“AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” .....                     Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar .....                     Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı .....                     Bu, erməni xalqına baha başa gələcək .....                     Rusiya-Ukrayna müharibəsi başa çatır? .....                     Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm .....                     Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib .....                     "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." .....                     "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" .....                     ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ .....                     AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir .....                     Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb .....                     Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? .....                     “Tərtər işi”nə görə həbs edilən generalın işi .....                     Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır .....                     Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı .....                     “Ermənistanın qonşularla ticarəti məhv olacaq” .....                     Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib .....                     Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? .....                     Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib .....                     Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? .....                     ADSU-nun rektor əvəzi özü də tələbədir? .....                     Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir .....                     Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik! .....                     Azər Qasımlı ilə bağlı qərar verildi .....                     Mircəlal həkim dedi ki, pul bunlara, sonra Gömrük Hospitalına köçürülür .....                     Dünyanın ən amansız ordusu Ermənistana girə bilər .....                     “Diplomların tanınmamasının əsl səbəbi bunlardır..." .....                     “PASHA Real Estate”də yeni təyinat .....                     Ermənistan Kiselyovun "Vesti nedeli" verilişini bloklaya bilər .....                     Bu idarənin rəis müavininə cinayət işi açıldı .....                     Ermənistan ələ keçirdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq niyyətində deyildi .....                     Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi .....                     Qiymət artımı son 14 ayda ən yüksək səviyyəyə çatıb .....                     Ordumuzun əsgəri vəfat edib .....                     ABŞ-Ermənistan arasındakı sazişi Azərbaycanın uğursuzluğu kimi təqdim edənlərə... .....                     Paşinyan KTMT-dən çıxdığını .....                     Blinken və Mirzoyan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər .....                     "Qayınanamın ayaqlarından öpərəm" .....                     Ermənistan parlamentinin komissiyası ABŞ-nin gömrük orqanları ilə əməkdaşlığa dair sənədi təsdiqləyıb .....                 

“Azəriqaz” vicdana və qanuna QARŞI... - “Məni bağışla, amma səni öldürməliyəm”
Tarix: 4-01-2022, 10:58 | Çap et
“Azəriqaz” vicdana və qanuna QARŞI...
Bunu başa düşmək acı və təhqiredicidir, amma sərt reallıq budur: Azərbaycan vətəndaşları kommunal özbaşınalıqlara qarşı tamamilə acizdirlər - işıq, qaz, su hər an kəsilə bilər. Və heç bir yalvarış, şikayət və xahiş eşidilməyəcək. Bizim kommunal xidmətlər həmişə haqlıdır!

Və bu qurumlar son illər bu qanunsuzluğu abonentlərə qarşı bir növ “diqqətli və həssas” münasibətlə pərdələməklə, müəyyən yaşayış məntəqələrində, bəzən isə bütöv rayonlarda işıq, qaz, su olmayacağını əvvəlcədən KİV-də məlumatlandırmağa nail olublar. Heç kim eyni xidmətlərə - “Azərsu”, “Azəriqaz” və “Azərişıq”a ağlabatan sual verməyəcək: əslində bu məlumat bizə nə üçün lazımdır? Sənin xəbərdarlığınla çıraqdan çıxan cinin Ələddinə müraciəti eynidir: “Sən Allah məni bağışla, amma səni öldürməliyəm”.

Yayın qızmar havasında günlərlə kranından bir damcı su belə, çıxmayan vətəndaş nə etməlidir? Yaxud belə bir sual: “Azəriqaz”dan qışın soyuğunda gözlənilməz sürprizlə bağlı xəbərdarlıq eşidən ailənin atası balta ilə parka getməli, uşaqları donmasın deyə, oradan odun qırıb, mənzilində odun yandırmalıdır?..

Bəli, biz artıq bütün bu qanunsuzluqlara, cəzasızlığa öyrəşmişik, hər kəs bacardığı qədər başını girələməklə, vəziyyətdən çıxış yolu axtarır. Lakin kommunal xidmətlərin necə işləməyə davam etdiyinə görə, gələcəkdə biz keyfiyyətcə yeni səviyyəyə qaldırılmış, belə demək mümkünsə, getdikcə daha çox yeni sınaqlarla qarşılaşacağıq. Sonuncu “nou-hau” hələ də “Azəriqaz”a məxsusdur. Elə söhbət də elə onun haqqındadır...

Qanunlara, xüsusən də dövlət qurumlarına hörmət və əməl edilməlidir

Azərbaycan televiziya tamaşalarının birində qəhrəman dostuna həyatı başa salır: “Qanun teleqraf dirəyi kimidir. Onun üstündən tullanmaq boş fikirdir, ancaq onyn yanından keçə bilərsiniz”.

Görünür, bu üsul “Azəriqaz”ın funksionerləri üçün çox faydalı olub. Əks halda, abonentlərin qaz sayğaclarının şəklini çəkərək, limiti keçdiyinə görə artıq ödəniş etməmək üçün onları bu qurumun “WhatsApp”-ına göndərməklə bağlı yeni il macərasını necə izah etmək olar? Baxmayaraq ki, bu, artıq teleqraf dirəyinin yanından belə, yan keçmir. “Azəriqaz” sadəcə olaraq dirəyi kökündən kəsib.

Axı bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, o vaxtkı hökumətin başçısı Artur Rasizadənin imzaladığı 80 saylı Qərarının birbaşa pozulmasıdır. Məhz bu Qərarla “Qazdan istifadə qaydaları” təsdiq edilib. Belə ki, məhz bu qaydaların 5-ci fəslinin ("Qazın dəyərinin ödənilməsi şərtləri") 2-ci bəndində deyilir: "Qaz paylayıcı istehlakçıya verilən qazın dəyərini yalnız sayğac əsasında və istehlakçıya aylıq hesab-faktura təqdim etməklə (göndərmək) tam hesablamağa borcludur”.

Bundan əlavə, “Azəriqaz” hər bir abonentlə tərəflərin hüquq və vəzifələrini müəyyən edən müqavilə bağlayır. Və bu sənəddə abunəçinin qaz sərfiyyatı barədə quruma məlumat vermək öhdəlikləri haqqında bir sətir də yoxdur. Yəni biz adi insanlar sayğacımızın göstəriciləri barədə “Azəriqaz”ın nə dərəcədə məlumatlı olması ilə bağlı heç bir məsuliyyət daşımırıq. Məhz “Azəriqaz” yanvarın 1-nə keçən gecə abonentlərin xərclərinin sıfıra endirilməsini təmin etməyə borcludur.

Çətin işdir? Mümkün deyil? Bağışlayın, bunun bizə nə dəxli var? Bu işi boynunuza götürmüsünüzsə, buyurun, sona qədər icra edin. Limitlərlə bağlı qərar veriləndə bunu da düşünmək lazım idi. Təbii ki, ən asan seçim bunu abunəçilərin üzərinə atmaqdır. Amma yenə də bu, Nazirlər Kabinetinin Qərarının birbaşa və kobud şəkildə pozulmasıdır. Buna kim cavabdeh olacaq? Acı təcrübəmizə əsaslanaraq - heç kim! Yenə kiminsə çirkli əli sadə vətəndaşın cibinə girdi.

Yeni ildə “Azəriqaz”a nə arzulayaq?

Artıq “Azəriqaz”ın Yeni il sürprizinin qanuniliyini müzakirə etmişik. İndi gəlin, qaz işçilərinin bu addımına sırf insani tərəfdən baxaq.

Belə ki, “Azəriqaz” məmurlarının (bəlkə də baş direktoru Ruslan Əliyevin - yeri gəlmişkən, texnika elmləri doktorudur) dərin və müdrik planına görə, dekabrın 31-də saatın əqrəblərinin son zərbəsi ilə bütün ölkə əhalisi mobil telefonla silahlanaraq, qaz sayğaclarına hücum etməli idi - təbii ki, qədərindən artıq ödəmək istəmirlərsə və limiti sıfırlamaq istəyirlərsə. Baxın, “Azəriqaz”-dan olan bəylər yalnız yanvarın ilk 10 günündə abonentlərə baş çəkəcəklər. Axı yanvarın 4-dək Yeni ili qeyd edəcəklər, abunəçilərə vaxtları yoxdur. Yazıqlar yorulublar da, dincəlməlidirlər axı.

Və yalnız bundan sonra, yanvarın 5-dən etibarən bu bürokratik maxovik yavaş-yavaş hərlənməyə başlayacaq, diqqət edin - YAVAŞ-YAVAŞ. Tələsən yerləri yoxdur ki. Onlar kommunal xidmətlərdir! Hər şey və hər şey onlardan asılı olacaq, onlar isə heç kimdən!

Sizin mobil telefonunuz yoxdur? Vaxtında almaq, belə deyək, “Azəriqaz”ın şıltaqlığına hazırlaşmaq lazım idi. Üstəlik, bu, sadə mobil telefon deyil, elə bir telefon olmalı idi ki, bu qurğunun çəkdiyi fotoşəkillərə tarix qoyulsun. Kifayət qədər fırıldaqçılar var axı. “Azəriqaz” belə deyil, özü də düzgün təşkilatdır. Bəli...

Siz çox qocalmısınız və bütün bu proseduru sizin üçün etməyi xahiş edəcək kimsəniz yoxdur? Bu, sırf sizin probleminizdir. Məhz bu məqsədlə kimisə yaşayış sahənizə əvvəlcədən qeydiyyata salardınız.

“WhatsApp” istifadə etmirsən? Biabırçılıq! Sizə bu da azdır, indi cüzi pensiyanızdan qaz pulunu artıqlaması ilə ödəyin ki, növbəti Yeni ilə qədər xatırlayasınız!

Bu xəbərə indicə qulaq asmısınız, vaxtında eşitməmsiniz? Heç düşünmürdünüzmü ki, “Azəriqaz” öz vəzifəsinə bu qədər diqqətli və məsuliyyətli yanaşmaya bilər? Deməli, çox gec ayılmısınız. Bundan sonra çox ehtiyatlı olun. Axı bu, “Azəriqaz”dır...

Ümumiyyətlə, yekunlaşdıraq: əvvəldə qeyd etdiyimiz kimi, hər halda, bütün məsələlərdə məsuliyyətsiz abunəçi günahkardır. Bizim kommunal xidmətlər isə, bu dəfə konkret “Azəriqaz” çox məsum, dürüst, yumşaq və vicdanlıdır. Ona görə də gəlin yekdilliklə bütün “Azəriqaz” kollektivini yeni 2022-ci il münasibəti ilə təbrik edək. Biz isə onlara arzu edirik... Doğrudan da, o qədər böyük arzular var ki, onları seçmək çətindir, ədəbi dildə məqbul etik normalarla ifadə etmək daha çətindir. Yəqin ki, yenə də onlara vicdan diləyirik. Bəli, vicdan. Azərbaycan vətəndaşlarının bu məsum nökərlərinə, bu yorulmaz xəyalpərəstlərə onların çətin, mürəkkəb və kimsəyə hesabat verməmək işində vicdan çox lazımdır. Əlinizdə mobil telefonla növbəti nou-haunuzu gözləyirik!
//AYNA.AZ//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Bu gün, 17:33
Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Bu gün, 17:27
Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Bu gün, 17:25
Bu, erməni xalqına baha başa gələcək - Karasin
Bu gün, 17:20
Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Bu gün, 17:19
Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Bu gün, 17:17
Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Bu gün, 17:16
"4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Bu gün, 17:14
"Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Bu gün, 17:09
ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Bu gün, 17:02
AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Bu gün, 16:58
Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Bu gün, 16:56
Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Bu gün, 16:55
“Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Bu gün, 16:48
Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Bu gün, 16:46
Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Bu gün, 16:43
“Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Bu gün, 16:24
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Bu gün, 16:18
Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Bu gün, 16:17
Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Bu gün, 16:14
Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? - İLGİNC İDDİA
Bu gün, 16:12
ADSU-nun rektor əvəzi özü də tələbədir? - AÇIQLAMA
Bu gün, 16:01
Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir -ŞƏRH
Bu gün, 15:59
Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik!
Bu gün, 15:57
Azər Qasımlı ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 15:56
Mircəlal həkim dedi ki, pul bunlara, sonra Gömrük Hospitalına köçürülür - Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 15:53
Dünyanın ən amansız ordusu Ermənistana girə bilər
Bu gün, 15:39
“Diplomların tanınmamasının əsl səbəbi bunlardır..." - Ekspert
Bu gün, 15:35
“PASHA Real Estate”də yeni təyinat
Bu gün, 15:34
Ermənistan Kiselyovun "Vesti nedeli" verilişini bloklaya bilər
Bu gün, 15:32
Bu idarənin rəis müavininə cinayət işi açıldı - FOTO
Bu gün, 15:30
Ermənistan ələ keçirdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq niyyətində deyildi - ŞƏRH
Bu gün, 15:24
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi - LƏĞV OLUNUR
Bu gün, 15:20
Qiymət artımı son 14 ayda ən yüksək səviyyəyə çatıb - BELƏ HARA GEDİRİK?
Bu gün, 15:17
Ordumuzun əsgəri vəfat edib - FOTO
Bu gün, 15:10
ABŞ-Ermənistan arasındakı sazişi Azərbaycanın uğursuzluğu kimi təqdim edənlərə... - AKTUAL
Bu gün, 15:08
Paşinyan KTMT-dən çıxdığını ELAN EDƏCƏK
Bu gün, 15:02
Blinken və Mirzoyan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər - Ermənistan XİN
Bu gün, 14:58
"Qayınanamın ayaqlarından öpərəm"
Bu gün, 14:43
Ermənistan parlamentinin komissiyası ABŞ-nin gömrük orqanları ilə əməkdaşlığa dair sənədi təsdiqləyıb
Bu gün, 14:41
Əsədi hakimiyyətdə saxlayan qüvvələr Elçibəyi niyə hədəfə aldı? - İLGİNC
Bu gün, 14:32
"Baku Elektroniks" və "TBC Bank"-ın adları Meydan TV işində keçir - ARAŞDIRMA
Bu gün, 14:02
Azərbaycana qarşı hibrid və kəşfiyyat müharibəsi... -RƏY
Bu gün, 14:00
“Gürcü arzusu” müxalifəti yer üzündən silmək istəyir - “Nezavisimaya qazeta”
Bu gün, 13:58
ABŞ Ermənistana sərhəd-mühafizə qruplarını göndərməklə nəyə nail olmaq istəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:02
Bayramova ingiliscə saxta məktub... - Arkov
Bu gün, 12:56
Azərbaycanla normallaşma üzrə konstruktiv həllər təklif etmişik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 12:53
“Expressbank”da yüksək kredit faizləri, vaxtı keçmiş kredit portfeli - Əhalinin şikayət etdiyi bank
Bu gün, 12:50
İranın Zəngəzur planı üzə çıxdı - Dəhlizi əngəlləmək üçün bu yola əl atdılar
Bu gün, 12:47
Nikol Rusiya ilə əməkdaşlıq imkanlarını azaldır - Pritçin
Bu gün, 12:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru