İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz .....                     ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” .....                     Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar .....                     "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..." .....                     Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... .....                     Dövlət qurumu 493 minlik geyimləri .....                     Azərbaycanda 24 illik nəqliyyat şirkəti .....                     ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb .....                     Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik .....                     Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb .....                     "3 aya yaxındır ki, təyinatımız verilmir..." .....                     Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu .....                     İşdən çıxarılan ginekoloq danışdı .....                     Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI .....                     Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub .....                     Ermənistanın Qərb və Rusiya arasında yeni planı: .....                     "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır" .....                     İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... .....                     "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" .....                     “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” .....                     Göygöldə məktəblilər arasında mübahisə .....                     “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir .....                     İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? .....                     Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir .....                     Bacısını bıçaqlayan qardaş hakim qarşısında .....                     Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır .....                     Moskvadakı erməni biznesmenlər narahatdır .....                     Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir .....                     Baydenin erməni MİRASI .....                     Hafiz Hacıyev yaddaşını itirib? .....                     Xırdalanda dözülməz vəziyyət .....                     Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur .....                     Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini .....                     Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb .....                     Çox hörmətli başçı nəyə və kimə arxalanır?! .....                     26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi .....                     Naxçıvanda dövlət qurumu adını dəyişir .....                     Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib .....                     Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? .....                 

AZƏRBAYCANDA DİNİ DÖVLƏT QURULA BİLƏRMİ?
Tarix: 16-05-2013, 10:55 | Çap et
AZƏRBAYCANDA DİNİ DÖVLƏT QURULA BİLƏRMİ?
YALANÇI DEMOKRATİYADAN YORULMUŞUQSA...

Dinin bir mənası da qanun deməkdir. Yəni din inasnın necə yaşamasını tənzimləyə bilən qanun toplusudur. Sadəcə bu qanunlar hansısa naqis və çox məhdud bilgiyə yiyələnən bəşər tərəfindən deyil, bütün mənada kamil və mütləq elmə sahib olan Tanrı tərəfindən formalaşıb. Məncə bəşərin ən böyük fəlakəti də məhz budur ki, keçəri və cılız istəklərinə görə davamlı, hər mənada səadət bəxş edə bilən qanun toplusundan – dindən imtina edib. Dini real həyatdan çıxarıb, əfsanəyə çevirərək əlçatmaz ilahi xülya hesab edib.

Bundan da pisi odur ki, nəfsi istəklər və müvəqqəti ləzzətlərə görə dindən sadəcə sui-istifadə edir. Məncə dindən tam imtina etmək, ondan sui-istifadə etməkdən daha normal haldır. Təəssüflər olsun ki, həm tarix səhifələrində, həm də müasir dövrümüzdə dindən çirkin niyyətlərinə görə istifadə edənləri görürük. Buna ən bariz nümunə kimi seçkilər dövrünü göstərmək olar.

Əslində dinin mütləq halda kamil bir mənbədən qaynaqlandığını dərk edənlər də az deyil. Dinin verdiyi praqnozlar, ortaya qoyduğu şəriət doğru və nöqsansızdır. Bu da, elə dinlə müharibə elan edənlərin diqqətindən kənarda deyil. Belə olan halda qeyri-bərabər savaşı qazanmaq üçün bircə çıxış yolu düşünə bilərlər – öz maraqlarını təmin edən “din” kəşf eləmək.

Birmənalı başa düşməliyik ki, Yaradana sitayiş etmək yaranışın zatındadır. Amma problem yaradanın kim olduğunu qəbul etməkdədir. İnsan zatən itaətkardır. Biri həqiqi Yaradana, biri taxtadan və daşdan yonulmuş bütə, dügəri də qəlbində gəzdirdiyi “tanrı”ya. Əsas məsələ sitayiş etməkdir, onu da hamı edir. Bu mövzunu dinə inanca da şamil etmək olar. Tarixi faktlar və çoxsaylı araşdırmalar sübut edir ki, insan dinsiz yaşaya bilməz. Dindən uzaq yaşamaq da mümkünsüzdür. Ona görə də yeni metodlar ortaya çıxmalıdır. Həqiqi dinlə mübarizə aparmağa təbii ki, heç kim özündə qüdrət və cəsarət tapa bilməz. O zaman dini insan istəklərinə uyğunlaşdırıb, çirkin məqsədləri üçün ram etmək lazım gəlir. Belə də edirlər…

Nəhayət həqiqi səadət yolundan yüzlərlə cığırlar ayrılır və hər cığırın başında duran kəs İlahinin vəd etdiyi xoşbəxtlik yolunun ona aid olduğunu iddia edir. Hara istinad etdiyini və başında durduğu yolun Qurandan qaynaqlandığını bərbəzəkli terminlərlə isbat etməyə çalışır. Nəticə hamıya məlumdur.

