Şirvan Sənaye ASC-nin səhmdarları .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: .....                     Ramiz Mehdiyevin qızı “təslim olmur” .....                     Eşidib ki, inilti səsi gəlir... .....                     Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu .....                     Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər .....                     SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib .....                     Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı .....                     “Tualet kağızını reklam etmək istəmirəm” .....                     "Eldar, bu iş sənlik deyil, çıx get" .....                     Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər .....                     SOCAR-ın SİRLİ HÜMMƏTİ... .....                     "Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" .....                     Ən çox şikayət olunan sığorta şirkətləri .....                     Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb .....                     Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? .....                     Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... .....                     Naxçıvan küçələrinə işıq gətirəcək .....                     Üzr istəmək kifayət etməyəcək: .....                     Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? .....                     Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi .....                     "Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı .....                     Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır .....                     Müxalifətin Paşinyanı yola salmaq axtarışları .....                     TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına .....                     Paşinyanı impiçmentlə devirmək mümkün deyil .....                     Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib .....                     Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... .....                     Siyəzəndə dövlət tenderlərini kimlər udur? .....                     Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... .....                     Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi .....                     "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... .....                     Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi .....                     Məmura “donuz” deyən şəxs cəzalandırıldı .....                     “Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? .....                     Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” .....                     “Loğman” ASC səhmdarlarının yığıncağı .....                     Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub .....                 

Təhsil sisteminin TEXNİKİ NASAZLIĞI... - Deyəsən, dövlət də əlini buralardan üzüb...
Tarix: 2-01-2023, 09:08 | Çap et
Təhsil sisteminin TEXNİKİ NASAZLIĞI...
DİA.AZ: -" Son illərdə Azərbaycanın təhsil sistemində, həm orta, həm də ali təhsil səviyyələrində o qədər qəribə işlər baş verir, təhsilimiz o qədər aşağı səviyyəyə enib ki, artıq bu haqda yazılanlara heç kim təəccüb etmir və heç kim də, nə aidiyyəti olan vəzifəli şəxslər, nə də rəsmi dövlət təşkilatları reaksiya vermir, tədbir görmürlər, sanki, elə belə də olmalıdır. Lakin, biz, yəni Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimlərindən bir qrupu bunlara, xüsusən də universitetimizdə son 3 ildə, yəni Vilayət Vəliyevin buraya rektor təyin olunmasından sonra onun “fəaliyyəti” nəticəsində baş verənlərə və onların nəticələrinə biganə baxa bilmirik və bu haqda məlumatlar və müraciətlərlə kütləvi informasiya vasitələrində dəfələrlə çıxış etmişik". DİA.AZ bildirir ki, bu barədə Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimləri adından edilən müraciətdə deyilir.

Əvvəli burada: Texniki Universitetdə HANSI QANUNLAR İŞLƏYİR? - MÜƏLLİMLƏR HARAY ÇƏKİR...

Daha sonra müəllimlərin müraciətində deyilir: "Bundan əlavə, Vilayət Vəliyevin üç illik “fəaliyyəti” nəticəsində neçə-neçə savadlı, bacarıqlı, işi bilən kadr ya işdən çıxarılıb, ya da yaranmış vəziyyətə dözməyərək, özü işdən çıxıb. Məsələn, uzun illər AzTU-nun tədris işləri üzrə prorektoru olmuş Xalıq Yahudov yaranmış vəziyyətə və ona qarşı olan sayğısızlığa dözməyərək, öz ərizəsi ilə vəzifəsini tərk etdi. Xalıq Yahudov son 3 ildə hətta rektor vəzifəsini müvəffəqiyyətlə müvəqqəti icra etmişdi. Onun AzTU-da çox böyük nüfuzunun olduğunu görən rektor onun tamamilə getməsindən ehtiyat etdi, onu tədris işləri üzrə məsləhətçi vəzifəsində saxladı. Ancaq son iki ildə X.Yahudov bütün işlərdən kənarlaşdırıldı, ona heç bir iş tapşırmadılar, heç bir iclasa, tədbirə cəlb etmədilər, saymadılar, iki il otağında işsiz-gücsüz, tək oturdu. O da bu vəziyyətə dözməyək, bu yay öz ərizəsi ilə universitetdən tamam getdi...
Bundan əlavə, xüsusi olaraq qeyd etmək istəyirik ki, V.Vəliyev Texniki Universitetə rektor gələn vaxtdan (bu, hələ karantindən əvvəl idi) şifahi göstəriş verdi ki, müəllimlərin vəzifəyə seçkiləri dayandırılsın. Məlumdur ki, Nazirlər Kabinetinin ali təhsil müəssisələri haqqında sənədlərində göstərilir ki, ali təhsil müəssisələrində professor-müəllim heyəti seçkili əsasında işə qəbul edilir, yəni hər müəllim vəzifəsini tutmaq üçün mətbuatda müsabiqə elan edilir, müsabiqəyə ərizələr qəbul edilir, gizli səsvermə keçirilir və müsabiqədən keçən müəllim həmin vəzifəyə 5 illik işə qəbul edilir, rektorla müəllim arasında 5 illik müqavilə bağlanılır. İndi isə 3 ildir ki, bir müəllim vəzifəsinə da seçki keçirilməyib. İndi AzTU-da seçki müddəti bitmiş müəllimlər hər tədris ilinin əvvəlində 1 illik müqavilə ilə işə qəbul edilirlər. Doğrudur, bundan xeyli sonralar, Covid-19 karantini başlayanda nazirlikdən universitetlərə məktub göndərildi ki, karantin müddətində şərait olmadığından müvəqqəti olaraq seçkilərin dayandırılması TÖVSİYƏ edilir. Lakin indi karantin də qurtarıb, ancaq AzTU-da yenə də seçkilər keçirilmir. Sual olunur, niyə? Çünki V.Vəliyev bununla müəllimlərin 1 illik müqavilə ilə müddətlərini uzatmaqla onları özündən asılı edir ki, dilləri qısa olsun. O, istəmir ki, onun xoşu gəlməyən müəllimlər seçkidən keçib, vəzifələrində 5 illik müddətə möhkəm otursunlar. İndi, son 3 ildə müəllimlərin demək olar ki, 75-80%-nin seçki müddəti başa çatıb və hər il bir illik müqavilə ilə iş müddətləri uzadılır. Elm və Təhsil Nazirliyinin diqqətini bu fakta da cəlb edirik. Məgər Nazirlər Kabinetinin sənədləri V.Vəliyevin Muxtar Vilayəti olan Texniki Universitetdə qüvvədə deyil?
V.Vəliyev təkcə müəllimlərə qarşı deyil, həm də universitetin inzibatı və tədris-köməkçi heyətinə qarşı da mənəvi terror tətbiq edir. Yeni yaratdığı saysız-hesabsız şöbələrdə ağlagəlməz adlarla təsis etdiyi vəzifələrə öz adamlarını, yerli və qohumlarını, onun məxsus olduğu regional klanın onun yanına göndərdiyi adamları işə qəbul edib, əvəzində isə köhnə işçiləri işdən uzaqlaşdırır. O, təsərrüfat işləri üzrə prorektor başda olmaqla, təsərrüfat şöbəsinin demək olar ki, bütün işçilərini uzaqlaşdırıb. İndi mühasibata “girişib”. Mühasibata çoxlu yeni işçi qəbul edib, köhnələrə isə deyir, “burada bu qədər işçi nəyə lazımdır, nə işlə məşğulsunuz, burada sizə ehtiyac yoxdur”. Rektor hərdən kafedraları gəzir, laborantlardan soruşur ki, nə qədər maaş alırsınız?. Onlar da cavab verirlər ki, 350-400 manat. Rektor deyir, “bu maaşa da adam işləyər, niyə bu maaş üçün işə gəlirsiniz, siz burada nəyə lazımsınız, siz olmasanız nə olar ki?”. O, başa düşmür ki, onların bu maaşa da ehtiyacları var, yəqin ki, o, bu məbləği pul hesab etmir (yəqin buna görə də rektor öz oğluna 1000 manat maaş təyin edib).
Beləliklə, Vilayət Vəliyev Azərbaycan Texniki Universitetini üç ildir ki, öz şəxsi şirkətinə, ailə bostanına çevirib, nə istəyirsə, onu da edir. Nə Azərbaycan qanunlarını, nə də Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirliyinin normativ sənədlərini, təlimatlarını, rəsmi göstəriş və əmrlərini tanımır. Aidiyyəti olan dövlət təşkilatlarından, vəzifəli şəxslərdən biri də bu qədər yazılanların müqabilində gəlib maraqlanmır ki, bu yazılanlar doğrudur, ya yalan. Bir adam ona demir ki, sən nə edirsən axı, bu qədər də özbaşınalıq olarmı, sənə bu haqqı kim verib ki, 70 ilin universitetini bu günə gətirib çıxarmısan? O da bunu görərək, daha da cəsarətlənir və dünən cəsarəti çatmadıqlarını bu gün edir.
İndi Texniki Universitetdə elə bil ki, həyat ölüb. Hətta V.Vəliyevin özünün AzTU-ya gətirdiyi adamların, onun öz adamlarının da bir çoxu şəxsi söhbətlərdə deyirlər ki, buranın atmosferində bir xoşagəlməz gərginlik, zəhərli abı-hava duyulur. Yalnız universitetin akt zalında həftədə 1-2 dəfə müxtəlif şoular yaratmaq üçün tədbirlər təşkil edilir, zalı doldurmaq üçün isə tələbələri dərsdən ayırıb, zala yığırlar. İndi də akt zalı yeni il tədbirləri keçirmək üçün yolkalarla bəzədilir...
Ölkəmizin 30 ildən artıq bir dövrdə separatizmdən əziyyət çəkdiyi, separatizmə qarşı mübarizə apardığı bir dövrdə rektor Vilayət Vəliyev Azərbaycan Texniki Universiteti adında SEPARAT bir MUXTAR VİLAYƏT yaradıb və orada özünün icad etdiyi qanun-qaydaları tətbiq etməklə məşğuldur. Bu separat Muxtar Vilayətdə Azərbaycan qanunları və normativ sənədləri qüvvədə deyil, Vilayət qanunları qüvvədədir. Görək, Vilayət separatizminə nə vaxt son qoyulacaq...
70-ci, 80-ci illərdə Azərbaycanda Qabil adlı bir şair var idi, yəqin ki, yaşlı nəsil onu yaxşı xatırlayır. Hərdən televiziya ilə çıxış edib, öz şeirlərini oxuyardı. Onun “Səhv düşəndə yerimiz” adlı məşhur bir şeiri var idi. Bu şeirdə belə misralar var idi:

Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.


Bəli, Vilayət Vəliyevin Azərbaycan Texniki Universitetinin rektoru vəzifəsinə yeri səhv düşüb və bu, universitet üçün böyük bir müsibətə çevrilib. Təkcə onun özünün yox, onun ətrafına topladığı adamların da yeri səhv düşüb. Buna görə isə ona himayədarlıq edənlər, onun bu vəzifəyə namizədliyini təqdim edənlər də məsuliyyət daşıyırlar.

P.S. 1: Sonda yenidən magistr dissertasiyaları haqqında yuxarıda dediklərimizə qayıdaraq, biz 2-Cİ KURS MAGİSTRANTLARININ ADINDAN şəxsən Azərbaycan Respublikası Elm və Təhsil Nazirinə müraciət edirik: Rektor Vilayət Vəliyev nə haqla bizi il yarımdır ki, dissertasiya üzərində işləmək hüququndan məhrum edib, niyə o, bu günə qədər bizə magistr dissertasiyası mövzularını verməyib? Niyə biz Azərbaycan təhsil sistemində qəbul olunmuş qayda və təlimatların ziddinə olaraq, 2 ildə yerinə yetirilməli olan dissertasiyanı bundan sonra qalmış bir-neçə ayda yerinə yetirməliyik və ümumiyyətlə, bu mümkündürmü? Əgər biz bunu edə bilməsək, nə olacaq, bunun məsuliyyətini kim daşıyacaq, rektor, yoxsa magistrantlar? Niyə aidiyyəti üzrə vəzifəli şəxslər və təhsil strukturları və ümumiyyətlə dövlət strukturları Texniki Universitetdə magistrantların hüquqlarının bunca pozulmasına göz yumurlar və nə vaxta qədər göz yumacaqlar? Məgər hansısa bir Vilayət Vəliyev sizin üçün bu qədər qiymətlidirmi? Nəyə görə qiymətlidir, deyin, biz də bilək. Bəlkə elə doğrudan da qiymətlidir, biz anlamırıq.

P.S. 2: Napoleon Bonapart kimi, Adolf Hitler kimi, İosif Stalin kimi, Vladimir Putin kimi, Babanlı Mustafa kimi, Vilayət Vəliyev kimi böyük iddialı, balaca adamların əlinə vəzifə düşəndə, bu, ətrafdakılar üçün bir faciəyə, müsibətə çevrilir, əlbəttə ki, onların hərəsinin öz miqyasında".

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22
Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20
SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17
Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15
“Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09
"Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00
Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58
SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51
"Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25
Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18
Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17
Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12
Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10
Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06
Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59
Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57
Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53
"Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52
Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49
Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48
TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42
Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34
Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25
Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17
Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59
Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49
"ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48
Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi
Bu gün, 09:28
Məmura “donuz” deyən şəxs cəzalandırıldı - Məktub 400 nəfərlik kollektivdə oxunub
Bu gün, 09:28
“Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? – DETALLAR
Bu gün, 09:23
Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” MTK sədri ilə bağlı QƏRAR
Bu gün, 09:21
“Loğman” ASC səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 09:16
Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 09:15
“Azercell” abunəçiləri nömrələrindən imtina edir – SƏBƏB, VİDEO
Bu gün, 09:12
Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır
Bu gün, 09:05
Azərbaycanın beton şirkətinə - YENİ SƏDR SEÇİLİR
Bu gün, 09:03
Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? - Ekspert danışır...
Bu gün, 08:50
SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` - Adam SƏRSƏMLƏMƏYƏ DAVAM EDİR...
Bu gün, 08:47
“Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44
Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir - TƏFƏRRÜAT
Bu gün, 08:42
Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:35
Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Bu gün, 08:26
Banka krediti olanların NƏZƏRİNƏ - ALDANMAYIN...
Bu gün, 07:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru