İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? .....                     "Bir də görürəm ki, 2 saatdır oradayam" .....                     Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? .....                     Azərbaycanda gizli dini şəbəkə təhlükəsi .....                     PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi .....                     Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB .....                     Neft ölkələri üçün həyəcan təbili .....                     Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır .....                     "Kişi efirdə belə davranmamalıdır" .....                     “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti .....                     Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb .....                     “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı .....                     “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına .....                     "Məni məhkəməyə çağırmayıblar..." .....                     Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib .....                     20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox .....                     “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? .....                     Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... .....                     Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı .....                     Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar .....                     “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” .....                     PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir .....                     İcra başçısı özü haqqında sənədli film çəkdirib? .....                     Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb .....                     “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” .....                     Sovetin ölüm balonu: .....                     Sahib Məmmədovun “agent ovu”: .....                     Putin İrana gedəcək .....                     Papikyanın Berlin səfərinin gizlinləri: .....                     "Ora ayrılan pulu necə yemisiniz" .....                     Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər .....                     “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib .....                     AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? .....                     "Deputatsan, lap yaxşı, get qal Ağdamda" .....                     Nəfəs qalmaqallı videodan danışdı .....                     Bankların pul “qoparmaq” oyunu .....                     Ağalıda yaşayan qız "üsyan etdi": .....                     Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? .....                     Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... .....                     Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib .....                 

“AZƏRBAYCAN HAKİMİYYƏTİ QORXUR”
Tarix: 9-12-2011, 15:38 | Çap et
“AZƏRBAYCAN HAKİMİYYƏTİ QORXUR”

«İRANA QARŞI XARİCİ HƏRBİ MÜDAXİLƏNİN ƏLEYHİNƏYİK»

Azərbaycan Xalq Partiyasının lideri, İctimai Palatanın təsisçilərindən olan Pənah Hüseynlə müsahibəni diqqətinizə çatdırırıq.

- Pənah bəy, ilin əvvəlində ərəb ölkələrindəki inqilabların təsiri ilə Azərbaycanda da canlanma, siyasi dəyişikliklərə inam yarandı və böyük əks-səda doğuran kütləvi aksiyalar keçirildi. Lakin hakimiyyətin repressiyalarından sonra bu proses bir qədər səngidi. Mübarizənin birinci mərhələsinin yekunları ilə bağlı nə deyə bilərsiniz?

- Mən məsələnin qoyuluşunun forma və məzmunu ilə razı deyiləm. «Mübarizənin birinci mərhələsi» fikri faktiki və nəzəri baxımdan doğru deyil. Əslində bu mərhələ yeni başlayıb, qlobal mərhələdir və təkcə ərəb ölkələrini əhatə etmir. Diqqət edirsinizsə, bu proseslər Amerika, Qərbi Avropa, Rusiya, Mərkəzi Asiya və başqa regionları əhatə edən bir prosesdir. Bu baxımdan prosesin ilkin fazası barədə danışmaq daha doğru olardı.

O başqa məsələdir ki, proseslər bir sıra ərəb ölkələrində başladı və davam edir. Ona görə də bunun yekunlarından danışmaq tez olardı. Bu geosiyasi baxımdan dünyanın yenidən formalaşdırılması prosesidir. Bunun qloballaşmanın istər demokratikləşmə istiqamətində, istərsə də universal bəşəri dəyərlərin yayılması baxımından ciddi və yeni bir mərhələsi olması da göz önündədir. Bu və ya digər ölkələrdə, xüsusən Azərbaycan miqyasında ölkədə baş verənlərin dinamikası baxımından prosesi dəyərləndirmək, nəticələr çıxarmaq və proqnozlar vermək yanlış olardı.

- Söhbət, əlbəttə ki, Azərbaycanda baş verən proseslərin yekunlarından gedir.

- Hazırda Azərbayanda vəziyyət artıq 2010-cu ilin sonundakı vəziyyətdən keyfiyyətcə fərqlidir. Dünya dəyişdikcə əslində Azərbaycan da dəyişib. Sadəcə bunun siyasi sferaya, institutlara, strukturlara yansıması, cəmiyyətdə real şəkildə təsbit olunması başqa bir məsələdir. Amma fakt odur ki, Azərbaycanda vəziyyət ciddi şəkildə dəyişib. Strategiyalar, anlayışlar, təsəvvürlər əvvəlki deyil. Bu baxımdan Azərbaycan tamamilə fərqli bir Azərbaycandır.

Bir az konkretləşdirsək, mübarizənin kütləvi aksiyalar formasında birinci dalğacı mart-aprel aylarında oldu. Ondan sonra digər mərəhələ - təşkilatlanma, strukturlaşma mərhələsi başlandı və bununla bağlı durğunluq müşahidə olundu. Amma istənilən an prosesin həm də həmin kütləvi aksiyalar formasında başlanması gözləniləndir. Rusiyada bu tendensiyalara qarşı duran əsas qalalardan biri hesab olunur. Ancaq orada seçkilərlə bağlı hansı proseslərin başlanması və Putin erası barədə təsəvvürlərin necə dəyişməsi göz önündədir. Eləcə də İran rejimi, oradakı situasiya da bu tendensiyalar qarşısında bir qaladır. Orada da vəziyyətin hansı şəkildə dəyişməsi göz önündədir. İstər Avropada, istərsə də Amerikada yaranmış sosial etirazları da nəzərdən qaçırmaq olar. Ona görə də bir çox şeylər dəyişəcək. Azərbaycandakı situasiya da dəyişməyə məhkumdur. Bu dəyişmə əlbəttə ki, özü-özünə olmayacaq. Azərbaycanda dəyişikliklər daha geniş coğrafiyada, regionda gedən proseslərin tərkib hissəsidir. Burada situaciya həmişə qlobal və regional proseslərin təsiri ilə müəyyənləşir və indi də belə olacaq.

Eyni zamanda Azərbaycan cəmiyyətində daxili mənbələrdən qaynaqlanan prosesləri görməmək də mümkün deyil. Bunun bir çox əlamətləri ortadadır. Ənənəvi siyasi müxalifətin mövqeyi, etirazaları ilə yanaşı fərqli ziyalı təbəqəsinin mövqeyinin də ortaya gəlməsi, eyni zamanda gənclər hərəkatının həqiqətən müstəqil bir hərakat kimi formalaşmasının müşahidə olunması bunu təsdiq edir. Özü də gənclər hərəkatı siyasi partiyaların gölgəsi, davamı olmayaraq, müstəqil hərəkat kimi görünür. Bundan başqa müstəqil sosial narazılıqların meydana gəlməsi də diqqəti cəlb edir. Belə ki, ilk dəfədir ki, bu il tətillər oldu. İndi də məlum xarici şirkətlə bağlı fəhlələrin tətilini nümunə göstərmək olar ki, bu, yeni bir hadisədir. Belə demək mümkünsə mənəvi müxalifət də (xüsusən də dini etiqad azadlığının məhdudlaşdırılmasına qarşı etirazlar formasında) meydana gəlir. Bu baxımdan iç dinamitlər də mövcuddur. Bütün bunları nəzərə alsaq, deyə bilərik ki, ərəb dünyasındakı proseslər Azərbaycanda da davam edir və hər an açılım aktlarının olması gözləniləndir. Bu konkret hansı həftədə, hansı ayda olacaq kimi məsələlər isə proseslərə qeyri-ciddi yanaşmaq olardı.

- Misirdə, Tunisdə, Liviyada proses yüksələn xətlə inkişaf etdi və məntiqi sonluğuna çatdı. Azərbaycanda isə yaz aylarındakı kütləvi aksiyalardan sonra proses enən xəttlə davam edir.

- Ola bilər ki, sizin proseslərə baxışınız fərqlidir. Azərbaycanı Ermənistan, Gürcüstan, Rusiya ilə müqayisə etmək lazımdır. Məsələn, Ermənistanda da kütləvi aksiyalar keçirilirdi, indi orda da sizin məntiqinizlə düşünsək, bir durğunluq müşahidə olunur. Ancaq əslində burada belə demək mümkünsə, dalğavari proseslər gedir. Kütləvi aksiyaların isə yüksələn dalğası oldu, indi eniş mərhələsidir. Mənim dediyim odur ki, istənilən an yüksələn bir prosesi müşahidə edə bilərik. Mənim fikrimcə, bu cəhətdən 2012-ci il həlledici il olacaq. Hətta 2012-ci ilin payızına qədər biz ciddi prosesləri müşahidə edəcəyimiz barədə danışa bilərik.

- Son vaxtlar İranın Azərbaycana ciddi təzyiqləri müşahidə olunur. Ancaq nədənsə hakimiyyət kimi, əksər müxalifət liderləri də buna qeyri-adekvat reaksiya verir.

- İranın xarici dövlət olaraq da beynəlxalq hüquqa söykənməyən sferalarda təzyiqinin əleyhinəyik. Demokratikləşmə, insan hüquqları məsələləri heç bir ölkənin daxili məsələsi sayılmır. Azərbaycan da bir dövlət olaraq müəyyən beynəlxalq anlaşmaların, müqavilələrin altından imzasını qoyub və bu prinsipləri qəbul edib. Ona görə bizim müxalifət beynəlxalq təşkilatlara müraciət edir və ya ATƏT-in, Avropa Şurasının, BMT-nin bu və ya digər orqanlarına demokratikləşmə və insan haqları ilə bağlı apellyasiya edir. İran tərəfin qaldırdığı bəzi məsələlər beynəlxalq hüquqda qüvvədə olan məsələlərdir və Azərbayanın da tərəf olduğu müqavilərlərdə təsbit olunubdur. Bu məsələləri qaldırmaq əlbəttə ki, daxili məsələlərə qarşımaq kimi deyil. Çünki bəzən biz müşahidə edirik ki, iqtidarın bu və ya digər nümayəndələri, demokratik düşərgə, vətəndaş cəmiyyəti təşkilatları, müxalifətdə olan partiyalar, insan hüquqları və demokratikləşmə ilə bağlı beynəlxalq ictimaiyyətə, təşkilatlara və dövlətlərə apellyasiya edib təsir göstərirlər. Bu, daxili işlərə qarışmaq deyil. Amma o başqa məsələdir ki, hansısa dövlətin beynəlxalq müqavilələrlə uzlaşmayan müdaxilələrinə rast gəlinirsə, əlbəttə ki, hər bir dövlət ona qarşı çıxmalıdır. Bu baxımdan İrandan olan bir sıra müdaxilələr, xüsusən də ayrı-ayrı ruhanilərin fitvaları şəklində müdaxilələr və yaxud İran dövlətindəki yarı rəsmi və yaxud rəsmi KİV-lərin Azərbaycana təzyiq kimi dəyərləndirilə bilən addımları fərqlidir. Əlbəttə ki, bunlar qəbul edilə bilməz. Hakimiyyətdə hansı siyasi qüvvənin olmasından asılı olmayaraq, dövlət və hökumət buna qarşı çıxmalıdır.

Müəyyən reallıqlar var ki, ayrı-ayrı dövlətlər qarşılıqlı münasibətlərdə onları nəzərə almağa məhkumdur. Deyək ki, İranın və Azərbayanın geosiyasi maraqları arasında üst-üstə düşməyən məqamlar, bundan irəli gələn ziddiyyətlər var. Bizim üçün əlbəttə ki, bu məsələlərdə başlıca olan Azərbaycan dövlətinin maraqlarıdır. İranın dövlət orqanlarının, ayrı-ayrı vəzifəli şəxslərinin Azərbaycana hücumları birmənalı şəkildə cəmiyyət tərəfindən qəbul olunmur. Cəmiyyət buna adekvat cavablar tələb edir. Amma hakimiyyətin hansı addımı atıb-atmamasını əlbəttə ki, dövlət orqanları müəyyənləşdirməlidir. Azərbayan vətəndaşlarının hüquqlarının qorunması, onların təhlükəsizliyinin təminatı bu dövlətin başlıca vəzifəsidir. Azərbaycan vətəndaşının hüququ və mənafeləri tapdanırsa, xüsusən də təhlükəsizliyi təhdid altına düşürsə, açıq şəkildə buna qarşı çıxmaq dövlətin borcu, vəzifəsidir. Bu sahədə addımlar atılmırsa, əlbəttə ki, həmin hakimiyyətdən cəmiyyət narazı olur. Bu da hazırda Azərbaycanda müşahidə olunur.

- Hökumətin İranın təzyiqləri qarşısında geri çəkilməsini, qarşı tərəfin təhdid dolu bəyanat və addımlarına cəsarətsiz, çəkingən mövqe bildirməsini nə ilə izah edərdiniz?

- Mənim mövqeyim bir qədər fərqlidir. Mən hakimiyyətin mövqeyini daha çox «ehtiyatlı» sözü ilə ifadə edirdim. Hakimiyyətdə kim olur-olsun, böyük təhlükəyə qarşı əlbəttə ki, ehtiyatlı davranmalıdır. Digər təfərdən, əgər hakimiyyətin legitimliyi xalqdan gəlmirsə, cəmiyyət içində istənilən an həmin hakimiyyətə qarşı müəyyən çıxışlar təşkil etmək, etirazlar yaratmaq mümkündürsə, cəmiyyət və hakimiyyət arasındakı bağlılığa şübhə varsa, təbii ki, onda hakimiyyət ona təhlükə yarada biləcək böyük güclərdən qorxur. Bu baxımdan Azərbaycanda demokratik bir rejimin olmaması əlbəttə ki, bu hökumətin İranla bağlı siyasətinə də, münasibətlərə də, hətta digər ölkələrə münasibətlərinə də təsir edir.

- Bəs, bu təzyiqlərin səbəbləri ilə bağlı nə deyə bilərsiniz? Belə çıxmır ki, artan təzyiqlər fonunda İran Azərbayacandan da təhlükə gözləyir və onu neytrallaşdırmağa çalışır.

- Mən İran mövzusunda hesab edirəm ki, məlumatlı adamlardan biriyəm. Ümumiyyətlə, nə qədər paradoksal görünsə də, İranın Azərbaycana açıq təhdidi və onun əleyhinə çıxışları 93-cü ildən sonra olub. Baxmayaraq ki, Xalq Cəbhəsi hakimiyyətinin İranla münasibətlərində kifayət qədər gərginliklər var idi. Lakin o dövrdə İran tərəfdən Azərbaycana və onun siyasi elitasına daxil olan ayrı-ayrı şəxslərə qarşı açıq təhdidlər və çıxışlar edilmirdi.

- Sizcə, bu, nə ilə bağlı idi?

- Çünki bunun istər İranın daxilində, istərsə də Azərbaycanda hansı reaksiya verəcəyi o dövrdə fərqli idi. Bu baxımdan mən doğru saymıram ki, İranın təhdidləri son dövrlərdə artıb. Bu hakimiyyətin İranla münasibətlərinə baxsaq, son dövrlər baş verənlərin növbəti bir anti-Azərbaycan isteriyası olduğunu görərik. Bunun da bir çox səbəbləri var. Bu, ilk növbədə İrandakı daxili gərginliklə bağlıdır. Qəddafi devrildikdən sonra Qərb dairələri İrana təpgiləri artırıb. İran açıq-aydın müharibə ilə üz-üzədir. Ona görə də təhlükənin gəlməsi güman olunan yerlərə qarşı əks-təzyiqlər olur. İrandan rəsmi səviyyədə nəinki Azərbaycana, hətta son dövrdə heç olmadığı kimi Türkiyəyə də qarşı təhdidlər, çıxışlar olur. Hətta belə çıxışlar da olmuşdu ki, biz Türkiyəni raket hücumuna məruz qoya bilərik və s. Bütün bunlar xarici təpgilərin artmasından irəli gəlir. Digər tərfdən isə İran ölkədə öz mövqelərini möhkəmləndirmək istəyir. Adətən xaricə yönəlik əks-təbliğat, xaricdə düşmən obrazı yaratmaq və onun üzərinə hücum etmək daxildəki gərgin situasiyalardan çıxmaq üçün variantlardan biridir. İranın Azərbaycana hücumu və s. bu kimi məsələləri isə mən real hesab etmirəm. İrana hər hansı hərbi müdaxilənin əleyhinəyəm. Oarada 30 milyon soydaşımız, ümumiyyətlə, millətindən asılı olmayaraq, insanlar yaşayır. Amma hesab edirəm ki, İran indiki üsul-idarə ilə davam etməyəcək.

- Amma görünən odur ki, getdikcə hərbi müdaxilə ehtimalı artır...

ZAHİD – DİA.AZ
(ardı var)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16
"Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13
Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11
Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09
PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06
Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03
Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00
Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58
"Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02
“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00
Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Dünən, 17:58
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Dünən, 17:53
“İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Dünən, 17:42
"Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Dünən, 17:37
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Dünən, 17:34
20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Dünən, 17:30
“Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 17:28
Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:22
Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 17:18
Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Dünən, 17:15
“Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Dünən, 17:12
PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Dünən, 17:06
İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Dünən, 17:03
Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Dünən, 16:59
“Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Dünən, 16:41
Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Dünən, 16:38
Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Dünən, 16:34
Putin İrana gedəcək
Dünən, 16:30
Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Dünən, 16:29
"Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Dünən, 16:19
Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Dünən, 16:11
“Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:02
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Dünən, 15:59
"Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Dünən, 15:55
Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Dünən, 15:52
Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Dünən, 15:50
Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Dünən, 15:48
Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Dünən, 15:44
Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Dünən, 15:36
Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Dünən, 15:34
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Dünən, 15:32
Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Dünən, 15:27
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Dünən, 15:03
Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Dünən, 15:01
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Dünən, 14:52
PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Dünən, 14:51
BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Dünən, 14:46
AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Dünən, 14:23
“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Dünən, 14:02
“Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Dünən, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru