İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz .....                     ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” .....                     Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar .....                     "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..." .....                     Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... .....                     Dövlət qurumu 493 minlik geyimləri .....                     Azərbaycanda 24 illik nəqliyyat şirkəti .....                     ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb .....                     Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik .....                     Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb .....                     "3 aya yaxındır ki, təyinatımız verilmir..." .....                     Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu .....                     İşdən çıxarılan ginekoloq danışdı .....                     Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI .....                     Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub .....                     Ermənistanın Qərb və Rusiya arasında yeni planı: .....                     "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır" .....                     İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... .....                     "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" .....                     “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” .....                     Göygöldə məktəblilər arasında mübahisə .....                     “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir .....                     İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? .....                     Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir .....                     Bacısını bıçaqlayan qardaş hakim qarşısında .....                     Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır .....                     Moskvadakı erməni biznesmenlər narahatdır .....                     Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir .....                     Baydenin erməni MİRASI .....                     Hafiz Hacıyev yaddaşını itirib? .....                     Xırdalanda dözülməz vəziyyət .....                     Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur .....                     Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini .....                     Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb .....                     Çox hörmətli başçı nəyə və kimə arxalanır?! .....                     26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi .....                     Naxçıvanda dövlət qurumu adını dəyişir .....                     Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib .....                     Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? .....                 

"GÜLƏR ƏHMƏDOVANIN HƏBSİ ƏDALƏTSİZLİKDİR"
Tarix: 15-05-2013, 11:14 | Çap et
"GÜLƏR ƏHMƏDOVANIN HƏBSİ ƏDALƏTSİZLİKDİR"
"TƏŞKİLATÇILAR AZADLIQDA, QADIN İSƏ HƏBSDƏ"

Hüqüqşünas, tanınmış vəkil Aslan İsmayılovun “Qafqazinfo”ya müsahibəsi

- Azərbaycanda vəkillik institutunun yaranması və formalaşması prosesi haqda sizin fikirlərinizi bilmək istəyirəm. Ümumiyyətlə, proses necə başlayıb?
- Mən vəkillik institutunun Azərbaycanda problemlərini bu peşəyə başladığım ilk günlərdən etibarən qabartmağa başlamışam. Ondan sonra həm mənim, həm də mənim kimi digər həmkarlarım həm yerli, həm xarici mətbuatda, eyni zamanda daxili və xarici strukturlarla problemləri qabartmağımızla bağlı qanunvericilikdə bir sıra dəyişikliklər olub. Bu gün vəkillik haqqında qanun məni tam qane etməsə də, əminəm ki, bu qanuna riayət olunsaydı, Azərbaycanda da çox normal və sivil ölkələrdəki kimi vəkillik institutu olardı. Tək vəkillik haqqında yox, ölkədə bütün qanunlar işləmədiyinə, qanunlara hakimiyyət nümayəndələri və vətəndaşlar tərəfindən hörmətsizlik olduğuna görə vəkillik haqqında qanun da işləmir. Bu gün vəkillik korpusunda Azərbaycanda tanınmış vəkillərin hamısı təmsil olunmur. Hərçənd ki qanunvericiliklə onlar vəkillikdə olmalı idi. Xaricdə də olan tanınmış vəkillərimiz var ki, onlar bütün imtahanları versələr də, onları vəkilliyə götürmürlər.

- Sizə elə gəlmirmi ki, vətəndaşların özləri də vəkil tutmaq məsələsində maraqlı deyil.
- Doğrudur. Bu da cəmiyyətin maariflənməməsi, qanunların işləməməsi ilə əlaqədardır. Bu proses həkimə ölüm ayağında getməyə bənzəyir. Azərbaycanda da vəkilin yanına hər hansı işin başladığı ərəfədə getmirlər. Tutulma ərəfəsində vəkilin yanına gəlirlər ki, kömək edin. İkincisi, vətəndaşlar da bilirlər ki, problemi vəkillər vasitəsilə həll etmək çox çətindir. Daha asan yolu var. Həmin o işi həll edən hakimə, məmura, prokurora yaxınlaşıb rüşvət verməklə həll etmək olar. Müştərilərin əksəriyyətinin yanıma gələndə birinci sualı o olur ki, Aslan müəllim siz mənim problemimi rüşvətlə həll edib danışa bilərsinizmi? Mən deyəndə ki, yox, cavab verirlər ki, sizə olan hörmətimizə baxmayaraq bizim iş sizlik deyil. Çünki pul verməsək, həll olunan deyil. Vəkil kontingentinin də 90 faizi öz missiyasını rüşvət alıb rüşvət verməkdə görür. Mənim işim əsasən mülkiyyət davaları olub. Hamı bilir ki, mənim dediyim haqdır. Amma kimsə bir şey etmir. Hakimlər də düz olduğumu deyirlər, amma heç nə edə bilmirlər.

- Ümumiyyətlə vəkillik elə bir peşədir ki, müvəkkliiniz suçlu olsa belə, siz onun hüquqlarını məhkəmə qarşısında müdafiə etməlisiniz. Sizin praktikanızda da suçlu adamları müdafiə etdiyiniz hallar olubmu?
- Bu mənim üçün yaralı sualdır. Azərbaycanda vəkillər kollegiyasında təmsil olunanların tam əksəriyyəti ifadə edir ki, sanki vəkilin əsas vəzifəsi cinayətkarın cinayətini ört-basdır etməkdir. Amma bu belə deyil. Vəkilin vəzifəsi müvəkkilin hüquqlarını qorumaqdır. Onun haqqı pozulmasın, ona bəraət verəcək və yaxud cəzanı yüngülləşdirəcək bütün halları tapıb məhkəməyə təqdim etməkdir. Amma o demək deyil ki, sən cinayəti ört-basdır etmək üçün müvəkkilinə yardımçı olmalısan. Bu vəkil peşəsi deyil. Bizdə bəzi adamlar var ki, Vəkillər Kollegiyasınnda özlərini mafioz vəkillərə oxşatmaq istəyir. Mənim indiyə kimi heç bir müvəkkilimlə problemim yaranmayıb. Mən işi götürməmişdən öncə maraqlanıram. Mən həyatımda qəsdən adam öldürmə, zorlama və narkotik işlərini götürməmişəm. Müraciət edənlərə demişəm ki, bunlar mənlik deyil. Bu o demək deyil ki, mən vəkillik etikasını pozuram. Etikanı o vaxt pozaram ki, işi götürürəm, müqaviləni bağlayıram, sonradan isə imtina edirəm.

- Aslan bəy, belə bir tendesiya var ki, ölkədə vəkillik institutu da artıq iki istiqamətə bölünüb. İqtidar və müxalifət vəkilləri. Siz necə düşünürsünüz?
- Tam səmimi deyirəm. Mən Azərbaycanda elə vəkil tanimiram ki, məsələn Adil İsmayıov, Anar Qasımov, Xalid Bağırov və.s nəzərdə tuturam, hakimiyyətdə olan şəxlərin hansısa biri müraciət edib desə ki, mənim haqqım pozulub, məni müdafiə edin, inanmıram ki, kimsə imtina edə. Biz imtina etmərik. Vəkillərin içərisində onlar tərəfindən iqtidar müxalifət seçimi yoxdur. Amma iqtidarda olanlar adlarını çəkdiyim və ya çəkmədiyim digər şəxslərə müraciət etməzlər. Bəla ondadır ki, hakimiyyətdə olduğu dövrlərdə heç biri bizə müraciət etmir. Amma həbsə düşən kimi birinci axtardığı bizlər oluruq. Ümumiyyətlə isə vəkil öz peşəsi etibarilə müxalifdir. Məsələn, prokuror hakimiyyətin təmsilçisidir. Vəkil isə digər tərəfdə onunla üz-üzə durub. Biz məhkəmə prosesində hakimiyyəti təmsil edənlə döyüşürük.

- Məsələn, sabiq millət vəkili Gülər Əhmədova iqtidarın nümayəndəsidir. Hazırda həbsxanadadır. Tutaq ki, siz dediyim kontekstdə müxalifətin vəkilisiniz. Gülər Əhmədovanlın suçlu olduğunu bilə-bilə onu müdafiə edərdinizmi?
- Mən əvvəldən bildim ki, Gülər Əhmədova mandat alverində sıradan bir fiqurdur. Onun üstündə də çoxsaylı adamlar var. Mentalitetləmi əlaqədardır bilmirəm, bir xanımın həbsi mənə təsir etdi, hesab etdim ki, bu bir ədalətsizlikdir. Təşkilatçı kişilər bayırda, qadın isə həbsdə. Əgər Gülər Əhmədova həqiqətən də o prosesdə haqqın, ədalətin üzə çıxması ilə müdafiə olunmaq istəyirsə, mən onu müdafiə edərəm. Amma Gülər bunu istəməyəcək. O istəyəcək ki, bu cinayəti ört-basdır etmək üçün mən vəkillik edim. Bu gün də mən açığam. Əgər Gülər Əhmədova səmimi olaraq olanları etiraf etməyə hazırdırsa, mən onu müdafiə edərəm. O cümlədən digər adıçəkilən vəkillər də onun hüquqlarını qorumağa hazır olarlar. Azərbaycan xalqının içində ədalət hissi çox böyükdür. Mənim dünyada olmadığım güşə yoxdur. Mən bizim xalq qədər haqqa, ədalətə tamarzı olan ikinci xalq görməmişəm. Mənim Vəkillər Kollegiyasından çıxarılmağımla bağlı məsələdən sonra mənə yazılanları oxuyanda dəhşətə gəlirəm ki, axı mən bu xalq üçün hələ heç nə etməmişəm. Hətta türmədə olan Hacı Tale imkan tapıb qəzetlə məktub göndərir ki, mən Aslan İsmayılovun Kollegiyadan çıxarılmasına etiraz edirəm.

- 1999-cu ildə Vəkillər Kollegiyasından çıxarıldınız. İndi tarix yenə də təkrarlanır. İkinci dəfə çıxarılma məsələniz nədən qaynaqlandı?
- Birinci dəfə nədən qaynaqlanmışdısa, indi də ondan qaynaqlanıb. Vəkili vəkillikdən çıxartmaq pinəçini pinəçilikdən çıxartmaq kimi bir şeydir. Bu bir peşədir. Məni vəkillikdən çıxartmaq olmaz. Sadəcə vəkil kimi mən işsiz qala bilərəm. Ona görə ki müştərilər biləndə ki bacarıqsızdır, yaramazdır, dələduzdur onlar o vəkilə yaxınlaşmayacaq və o işsiz qalacaq. Belə olanda da qonararsız qalacaq. Mən hakimiyyət, vəzifə təmsilçisi deyiləm ki, məni işdən çıxartsınlar. Məni öz peşəmə xəyanət etməkdə, vəkillik etikasını pozmaqda, müdafiəçisi olduğumun adamın sirrini qarşı tərəfə satmaqda suçlaya bilərlər. Azərbaycan Vəkillər Kollegiyasının yarısı bu cür vəkillərdir. Bunların heç birini vəkillikdən çıxartmırlar. Amma mənim haqqımda bir dənə də müştəri bu günə kimi şikayətçi olub. Mənə olan bu münasibət Azərbaycanda mülikiyyət hüququn pozulması ilə bağlı qaldırdığım problemlər və adlarla bağlıdır.

- Vəkil büronuzun da fəaliyyəti dayandırıla bilər. Məhkəmə əleyhinizə qərar çıxartsa, nə işlə məşğul olacaqsız?
- 1999- ci ildə nəylə məşğul oldumsa, indi də onunla məşğul olacam. O zaman lisenziya qaydaları var idi. Mən təxminən 5-6 ay lisenziya qaydaları ilə işlədim. Bu işdən xəbər tutulanda lisenziya qaydalarını ləğv elədilər. 300 nəfər bu qayda ilə işləyən vəkil işsiz qaldı. 2005-ci ildə mən prezidentlə görüşəndən sonra məni kollegiyaya qaytardılar. İndi də necə ki, məni ictimai fəaliyyətimlə bağlı çıxardırlar, ola bilsin sabah tapşırıq olsa, yenə qaytaracaqlar.

- Həmin o qeyd etdiyiniz lisenziya məsələsi ilə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İradə Cavadova ilə də mübahisəniz yaranıb...
- Əgər bu sözləri mənə bayaq yuxarıda qeyd etdiyim adlar desəydi, mən onlara qarşı onlarla müsahibə verərdim. Haqlı olduğumu da sübut etməyə çalışardım. Çünki onların fikirləri ictimai rəydə fikir formalaşdırır. Amma İradə xanım xanım olduğuna görə mən cavab verməkdə gücsüzəm. Bunu mənim heç də xanımlara hörmətsizliyim kimi qəbul etməyin. Mən əksinə, hesab edirəm ki, həyatın yaratdığı ən böyük möcüzələrdən biri də qadındır. Çünki qadın anadır. Onlara hörmətimdən irəli gəlir ki, onlarla mübahisə etmək istəmərəm. Amma bir şeyi dəqiq bilin. Mənim 55 yaşım var, bu günə kimi heç vaxt yalan danışmamışam, heç nəyi şişirtməmişəm. Və heç vaxt da Allahımdan və vicdanımdan başqa heç kimdən qorxmamışam.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58
““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52
Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48
"Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38
Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34
Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05
Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23
Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32
Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11
"3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02
Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00
Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21
İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16
Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07
Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00
"Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59
İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46
"Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45
“Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41
Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39
“Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36
İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30
Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Dünən, 17:25
Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Dünən, 17:23
Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Dünən, 17:18
Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Dünən, 17:14
Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Dünən, 17:13
Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...
Dünən, 17:04
Hafiz Hacıyev yaddaşını itirib? - AÇIQLAMA
Dünən, 17:01
Xırdalanda dözülməz vəziyyət - İcra hakimiyyəti sakinləri günahkar çıxardı
Dünən, 16:59
Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur
Dünən, 16:55
Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini DAYANDIRDI
Dünən, 16:48
Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb - KİV
Dünən, 16:44
Çox hörmətli başçı nəyə və kimə arxalanır?! - HARINLIQ NÜMUNƏSİ...
Dünən, 16:42
26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi - TƏFƏRRÜAT
Dünən, 16:36
Naxçıvanda dövlət qurumu adını dəyişir
Dünən, 16:29
Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Dünən, 16:17
Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? - İTTİHAM VAR...
Dünən, 16:15
Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI - "Arxa qapıdan tullandım"
Dünən, 16:11
Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? - AÇIQLAMA
Dünən, 16:05
Pezeşkian sabah Tacikistana səfər edəcək
Dünən, 16:01
Valeh Əhmədova bu kanalda vəzifə verildi - FOTO
Dünən, 15:50
Nahid Bağırov onunla bağlı ƏMR VERDİ
Dünən, 15:48
Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... - "Sakinlər dövlətimizdən hər hansı yardım istəmirlər..."
Dünən, 15:44
AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb - Marşrut əsassız ləğv edilib
Dünən, 15:38
Bakının son tələbi masaya qoyuldu: - Yeni şərtlər belədir
Dünən, 15:31
Tramp niyə Qrelandiyanı almağa can atır? - “Regnum”
Dünən, 15:29
Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı
Dünən, 15:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru