26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi .....                     Naxçıvanda dövlət qurumu adını dəyişir .....                     Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib .....                     Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? .....                     Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI .....                     Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? .....                     Pezeşkian sabah Tacikistana səfər edəcək .....                     Valeh Əhmədova bu kanalda vəzifə verildi .....                     Nahid Bağırov onunla bağlı .....                     Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... .....                     AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb .....                     Bakının son tələbi masaya qoyuldu: .....                     Tramp niyə Qrelandiyanı almağa can atır? .....                     Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı .....                     “Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub .....                     AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları çox maraqlı məlumatlar verib .....                     Avropaya qaçmaq istəyən 45 nəfər tutuldu .....                     Bakı bu dəfə tramvaya görə söküləcək: .....                     Lənkəranda YAŞIL TERROR .....                     Daha yüksək zirvələrə .....                     Ermənistan XİN başçısının Rusiyaya səfəri bu yaxınlarda baş tuta bilər .....                     Naxçıvan İcra Hakimiyyəti Novruz şənliyi üçün .....                     Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi .....                     Belarusun Azərbaycana təyin olunan yeni səfiri kimdir? .....                     Suraxanı zülmət içində: sakinlər Adil Əliyevə üz tutdu .....                     Burun əməliyyatlarında ölüm riski .....                     İrəvan hökuməti hələ də eyni yanlış addımları atır .....                     "Şalvarına kimi yoxlasınlar, görək, o pullar hardan gəlir?" .....                     Belarus Azərbaycana yeni səfir təyin edib .....                     Bayden Paşinyanı yeni tələyə salır .....                     Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub .....                     Valideynlər Səhiyyə Nazirliyinin önündə etiraz edir .....                     11 kiloqram narkotik vasitə və 9 ədəd odlu silah aşkarlandı .....                     Gəncə Ekoloji Park Kompleksində .....                     Havanın bəzi yerlərdə çiskinli olacağı ehtimalı var .....                     Direktorlar Şurasının üzvü “Azsığorta”dan ayrılıb .....                     Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərilib .....                     Erməni baş nazirin ƏLİNDƏKİ SƏNƏD... .....                     Paşinyan Rusiyadan .....                     “Azəriqaz” Qarabağ Qazisinə qarşı... .....                 

Pirallahı adadır deyə CƏNGƏLLİK QANUNLARI ilə idarə olunmalıdır? - Prezidentə müraciət olundu
Tarix: 19-07-2022, 09:40 | Çap et
Pirallahı adadır deyə CƏNGƏLLİK QANUNLARI ilə idarə olunmalıdır?
PREZİDENTƏ MÜRACİƏT

Surəti: Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya
Surəti: Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Prezidentin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov cənabına
Surəti: Ədliyyə naziri Fikrət Məmmədov cənabına
Surəti: Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov cənabına
Surəti: Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Talışınskiyə


İllərdir ki, sifarişli məhkəmə proseslərinin, qərəzli hakimlərin qurbanına çevrilən, haqq səsi yüksək rütbəli məmurların kabinetlərində boğulan, müraciətlərinə cavab verilməyən, heç bir suçu olmadığı halda günahkar duruma salınan Sakin Ağayev son bir güman yeri, artıq ölkəmizdə olan ümidlərinin son dəfə dirçələcəyi inamı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanıma və əlaqədar dövlət strukturlarının rəhbərlərinə müraciət ünvanlayıb. Əslində bu onun ilk müraciəti deyil. Amma vəziyyət belə davam edərsə sonuncusu ola bilər. Çünki öz doğma vətənində haqq səsi eşidilməyən, bir qrupun maraqlarının girovuna çevrilən, heç cürə öz qanuni hüquqlarını təmin edə bilməyən Sakin Ağayev artıq həyatdan bezdiyini, bu dəfə də səsinə səs verilməyəcəyi təqdirdə intihar edəcəyini bildirir. Hesab edir ki, qanunların öldürüldüyü yerdə insanların öldürülməsi də qanunsuzluq sayılmamalıdır !
Sakin Ağayev Qazaxıstan Respublikasının vətəndaşıdır və orada yaşayır, özünə iş qurub. Onun həyatında hər şey öz təbii axarı ilə gedirdi, ta ki, 2018-ci ildə həyat yoldaşı Rəhimli Vüsalə Mahmud qızının adına olan şirkəti 1 250 000 ABŞ dollarına İbrahimov Fikrət Vəli oğluna satana qədər. Şirkət F.İbrahimova satıldlqdan sonra o hər vasitə ilə pulu ödəməkdən imtina etmiş, artıq 4 il keçməsinə baxmayaraq müxtəlif məhkəmə instansiyalarını ələ alaraq S.Ağayevin qanuni hüquqlarının təmin olunmasına imkan verməmişdir. Qazaxıstan məhkəmələri S.Ağayevin şikayətlərinin təmin olunması barədə qərarlar çıxarsa da Azərbaycan məhkəmələri heç bir hüquqi akta, beynəlxalq konvensiyaya məhəl qoymayaraq birtərəfli qaydada F.İbrahimovun qanunsuz tələblərinin təmin edilməsinə çalışır, bu istiqamətdə qərarlar qəbul edir. İllərdir ki, haqlı səsinə səs verilməyən S.Ağayev cənab Prezidentə müraciət ünvanlayaraq kömək istəyir .
“ Şirkəti F.İbrahimova satdıqdan sonra qarşı tərəf hər vasitə ilə pulu ödəməkdən imtina etməyə başladı. Əlacsız qalıb F.İbrahimova qarşı pul tələbi ilə Qazaxstan Respublikasında məhkəməyə müraciət etdim və iddiam təmin olundu. Qarşı tərəfin həmin qətnamədən verdiyi appelyasiya və kasasiya şikayətləri təmin olunmamış, qətnamə Qazaxstanda icraya yönəldilmişdir.
Öz çirkin məqsədlərini Qazaxstanda reallaşdıra bilməyən F.İbrahimov Azərbaycanda mənim ailəmə qarşı Pirallahı rayon məhkəməsində pul tələbinə qarşı iddia qaldırmış, guya bizə metal alışı ilə bağlı pul vermiş, əvəzində metalı ala bilməmişik. Absurddur ki, biz metal işi ilə məşğul olmuruq, bu işlə yaxından-uzaqdan əlaqəmiz yoxdur. F.İbrahimovun təxəyyülünün məhsulu olan qondarma iddia isə Pirallahı rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli 2(094)-396/2017 saylı qətnaməsi ilə təmin edilmiş və cavabdehlərdən (məndən və ailə üzvlərimdən) 698 min ABŞ dolları məbləğində pul tutulması qət edilmişdir.
Biz Qazaxstanda yaşadığımız üçün Pirallahı rayon Məhkəməsinin qətnaməsi Qazaxıstan Respublikasında da tanınmış və 26.10.2018-ci ildə orada da icraya götürülmüşdür. Qazaxstan Respublikasında icra məmurunun 03.03.2020-ci il tarixli qərarına əsasən əvəzləşdirmə yolu ilə Pirallahı rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsi mübahisəli olan 698 min ABŞ dolları ilə bağlı tam icra olunmuşdur.
Qətnamənin Qazaxstan Respublikasında icra olunması barədə məlumat müvafiq olaraq Pirallahı rayon Məhkəməsinə təqdim edilməsi üçün rəsmi qaydada Qazaxıstan Respublikası Manqistuskiy İnzibati Məhkəməsi tərəfindən AR Ədliyyə Nazirliyinə göndərilib.
Nəticədə Yasamal rayon İcra şəbəsinin icra məmuru İlqar Allahverdiyev 18ş05ş2022-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin, Ali Məhkəmənin qüvvədə olan qərarlarına, eləcə də “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 22 yanvar 1993-cü il tarixli Minsk konvensiyasının 55 –ci maddəsinin tələblərinə əsaslanaraq Pirallahı rayon Məhkəməsinin 2(094)-396/2017 saylı 17. 08. 2017-ci il tarixli icra sənədi üzrə icraata xitam vermişdir.
Məqsədlərini reallaşdıra bilməyən F.İbrahimov hər vasitə ilə ona havadarlıq edən Pirallahı rayon Məhkəməsinə şikayət vermiş, hakim Tərlan Əkbərov heç bir hüquqi sənədə, beynəlxalq konvensiyaya məhəl qoymadan Ədliyyə Nazirliyinin məmurunun göstərişi ilə qanunsuz olaraq Yasamal rayon İcra Şöbəsinin qərarını ləğv edərək yenidən Pirallahı rayon Məhkəməsinin 2(094)-396/2017 saylı 17. 08. 2017-ci il tarixli icra sənədinin icrasının davam etdirilməsi barədə qərar qəbul etmişdir.
Hazırda həmin qərardaddan şikayət vermişəm, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsində hakim Fuad Talışinskinin icraatına verilmiş və işə yazılı icraat qaydasında 25 iyul 2022-ci il tarixində baxılacaq.
Göründüyü kimi, Pirallahı rayon Məhkəməsinin hakimi Tərlan Əkbərov qorumağa borclu olduğu qanunları, eləcə də dövlətimizin tərəfdaş olduğu beynəlxalq konvensiyaları kobud surətdə pozaraq birtərəfli qaydada Bakı Apellyasiya Məhkəməsinin 04.06.2021-ci il tarixli qətnaməsinin, həmçinin Ali Məhkəmənin 21.12.2021-ci il tarixli qərarının hüquqi mövqeyinə zidd qərardad qəbul etmişdir.
Pirallahı rayon Məhkəməsinin hakimi Tərlan Əkbərov şikayətçi F.İbrahimovun tələblərinə bundan əvvəl kassasiya şikayətində olan eyni dəlillərə qiymət verərək təmin etmişdir. Halbuki həmin dəlillərə Ali Məhkəmənin Mülki Kollegiyasının 21.12.2021-ci il tarixli qərarında hüquqi qiymət verilərək təmin edilməmişdir.
Beləcə, mənim qanuni hüquqlarım, tələblərim rədd edilir, yüksək çinli məmurlar, məhkəmə hakimləri tərəfindən himayə olunan F.İbrahimovun qanunsuz tələbləri isə təmin edilir. Ümummilli Lider Heydər Əliyev deyirdi ki, dövlət iki şeydən sarsıla bilər-günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə.
Təəssüf ki, hələ də Fikrət İbrahimovun böyük əlaqələri bütün Azərbaycan qanunlarından, məhkəmə sistemindən, beynəlxalq müqavilələrdən üstündür. Belə olmasaydı təkzibolunmaz faktlar, məhkəmə sənədləri olmasına baxmayaraq hələ də mənim hüquqlarım bərpa olunmur, Azərbaycan məhkəmələri beynəlxalq fırıldağa himayədarlıq edirlər.
Hörmətli cənab Prezident!
Sizin dəmir yumruğunuz Azərbaycanımıza böyük qələbəni bəxş etdi, düşmənin başını əzdi. Bir azərbaycanlı olaraq bu möhtəşəm qələbə mənim və bütün ailəmizin böyük sevincinə səbəb oldu. Dünyanın hansı nöqtəsində olmamızdan asılı olmayaraq Azərbaycan bizim Vətənimiz, siz isə bizim Müzəffər Ali Baş Komandanımızsını ! Siz hər bir azərbaycanlının prezidenti olduğunuzu dəfələrlə vurğulamış və bunu əməli işlərinizlə sübut etmisiniz. Amma bəzi məmurlar, məhkəmə hakimləri buna məhəl qoymur, ayrıseçkilik edir, öz maraqları, qohumluqları naminə haqqı-ədaləti tapdalayır, mənim kimi çətin duruma düşənlərin hüquqlarını pozurlar. Onların məntiqinə görə mənim yuxarı vəzifədə işləyən dostum-tanışım, qohumum yoxdursa haqqımı tapdalamaq olar, haqqımda istənilən qərarı verə bilərlər.
Mən isə bir daha inamla bəyan edirəm ki, mənim ən böyük himayədarım Azərbaycan qanunları və sizsiniz cənab Prezident! Sizə güvənirəm, sizdən kömək istəyirəm. İmkan verməyin ki, bir qrup şəxs öz maraqları naminə qanunları tapdalasın, ölkəmizin tərəfdaş olduğu beynəlxalq konvensiyaları adi bir kağız parçası hesab edərək bir tərəfə atsın. Mən də bu xalqın övladıyam, artıq üzləşdiyim haqsızlıqlar psixoloji durumuma təsir edib, həyatdan bezmişəm. İllərdir ki, şəxsimə qarşı olan qanunsuzluqlardan yorulmuşam. Son ümid yerim, gümanım olaraq sizə müraciət edirəm. Mənim qanuni hüquqlarımın təmin olunmasına yardımçı olun. Mən qorxuram ki, yenidən Ədliyyə nazirliyinin yüksək rütbəli məmurları bu dəfə də işə müdaxilə edələr, Bakı Apellyasiya Məhkəməsində hakim Fuad Talışinskinin icraatında olan 8(103)-220/2022- saylı işin birtərəfli qaydada aparılmasına təzyiqlər edələr. Bu dəfə də qarşı tərəfin çirkin əməllərinə, qanunsuz tələblərinə haqq qazandırılarsa, bunun mənim psixoloji durumuma, atacağım addımlara necə təsir edəcəyinə cavabdeh deyiləm.
Cənab Prezident !
Bir daha bildirirəm ki, mənə qarşı formalaşan cəbhəyə qarşı yeganə gümanım sizsiniz. İnanıram ki, məni onların qarşısında tək buraxmayacaqsınız. Sizə və qanunlarımıza güvənirəm!”
Sakin Ağayev
//rublika.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 16:36
Naxçıvanda dövlət qurumu adını dəyişir
Bu gün, 16:29
Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Bu gün, 16:17
Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? - İTTİHAM VAR...
Bu gün, 16:15
Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI - "Arxa qapıdan tullandım"
Bu gün, 16:11
Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? - AÇIQLAMA
Bu gün, 16:05
Pezeşkian sabah Tacikistana səfər edəcək
Bu gün, 16:01
Valeh Əhmədova bu kanalda vəzifə verildi - FOTO
Bu gün, 15:50
Nahid Bağırov onunla bağlı ƏMR VERDİ
Bu gün, 15:48
Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... - "Sakinlər dövlətimizdən hər hansı yardım istəmirlər..."
Bu gün, 15:44
AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb - Marşrut əsassız ləğv edilib
Bu gün, 15:38
Bakının son tələbi masaya qoyuldu: - Yeni şərtlər belədir
Bu gün, 15:31
Tramp niyə Qrelandiyanı almağa can atır? - “Regnum”
Bu gün, 15:29
Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı
Bu gün, 15:28
“Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 15:23
AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları çox maraqlı məlumatlar verib - Rusiya XİN
Bu gün, 15:17
Avropaya qaçmaq istəyən 45 nəfər tutuldu - Biri azərbaycanlıdır
Bu gün, 15:06
Bakı bu dəfə tramvaya görə söküləcək: - "Əsəbimiz nə qədər davam gətirəcək..."
Bu gün, 15:05
Lənkəranda YAŞIL TERROR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:55
Daha yüksək zirvələrə - FOTO
Bu gün, 14:40
Ermənistan XİN başçısının Rusiyaya səfəri bu yaxınlarda baş tuta bilər - Lavrov
Bu gün, 14:30
Naxçıvan İcra Hakimiyyəti Novruz şənliyi üçün 143 min manat xərcləmək istəyir
Bu gün, 14:24
Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:13
Belarusun Azərbaycana təyin olunan yeni səfiri kimdir? – DOSYE
Bu gün, 14:09
Suraxanı zülmət içində: sakinlər Adil Əliyevə üz tutdu - VİDEO
Bu gün, 14:02
Burun əməliyyatlarında ölüm riski - Nəzrinin ölümünə nə səbəb olub?
Bu gün, 14:00
İrəvan hökuməti hələ də eyni yanlış addımları atır - FAKT BUDUR!
Bu gün, 13:58
"Şalvarına kimi yoxlasınlar, görək, o pullar hardan gəlir?" - QALMAQAL
Bu gün, 13:58
Belarus Azərbaycana yeni səfir təyin edib
Bu gün, 13:43
Bayden Paşinyanı yeni tələyə salır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:41
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub - ƏMR
Bu gün, 13:17
Valideynlər Səhiyyə Nazirliyinin önündə etiraz edir - BUNA GÖRƏ...
Bu gün, 13:11
11 kiloqram narkotik vasitə və 9 ədəd odlu silah aşkarlandı - Nərimanovda polis əməliyyatı
Bu gün, 13:10
Gəncə Ekoloji Park Kompleksində 6.2 milyon manatlıq abadlıq işləri aparılacaq
Bu gün, 13:08
Havanın bəzi yerlərdə çiskinli olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 13:05
Direktorlar Şurasının üzvü “Azsığorta”dan ayrılıb
Bu gün, 13:04
Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərilib - SON DURUM
Bu gün, 13:01
Erməni baş nazirin ƏLİNDƏKİ SƏNƏD... - Önəmli olan altındakı Bayden imzası yox, icra edəcək Trampın mövqeyidir...
Bu gün, 13:00
Paşinyan Rusiyadan BELƏ `QIRILIR`...
Bu gün, 12:58
“Azəriqaz” Qarabağ Qazisinə qarşı... - Nizami Məhkəməsi də işin içindədir...
Bu gün, 12:55
Peskov ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığı BELƏ ŞƏRH ETDİ
Bu gün, 12:51
Elnur Çarçarovun TENDER `ÇAL-ÇAĞIRI`... - Dövlətin malı dənizdir... yeməyən...
Bu gün, 12:48
Polisə rüşvət verən azərbaycanlı HƏBS OLUNDU
Bu gün, 12:43
ABŞ Rusiyanın aktivlərinə həbs qoyulmasını istəyir
Bu gün, 12:40
"Aygünlə Röya yox, Hiss?" - "İlin mahnısı"na etiraz
Bu gün, 12:37
Afiəddin Məmmədova hökm oxunub - 8 İL...
Bu gün, 12:34
"Sistem üzrə yeniliklər tətbiq edilməlidir ki... vətəndaş fərdi avtomobil əvəzinə ictimai nəqliyyatı seçsin"
Bu gün, 12:33
AYNA-dan növbəti “tamaşa”: “Avtobusda yer var, amma...” - BU NƏDİ BELƏ?..
Bu gün, 12:31
“Tramp-Putin görüşünün Bakıda baş tutması bu səbəbdən mümkün deyil...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 12:24
Abşeron rayon İcra Hakimiyyətinə yazsalar da... - NARAZILIQ VAR...
Bu gün, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru