Görün, bu ali təhsil ocağına KİM RƏHBƏRLİK EDİR... - İTTİHAM VAR...
Tarix: 17-08-2024, 09:48 | Çap et
"1970-1980-ci illərdə Ulu Öndər Heydər Əliyevin səylərinin nəticəsi kimi əvvəllər hər il yüzlərlə, sonrakı illərdə illərdə isə hər il mindən artıq gənc Azərbaycanın gələcəyi üçün mühüm olan ixtisaslar üzrə təhsil almaq məqsədilə müsabiqədənkənar qaydada keçmiş Sovet İttifaqının ən nüfuzlu ali məktəblərinə göndərilirdi. 1976-ci ildə mən də Sankt Peterburq (keçmiş Leninqrad) Dövlət Universitetinə göndərildim. Orada mən Şərq fakültəsinin İndoneziya filologiyası bölməsində təhsil alıb “indoneziyaşünas” ixtisasına yiyələndim". Dia-az.İnfo bildirir ki, bu iddia ilə xeyli müddətdir ki, ADU rektoru Kamal Abdulla ilə ədavətdə olan professor Həbib Zərbəliyev çıxış edib.
O daha sonra bunları əlavə edib: "1981-ci ildə Universiteti bitirib Azərbaycana qayıdanda Dövlət Plan Komitəsi məni təyinatla Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutuna göndərdi. Lakin İnstitutda mənə uyğun şöbə olmadığından təyinatdan imtina etdim. O vaxtkı qaydalara görə gənc mütəxəssis müvafiq müəssisədə yerləşdirilməli, işlə təmin edilməli idi. Mənim israrım, Elmlər Akademiyası, Dövlət Plan Komitəsi və Ali Təhsil Nazirliyi rəhbərlərinin birgə səyləri nəticəsində Moskvadan Nəsimi adına Dilçilik İnstitutunda Ümumi və tətbiqi dilçilik sektorunun yaradılmasına icazə almaq mümkün oldu. Beləcə 6 ay səbrlə gözlikdən sonra, nəhayət, 1982-ci ilin əvvəlindən bu institutda elmi fəaliyyətə başladım. O vaxt Kamal Abdullayev orada Türkologiya şöbəsinin əməkdaşı idi. Bizim sonradan şöbəyə çevrilmiş sektora mərhum Aydın Məmmədov rəhbərlik edirdi. Bu sektorda məndən başqa, yaxşı potensialı olan daha 4-5 gənc işləyirdi. Biz tez-tez koridorda elmi mübahisələr aparır, yeni fikirlər irəli sürürdük. Bir dəfə müdirimiz Aydın Məmmədov bizi toplayıb bildirdi ki, siz öz ideyalarınızı koridorda deməyin, yazın, yoxsa buradakı ideya oğruları sizin fikirlərinizi sonra öz adlarından çap etdirirlər. Doğrudan da belə faktlar olmuşdu. İllər keçdi. Azərbaycan müstəqilliyini bərpa etdi və Heydər Əliyev yenidən Azərbaycanda hakimiyyətə qayıtdı. 1998-ci ilin mayında anadan olması¬nın 75 illiyi münasibətilə Heydər Əliyevi təbrik etmək üçün onunla görüşmək istəyənlər çox idi. Arzu edənlərin hamısı ilə görüşmək, əlbəttə, mümkün deyildi. Görüş üçün Azərbay¬candan Kənarda Təhsil Almış Mütəxəs¬sislər Təşkilatının üzvlərindən mənim də daxil olduğum bir qrup da müraciət etmişdi. O, unudulmaz gö¬rüş baş tutdu. Söhbət zamanı Ulu Öndər mənim İndoneziya dilini unudub-unutmadığımı soruşdu və unutmamağı, bu dilin bizə lazım olcağını dedi. Elə də oldu. 2007-ci ildə, nəhayət, Azərbaycan Dillər Universitetində “regionşünaslıq (İndoneziya) ixtisası çərçivəsində İndoneziya bölməsini açdıq. İndiyə qədər bu sahə üzrə məzun olmuş yüzdən artıq gənc ölkəmizin, İndoneziya və Malayziyanın müxtəlif strukturlarında, şirkətlərində çalışırlar. Lakin Universitetin rektoru Kamal Abdullayev mənimlə şəxsi ədavət zəminində artıq bu ixtisas üzrə qəbulu dayandırmışdır və onun Universitetin ixtisasları siyahısından çıxarılması üçün hər cür səy göstərir. Halbuki bu ixtisasın açılması üçün 30 ilə yaxın gözləmək lazım gəlmişdi və Ulu Öndər bu ixtisasın bizə lazım olacağını demişdi. Kamal Abdullayevin şəxsi marağı dövlət marağından üstün olduğundan bu, təəccüblü deyildir. O, göründüyü kimi, Ulu Öndərin onilliklərlə qurduğunu dağıtmaqdan belə, çəkinmir. Bunun xüsusi səbəbi vardır. Bu barədə bir qədər sonra. Kamal Abdullayev Azərbaycan Dillər Universitetini şəxsi obyekti kimi idarə edir. Rektor olduğu 7 il ərzində ölkə Prezidentinin hər il əmək haqqının qaldırılması haqqında verdiyi sərəncamların əksinə gedərək, müəllimlərin əmək haqqını ümumilikdə 100 manatdan yuxarı qaldırmamış Kamal Abdullayev müxtəlif ölkələrdə Universitetin xeyli sayda mərkəzini yaratmışdır. Xarici ölkələrdə belə mərkəzlərin olması, əlbəttə, yaxşıdır. Lakin buna Universitetin maliyyə potensialı da imkan verməlidir. Əslində isə bu mərkəzlər ölkəyə deyil, Kamal Abdullayevə – onun əsərlərinin xarici dillərə tərcümə edilməsi və reklamına, həm də onun üçün maliyyə silinməsinə xidmət edir. Kamal Abdullayev reklam xəstəsidir. Onun reklamı ölkə daxilində də fasiləsiz davam edir. Mətbuata verdiyi müsahibələrin, haqqında yazılan yazıların mətnini də o özü diktə edir və ya konturlarını özü cızır. Mətbuatda belə reklamlarla, müsahibələrlə tez-tez rastlaşıram. Bu günlərdə yorğunluğumu çıxarmaq üçün Kamal Sunalın çəkildiyi filmlərindən birinə baxmaq istədim. Səhvən You tube platformasında deyil, Google platformasında “Kamal” yazan kimi qarşıma Kamal Abdullayevdən bəhs edən böyük sayda yazı çıxdı. “Lənət şeytana!” deyib, onlardan bir-ikisinə baxdım. Bu yazılara keçməzdən əvvəl deyim ki, sonra You tube platformasına daxil olduqda orada da Kamal Abdullayev haqqında xeyli video çıxdı. Bu videolarda Azərbaycan Dillər Universitetinin əməkdaşlarının Kamal Abdullayevin qanunsuz əməllərini ifşa etdiklərinə görə övladları ilə təhdid olunduqlarından, tutduqları vəzifələrdən qanunsuz olaraq uzaqlaşdırıldıqlarından, onun əməkdaşlara qarşı tətbiq etdiyi ağlasığmaz metodlardan çox geniş bəhs olunur. Qayıdaq Qoogle platformasındakı yazılara. “525-ci qəzet”in 09.06.2023-cü il tarixli nömrəsində dərc olunmuş “Kamal Abdulla: mifik gizlinlərdən intellektual “dansökülən”ə gətirən yol” adlı məqalədə Kamal Abdullayev haqqında çox yüksək fikirlər bildirilir. Qoy olsun. Onun fasiləsiz olaraq özünü reklam etdirməsi barədə Azərbaycan oxucusu yaxşı bilir. Məqalədə diqqətimi başqa bir şey çəkdi. Burada Kamal Abdullayev GƏNC ÖNDƏR kimi təqdim edilir – 73 yaşlı gənc öndər. Heç bir tabu tanımayan Kamal Abdullayev indi artıq özünü ÖNDƏR kimi reklam etdirir. Elə bu səbədən onun Ulu Öndərin onilliklərlə yaratdığının dağıtmağa çalışması heç də təəccüblü deyildir..."
ARDI MÜTLƏQ OLACAQ...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Bu gün, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Bu gün, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Bu gün, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Bu gün, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Bu gün, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Bu gün, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Bu gün, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Bu gün, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Bu gün, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Bu gün, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Bu gün, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Bu gün, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Bu gün, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Bu gün, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Bu gün, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Bu gün, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Bu gün, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Bu gün, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Bu gün, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Bu gün, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Bu gün, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Bu gün, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Bu gün, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23 |
|
|
|
• Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05 |
|
|
|
• Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03 |
|
|
|
• Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56 |
|
|
|
• “Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46 |
|
|
|
• Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40 |
|
|
|
• Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38 |
|
|
|
• Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14 |
|
|
|
• "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07 |
|
|
|
• Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58 |
|
|
|
• `Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56 |
|
|
|
• Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
|