GƏDƏBƏYİN İCRA BAŞÇISINDAN İLGİNC ADDIM
Tarix: 14-05-2013, 09:53 | Çap et
ADAM YANĞINDAN DA PUL ÇIXARIRGədəbəydə yanan bazarla bağlı Elitar.Az-a maraqlı məktub daxil olub. Rayon sakini Ramazan Muradovun yazdığı məktubda bu il martın 7-də baş verən yanğının qəsdən törədildiyi iddia olunur. Bildirilir ki, bazar dəmir-beton konstruksiyalı olduğundan bir anın içində kül olması yerli sahibkarları təlaşa salıb: “Baş vermiş bu müəmmalı yanğın haqda mətbuat bir neçə gün məlumat versə də, az keçməmiş hər şey unuduldu. Əslində sözügedən hadisə kifayət qədər şübhəli olmaqla yanaşı bazarda çalışan vətəndaşlara külli miqarda zərər vurması baxımından hüquq mühafizə orqanlarının diqqət ayırmalı olduğu hadisə idi. Amma belə olmadı. Əvvala ondan başlayaq ki, yanan bazar binasının uzunluğu təxminən 100 metr, eni 35 metrdir. Biri böyük, 3-ü isə kicik olan, qapısı olmayan dörd girişi var. Daş və dəmir-beton konstruksiyadan istifadə olunaraq inşa edilib. Bazarda işləyən satıcılar malların bir hissəsini dəmirdən düzəldilmiş vitrinlərdən asırlar, əsas hissəsini isə torpağın üzərində mişar daşı ilə tikilmiş, dəmir qapı ilə təhciz edilmiş piştaxtaların üstünə düzürlər. Piştaxtanın altından isə hər bir satıcı anbar kimi istifadə edir. Bunları deməkdə məqsədimiz odur ki, bazarın qapalı olmadığını və tez alışan materiallarla tikilmədiyini diqqətə çatdıraq. Bəs bazar necə yanıb? Hadisə şahidlərinin deməsinə görə təxminən 7 radələrində, hələ satıcıların bir neçəsinin bazara yeni gələrək işə başladıqları vaxt bazarın ət bazarı deyilən hissəsindən qara tüstü çıxmağa başlayıb. Həmin satıcılar tüstü çıxan tərəfə gedərək yanğını söndürmək istədikdə eyni zamanda bazarın hər yerindən qatı tüstü çıxmağa başlayıb və təxminən 15 dəqiqə ərzində bazarın bütün ərazisini, təxminən 350 kv.m sahəni şiddətli alov bürüyüb. Satıcılar mallarını xilas etmək üçün piştaxtaların qapılarını açarkən içində hec bir yandırıcı maddə və ya elektrik xətti olmayan tam qapalı olan bu daş şkafların içindəki malların alovlandığını görərək ərazidən uzaqlaşıblar. Bir saat yarım vaxt ərzində bazar tamamilə yanaraq külə dönüb”. Məktub müəllifi yazır ki, hadisə və hadisədən sonra yerli hakimiyyət nümayəndələrinin davranışları sahibkarlarda bazarın yandırılması ilə bağlı yaranan şübhələri bir qədər də artırıb “Bzarın quru ot tayası kimi 10-15 dəqiqə müddətində alışması, çətin yanan materialların, malların tamamilə külə dönməsi, bu yanğının daşdan tikilmiş arakəsmə divarlarının arxasına kecərək oradakı ərazini də bürüməsi yanğının qəsdən və hansısa yüksək temperatur yaradan maddə vasitəsilə törədilməsini deməyə əsas verir Üstəlik Rayon İcra Hakimiyyəti hadisənin səbəbinin elektrik qısaqapanması olduğunu deyir. Fərz edək ki, bu iddia doğrudur. Axı bilirik ki, qısaqapanma bir nöqtədə başlayır və bu yanğının ocağı olur. Həmin nöqtədə ən yüksək temperatur yaranır. Bazarda isə hər yer eyni səviyyədə yanıb, hətta orta hissəsində yaranan güclü temperatur nəticəsində binanın beton karkas tavanı partlayaraq yerə tökülüb. Əgər hadisənin səbəbi elektrik qısa qapanmasıdırsa nəyə görə yanğın naqilərin asıldığı tavanda deyil yerdə piştaxtaların üstündə başlayıb? Yangın başlayarkən və davam edərkən eşidilən partlatış səslərinin səbəbləri aydınlaşdırılıbmı? Hadisədən 2 aydan artıq vaxt keçməsinə baxmayaraq hər hansı istintaq hərəkətləri, hadisə şahidlərinin dindirilməsinin aparılmamasının səbəbi nədir? Hadisədən sonra bazar rəhbərliyi zərərçəkən sahibkarlara bildirdi ki, icra başçısı ilə razılaşıb, dəyən zərər ödəniləcək. Həqiqətən bir neçə gündən sonra sahibkarlara dəyən zərərin müqbilində cüzi miqdarda pul ödənildi. Elə həmin vaxtdan başlayaraq rayonun idarə və müəssisələrindən, kənd icra nümayəndələrindən bazara yardım adı ilə pul yığılmağa başladı. Bu yığım indiyədək davam edir. Soruşmaq ayıb olmasın bazarda yanğın olmasının icra hakimiyyətinə nə aidiyyatı var? Yanğının günahkarları idarə-müəssisə işciləridirmi? Hadisənin baş vermə səbəbi məlum olmadan başçının əl-ayağa düşərək pul toplamasının səbəbi nədir?” Məktub müəllifinin toxunduğu maraqlı məqamlardan biri də bazar uğrunda savaşın getməsi haqdadır: “Rayon əhalisinə məlumdur ki, rayon mərkəzində fəaliyyət göstərən ticarət obyektlərinin üzərində mülkiyyət hüququnu əldə etmək üçün 2 qrup ölüm-dirim mübarizəsi aparır. Bunlardan biri hazırki icra başçısı Ramiz Yediyarov, onun ətrafında olan rayon maliyyə idarəsinin rəisi Namiq Məmmədov və bir necə büdcə təşkilatının rəhbəri, digəri isə vergilər nazirinin müşaviri Fəxrəddin Qəmbərov və onun qardaşlarıdır. Təsadüfi deyil ki, yanğından dərhal sonra Ramiz Yediyarova yaxın şəxslər yanğının guya Qəmbərovlar tərəfindən başçının nüfuzdan salınması üçün törədilməsi haqda şaiyələr yaymağa başladılar. Şaiyələrin işə yaramadığını və zərərçəkənlərin yanğının səbəbini rayon rəhbərliyində axtardığını görən icra başçısı bütün vasitələrdən istifadə edərək sahibkarlara təzyiq göstərir. Min bir əziyyətlə özünə iş yeri qurmuş və müəyyən vəsait toplamış insanların bir anın icində hər şeylərini itirməsi və hadisəni araşdırmaq əvəzinə zərər çəkmişlərə təzyiq göstərilməsi əhalinin dövlətə olan inamına ağır zərbə vurur. Bu hadisədən sonra rayonda fəaliyyət göstərən digər sahibkarlar da böyük narahatlıq keçirirlər və istənilən anda hər şeylərini itirəcəklərindən təlaşlanırlar”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58 |
|
|
|
• ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52 |
|
|
|
• Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48 |
|
|
|
• "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38 |
|
|
|
• Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34 |
|
|
|
• Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23 |
|
|
|
• Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32 |
|
|
|
• Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11 |
|
|
|
• "3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02 |
|
|
|
• Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00 |
|
|
|
• Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21 |
|
|
|
• İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16 |
|
|
|
• Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12 |
|
|
|
• Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07 |
|
|
|
• Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00 |
|
|
|
• "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59 |
|
|
|
• İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46 |
|
|
|
• "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41 |
|
|
|
• Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39 |
|
|
|
• “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36 |
|
|
|
• İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30 |
|
|
|
• Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Dünən, 17:25 |
|
|
|
• Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Dünən, 17:23 |
|
|
|
• Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Dünən, 17:14 |
|
|
|
• Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Dünən, 17:13 |
|
|
|
• Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...
Dünən, 17:04 |
|
|
|
• Hafiz Hacıyev yaddaşını itirib? - AÇIQLAMA
Dünən, 17:01 |
|
|
|
• Xırdalanda dözülməz vəziyyət - İcra hakimiyyəti sakinləri günahkar çıxardı
Dünən, 16:59 |
|
|
|
• Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur
Dünən, 16:55 |
|
|
|
• Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini DAYANDIRDI
Dünən, 16:48 |
|
|
|
• Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb - KİV
Dünən, 16:44 |
|
|
|
• Çox hörmətli başçı nəyə və kimə arxalanır?! - HARINLIQ NÜMUNƏSİ...
Dünən, 16:42 |
|
|
|
• 26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi - TƏFƏRRÜAT
Dünən, 16:36 |
|
|
|
• Naxçıvanda dövlət qurumu adını dəyişir
Dünən, 16:29 |
|
|
|
• Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Dünən, 16:17 |
|
|
|
• Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? - İTTİHAM VAR...
Dünən, 16:15 |
|
|
|
• Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI - "Arxa qapıdan tullandım"
Dünən, 16:11 |
|
|
|
• Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? - AÇIQLAMA
Dünən, 16:05 |
|
|
|
• Pezeşkian sabah Tacikistana səfər edəcək
Dünən, 16:01 |
|
|
|
• Valeh Əhmədova bu kanalda vəzifə verildi - FOTO
Dünən, 15:50 |
|
|
|
• Nahid Bağırov onunla bağlı ƏMR VERDİ
Dünən, 15:48 |
|
|
|
• Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... - "Sakinlər dövlətimizdən hər hansı yardım istəmirlər..."
Dünən, 15:44 |
|
|
|
• AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb - Marşrut əsassız ləğv edilib
Dünən, 15:38 |
|
|
|
• Bakının son tələbi masaya qoyuldu: - Yeni şərtlər belədir
Dünən, 15:31 |
|
|
|
• Tramp niyə Qrelandiyanı almağa can atır? - “Regnum”
Dünən, 15:29 |
|
|
|
• Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı
Dünən, 15:28 |
|
|
|
|