Kürdəxanıda qadını azyaşlı körpəsi ilə küçəyə atırlar... - 10 gün vaxtı var...
Tarix: 22-01-2016, 08:32 | Çap et
Bu dəfə yolumuz Kürdəxanıdan düşdü - Kürdəxanı deyəndə Məhəmmədi qəsəbəsi ilə Kürdəxanı arasında hələ də "statusu" müəyyənləşməmiş yeni yaşayış massivindən...
Müsahibimiz Mirzəyeva Nuranə Hərif qızıdır. O, 1974-cü ildə Astara rayon Şiəkəran kəndində anadan olub. Təhsil aldıqdan sonra bir müddət rayon Mədəniyyət evində işləyib. Artıq səkkiz ildir ki, Azərbaycan Dəmir Yolları" QSC-də çalışır. Həyat yoldaşından boşandıqdan sonra beş yaşlı qızı Dənizlə birlikdə yaşayır. Sosial durumu elə də yaxşı deyil, hər ay 300 manat əməkhaqqı alır.
Nuranə Mirzəyeva həyat hekayəsini və başına gələnləri Arqument.Az-a belə nəql edir:
- Qızımla Bakıda kirayə yaşayırdıq. 2013-cü ildə Kürdəxanı qəsəbəsinin yeni yaşayış massivində qəsəbə sakini İslamov Ruhulla Fətəli oğlundan ev tikmək üçün iki sot həyətyanı torpaq aldım. Bunun müqabilində R.İslamova 2400 manat pul verdim. R.İslamov mənə etibarnamə verdi. Sənəd Bakı şəhəri 14 saylı Notariat kontorunda xüsusi qaydada təsdiq edildi...
Xatırladaq ki, yeni yaşayış massivi Məhəmmədi bələdiyyəsinin tərkibindədir.
"Bələdiyyə işçiləri evimi uçurtdular..."
Kredit götürüb ev tikdim və işdə olduğum bir vaxtda Məhəmmədi bələdiyyəsinin sədri Vaqif Nəbiyevin müavini Elnur adlı şəxs və bir neçə əməkdaşı onunla gələrək mənim evimin uçurtmuşdular. İddia etmişdilər ki, guya tikili qanunsuzdur. İşdən gəldikdən sonra məsələylə bağlı polisə müraciət etdim. Həmin şəxslər polisə dəvət edilsələr də, sonradan sərbəst buraxıldılar. Polisə müraciət etdiyimə görə bələdiyyə sədri Vaqif Nəbiyev və onun işçiləri mənimlə "prinsip" aparmağa başladılar. Hələ evi tikəndə Elnura şirinlik olaraq 150 manat pul verdim. Dedi ki, azdır, 500 manat ver. Mənim də imkanım olmadı ona bu pulu verməyə... Bir müddət qonşularda qaldım. Təzədən borca-xərcə düşüb evi təmir etdirdim. Böyük bir hissəsini dağıtmışdılar. Mənə dəyən maddi ziyan da ödəmədilər. Baxın, indi gördüyünüz bu evi iki dəfə tikməli olmuşam: bir dəfə bankdan kredit götürüb tikdim, gəlib dağıtdılar. Sonra borca girib təzədən təmir elətdirdim. Mənə zülm elədilər...
"Bələdiyyə evimi başqa adama satıb..."
Mən evimdə yaşadığım bir vaxtda Məhəmmədi bələdiyyəsi mənim evimi torpaq qarışıq Əliyev Zahir Tahir oğluna satıb. Zahirin həyat yoldaşı Nəzakət xanım da əraziyə gəldi və bildirdi ki, bura bizim yer deyil, bizə başqa yeri söz vermişdilər. Nəzakət xanım getdi və bir saat sonra Vaqif Nəbiyevin kadrı Elnur adlı şəxslə qayıtdı. İddia etdi ki, bura mənim torpağımdı, çıx evdən. 2013-cü ilin avqust ayından mübahisəmiz başladı. Əliyev Zahir və onun həyat yoldaşı Nəzakət Əliyeva məni məhkəməyə verdi. Abşeron Rayon Məhkəməsində hakim Şövkət Nəcəfova qərar çıxardı ki, ev sökülməlidi və sən evdən çıxmalısan. Mən də Abşeron Rayon Məhkəməsindən Apellyasiya məhkəməsinə şikayət verdim. Apellyasiya məhkəməsi mənim prosesdə iştirakım olmadan Abşeron Rayon Məhkəməsinin qərarını qüvvədə saxladı...
"Mənə on gün vaxt veriblər..."
Üç ildir, bu evdə yaşayıram. Evin qazı, suyu və işığı mənim adımadı. Sonuncu məhkəməmiz dekabrın 2-də oldu və mənə yanvarın 30-a kimi vaxt veriblər. Mən axı bu torpağı Ruhulla İslmovdan pulla almışam, etibarnaməm də var. Atam yox, anam yox, mən indi azyaşlı körpəylə hara gedim?! Evi uçurdarlar deyə, qorxumdan qızımı bacımgildə qoymuşam. İşdə oluram qorxuram ki, mən evdə olmayanda evi gəlib uçurdarlar. Kürdəxanıda və Məhəmmədi qəsəbəsində tikilən evlərin heç birinin doğru-düzgün bir sənədi yoxdur. Niyə bələdiyyə bunu araşdırmır? Bunların gücü kimsəsiz qadına çatır? Ruhulla İslamov məndən başqa qonşulara da torpaq satıb, heç onlara toxunmurlar. Amma mənə qan uddururlar. Uşağım xəstədi, dərmanla yaşayır. Heç bir yerdən köməyim yoxdur. Xahiş edirəm mənə kömək edin. Sizin vasitənizlə ölkə başçısından, Mehriban xanımdan kömək istəyirəm.
"Məhəmmədi bələdiyyəsi saxtakarlıq edir"
Məsələylə bağlı torpağı Mirzəyeva Nuranəyə satan İslamov Ruhulla Fətəli oğluyla görüşdük. O bildirdi ki, torpaq onundur və puluyla satıb. Ruhulla İslamovun sözlərinə görə, Məhəmmədi bələdiyyəsi saxtakarlıq edir: "Biz bu problemlə bağlı Vaqif Nəbiyevin qəbulunda olduq və o, bizə söz vermişdi ki, N.Mirzəyevanın evi sökülməyəcək. Dedi ki, Əliyev Zahir Tahir oğluna başqa yerdən torpaq verəcəm. Amma, görünür, problem deyildiyi kimi qalıb”. Məhəmmədi bələdiyyəsindən açıqlama...
Məsələylə bağlı Məhəmmədi bələdiyyəsinin sədri Vaqif Nəbiyevlə telefon əlaqəsi saxladıq. Bələdiyyə sədri bildirdi ki, xəstəxanadan təzə çıxıb. Səhhətində problem var: "Qızdrımanın içindəyəm, xəstəxanadan təzə çıxmışam. Qaldı ki o məsələyə, Nuranə Mirzəyevanın evi sökülməyəcək. Əliyev Zahir Tahir oğluna başqa yerdən torpaq veriləcək”.
Nuranə Mirzəyevanı isə qorxudan məhkəmənin qərarıdır. Şikayətçi isə onun dediklərinə inanmır: "On gün vaxtım qalıb evdən çıxmağa. Buna qədər qarşı tərəfin problemi həll olunsa və məhkəmə qərarı ləğv edilsə, o zaman rahat ola bilərəm. Mən də istəyirəm, problem sülh yoluyla həll olunsun. Qışın günündə bir Azərbaycan qadınının azyaşlı körpəsiylə küçəyə atılması kişilikdən deyil".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Lavrov erməni həmkarına İrəvana səfər edəcəyini vəd edib
Bu gün, 16:20 |
|
|
|
• Hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəməsində zərərçəkənlər danışır: - Onlara layiq olduğu cəzanı vermək lazımdır
Bu gün, 16:17 |
|
|
|
• Bakıda ŞOK: ata 3 il övladını zorladı - AĞIR CƏZA
Bu gün, 16:12 |
|
|
|
• BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
Bu gün, 16:02 |
|
|
|
• Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib
Bu gün, 15:53 |
|
|
|
• "Ermənistan rəhbərliyi istəyir ki, ölkədəki mövcud Rusiya hərbi bazasını NATO hərbi bazası ilə əvəzləsin" - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:51 |
|
|
|
• Lavrovla Mirzoyan arasında mətbuat konfransı zamanı maraqlı dialoq yaşanıb
Bu gün, 15:49 |
|
|
|
• “Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
Bu gün, 15:48 |
|
|
|
• Bakıda məşhur iş adamı həbs olundu - Xəzinadarı 20 min manatını oğurlamışdı
Bu gün, 15:40 |
|
|
|
• “MTN işi” üzrə zərərçəkənlər etiraz edir - FOTO
Bu gün, 15:38 |
|
|
|
• Diqqət sərhəddə: - Erməni ordusu "Əskipara üçbucağı"ndan çıxsa...
Bu gün, 15:29 |
|
|
|
• Fərid Səfərlinin anası oğlunun azadlığa çıxmasına görə Prezident İlham Əliyevə təşəkkür edib
Bu gün, 15:27 |
|
|
|
• Ukrayna ordusunun baş psixiatrı saxlanıldı: - Milyon dollar qazanıb
Bu gün, 15:18 |
|
|
|
• Azərbaycan ÜST-dən çıxacaq? - AKTUAL
Bu gün, 15:16 |
|
|
|
• Nizami Gəncəvinin Gürcüstandakı barelyefi: Abidə baxımsızlıqdan dağılır - FOTO
Bu gün, 15:13 |
|
|
|
• Ermənistan əgər Azərbaycanın nəzarətini istəmirsə... - öz ərazisində yol çəkə bilər
Bu gün, 15:11 |
|
|
|
• Hərbçimiz vəfat etdi - FOTO
Bu gün, 15:08 |
|
|
|
• Səhiyyə Nazirliyi daşınmaz əmlakını 114 min manata “Qala Sığorta”ya sığortaladacaq
Bu gün, 15:06 |
|
|
|
• “Çinar Park” icarə haqqını 19% qaldırdı – Nazirlik bu dəfə 1,6 milyon ödəyəcək
Bu gün, 15:04 |
|
|
|
• “Sən kimsən? Mən mikrorayon uşağıyam” – Bakıda qətl törədən yeniyetmələrin CİNAYƏT İŞİ
Bu gün, 14:59 |
|
|
|
• Kürd məsələsi Türkiyə ilə ABŞ arasında böhran yaradacaq - “Regnum”
Bu gün, 14:00 |
|
|
|
• Fəlakətli zəlzələ xəbərdarlığı: - Yüz minlərə insan öləcək
Bu gün, 13:58 |
|
|
|
• Bakıda 3 000 manat maaşa VAKANSİYA - FOTOFAKT
Bu gün, 13:19 |
|
|
|
• "Əli Kərimli də, Avropada oturan "bloqerlər" - vətən xainləri də İmişli hadisəsinə fikir bildirirlər" - Siyavuş Novruzov
Bu gün, 13:17 |
|
|
|
• "Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik" - İlham Əliyevdən Trampa İSMARIC
Bu gün, 13:15 |
|
|
|
• Azərbaycanda ət niyə dünya bazarındakı qiymətlərdən xeyli bahadır? - 3,7 MANATA İDXAL OLUNUR, 16 MANATA SATILIR ...
Bu gün, 13:12 |
|
|
|
• “Zərdabi LTD” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:10 |
|
|
|
• 19 İLİN “XƏSİS NAZİRİ”... – Azərbaycanın ən uzunömürlü maliyyə naziri nə ilə yadda qaldı?
Bu gün, 13:06 |
|
|
|
• İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti pisləşib, reanimasiyaya yerləşdirilib
Bu gün, 13:03 |
|
|
|
• Telefon zəngləri ilə talanan pullar: Necə qorunmalı? - AKTUAL
Bu gün, 13:01 |
|
|
|
• “Ağdamda niyə narla foto çəkdirdin” sualına Simonyanın CAVABI
Bu gün, 13:00 |
|
|
|
• "Buna daha dözümüm qalmayıb"
Bu gün, 12:58 |
|
|
|
• İrəvandan Minsk Qrupunun ləğvi ilə bağlı AÇIQLAMA
Bu gün, 12:57 |
|
|
|
• “Lazım gəlsə, pasportumu da göstərərəm” – Afət KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:55 |
|
|
|
• Ötən il azərbaycanlılar Türkiyədə nə qədər ev alıb?
Bu gün, 12:54 |
|
|
|
• Yenidən qurulan 9 milyonluq şirkətə direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:50 |
|
|
|
• Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
• Fərid Səfərli qarşılıqlı prosedur çərçivəsində qaytarılıb - ARANI QATANLAR KİMDİR?
Bu gün, 12:46 |
|
|
|
• Tehranda Azərbaycan və İranın Birgə İqtisadi Komissiyasının 16-cı iclası başlayıb
Bu gün, 12:43 |
|
|
|
• Yumurta bahalaşacaq? - Asossiasiya açıqlama yaydı
Bu gün, 12:37 |
|
|
|
• Ermənistan Aİİ-dən çıxmağa hazırlaşmır - Simonyan BELƏ DEYİR
Bu gün, 12:32 |
|
|
|
• AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir - VİDEO
Bu gün, 12:28 |
|
|
|
• İki tibb bacısı “TikTok”da Mehmet Tuncayın toruna necə düşüb? - TƏFƏRRÜAT
Bu gün, 12:24 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulmasını dünyaya yayan bloger haqda film çəkilir – KÖLGƏDƏ QALAN GERÇƏK QƏHRƏMAN
Bu gün, 12:23 |
|
|
|
• Qızı Nizaməddin Şəmsizadənin vəziyyətindən danışdı: - “Möcüzə gözləyirik”
Bu gün, 12:15 |
|
|
|
• Bakıda 37 milyonluq parkı kim tikir? – Abit Əliyevlə Şahin Verdəliyev anlaşması
Bu gün, 12:11 |
|
|
|
• "Dövlət içində dövlət qurublar..." - GİLEY
Bu gün, 12:07 |
|
|
|
• Oğlum dərin depressiyaya düşüb - İranın azad etdiyi tələbənin anası DANIŞDI
Bu gün, 11:55 |
|
|
|
• Avroparlamentin qətnamələrinin heç bir dəyəri yoxdur - Mamuka Mdinaradze
Bu gün, 11:53 |
|
|
|
• Polisi təhqir edən rəis həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:50 |
|
|
|
|