Dində müxtəlif hərəkat və cərəyanların yaranması kimə və nə üçün lazımdır?

Əvvəlcə qeyd etdiyimiz kimi din vahid mənbədən qaynaqlanıb və şəriətlərin təkmilləşməsilə müxtəlif zamanlarda bəşərə göndərilib. Həm də səmavi dinlərin heç biri hətta ayrı-ayrı mövzularda belə digərini təkzib etmir. Bu barədə daha geniş bilgi almaq istəyən oxucular müvafiq ədəbiyyatlara müraciət edə bilərlər.

O zaman belə bir sual yaranır, bütün səmavi dinlər eyni mənbədən qaynaqlanıb, eyni məqsəd üçün nöqsanlı xasiyyətlərdən tam uzaq olan ilahi şəxslərə göndərilibsə, bir-birinə zidd olan təriqətlər, hərəkat və cərəyanlar niyə yaranıb? Zamanından və məkanından asılı olmayar bu kimi sualların bir cavabı var. Konkret şəxslər və qüvvələr öz məqsədlərini həyata keçirmək üçün din amilindən istifadə etməyə çalışıblar. Həqiqi din belə niyyətləri dəstəkləmədiyi üçün müvafiq cərəyanlar yaradılıb və onun vasitəsi ilə camaatın gözünə “din külü” üfürməklə çirkin əməllərinin icrası reallaşıb. Dinin dediyi şəxsə çevrilməkdənsə, dini öz istədiyi formaya salmağa çalışırlar.

Qeyd etmək istəyirəm ki, bu proses təkcə İslam dinində deyil, bütün səmavi dinlərdə baş verib. İslamda heç olmasa orjinallığ qorunur, başqa səmavi dinlər kökündən təhrif olunub.

Təəssüflər olsun ki, “din siyasətdən uzaqdır”, deyənlər dini siyasiləşdiriblər. Dünyanın istənilən ölkəsinə baxaq, heç bir proses dindən kənar deyil. Bu, ya təbii olaraq belədir, ya da belə edirlər. Çünki həqiqi dini əxz edib, ona uyğun həyatını qurmaq istəyən xalqlar ədalətsizlik və zülmlə idarə olunmurlar. Bu da, zülümkar istismarçıların maraqlarına uyğun deyil.

Bəs Azərbaycanda bu amildən nə qədər istifadə olunur?

Azərbaycan məkan və mövqe baxımından daim diqqət mərkəzində olub. Həm birinci və ikinci dünya müharibələrində, həm sovetlər birliyinin tərkibində olanda, həm də müstəqillik illərində. Bu ölkənin enerji ehtiyatları, xüsusən neft və qaz ölkəsi olması, əhalisinin dini inancı və yüksək intelektə sahib olması daim istismarçılar tərəfindən təqib olunmasına səbəb olub.

Heç bir halda müsəlman xalqını Qərbin yalançı demokratiya şüarları ilə idarə etmək olmaz. Çünki bu xalqı uzun illər kökündən, dinindən uzaqlaşdırmağa çalışıblar, amma hər dəfə əskini görüblər. Azərbaycan vətəndaşı Qərb demokratiyasını yeyə bilmir. Yesə də ciddi həzm problemi yaranır. Eyni zamada Azərbaycan belə asanlıqla əldən veriləsi “tikə” də deyil.

Əslində ölkəmizdə dini vəziyyət necədir, dindarların düşüncəsi nədən ibarətdir? Ümumi şəkildə deyə bilərik ki, əhali dinə qarşı çox müsbət fikirdədir. Sadəcə Aşura gününə baxsaq dediyimiz fikrin nə qədər real olduğunu görərik. Amma dini düşərgədə müəyyən fikirayrılığı da mövcuddur. Son 3-4 ildə dini kəsimə və dini təşkilatlara qarşı açıq hücumları mütəmadi olaraq müşahidə edirik. Kütləvi həbslər, yersiz qadağalar və dini ayinlərin icrasına qoyulan məhdudiyyətlər cəmiyyətdə dinə qarşı qorxu yaratmaqla bərabər aktiv dini kəsimdə parçalanma və fikirayrılığı da yaradıb. Belə ki, bəziləri qoyulan qadağalara baxmayaraq açıq şəkildə mövcud hakimiyyətlə mübarizə aparmağa üstünlük verir, digərləri ümumiyyətlə mübarizə metodunun effektsiz olduğunu iddia edərək dini vəzifələrini sadəcə namaz qılmaqdan ibarət olduğunu düşünür. Başqa bir dəstə isə dinin maariflənməsi və təbliği ilə məşğul olmağı ən düzgün yol hesab edir.

“Azərbaycan tolerant ölkədir” – bu fikir artıq qafamıza salınıb. Nədə və hansı məsələlərdə tolerant olmalıyıq? Bu mövzu isə xüsusi araşdırılmalıdır. Tolerantlıq nə qədər müsbət hal olsa da, ondan sui-istifadə edənlər də az deyil. Təəssüflər olsun ki, Azərbaycanda tolerantlığın fəsadları yavaş-yavaş özünü göstərir. Bu adla ölkəyə axışan qeyri-ənənəvi çoxsaylı təriqət, dini hərəkat və siyasi cərəyan artıq dövlətçilik üçün təhlükə yaradır.

Əlbəttə Azərbaycan dünyəvilik prinsipi üzrə formalaşan hüququ dövlətdir. Yəni dini dövlət deyil. Hətta bu dövlətin heç bir dini mənsubiyyəti də yoxdur. Bu halın bizim üçün nə qədər müsbət, yaxud mənfi olmasını zaman-zaman baş verən proseslərdən məlum etmək olar. Amma görünən odur ki, artıq tolerantlıq dediyimiz kabusun qorxunc elementləri görünməkdədir.

Müstəqillik dövründə Azərbaycana siyasi, iqtisadi və digər maraqlar yönəldiyi kimi dini maraqlar da artdı. Hətta kifayət qədər dini cərəyan ölkəmizə nüfuz etməyə çalışdı. Sevindirici haldır ki, bir neçəsi istisna olmaqla heç bir dini hərəkat xalqımız tərəfindən qəbul olunmadı. Din üçün ən təhlükəli hərəkatlardan hesab olunan Vəhhabizm gənclərimizin düşüncəsini korlasa da xalqın nifrətini də qazandı. Çünki bu hərəkatın əsas məqsədi İslamı radikal göstərmək və insanlarda dinə qarşı fobiya yaratmaqdır. Bundan başqa bu cərəyan uzun illər Azərbaycan xalqının dini inancının əsaslarını ciddi şəkildə tənqid etdi. Müşahidələr nəticəsində deyə bilərik ki, Vəhhabizm hələ ki, Azərbaycanda uğur qazana bilmədi. 2008-ci il məlum məscid hadisəsindən sonra bunların fəaliyyəti gizlin müstəviyə keçdi. O vaxta qədər vəhhabiləri geyim və saqqal kimi görüntü ilə tanımaq olurdusa, ondan sonra cəmiyyətə nə qədər nüfuz eləmələrini dəqiqləşdirmək çətinləşib. Buna baxmayaraq demək olar ki, vəhhabizmin Azərbaycanda missiyasi cəmiyyətdə dinə qarşı qorxu yaratmaq, bir də terror aktları həyata keçirməkdən ibarətdir. Cəmiyyətdə qorxu yaratmağın müxtəlif zamanlarda şahidi olmuşuq, amma terror məsələsi hələ ki, müşahidə olumur. Ümid edirik heç olmayacaq da. Bunun səbəbi ölkədə təhlükəsizlik sisteminin möhkəm olmasında deyil. Elə ölkələr var ki, daha da güclü qorunur, amma yenə də terrorun qarşısını ala bilmir. Düşünürəm ki, bu məsələdə beynəlxalq güclərin nüfuzunu qeyd etməliyik.

Dünyanın hər yerindən eyni qayda ilə Azərbaycandan da vəhhabilərin Suriyaya toplaşmaları və Əsəd hakimiyyətinə qarşı vuruşmaları vəhhabizmin mahiyyətini ortaya qoydu. Sübut etdi ki, dində radikal qruplar yaratmaq və onları batil əqidə ilə “yükləməkdən” məqsəd Qərbin siyasi qüdrətini artırmaq üçündür.

Azərbaycan üçün daha ciddi təhlükə

Müstəqillik illərinin əvvəllərindən Azərbaycana ayaq açan, yetərincə də “iş” görən və İslam üçün Vəhhabizmdən heç də az təhlükə olmayan Nurçuluq daha ciddi öhdəlik götürüb. Əvvəlcə nurçuluq barədə bir neçə cümlə demək yerinə düşərdi. Nurçuluq Türkiyədə başlayıb, ABŞ-da qərarlaşan, Avropaya sızan şəbəkə Qafqazı aşıb hətta Mərkəzi Asiya ölkələrinə də geniş yayılmaqdadır.

Türkiyədə Səid Nursinin əsəsını qoyduğu və Fəthullah Gülən tərəfindən geniş yayılmağa başladılan Nurçuluq təriqətinin yönətimciləri hədəflərinə çatana kimi “ılımlı və xoşgöru İslam” (mülayim və liberal İslam) görüntüsünü davam etdirirlər.

Sistemin iş prinsipi gizliliyə meyilli fəaliyyət (ən önəmli tapşırıq), tərəfdarlarının son dərəcə quruma bağlılığı, təsirli və qərarlı mərkəzi idarəetmə sistemi ilə çalışan şəbəkənin olmasıdır.

Daxildə və xaricdə, dövlətin və millətin içinə təhsildən yerimək hərəkəti ön xətdə durur.

İndi fətullahçıların görəvi camaatı – xalqı kapsamaq və kontrolda saxlamaqdır. Maliyyə bazaları buna tam imkan verir.

Nurçuların Azərbaycanda gördüyü işlər barədə çoxlu maraqlı faktlar var. Onların hamısını bu yazıda qeyd etmək istəyində olmasam da, bir neçəsini deməyi zəruri hesab edirəm. Bu sistem mülayim İslam və təhsilin inkişafı ilə nüfuz edə bilir. (“Mülayim İslam” termini əslində düzgün deyil. Çünki İslam haqq və ədalət dinidir. Ən əsas vəzifəsi də haqqı bərpa etməkdən ibarətdir).

Azərbaycanda “Zaman-AZƏR” MMC firması, “Nurlar” mətbəəsi, “Zaman – Azərbaycan” qəzeti, “Ailəm” jurnalı mətbu orqanları, “Quba “Nur” Studiyası”, “Nurlu Sabah” Uşaq-Gənclər təşkilatı (Quba rayonu), “Araz” Hazırlıq” Kursları, “Araz” Yayınları” MMC, “Araz” dərgiləri, dərsliklər, test bankları, Qafqaz Universiteti, tələbə yataqxanaları, Türkiyə İşbirliyi və Kalkınma İdarəsinin Azərbaycan üzrə Koordinatorluğu, Azərbaycanda yayımı dayandırılan “STV” (Azərbaycandakı mərkəzində həmən baza əsasında “Xəzər” TV təsis edildi) və sair şəbəkənin əhatəsinə aiddir. Qafqaz Universitetinin əməkdaşlıq siyahısını əsasən Türkiyə iş adamlarının təsis etdiyi şirkətlər təşkil edir.

Sevindirici hal budur ki, hərbi və güc strukturlarından – Hərbi həkimlik, Polis Akademiyası, Milli Təhlükəsilik Nazirliyi liseyin attestatın qəbul etmir. Bircə bu fakt fətullahçıların nə qədər təhlükə olduğuna kifayət dərəcədə sübutdur.(Yazının bu hissələri müxtəlif internet qəzetlərindən istifadə olunub).

Yenicə formalaşan xam beyinlərə təsirdən, beyinlərə hakim olub oturuşandan sonra isə dövlətin total işğalına lap az qalır.

Nurçuluğun Azərbaycana hansı təhlükəni vəd edir?

Göründüyü kimi bu qədər fəaliyyət təbii ki, milyonların hesabına başa gəlir. Bu milyonlar da Azərbaycanda dövlət strukturunu dəyişdirməyə xərclənir desək yəqin ki, yanılmarıq. Hesab edirəm ki, ölkəmizdə dini dövlətin yaradılması istiqamətində çox ciddi işlər görülür. Çünki Qərb Azərbaycandan tam arxayın olmaq üçün başqa yol görmür. Türkiyə modelinin Azərbaycanda yaradılması Qərbin bir başa məqsədidir. Belə olarsa, həm Rusiya, həm də İran faktorunu Azərbaycanda zəiflətmiş olacaq. Əslində nurçuların Azərbaycanda fəaliyyətini araşdırsaq görərik ki, dini dövlətin yaradılması istiqamətində xeyli işlər görülüb. Dövlət strukturlarına kifayət qədər kadr yerləşdirilib. Hətta Milli Məclisə (Fazil Mustafa timsalında) belə nufuz etmələri vəziyyətin ciddiliyindən xəbər verir.

Qərb bu missiyanı başa çatdırmaqda israrlı görünür və daha ağır bir işin öhdəsindən gəlməlidir. Türkiyə modelinə uyğun Azərbaycanda dini dövlət yaranacağı təqdirdə həm qonşu kimi, həm də dini baxımdan İran faktoru yenidən ciddi problemə çevrilə bilər. Ona görə də ölkədə həqiqi dini təşkilatların, İran meyilli şəxslərin zərərsizləşdirilməsi və bu axardan xeyli uzaqlaşdırılması əsas məsələ kimi gündəmdədir.

Heç şübhəsiz Rusiya da bu məsələdə seyrçi mövqedə ola bilməz. Artıq ilk etirazını bildirdi, desək düzgün olardı. Təqribən 2-3 ay əvvəl Rusiyada Nurçulara aid olan təşkilatların fəaliyyətinə, Səid Nursinin kitablarına və Nurçuluğu təbliğ edən digər ədəbiyyatlara qadağa qoyulması rəsmi Moskvanın narahatlığını ifadə edir.

Qərb Azərbaycanda istədiyi formada islami dövlət modelini yarada bilsə Vətənimizin və gələcəyimizin fatihəsi oxundu deməkdir!

Cavid Cabbarlı, İlahiyyatçı-Jurnalist,

“Xeberinfo”nun baş redaktoru










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58
““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52
Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48
"Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38
Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34
Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05
Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23
Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32
Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11
"3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02
Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00
Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21
İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16
Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07
Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00
"Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59
İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46
"Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45
“Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41
Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39
“Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36
İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30
Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Dünən, 17:25
Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Dünən, 17:23
Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Dünən, 17:18
Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Dünən, 17:14
Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Dünən, 17:13
Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...
Dünən, 17:04
Hafiz Hacıyev yaddaşını itirib? - AÇIQLAMA
Dünən, 17:01
Xırdalanda dözülməz vəziyyət - İcra hakimiyyəti sakinləri günahkar çıxardı
Dünən, 16:59
Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur
Dünən, 16:55
Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini DAYANDIRDI
Dünən, 16:48
Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb - KİV
Dünən, 16:44
Çox hörmətli başçı nəyə və kimə arxalanır?! - HARINLIQ NÜMUNƏSİ...
Dünən, 16:42
26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi - TƏFƏRRÜAT
Dünən, 16:36
Naxçıvanda dövlət qurumu adını dəyişir
Dünən, 16:29
Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Dünən, 16:17
Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? - İTTİHAM VAR...
Dünən, 16:15
Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI - "Arxa qapıdan tullandım"
Dünən, 16:11
Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? - AÇIQLAMA
Dünən, 16:05
Pezeşkian sabah Tacikistana səfər edəcək
Dünən, 16:01
Valeh Əhmədova bu kanalda vəzifə verildi - FOTO
Dünən, 15:50
Nahid Bağırov onunla bağlı ƏMR VERDİ
Dünən, 15:48
Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... - "Sakinlər dövlətimizdən hər hansı yardım istəmirlər..."
Dünən, 15:44
AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb - Marşrut əsassız ləğv edilib
Dünən, 15:38
Bakının son tələbi masaya qoyuldu: - Yeni şərtlər belədir
Dünən, 15:31
Tramp niyə Qrelandiyanı almağa can atır? - “Regnum”
Dünən, 15:29
Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı
Dünən, 15:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru