Biznesi qorumaq üçün “deputat qalxanı” - Deputat qadının belə pulunu mənimsəyib...
Tarix: 19-01-2016, 09:35 | Çap et
Son günlər baş verənlər Azərbaycan parlamentində mandat sahibi olanları bir daha saf-çürük etməyə əsas verir. Belə ki, bir tərəfdə məsələn “Azərsun” kimi nəhənglə baş-başa gələn, həddini aşan məmurlar haqda sərt ifadələr işlədən Zahid Oruc varsa digər tərəfdə “seçildiyi” bölgələrdə xalq etirazlarını xəbər portallarından izləyən, öz biznesinin inkişafından başqa heç bir fəaliyyəti olmayan deputatlar var. Biz də Azərbaycanın Ali Qanunverici Orqanında təmsil olunanlar haqda birbəbir araşdırma apardıq. Beləliklə, cumhuriyyet.az olaraq mandat sahibləri haqda silsilə yazılarımız ilk olaraq 46 saylı Şirvan şəhər Seçki Dairəsindən qalib elan olunaraq mandat almış Rafael Cəbrayılov haqdadır. Onu da qeyd edək ki, bu şəxsin adı mediada ən müxtəlif qalmaqallarla hallanıb və cumhuriyyet.az olaraq media üzərindən araşdırmalarımız sayənsində əldə etdiyimiz faktları sizin də diqqətinizə çatdırmağı vacib bildik. Gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə qısa Tərcümeyi-hal: Cəbrayılov Rafael Kamil oğlu 28 dekabr 1958-ci ildə anadan olmuşdur. 1976-cı ildə Şirvan şəhər 9 saylı orta məktəbi bitirmişdir. 1985-1992-ci illərdə Sabirabad rayon prokurorluğunun müstəntiqi və baş müstəntiqi, 1992-ci ildən isə Azərbaycan Respublikası Baş Prokurorluğunda müxtəlif məsul vəzifələrdə çalışmışdır. Rütbəsi Ədliyyə müşaviridir (ədliyyə polkovnik-leytenantıdır). III çağırış Azərbaycan Milli Məclisində 9 saylı Binəqədi ikinci seçki dairəsindən, son parlament seçkilərində isə 46 saylı Şirvan şəhər Seçki Dairəsindən deputat seçilmişdir. Bitərəfdir. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Rus və ingilis dillərini bilir. 50-dən artıq elmi-publisitik məqalənin müəllifidir. Ailəlidir, iki övladı var. Bu yalnız rəsmi məlumatdır. Amma cumhuriyyet.az olaraq mediadan topladığımız məlumatlarda maraqlı və ilginc faktlar yer alır.
Biznesi qorumaq üçün “deputat qalxanı”
Milli Məclis tarixində “həm pulundan, həm də sağlamlığından” oldu deyə biləcəyimiz şəxslərdən biri olan R.Cəbrayılovun yaxın çevrəsi deputatın həmin ərəfələrdə güclü stres keçirtdiyini deyirlər. R.Cəbrayılovun bir neçə dəfə məlum hadisələrdən sonra yaşadığı stresə görə müalicə olunduğu iddia olunur. Belə ki, cumhuriyyet.az media üzərindən araşdırmalar zamanı o məlumatı da əldə edib ki, Gülər Əhmədova söhbətindən özünü xilas edə bilən deputatın biznesinin çöküşü indi onun qarşısında duran ən böyük problemlərdən birinə çevrilib. İş ortaqlarının kənara çəkilməsindən sonra çıxılmaz vəziyyətdə qalan R.Cəbrayılov üçün bu dəfə deputatlıq qalxanına daha çox ehtiyyac yaranıb. Qeyd edirlər ki, seçkidən seçkiyə seçiciləri yada salan R.Cəbrayılov nə parlamentdə Şirvanın problemlərini dilə gətirib, nə də verdiyi vədlərə əməl edib.
“Prorab” namizədin başıbəlalı platforması
R.Cəbrayılov ötən seçki platformasını də təkrar açıqlayıb. Hərçənd, köhnə vədlər və yerinə yetirilməyən məsələlər yenə də bu platformada yer alıb. Bu azmış kimi, deputat savadsızlığını nümayiş etdirib. Demək olar ki, platformanın hər cümləsində səhvlər var. Millət vəkili olan bir siyasətçinin geniş həcmli olmayan yazıda ardıcıl səhvlər buraxması sadəcə, biabırçılıq adlana bilər. Seçkini başlı-başına buraxmış Rəfael Cəbrayılovun əhali ilə görüşləri də bərbad səviyyədə keçirdi. Belə ki, verilən məlumata görə, sözügedən şəxs əslən Şirvanlı olsa da, əhalinin heç də rəğbətini qazana bilməyib. Elə bu səbəbdəndir ki, deputat seçiciləri ilə görüşü inzibati qurumların imkanlarından yararlanmaqla təşkil edir. Bəzi iddialara görə isə Cəbrayılov bu zaman maddi imkanlarından da yararlanır. Onun seçki kampaniyasındakı digər bir biabırçı cəhəti yazdığı platformasında qəribə iddialar irəli sürməsidir. Məsələn, həmin platformada yazılıb: “Sovet dövründə inşa edilmiş cox mərtəbəli yaşayış binalarının əsaslı təmir olunması da məqsədimdir”. Əvvəla bir deputatın vəzifəsi tikinti işləri ilə məşğul olmaq deyil. Həmçinin millət vəkili yol çəkmək, qaz xəttinin çəkilməsini təmin etmək və digər bu kimi işlərlər məşğul olan şəxs deyil. Bunlarla dövlət qurumları məşğul olmalıdır və onların bilavasitə vəzifələridir. Görünür, Rəfael Cəbrayılov həqiqətən də “prorab”lıqla deputatlığı səhv salıb. Geniş biznes şəbəkəsinə sahib Rəfael Cəbrayılovla bağlı qalmaqallar bununla yekunlaşmır. Belə ki, cumhuriyyet.az olaraq R.Cəbrayılovla bağlı son dövrlərdə üç хoşagəlməz хəbər yayılıb. Hər üçündə də deputat və qardaşı başqalarının pulunu mənimsəməkdə ittiham olunur.
“Sinəsində gəzdirdiyi deputat nişana hörmət”, yaxud ev fırıldağı
Bakı şəhərində yerləşən “Lombard”da işləyən Osman Hacıyevin müəssisənin daimi müştərisi Mirəhməd Abbasovla dostluq əlaqəsi yaranıb. M. Abbasov övladları üçün ev almaq istəyən O.Hacıyevə deputat Rafael Cəbrayılovla şərik olduğunu və ona çox münasib qiymətə ev ala biləcəyini söyləyib. Evin kvadrat metrində çox böyük endirim etdirən Mirəhməd Abbasov Osman Hacıyevin etimadını qazanıb. Osman Hacıyev Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun adına olan “Dərhal” MMC tərəfindən Mehdiabad qəsəbəsində inşa edilmiş Binəqədi Gənclər Şəhərciyində yerləşən kompleksdəki 2-ci bina, 1-ci blok, 3-cü mərtəbədə yerləşən 117 kv.metrlik mənzili alıb. Bunun üçün Mirəhməd Abbasova 52 min manat ödəyərək, mənzilin müqaviləsini və ödəmə çekini təhvil alıb. 14 sentyabr 2012-ci ildə Elşən Cəbrayılovla bağladığı müqavilə ilə ev sahibi olduğunu düşünən Osman Hacıyev binanın başa çatmasını gözləməyə başlayıb. Lakin bu yaxınlarda bina ilə bağlı şikayətlər artınca, o, da narahat olaraq, 52 min manat (O zamanın kursu ilə 66 min dollar) ödədiyi evin taleyi ilə maraqlanmağa başlayıb. Lakin gözləmədiyi bir münasibətlə qarşılaşıb. “Dərhal” MMC-dən bildirilib ki, “sənin müqavilən ləğv edilib və ev-filan yoxdur”. Osman Hacıyev haqlı olaraq, pulunu istədikdə isə, “Get məsələni Mirəhmədlə həll et” deyə, kobud cavab alıb. Daha sonra isə Mirəhməd Abbasov R.Cəbrayılovla anlaşaraq, bütün pulları guya deputatın sürücüsünün mənimsədiyi yalanını ortaya atıb: “İddia etdilər ki, guya mən də pulu sürücüyə vermişəm. Halbuki müqaviləni mənimlə imzalayan Elşən Cəbrayılovdur, qəbzi də təqdim edən Mirəhməd Abbasov.Mən tanımadığım və aylıq maaşla çalışan şəxsə necə bu qədər pulu əmanət edə bilərdim? Bütüm bunlar Azərbaycan millət vəkili adına yaraşmayan dələduzluqdan başqa bir şey deyil. Əgər deputat yaxınında olanlardan xəbərsizdirsə, lütfən sinəsində gəzdirdiyi deputat nişana hörmət əlaməti olaraq, bu özbaşınalığa çarə qılsın”.
Məhkəmə deputat, iki qardaşını və yeznəsini sökə-sökə pul ödətdirib
Qeyd edək ki, Osman Hacıyev Cəbrayılovların ilk qurbanı deyil. Artıq neçənci şəxsdir ki, Rafael Cəbrayılov və qardaşlarının aldatmasından şikayət edir. Belə ki, cumhuriyyet.az araşdırma zamanı mediada yer alan digər bir faktı da aşkarlayıb ki, Cəbrayılovların “Nikoil” Bank ilə də analoji problemi yaranmışdı. O zaman millət vəkili “Dərhal” MMC-yə zamin durduğu üçün məhkəməyə verilmişdi. Belə ki, “Nikoil Bank” deputat Rəfael Cəbrayılov, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov və bacılarının yoldaşı Nurəddin Bünyatova məhkəmədə qələbə qazanmışdı. Bank Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, kredit müqaviləsindən irəli gələn ödənilməmiş 790.390 manat əsas borc, 58.094 manat faiz borcu, gecikdirməyə görə hesablanmış 7.722 manat dəbbə pulu və iddia qaldırılması üçün 20 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının , cəmi 856.256 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulmasına, tutulacaq məbləğin kredit təminatı kimi Rauf Cəbrayılovun xüsusi mülkiyyətində olan Nərimanov rayonunda yerləşən 5 otaqlı mənzilə və “Dərhal” MMC ilə bağlanmış 10.01.2009-cu il tarixli müqaviləyə əsasən, Rauf Cəbrayılovun xüsusi mülkiyyətində olan Binəqədi rayonunda yerləşən 580 kvadrat metr sahədən ibarət olan ofisə məxsus bütün hüquqlara yönəldilməsinə , həmin mənzil və ofis sahəsinə məxsus bütün hüquqların açıq hərracda satış yolu ilə realizə edilməsinə və satışdan əldə ediləcək məbləğin iddia tələbi həcmində olan hissəsinin iddiaçıya ödənilməsinə , ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin mənzil açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul etməsini məhkəmədən xahiş edib. Məhkəmə həmin iddianı qismən təmin edərək, borcun cavabdehlərdən müştərək qaydada tutulması, Binəqədi rayonunda yerləşən ofis sahəsinə dair hüquqların yönəldilməsi və 5 otaqlı mənzilin hərracda satıldıqdan sonra mənzilin ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edib. Həmin qətnamədən narazı qalan qarşı tərəf isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini qismən təmin edib. Belə ki, mənzilin satılması və boşaldılması ilə bağlı hissə ləğv edilib. Digər hissələr isə dəyişdirilməyib. Göründüyü kimi, “Nikoil” Bank güclü olduğu üçün öz haqqını Cəbrayılov qardaşlarından sökə-sökə alıb. Bu qərarla Azərbaycanda ilk dəfə məhkəmə millət vəkili əleyhinə qərar çıxarıb. Ancaq o zaman da məhkəməyə ağır təzyiqlərin olduğu bildirilirdi.
Deputat qadının belə pulunu mənimsəyib?
İş bununla da bitmir. Eyni dərddə olan onlarla insandan biri də onun çalışdığı “Lombard”ın müdiri Məlahət Qurbanovadır. M.Qurbanova Cəbrayılov və şəriki Mirəhməd Abbasova verdiyi nə 165 min manatı, nə də bu pulun qarşılığında təqdim olunan 300 minlik mülkü ala bilir. İki ilə yaxındır ki, döymədiyi dövlət dairəsi qalmasa da, heç bir qurum Rafael Cəbrayılovun özbaşınalığı qarşısında səsini çıxarmaq istəmir. Əvəzində isə Cəbrayılov illərdən bəri Yeni Azərbaycan Partiyasının aparıcı funksionerlərinə qarşı istifadə etdiyi reket mətbuatında M.Qurbanovanı ağır şəkildə təhqir etdirir. Yəni, bir deputat düşünün, Azərbaycan qadınının pulunu mənimsəyib, özünü isə ləkələməklə məşğuldur. Doğrudan da, rüsvayçı bir durumla qarşı-qarşıyayıq. Bu isə qeyd olunan kimi R.Cəbrayılovun ilk işi deyil.
Eldar Mahmudovdan Əli Həsənova gedən yol
Bəs illərdən bəri insanları aldadan, vəzifəli şəxslər haqqında yalan informasiyaları mətbuata ötürən Cəbrayılov kimə arxalanır? Ötən ilin son aylarına qədər sabiq deputat Çingiz Əsədullayevlə yediyi-içdiyi ayrı olmayan Cəbrayılovun şəriki Mirəhməd Abbasov söhbətlərində sabiq nazir Eldar Mahmudovun adından istifadə edirdi. İndi isə başqa bir vəzifəli şəxsin adından istifadə edilir. Lakin R.Cəbrayılovun həm də baş nazirin müavini Əli Həsənovla yaxın münasibətinin olduğu və “Qaçqınkom” sədrinin onun gizli şəriklərindən olduğu vurğulanır.
*** *** ***
Azərbaycan Prezidenti dəfələrlə sahibkarlara dəstək verilməsinin vacibliyini vurğulayıb və iş adamlarının incidilməsini bu cümlələrlə ifadə edib: “Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır”. Prezidentin bu çıxışından örnək götürməyən Cəbrayılov isə təkcə iş adamlarını deyil, adi vətəndaşları da incitməkdədir. Qeyd edək ki, Azərbaycan vətəndaşlarına qarşı bu şəkildə amansız olan Rafael Cəbrayılovun eyni qəddarlığı düşmən ermənilərə qarşı sərgiləmədiyi vurğulanır. Tam əksinə, erməni ilə ailə qurmuş baldızının oğlunu belə oğulluğa götürməkdən çəkinməyib(Hər halda ölkə mətbuatında səslənən və R.Cəbrayılovun bu günə qədər təkzib etmədiyi xəbərlər bu yöndədir”. Elə onun milliyyətcə təmiz türk olan baş prokuror Zakir Qaralovun əleyhinə yazılar yazdırması da bu yöndə şübhələri daha da artırır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəməsində zərərçəkənlər danışır: - Onlara layiq olduğu cəzanı vermək lazımdır
Bu gün, 16:17 |
|
|
|
• Bakıda ŞOK: ata 3 il övladını zorladı - AĞIR CƏZA
Bu gün, 16:12 |
|
|
|
• BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
Bu gün, 16:02 |
|
|
|
• Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib
Bu gün, 15:53 |
|
|
|
• "Ermənistan rəhbərliyi istəyir ki, ölkədəki mövcud Rusiya hərbi bazasını NATO hərbi bazası ilə əvəzləsin" - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:51 |
|
|
|
• Lavrovla Mirzoyan arasında mətbuat konfransı zamanı maraqlı dialoq yaşanıb
Bu gün, 15:49 |
|
|
|
• “Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
Bu gün, 15:48 |
|
|
|
• Bakıda məşhur iş adamı həbs olundu - Xəzinadarı 20 min manatını oğurlamışdı
Bu gün, 15:40 |
|
|
|
• “MTN işi” üzrə zərərçəkənlər etiraz edir - FOTO
Bu gün, 15:38 |
|
|
|
• Diqqət sərhəddə: - Erməni ordusu "Əskipara üçbucağı"ndan çıxsa...
Bu gün, 15:29 |
|
|
|
• Fərid Səfərlinin anası oğlunun azadlığa çıxmasına görə Prezident İlham Əliyevə təşəkkür edib
Bu gün, 15:27 |
|
|
|
• Ukrayna ordusunun baş psixiatrı saxlanıldı: - Milyon dollar qazanıb
Bu gün, 15:18 |
|
|
|
• Azərbaycan ÜST-dən çıxacaq? - AKTUAL
Bu gün, 15:16 |
|
|
|
• Nizami Gəncəvinin Gürcüstandakı barelyefi: Abidə baxımsızlıqdan dağılır - FOTO
Bu gün, 15:13 |
|
|
|
• Ermənistan əgər Azərbaycanın nəzarətini istəmirsə... - öz ərazisində yol çəkə bilər
Bu gün, 15:11 |
|
|
|
• Hərbçimiz vəfat etdi - FOTO
Bu gün, 15:08 |
|
|
|
• Səhiyyə Nazirliyi daşınmaz əmlakını 114 min manata “Qala Sığorta”ya sığortaladacaq
Bu gün, 15:06 |
|
|
|
• “Çinar Park” icarə haqqını 19% qaldırdı – Nazirlik bu dəfə 1,6 milyon ödəyəcək
Bu gün, 15:04 |
|
|
|
• “Sən kimsən? Mən mikrorayon uşağıyam” – Bakıda qətl törədən yeniyetmələrin CİNAYƏT İŞİ
Bu gün, 14:59 |
|
|
|
• Kürd məsələsi Türkiyə ilə ABŞ arasında böhran yaradacaq - “Regnum”
Bu gün, 14:00 |
|
|
|
• Fəlakətli zəlzələ xəbərdarlığı: - Yüz minlərə insan öləcək
Bu gün, 13:58 |
|
|
|
• Bakıda 3 000 manat maaşa VAKANSİYA - FOTOFAKT
Bu gün, 13:19 |
|
|
|
• "Əli Kərimli də, Avropada oturan "bloqerlər" - vətən xainləri də İmişli hadisəsinə fikir bildirirlər" - Siyavuş Novruzov
Bu gün, 13:17 |
|
|
|
• "Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik" - İlham Əliyevdən Trampa İSMARIC
Bu gün, 13:15 |
|
|
|
• Azərbaycanda ət niyə dünya bazarındakı qiymətlərdən xeyli bahadır? - 3,7 MANATA İDXAL OLUNUR, 16 MANATA SATILIR ...
Bu gün, 13:12 |
|
|
|
• “Zərdabi LTD” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:10 |
|
|
|
• 19 İLİN “XƏSİS NAZİRİ”... – Azərbaycanın ən uzunömürlü maliyyə naziri nə ilə yadda qaldı?
Bu gün, 13:06 |
|
|
|
• İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti pisləşib, reanimasiyaya yerləşdirilib
Bu gün, 13:03 |
|
|
|
• Telefon zəngləri ilə talanan pullar: Necə qorunmalı? - AKTUAL
Bu gün, 13:01 |
|
|
|
• “Ağdamda niyə narla foto çəkdirdin” sualına Simonyanın CAVABI
Bu gün, 13:00 |
|
|
|
• "Buna daha dözümüm qalmayıb"
Bu gün, 12:58 |
|
|
|
• İrəvandan Minsk Qrupunun ləğvi ilə bağlı AÇIQLAMA
Bu gün, 12:57 |
|
|
|
• “Lazım gəlsə, pasportumu da göstərərəm” – Afət KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:55 |
|
|
|
• Ötən il azərbaycanlılar Türkiyədə nə qədər ev alıb?
Bu gün, 12:54 |
|
|
|
• Yenidən qurulan 9 milyonluq şirkətə direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:50 |
|
|
|
• Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
• Fərid Səfərli qarşılıqlı prosedur çərçivəsində qaytarılıb - ARANI QATANLAR KİMDİR?
Bu gün, 12:46 |
|
|
|
• Tehranda Azərbaycan və İranın Birgə İqtisadi Komissiyasının 16-cı iclası başlayıb
Bu gün, 12:43 |
|
|
|
• Yumurta bahalaşacaq? - Asossiasiya açıqlama yaydı
Bu gün, 12:37 |
|
|
|
• Ermənistan Aİİ-dən çıxmağa hazırlaşmır - Simonyan BELƏ DEYİR
Bu gün, 12:32 |
|
|
|
• AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir - VİDEO
Bu gün, 12:28 |
|
|
|
• İki tibb bacısı “TikTok”da Mehmet Tuncayın toruna necə düşüb? - TƏFƏRRÜAT
Bu gün, 12:24 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulmasını dünyaya yayan bloger haqda film çəkilir – KÖLGƏDƏ QALAN GERÇƏK QƏHRƏMAN
Bu gün, 12:23 |
|
|
|
• Qızı Nizaməddin Şəmsizadənin vəziyyətindən danışdı: - “Möcüzə gözləyirik”
Bu gün, 12:15 |
|
|
|
• Bakıda 37 milyonluq parkı kim tikir? – Abit Əliyevlə Şahin Verdəliyev anlaşması
Bu gün, 12:11 |
|
|
|
• "Dövlət içində dövlət qurublar..." - GİLEY
Bu gün, 12:07 |
|
|
|
• Oğlum dərin depressiyaya düşüb - İranın azad etdiyi tələbənin anası DANIŞDI
Bu gün, 11:55 |
|
|
|
• Avroparlamentin qətnamələrinin heç bir dəyəri yoxdur - Mamuka Mdinaradze
Bu gün, 11:53 |
|
|
|
• Polisi təhqir edən rəis həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:50 |
|
|
|
• Parisin Tramp qorxusu: - Makron Avropanı "oyatmaq" istəyir
Bu gün, 11:48 |
|
|
|
|