10 ildir inşası başa çatmayan yolun aqibəti sual altındadır - İşçilər maaşlarını da ala bilmirlər...
Tarix: 22-07-2015, 11:10 | Çap et
Ələt- Astara yolunun tikintisi 10 ildən artıqdır ki, davam edir. Necə deyərlər, “Şəbeh xan hey biçin biçir, amma heç tayası bilinir”. Az qala, dünyanın bütün aparıcı bankları bu yolun tikintisinə milyonlarla vəsait ayırıb, amma yolun tikintisi başa çatmır - ele hey qazırlar, sökürlər, vədlər verirlər, lakin təxminən 200 kilometrlik bu yolun heç 100 kilometri belə tam hazır deyil. Ölkənin ən aparıcı traslarından sayılan, hər gün minlərlə avtomobilin keçdiyi bu beynəlxalq yolun elə hissələri var ki, ucqar kənd yolları bundan abırlıdır. Məhz yeni yolun inşasının illərlə yubanması ucbatından, tələbata cavab verməyən köhnə yolda vaxtaşırı ölümlə nəticələnən qəzalar baş verir, maşınların normal hərəkətində problemlər yaranır. Hazırda həmin yeni çəkilən yolun əksər hissəsində nəinki işlər getmir, hətta işçilər əmək haqlarını belə ala bilmirlər. Əməkdaşımız Qocanın bu mövzuda hazırladdığı yazını bir qədər gec də olsa sizə təqdim edirik:
Ələt-Astara “İpək yolu”nun Lənkəranın Liman şəhərinin ərazisindən keçən hissəsində işləyənlər əmək haqlarını ala bilmədiklərini deyirlər. Məlumat üçün bildirək ki, bu yolu “Azərinşaatservis” MMC və ”Azinqrup” MMC ilə birlikdə çəkirlər. Ötən ay bir qrup sürücü etiraz olaraq tikinti şirkətlərinin Liman şəhərinin ərazisində yerləşən ofisinin qarşısında toplşaraq əmək haqlarının vaxtında verilməsini tələb ediblər. Sürücü Elşad Əzimov deyir ki, Liman şəhərinin ərazi nümayəndəsi və digər rəsmi şəxslər hadisə yerində olublar. Hər dəfə əmək haqlarının veriləcəyini desələr də, məsələ həllini tapmır.
“3 aydır əmək haqqı verilmir. Evdə ərzaq yox, xeyir-şər var axı, gedə bilmirik. İşləmişik pulmuzu versinlər də. Sürücülər hamsı bu gündədir. Evimdə unum yox. Orucluq bayramı gəlir. Nə etməliyəm? Mən bir manat tapa bilmirəm ki, maqazindən çörək alım, yedizdirim balalarıma. Mənim şəraitimə baxın, bir də məmurların şəraitinə baxın. Özünüz bunu yoxlaya bilərsiz.”
Elşad Əzimov deyir ki, problemləri bununla bitmir. İndi də onları öz hesablarına məzuniyyətə buraxırlar.
“Deyirlər, gedin, məzuniyyət haqqını isə vermirlər. Neçə vaxtdir evdəyəm. Deyirlər ki, öz hesabınıza məzuniyyət götürün. Burdan da əmək haqqımı vermir. Şirkətdə işləyirəm haqqımı tələb edirəm. Heç olmasa balalarım ölməsin acından. Bizi aldadırlar. Hər həftə deyirlər ki, həftə sonu veriləcək. Gündə 4 manat pul verirəm - işə gedib-gəlməyə. Mənim nə qədər borcum, xərcim var?”
Onun dediklərinə görə əmək haqqı verilməsə narazılıqlar daha da artacaq.
Digər sürücü Mirhadi Feyzullayev də əmək haqqını ala bilmədiyini deyir:
“İki ayımız tamam olur, o da 15 gün. Biz də insanıq, biz də yaşamalyıq. Bizim də ailəmiz var, uşağımız var, yeməyimiz var. O şirkət bizi işlədir, pulumuzu vermir. Kimə müraciət edək? Dərdimizi kimə deyək? Şirkətin burda 700-800 işçisi var. Hamısı eyni dərdədir.”
Şirkətlərin rəsmisi Səmid Əliyev isə deyir ki, hər ayın 25-də əmək haqqı verilir. Lakin bu ilin aprelindən bu qayda bir qədər pozulub. O deyir ki, əmək haqlları bu yaxınlarda veriləçək. Onun sözlərinə görə işlər dayanıb. Buna görə də işçilərə məzuniyyət götürməyi məsləhət görüblər.
“Azərinşaatservis” MMC-nin saytından məlum olur ki, şirkət Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı, İslam İnkişaf Bankı və digər beynəlxalq maliyyə qurumlarının maliyyələşdirdiyi beynəlxalq əhəmiyyətli avtomobil və dəmir yollarınn tikinti layihələrində baş subpodratçı qismində iştirak etmyə başlayıb. Saytda həmçinin deyilir ki,”Azərinşaatservis” MMC-nin uğur prinsiplərinin əsas göstəricilərindən biri öz əmkdaşlarına olan qayğısıdır. Bəs hanı?
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Bu gün, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Bu gün, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09 |
|
|
|
• Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07 |
|
|
|
• İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02 |
|
|
|
• Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00 |
|
|
|
• Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54 |
|
|
|
• İmişlidə yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub - ADLARI AÇIQLANDI
Bu gün, 12:51 |
|
|
|
• Brayza Trampın Azərbaycanla bağlı planı barədə - “Bu, onun üçün cəlbedici ola bilər”
Bu gün, 12:50 |
|
|
|
• "Saxta etibarnamə ilə prokurora mobil nömrə satmışam" - MƏHKƏMƏ İŞİ
Bu gün, 12:48 |
|
|
|
• Bu şirkətlər vətəndaşları aldadır – DEPUTATDAN XƏBƏRDARLIQ
Bu gün, 12:43 |
|
|
|
• Arabir yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Məşhur müğənninin Bakıyla bağlı paylaşımına ermənilərdən reaksiya
Bu gün, 12:35 |
|
|
|
• “MTN işi” dalana dirənib: zərərçəkən intihar həddinə çatdırıldığını deyir - AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
• Milli Qəhrəmanın “PKK”çı oğlu öldü - İşə xitam verildi
Bu gün, 12:27 |
|
|
|
• Novruzda Əfv sərəncamı olacaq? - AKTUAL
Bu gün, 12:25 |
|
|
|
• “Nəsimi” metrostansiyasının çıxışındakı yolu su BASDI
Bu gün, 12:23 |
|
|
|
• ABŞ-nin hazırkı Milli Kəşfiyyat direktoru 2017-ci ildə Qarabağda olub və separatçı rejimin "müstəqilliyi"ni tanıyıb... - FOTO, VİDEO
Bu gün, 12:17 |
|
|
|
• Daha 5 `kosmetoloq` İFŞA OLUNDU - ADLARI AÇIQLANDI
Bu gün, 12:10 |
|
|
|
• Həcc ziyarətinin bahalaşdığı bir dönəmdə Şeyx də `ÖZÜNƏ MAYA QOYDU`... - FOTO
Bu gün, 12:03 |
|
|
|
• "İş o yerə çatdı ki, meyxana yenə də getdi, düşdü toyxana küncünə" - VİDEO
Bu gün, 11:59 |
|
|
|
• Lavrov Mirzoyanla görüşdə özünü “yandırdı” – Həyəcandan elə səhv etdi ki…
Bu gün, 11:55 |
|
|
|
• Azərbaycanda bu su kanalının yenidən qurulmasına 12,4 mln. manat ayrıldı
Bu gün, 11:51 |
|
|
|
• Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün, 11:45 |
|
|
|
• Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi
Bu gün, 11:41 |
|
|
|
• "Qərbin təzyiqlərini neytrallaşdırmaq istəyən Gürcüstan... Donald Trampın siyasi dəstəyinə ehtiyac duyur"
Bu gün, 11:37 |
|
|
|
• Naxçıvanda həm də tələbə olan məmurlar... DƏRSƏ GƏLMİRLƏR! - "Bu, saxta təhsilin bir nümunəsidir..."
Bu gün, 11:33 |
|
|
|
• Azər Rəcəbovun müavini yenidən həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30 |
|
|
|
• Tibb bacısını qanunsuz işdən çıxaran xəstəxana direktorundan YENİ XƏBƏR - FOTO
Bu gün, 11:28 |
|
|
|
• İrəvan Moskvanın əsəblərini tarıma çəkir - NƏ BAŞ VERİR?
Bu gün, 11:25 |
|
|
|
• Pensiya artımlarını nə vaxtdan və hansı məbləğdə alacağıq? - AKTUAL
Bu gün, 11:05 |
|
|
|
• Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa - Bu qədər borcu var
Bu gün, 10:59 |
|
|
|
• MİDA sakinləri etiraza qalxdı - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
• "AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" - deputat
Bu gün, 10:42 |
|
|
|
• Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı - VİDEO
Bu gün, 10:39 |
|
|
|
• Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib
Bu gün, 10:37 |
|
|
|
• Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb
Bu gün, 10:33 |
|
|
|
• Azərbaycan belə tələb irəli sürüb, ancaq... - Simonyan
Bu gün, 10:26 |
|
|
|
• Paşinyanın deputat qohumunun malikanəsi qarət edilib - “Hraparak”
Bu gün, 10:17 |
|
|
|
• Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı... - ortaya nələr çıxardı
Bu gün, 10:15 |
|
|
|
• "Mən nazirliyin mövqeyinə hörmətlə yanaşıram, lakin..." - deputat
Bu gün, 10:09 |
|
|
|
• Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb - MB-ın inflyasiya proqnozu isə...
Bu gün, 10:04 |
|
|
|
• Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• Livanın paytaxtında "Hizbullah"ın nümayəndəsi öldürülüb - “Mehr”
Bu gün, 09:59 |
|
|
|
• Kompleks Qazma İşləri Trestində GESTAPO REJİMİ - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Zurabişvili ermənilərə “dayı” deməyə başladı - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:47 |
|
|
|
• Ermənistan-ABŞ razılaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:36 |
|
|
|
• Qubada əsas söz sahibi kimdir? - HƏLƏ DƏ BİLİNMİR...
Bu gün, 09:28 |
|
|
|
• İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
|