İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz .....                     ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” .....                     Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar .....                     "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..." .....                     Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... .....                     Dövlət qurumu 493 minlik geyimləri .....                     Azərbaycanda 24 illik nəqliyyat şirkəti .....                     ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb .....                     Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik .....                     Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb .....                     "3 aya yaxındır ki, təyinatımız verilmir..." .....                     Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu .....                     İşdən çıxarılan ginekoloq danışdı .....                     Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI .....                     Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub .....                     Ermənistanın Qərb və Rusiya arasında yeni planı: .....                     "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır" .....                     İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... .....                     "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" .....                     “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” .....                     Göygöldə məktəblilər arasında mübahisə .....                     “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir .....                     İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? .....                     Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir .....                     Bacısını bıçaqlayan qardaş hakim qarşısında .....                     Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır .....                     Moskvadakı erməni biznesmenlər narahatdır .....                     Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir .....                     Baydenin erməni MİRASI .....                     Hafiz Hacıyev yaddaşını itirib? .....                     Xırdalanda dözülməz vəziyyət .....                     Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur .....                     Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini .....                     Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb .....                     Çox hörmətli başçı nəyə və kimə arxalanır?! .....                     26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi .....                     Naxçıvanda dövlət qurumu adını dəyişir .....                     Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib .....                     Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? .....                 

HAKİMİYYƏTİN "AXİLLES DABANI"...
Tarix: 20-05-2013, 11:34 | Çap et
HAKİMİYYƏTİN "AXİLLES DABANI"...
İQTİDAR CİNAHI TƏHLÜKƏNİ HARDAN GÖZLƏMƏLİDİR

3-cü yazı

Azərbaycan müxalifətinin tək başarısı 1993-cü ildən 2005-ci ilə qədər hakimiyyətə geri dönmək üçün ümidlərini öldürməmək olub. Bu ümidlər işartı şəklində yaşasa da, 2003 və 2005-ci illərdə "məxməri inqilab" küləkləri və ölkədə yaranmış qeyri-müəyyən vəziyyət müxalifət üçün doğurdan da, hansısa şanslar yarada bilirdi. Lakin 2003-cü ilin böyük uğursuzluğu və liderlərin cəsarətsizliyi müxalifəti çıxılmaz vəziyyətə saldı. Bu, əslində, 1993-cü ildə birillik hakimiyyətini itirən müxalifətin ikinci fəlakəti idi...

2005-ci ilin «narıncı həraktı» isə sabun köpüyü kimi partladı və parment seçkilərinin səhərisi günü icazəli mitinqin dağıdılmasından bir gün sonra «narıncı» olan hər şey yoxa çıxdı. Bu müxalifətin nə qədər ardıcıl və prinspial ola bilmədiyinin göstərisi idi. 2005-ci il məğlubiyyəti, əslində, müxalifətin özünün strategiya və taktikasının olmadığını, ideoloji prinsiplərə sahib çıxmadığının və əsən küləklərə görə yelkən açdığının göstərisi oldu. Külək dayanan kimi müxalifətin gəmisi sakit sularda yoxa çıxdı.

2008-ci və 2010-cu ilin seçkilərindən isə danışmağa dəyməz. Həmin seçkilərdə müxalifət ona doğru əsən kiçik meh tapa bilmədiyi üçün açıq dənizə belə çıxmadı…

Azərbaycanda bir qütblü cəmiyyət yaranıb

2008-ci ilin seçkiləri bir şeyi isbat elədi: Azərbaycanda bir qütblü və alternativləri rədd edən cəmiyyət yaranıb. Bu gün də eyni vəziyyət davam etməkdədir. Azərbaycanda hakimiyyətin alternativi görünmür. Köhnə müxalifət hələ də özünü alternativ olaraq ortaya qoysa da, faktiki olaraq Azərbaycan cəmiyyəti və Azərbaycan insanının psixologiyası alternativ qəbul etmir. Bu heç də ona görə deyil ki, Azərbaycan insanı üçün mövcud rejim idealdır və YAP funksionerlərinin hər gün təkrarladığı kimi hakimiyyət qüsursuzdur. (Qüsurları hamıdan yaxşı bilən və görən də məhz onlardır). Sadəcə Azərbaycan insanı psixoloji olaraq mövcud vəziyyətə zorlanıb.

Azərbaycan hakimiyyətinin sosial bazası məhz psixoloji olaraq zora təslim olmuş insanlardan ibarətdir və bu insanlar ölkə əhalisinin 80-90 faizini təşkil edir. Bunu təyin etmək elə də çətin deyil.

Hər kəsə bəllidir ki, bu gün işi olan hər kəs məcburi şəkildə bu hakimiyyətin elektoratıdır. Bura özəl şirkətlərdə çalışanlar da aiddir. Dövlət qulluğunda çalışanlar və onların qohumları da məcburən hakimiyyətin məcburi tərəfdaşlarıdır. Yəni faktiki olaraq, ancaq tamamilə səfalət içində yaşayan insanlar öz seçimlərinə görə davranmaq imkanlarına malikdir ki, bu insanların da psixoloji durumu hakimiyyətin iradəsinə təslim olmaqdan savayı, çıxış yolu tapa bilmir.

Bu durumda müxalifətin bütün sosial bazası güclə inandıra bildiyi insanlardan ibarət olur. Bir də müxalifətin köhnə qvardiyası var ki, bu adamlar artıq çoxdan siyasəti özlərinin «çörək yeri» bilirlər və çoxdan hakimiyyətə seçki yolu ilə gələ bilmək ümidlərini içlərində öldürüblər. Yəni ortada olan vəziyyət elədi ki, müxalifət heç bir halda hakimiyyətə seçki yolu ilə gəlməyi xəyal edə bilmir. Ona görə də müxalifət ancaq hardasa baş verən inqilablardan həvəslənib «Azərbaycanda inqilab olacaq», - deyə özünə xəyal qurur.

Müxalifət hər şeyi birdən insanların beynində baş verəcək qopmalara və zəlzələlərə görə hesablayır və buna məcburdur. Çünki müxalifət yaxşı bilir ki, bu gün Azərbaycanda seçkiləri beynəlxalq təşkilatlar hazırlayıb həyata keçirsələr belə, Azərbaycanda ədalətli seçki keçirmək imkansızdır və müxalifətin seçkiləri qazanması mümkünsüzdür. Təkcə ona görə ki, ölkədəki bütün iş yerləri birbaşa hakimiyyətin nəzarəti altındadır. Yəni hakimiyyət işləyən və evinə çörək aparan hər kəsə açıq şəkildə: "Sizə çörəyi mən verirəm», - deyir.

Təbii ki, heç kim əlində olan sabit çörəyini, yəni sabit işini müxalifətin naməlum və qeyri-sabit vədlərinə qurban vermək istəmir və bu da ölkədəki vəziyyətə görə çox normal qəbul olunmalıdır. Ona görə də indiki şərtlər çərçivəsində Azərbaycanda demokratik seçki keçirmək mümkün olsa da, ədalətli seçki keçirmək mümkünsüzdür və bu üzdən müxalifət də, hakimiyyət də və hər bir Azərbaycan insanı da

Azərbaycanda seçki yolu ilə hakimiyyətin dəyişmə imkanlarına inanmır. O halda təbii ki, müxaliflər bütün ümidlərini inqilaba və xaricdən alacaqları dəstəyə bağlayırlar…

Rejim üçün təhlükə haradan gəlir?

Azərbaycan müxalifətinin indiki şərtlər altında hansısa uğura imza atması mümkün deyil. Bunu hakimiyyətin əlindəki siyasi, iqtisadi, sosial və maliyyə resursları imkansız edir. Ona görə də müxalifət üçün ən optimal yol hakimiyyəti özü-özüylə başlı-başına buraxmasıdır. Müxalifət uğur qazanmaq üçün meydanı tərk eləməli və bütün meydanı tam olaraq hakimiyyətin ixtiyarına verməlidir. Hətta müxalifətin ölkəni tərk etməsini ən doğru yol hesab etmək olar.

Öz başına qalan hakimiyyət isə təbii olaraq öz içini yeməyə və olanlara görə özlərini günahlandırmağa başlayacaqlar. Yəni məsuliyyəti bir qruplaşma digər qruplaşmanının üzərinə atmaq zorunda qalacaq.

Azərbaycan hakimiyyəti hər nə qədər monoton və monolit görünməyə çalışsa da, ortada böyük bir orkestrin olduğu şubhəsizdir. Bu orkestrdə bir neçə drijor var və bu drijrolar orkestrin rəhbərinə öz sədaqətlərini nümayiş etdirmək üçün öz havalarını ifa etdirilər. Və orkestrin səsi heç də monoton çıxmır. Orkestrdə monotonluq sadəcə drijorların birinci şəxsə olan sədaqətləri olaraq ortaya çıxır və bunu heç də monlit komanda olaraq qəbul etmək doğru deyil.

Hazırkı şəraitdə ölkənin bütün idarəetmə struktuları, iqtisadi sahələri və maliyyə vəsaitləri faktiki olaraq 5 hakimiyyət qruplaşması tərəfindən bölüşdürülüb. Bu qruplaşmalar aşağıdakılardır:

1. Ramiz Mehdiyev qruplaşması
2. Paşayevlər qruplaşması
3. Kəmaləddin Heydərov qruplaşması
4. Bəylər Əyyubov qruplaşması
5. Ziya Məmmədov və Rövnəq Abdullayev qruplaşması

Ölkənin bütün inzibati rayonları bu qruplaşmalar arasında bölüşdürülüb. Hər bir icra başçı bu qruplaşmalardan birinə aiddir və hər bir nazirin ən azından qardaşlarından, ya da yaxın qohumlarından biri, ya da bir neçəsi icra başçıdır. Bu o deməkdir ki, ölkə faktiki olaraq «votçinalara» bölünüb və idarəetmədə əsas faktor peşəkarlıq prinsipi deyil, sadiqlik prinsipidir.

Eyni vəziyyət iqtisadi sahədə də mövcuddur. Ölkənin bütün iqtisadi sahələri bu 5 qruplaşma arasında bölüşdürülüb. Hər bir qruplaşma iqtisadiyyatın müxtəlif sahələrində inhisara sahibdir və bu inhisara kimlərinsə müdaxilə etməsi yoll verilməzdir. İnzibati strukturlarda və sosial xidmət sahəsində də eyni vəziiyyət hökm sürür.

Bu qruplaşmaların hər birinin nəzarətində olan maliyyə vəsaiti və iqtisadi güc isə ölkə büdcəsindən heç də az deyil. Bəlkə də dəfələrlə daha çoxdur. Bu gün ölkədə insanların rifahını saxlayan və təmin edən heç də ölkə büdcəsi deyil, məhz bu qruplaşmaların əlində olan maliyyə vəsaitləridir. Yəni 180 manat maaş alan həkim, ya da müəllim rejimin onlara yaratdığı qeyri-qanuni imkanlar sayəsində rifaha nail ola bilirlər. Bu rifahın qaynağında isə məhz yuxarıdakı qruplaşmalarının yaratdığı korrupsiya imkanları durur.

Faktiki olaraq «votçinalar» vasitəsilə idarə olunan dövlətin ən böyük problemi isə ölkədə sosial ədalətin hər gün acımasızcasına öldürülməsidir. Azərbaycanda artıq orta səviyyəli məmur belə özünü qanunların üzərində görür. Bağlı olduğu qrupa sədaqətli olmağı yetərlidi ki, hər bir məmur istədiyi qanunsuzluğu etsin və istədiyi vətəndaşın haqlarnı və hüquqlarını mənimsəsin.

Məmurların və onların övladlarının «qudurğanlığı» hazırda hakimiyyətin əsas problemlərindən birinə çevrilib. Ölkədə açıq şəkildə orta əsrlərin məmur zülmü formalaşmaqdadır və bu da tam olaraq dövlətin sosial anlayışını öldürür. Məsələ orasındadır ki, bütün quplaşmalar pramida formasında qurulub. Ana qruplaşmanın qanadları altında bir neçə qruplaşma, onların hər birinin qanadlarının altında isə başqa bir neçə kiçik qruplaşma yerləşib. Bu da sanki orta əsrlər Avropasının "Feodal nərdivanı"nı xatırladır. Ona görə də cəzasızlıq şəraitində özbaşınalıq ən aşağı səviyyələrə qədər çatıb və artıq ölkədə məmur sinfi və dövlət qulluqçuları əhali üçün zülm, rüşvət, korrupsiya və istismar sözlərinin sinonimlərinə çevrilib.

Bu isə artıq ölkədə məmur «bespredeli» yaradıb və bu «bespredel» hakim komandanın əsas probleimnə çevrilib.

Hakimiyyət müxalifəti labirintə saldığı kimi özünü də labirintə salıb...

Hakimiyyətin əsas məsələsi bu gün yeniləşmək və islahatlarla yeni nəfəs əldə etməkdir. Ancaq hakimiyyətin islahatlar aparmaq imkanı belə yoxdur. Çünki hər hansı bir islahat sonucda inqilabi dəyişikliyə yol açacaq və bu da hakimiyyətin sonunu gətirəcək. İslahatı aparmağın başqa bir çətinliyi isə hakimiyyət qruplaşmalarının bu islahatları bir mənalı olaraq rədd etməsidir.

İslahat aparılması hakimiyyət komandasının tamam yeni quruluşda və yeni tərkibdə formalaşdırmaq anlamını verdiyinə görə, əsasən naxçıvanlı qruplaşmaları bu islahatları qətiyyətlə rədd edirlər. Çünki yaxşı bilirlər ki, bu islahatlar onların sonunu hazırlayan proseslərin start nöqtəsi olacaq. Bu vəziyyətdə isə hakim komandanı gəncləşdirmək və yeni ideyalarlla zənginləşdirmək mümkün deyil.

Qruplaşmalar arasındakı indiki status-kvonu dəyişdirmək və bir qruplaşmanı oyundan kənar vəziyyətdə saxlamağa cəhd eləmək rejimin təməl divarlarında çatlara yol aça bilər. Hər halda əllərinədə böyük maliyyə, sosial və inzibati resurslar olan qruplaşmaların hər biri hakimiyyət üçün ciddi təhlükə mənbəyinə çevrilib.

Ən yaxşı halda təhlükəni önləmək üçün hədəfdə olan qruplaşmaya qarşı ölkə miqyasında terror və repressiya həyata keçirilməlidir və bu repressiya 2005-ci ildə Əli İnsanova və Fərhad Əliyevə qarşı həyata keçirilən repressiyadan daha böyük miqyaslı olmalıdır və bütün ölkəni əhatə etməlidir. Çünki son on ildə yuxarıda adı keçən qruplaşmalar o qədər güclənib və o qədər şaxələnib ki, bir zərbə ilə bu qruplaşmaların hansısa birini ortadan qaldırmaq elə də asan deyil.

Bu qruplaşmaların hər biri artıq xaricdə milyardlarla ölçülən böyük maliyyə vəsaitləri gizlədiblər. Həm Azərbaycana təzyiq etmək istəyən xarici qüvvələrdən ala biləcəkləri dəstək, həm əllərində olan böyük maliyyə resursları, həm də ölkə daxilində olan şəbəkələri, bu qruplaşmanın hər birini hakimiyyətə qarşı qorxunc gücə çevirə bilər.

Son zamanlar Ramiz Mehdiyevə qarşı aparılan total kompromat savaşı buna açıq misaldır. Mehdiyevə qarşı hər nə qədər açıq kompromatlarla çıxışlar olsa da, Prezident Adminstrasiyasının rəhbəri bu hücumları asanlıqla dəf edə və mövqeyini qoruya bildi. Hər halda Ramiz Mehdiyevin əlində olan inzibati resurslar bu hücumlara qarşı davam gətirməyə imkan verdi. Amma bununla belə rejimin təməlində dərin çatlar əmələ gəldi. Rejim sarsılmasa da, uzun illlər boyu Elşad Abdullayevin yaydığı videolar bu hakimiyyətə baş ağrısı olmaqda davam edəcək və tarixi rüsvayçılıq olaraq qalacaq.

Ona görə də hakimiyyətin dəyişmək, yeniləşmək və islahatlara getmək kimi bir lüksü yoxdur…

Hakimiyyətin «Axilles» dabanı...

Müxalifət hər nə qədər bu hakimiyyəti yenmək üçün yetərsiz durumdadırsa, hakimiyyətin özü-özünü məhv eləmək imkanı bir o qədər yetərlidir. Müxalifət zəiflədikcə qruplaşmalar arasındakı savaş hər gün daha da güclənməkdədir. Daha çox nüfuz və daha çox hakimiyyət uğurunda savaşan qruplaşma liderləri həmçinin birinci şəxsə daha çox sədaqət nümayiş etdirmək uğuruna da acımasız savaş verirlər.

Hakimiyyətin ən zəif yeri də məhz qruplaşmalar arasında gedən savaşdır. 2003-cü ildə bu qruplaşmalar özlərini qorumaq üçün birləşməyə məcbur idilərsə, 2013-cü ildə özlərini qorumaq üçün ayrılmağa məcburdurlar. Çünki hər bir qruplaşma yaxşı başa düşür ki, hakimiyyəti 2023-ə qədər daşıya bilmək üçün hakim komanda yenilənməyə məcburdur. Bu yenilənmədə əsas güc sahibi ola bilmk günün əsas mövzusudur. Və komandanın yenilənməsinin təməli 2013-də qoyulur.

Bu prossesdə güc itirən, ya da prossesdən kənarda qalan qruplaşma təbii olaraq hakimiyyət xaricində qalacaq. Özünüqoruma instikti isə təbii olaraq qarşı tərəfə inanmamağa sövq edir. Bu durumda yenilənmə dövrünü əhatə edəcək 2013 və 2015-ci illlərdə qruplar arası savaş kuliminasiya nöqtəsində olacaq və artıq bu savaş başlayıb. Ramiz Mehdiyevin sıradan çıxarılması üçün atılan addımlarda bu savaşın göstəricisidir.

Hakimiyyət qruplaşmaları arasında gedən acımasız savaş proseslərində isə qarşıdurmanın küçələrə və rayonlara sıçraması da istisnasız deyil. Quba və İsmayıllıda baş verənlər məhz qruplaşmalar arasında başlanan savaşın nəticəsi olaraq ortaya çıxdığı kimi, ölkə də minalanmış çoxlu sahələrdə sosial partlayışların olması qaçınılmaz olacaq.

O minaları basdıranlar və partladanlar da məhz hakimiyyətdaxii qruplaşmalar olacaq…

Azər QARAMANLI
pia.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58
““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52
Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48
"Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38
Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34
Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05
Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23
Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32
Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11
"3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02
Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00
Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21
İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16
Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07
Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00
"Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59
İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46
"Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45
“Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41
Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39
“Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36
İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30
Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Dünən, 17:25
Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Dünən, 17:23
Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Dünən, 17:18
Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Dünən, 17:14
Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Dünən, 17:13
Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...
Dünən, 17:04
Hafiz Hacıyev yaddaşını itirib? - AÇIQLAMA
Dünən, 17:01
Xırdalanda dözülməz vəziyyət - İcra hakimiyyəti sakinləri günahkar çıxardı
Dünən, 16:59
Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur
Dünən, 16:55
Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini DAYANDIRDI
Dünən, 16:48
Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb - KİV
Dünən, 16:44
Çox hörmətli başçı nəyə və kimə arxalanır?! - HARINLIQ NÜMUNƏSİ...
Dünən, 16:42
26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi - TƏFƏRRÜAT
Dünən, 16:36
Naxçıvanda dövlət qurumu adını dəyişir
Dünən, 16:29
Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Dünən, 16:17
Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? - İTTİHAM VAR...
Dünən, 16:15
Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI - "Arxa qapıdan tullandım"
Dünən, 16:11
Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? - AÇIQLAMA
Dünən, 16:05
Pezeşkian sabah Tacikistana səfər edəcək
Dünən, 16:01
Valeh Əhmədova bu kanalda vəzifə verildi - FOTO
Dünən, 15:50
Nahid Bağırov onunla bağlı ƏMR VERDİ
Dünən, 15:48
Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... - "Sakinlər dövlətimizdən hər hansı yardım istəmirlər..."
Dünən, 15:44
AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb - Marşrut əsassız ləğv edilib
Dünən, 15:38
Bakının son tələbi masaya qoyuldu: - Yeni şərtlər belədir
Dünən, 15:31
Tramp niyə Qrelandiyanı almağa can atır? - “Regnum”
Dünən, 15:29
Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı
Dünən, 15:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru