“Bələdiyyə sədri icra başçısının göstərişini vecinə almır?” - NARAZILIQ VAR...
Tarix: 16-10-2023, 08:18 | Çap et
 Cəlilabadda illərdir ki, qanunsuz torpaq zəbtlərinin qarşısını almaq hələ də mümkün olmayıb. Problem yerində qaldıqca, narazılıqların da sayı artır. Hektarlarla torpaq sahələri məmur qohumları və yaxınları tərəfindən zəbt edilib. Rayonda torpaq əkmək üçün haqqı olduğunu deyən şəhid və qazi ailələri kənarda qalıb. Onlara ancaq yalan vədlər verilir. Redaksiyamıza üz tutan Qarabağ veteranı Sarvan Xudaverdiyev və Qarabağ əlili Bəxtiyar Qürbətov da bu qanunsuzluqlardan cana doyduqlarını və yerli məmurların isə onların xahişini eşitmədiyini bildirirlər. Sarvan Xudaverdiyev Cəlilabadın Maşlıq, Bəxtiyar Qürbətov isə Muğan kənd sakinidir. Sağlamlıqlarını torpaq uğrunda qoyduqlarını deyən hər iki döyüşçü, o torpaqdan əkib-becərə bilmədiklərindən gileyləniblər. Onlar məsələylə bağlı İcra başçısı hörmətli Rafiq Cəlilovun da qəbulunda olduqlarını deyirlər. Bəxtiyar Qürbətov icra başçısıyla görüşünü belə xatırlayır:
“Bələdiyyə sədri icra başçısının göstərişini vecinə almır?” “İcra başçısı Rafiq Cəlilovun qəbulunda oldum. Mən də torpaq əkib-becərmək istədiyimi bildirdim. İcra başçısı Muğan bələdiyyəsinin sədri Vasif Həsənova göstəriş verdi, amma problem həll edilmədi. Belə məlum olur ki, bələdiyyə sədri icra başçısının tapşırıqlarını vecinə almır. Amma Vasif Həsənovun atası Rasif Həsənov 100 hektardan çox ərazini öz himayəsində saxlayır. Bir sözlə, qanunsuz torpaq zəbtlərinə bələdiyyə sədri Vasif Həsənovla atası Rasif Həsənov himayədarlıq edir. Çünki onlar həmin şəxslərlə şərikdirlər”. Sarvan Xudaverdiyev isə beş il iki ay birinci Qarabağ savaşında döyüşdüyünü, 44 günlük Vətən müharibəsində isə oğlanlarının döyüşdüyünü deyir:
“Bələdiyyə sədri rayon rəhbərinin tapşırığını eşitmirsə...” “Beş dəfə icra başçısının birinci müavini Qalib Xudaverdiyevin qəbulunda olmuşuq. Sonuncu dəfə isə icra başçısı Rafiq Cəlilovun qəbulunda olduq. Beş il iki ay Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Zəngilanın Mincivan kəndində ayağımdan ağır yaralanmışam. 44 günlük Vətən müharibəsində isə oğlanlarım-Atakişi və Novruz Xudaverdiyevlər döyüşüblər. Bütün bunları icra başçısının diqqətinə çatdırdım. İcra başçısı da mənə torpaq verilməsi üçün bələdiyyə sədri Vasif Həsənova göstəriş verdi. Amma binadan ayrılan kimi problemimiz həll edilmədi. Bir sözlə, bələdiyyə sədri Vasif Həsənov rayon rəhbərinin tapşırığını eşitmirsə, biz onda məcburuq ölkə başçısından kömək istəyək”-deyə Xudaverdiyev bildirib. Hər iki Qarabağ veteranı torpaqları zəbt edən şəxslərin siyahısını də redaksiyamıza təqdim ediblər. Onlar təklif edir ki, aidiyyatı qurumlar ərazidə araşdırma aparsın və görsünlər ki, bu şəxslər nə qədər yerləri zəbt ediblər. Həmin şəxslərin adlarını və zəbt etdikləri torpaq sahələrinin hektarlarını təqdim edirik: Maşlıq kənd sakini Şahbazov Əşrəf üç il öncə dünyasını dəyişib, amma 25 hektar torpaq zəbt edib. Ə.Şahbazovun Rusiya vətəndaşları olan oğlanları-Fərail və İntizam Şahbazovlar hər biri ayrı-ayrılıqda 25 hektar yer zəbt ediblər. Onlar Azərbaycanda yaşamadıqları üçün ümumilikdə 75 hektar torpaq sahəsini Uzuntəpə kənd sakini Fariz Nəsirova icarəyə veriblər.
Bundan əlavə Muğan, Maşlıq və Söyüdlü sovetliyinin icra nümayəndəsi Rövşən Həsənovun atası Allahverdi Həsənov 25 hektar yer zəbt edib. Nəsirov Tural 15, Hüseynov Tahir 5, Hacı Xudu adlı şəxs 5, Zeynal adlı şəxs (Uzuntəpə) 10, Kamran adlı şəxs (Uzuntəpə) 10, Maşlıq sakini Vahid Əliyev 15, Maşlıq kənd sakini Məhərrəmov Həmzəxan 25, Alxas adlı şəxs 40, Eldəniz Novruzov 110 hektar torpaq sahəsini zəbt edib. Qeyd edək ki, haqqında danışdığımız torpaq sahələri Maşlıq kəndinin örüş sahələridir. Ən sensasion xəbər isə ondan ibarətdir ki, bələdiyyə sədri Vasif Həsənovun atası Rasif Həsənov 110 hektar örüş sahəsini zəbt edib və öz nəzarətində saxlayır. Cəlilaba icra başçısı təyin edilən Rafiq Cəlilov rayonda işlər görür, problemlərin həllinə çalışır. Şəhid ailələrini ziyarət edir, onların problemləriylə maraqlanır. Bəs görən haqlarında danışdığımız bu iki veteranın niyə probleminin həllinə çalışmır?! Axı bu cür şikayət yazıları rayon adına müsbət göstərici deyil. Ümid edirik ki, hər iki veteranın şikayətinin həll xəbərini də eşidib buna görə icra başçısına təşəkkür edəcəyik. Mövzu diqqətimizdədir. Yazıda adları hallanan şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq. //teref.az//


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Bu gün, 14:00 |
|
|
|
• “Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 13:58 |
|
|
|
• Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 13:05 |
|
|
|
• 60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03 |
|
|
|
• AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Bu gün, 12:54 |
|
|
|
• “İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Bu gün, 12:52 |
|
|
|
• Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Bu gün, 12:46 |
|
|
|
• "Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb - Vüqar Namazov nəyi düz etmir?
Bu gün, 12:45 |
|
|
|
• AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Bu gün, 12:40 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:35 |
|
|
|
• "İrəvan teatrı niyə unudulub?" - ETİRAZ
Bu gün, 12:31 |
|
|
|
• “Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” - Zahid Oruc
Bu gün, 12:30 |
|
|
|
• Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu - BAŞLARI QAÇIB...
Bu gün, 12:21 |
|
|
|
• Bakıda mozaikaların bərpası davam edir - FOTO
Bu gün, 12:14 |
|
|
|
• “Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə 27 milyon manat ödəniş edilib
Bu gün, 12:11 |
|
|
|
• “Atəşgah” Sığorta Şirkətində yeni təyinat - DOSYE
Bu gün, 12:07 |
|
|
|
• "Bu, heç bir qonorar qarşılığında mümkün deyil"
Bu gün, 12:05 |
|
|
|
• “Dedi ki, donunu qaldır” - Küçədə qadını zorakılıqdan uşaqlar xilas edib
Bu gün, 12:04 |
|
|
|
• DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR - QƏRAR VERİLDİ
Bu gün, 12:02 |
|
|
|
• “Azon zavodu”nun direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:58 |
|
|
|
• Xankəndidə daha bir məktəb açılacaq
Bu gün, 11:55 |
|
|
|
• Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
Bu gün, 11:52 |
|
|
|
• “Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” - Elman Nəsirov
Bu gün, 11:47 |
|
|
|
• Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi - DETALLAR
Bu gün, 11:42 |
|
|
|
• Bakıda parkinq böhranı… - “Azparking”in zəbt etdiyi yollar boşaldılacaq
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda bu universitet illik təhsil haqqını ARTIRACAQ
Bu gün, 11:36 |
|
|
|
• Qanunları pozub cəzasız qalan Samir Mollayev... - BELƏ HARA GEDİR?
Bu gün, 11:30 |
|
|
|
• Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:19 |
|
|
|
• Hindistan faşist zehniyyətli rejimdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15 |
|
|
|
• İcra başçısına xanım müavin təyin edilib - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• "Mehin uşaqdır, öz dünyası var" - FOTO
Bu gün, 11:03 |
|
|
|
• Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... - ETİRAZ VAR...
Bu gün, 10:58 |
|
|
|
• Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? - Ekspert danışır...
Bu gün, 10:53 |
|
|
|
• Kişi cinsi istismar qurbanı oldu - Azərbaycanda ŞOK
Bu gün, 10:51 |
|
|
|
• İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
Bu gün, 10:32 |
|
|
|
• "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:27 |
|
|
|
• "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:24 |
|
|
|
• "AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" - Samir Rzayev
Bu gün, 10:22 |
|
|
|
• Qalmaqallı direktor barəsində hökm dəyişdirildi - QƏRAR
Bu gün, 10:12 |
|
|
|
• Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli - İNCƏLƏMƏ
Bu gün, 10:08 |
|
|
|
• Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... - BU DA FAKT!
Bu gün, 10:05 |
|
|
|
• Paşinyan komandasına əmr verdi – Siyahı hazırlandı, plan işə düşür
Bu gün, 09:56 |
|
|
|
• Putinin silah biznesi çökə bilər - Trampın qarşısına görün hanı seçimi qoydular
Bu gün, 09:53 |
|
|
|
• Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:45 |
|
|
|
• Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... - İLGİNC FAKT
Bu gün, 09:39 |
|
|
|
• Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 09:32 |
|
|
|
• "Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" - ETİRAZ VAR...
Bu gün, 09:30 |
|
|
|
• Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07 |
|
|
|
• “Kəpəz Mehmanxana” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 09:00 |
|
|
|
|