyi müəyyənləşdirilərkən iki kriteriya əsas götürüləcək. Bundan biri və birincisi həmin şəxsin siyasi iddiasızlığı, iqtidar içi nüfuz savaşlarından kənarda dayanması olacaq. Ölkənin ikinci şəxsinin məhz belə keyfiyyətli olması əsas şərt kimi görünür. İkinci şərt isə yeni baş nazirin mümkün qədər ciddi kapital sahibi olması, adının korrupsiya ilə bağlı işlərdə daha az hallanması, kifayət qədər oliqarxlaşmamış olmasıdır. Bununla həm hökumətin cəmiyyət arasında imicinin yüksəldilməsi məqsədi güdülür, həm də əllərində fantastik kapital cəmləşdirənlərlə müqayisədə iqtidardaxili proseslər üçün hər hansı siyasi təhdid təşkil etməmələri belələrinin baş nazirlik şanslarını artırır. Mənbəmiz hər bir halda yay aylarından etibarən bu mövzunun daha çox aktuallıq qazanacağını deyir, eyni zamanda əlavə edir ki, əsas iddialının kim(lər) olacağını və kimlərin bu mübarizədən "vurularaq" kənarlaşacağını da məhz həmin vaxt daha asanlıqla söyləmək mümkün olacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İranın Zəngəzur planı üzə çıxdı - Dəhlizi əngəlləmək üçün bu yola əl atdılar
Bu gün, 12:47 |
|
|
|
• Nikol Rusiya ilə əməkdaşlıq imkanlarını azaldır - Pritçin
Bu gün, 12:46 |
|
|
|
• "Başqası ilə eşq yaşayırdı" - Həyat yoldaşını qətlə yetirən şəxs
Bu gün, 12:43 |
|
|
|
• NƏ ETSƏK DƏ... ÇÖRƏYİMİZİN DUZU YOXDUR! - İran ABŞ-la qolboyun olan İrəvanı sükutla seyr edir, Rusiya isə...
Bu gün, 12:39 |
|
|
|
• İntihar edən gənc İbrahim Kərbalıyevin oğlu imiş... - FOTO
Bu gün, 12:34 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutuları" Braziliyadan Astanaya gətirilib
Bu gün, 12:32 |
|
|
|
• Hakim “14 milyon kimin cibindədir” soruşdu, arestant kürəkəni “Tahir Qədəşovun” cavabını verdi - "ATLANT İŞİ"
Bu gün, 12:30 |
|
|
|
• Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb? - TƏFƏRRÜAT
Bu gün, 12:25 |
|
|
|
• Neft Fondu əməkdaşlarının idmanla məşğul olması üçün 650 min manat xərcləyəcək - DETALLAR
Bu gün, 12:22 |
|
|
|
• “1 milyon əsgər Azərbaycana gələcək” – növbəti çərənləmə
Bu gün, 12:19 |
|
|
|
• Bakı Reqional Məşğulluq Filialına yeni müdir təyin olunub - ƏMR
Bu gün, 12:16 |
|
|
|
• Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Bu gün, 12:14 |
|
|
|
• Atası oğlunu öldürəni bağışladı, məhkəmə isə… - Hökm
Bu gün, 12:10 |
|
|
|
• "Bu ölkələr Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışacaqlar" - deputat
Bu gün, 12:05 |
|
|
|
• "Oğlu Lalə Şövkətin adından yalan danışır, partiya ləğv edilməyib" - Əvəz Temirxan
Bu gün, 11:54 |
|
|
|
• Tehranda 17 yaşlı azərbaycanlı qızın böyük plakatı asıldı
Bu gün, 11:41 |
|
|
|
• Azərbaycanlı Dağıstanın Bakıdakı nümayəndəsi təyin edildi - FOTO
Bu gün, 11:38 |
|
|
|
• "Türkiyə mövsümü çıxarılardan ötürü Azərbaycan kimi strateji müttəfiqi, qardaşı itirməyi gözə almaz" - deputat
Bu gün, 11:35 |
|
|
|
• Dövlətə, xalqa xidmət, dövlət başçısına sədaqət belə olurmu?! - ETİRAZ VAR...
Bu gün, 11:29 |
|
|
|
• Azərbaycanda daha bir gənc qızdırmadan öldü - Ölkədə tüğyan edən bu virus nədir?
Bu gün, 11:21 |
|
|
|
• ABŞ Azərbaycan-Ermənistan sərhədinə QOŞUN YERİDİR - Bu, binokullu avropalılar deyil...
Bu gün, 11:15 |
|
|
|
• Naxçıvanda sahibkarlara dövlət adından VERGİ TƏLƏSİ... - NARAZILIQ VAR...
Bu gün, 11:11 |
|
|
|
• Dövlət klinikalarında niyə YER TAPILMIR? - “Xəstə qalıb ortada, biz yer axtarırıq”
Bu gün, 11:01 |
|
|
|
• Saatlı Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsinə hökm oxundu - DETALLAR
Bu gün, 10:56 |
|
|
|
• Hüseynbala Mirələmovun səhhəti PİSLƏŞDİ - AÇIQLAMA
Bu gün, 10:53 |
|
|
|
• "Bayden vida nitqində ölkələrə necə zərər verdiyini açıqladı" - Rusiya XİN
Bu gün, 10:51 |
|
|
|
• Türkiyə prokurorluğu Flora Kərimovanın plastik cərrahla bağlı şikayətini icraata götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:48 |
|
|
|
• BNMİ-nin əməkdaşları 33 kiloqram narkotik vasitə aşkarlayıb - FOTO, VİDEO
Bu gün, 10:47 |
|
|
|
• Hazırlaşın: Türkləri İrəvanın qapısında qarşılayacağıq – Şarmazanov
Bu gün, 10:45 |
|
|
|
• Amerika bununla bizim strateji tərəfdaşımız olmur - Badalyan
Bu gün, 10:39 |
|
|
|
• “Binokl diplomatiyası” bölgədə gərginlik yaradır - İndi də sərhədimizə FİLİN DİŞİSİ (ABŞ) gəlir...
Bu gün, 10:37 |
|
|
|
• Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətini ABŞ da öz qonşularına qarşı tətbiq edəcək? - NƏ BAŞ VERİR?
Bu gün, 10:29 |
|
|
|
• SOCAR-ın baş rəhbərliyinin rəsmi qazancında ARTIM OLUB - Sıravi işçilər isə...
Bu gün, 10:26 |
|
|
|
• Maliyyə nazirinin gec təyin olunmasının ölkəmizə FƏSADLARI - ARAŞDIRMA
Bu gün, 10:19 |
|
|
|
• ATƏT-in sədri kimi Bakı və İrəvan arasında dialoqu gücləndirməyə hazırıq - Finlandiya XİN
Bu gün, 10:15 |
|
|
|
• Zəngəzur uğrunda SAVAŞ... - Bakının marağında deyil, amma...
Bu gün, 10:07 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları”nda SAXTA DİPLOM QALMAQALI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:57 |
|
|
|
• ABŞ çətiri altında əzələ nümayişi? - ŞƏRH
Bu gün, 09:45 |
|
|
|
• "Həkimlər qeysəriyyə əməliyyatlarından milyonlar qazanırlar"
Bu gün, 09:43 |
|
|
|
• Burda müştəriyə sınıq malı satmırlar... SIRIYIRLAR... - GİLEY
Bu gün, 09:37 |
|
|
|
• `Kontakt Home` AÇIQ DƏLƏDUZLUQLA MƏŞĞULDUR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:28 |
|
|
|
• “Azsığorta”nın rəhbərliyində təyinat olub - SİYAHI
Bu gün, 09:22 |
|
|
|
• Proses təhlükəli istiqamətə yönəldi: Zəngəzura girirlər - Görünəni odur ki...
Bu gün, 09:20 |
|
|
|
• Təhlükə var: İran ordusunu çağırmalıyıq – Geqamyan
Bu gün, 09:19 |
|
|
|
• Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə... - Ekspert danışır...
Bu gün, 09:17 |
|
|
|
• 200 min dollara Bakıda kimi öldürmək istəyiblər? - TƏFƏRRÜAT
Bu gün, 09:11 |
|
|
|
• Azərbaycanda bu universitet üçün baytarlıq klinikası tikiləcək - 2 milyon manat ayrıldı
Bu gün, 09:10 |
|
|
|
• ABŞ kəşfiyyatçılarını sərhədə gətiririk: Bu, intihardır - Abovyan
Bu gün, 09:08 |
|
|
|
• İrəvan Bakı ilə vasitəçisiz danışıqlara məhkumdur - AKTUAL
Bu gün, 09:06 |
|
|
|
• Şəhid anası icra hakimiyyətindən narazıdır - MÜRACİƏT
Bu gün, 09:04 |
|
|
|
|