İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... .....                     “Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” .....                     Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək .....                     Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... .....                     TARİXİ BAKI... HƏDƏFDİRMİ? .....                     Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı .....                     Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası .....                     Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı .....                     Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI .....                     “Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” .....                     "Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" .....                     “Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” .....                     “Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək .....                     Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... .....                     “Bütün oyunları Ərdoğan oynayır” .....                     Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı .....                     DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" .....                     Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... .....                     Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? .....                     Dövlətin yardımı PULLA SATILIR .....                     "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" .....                     "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları .....                     'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı .....                     "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                     Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                     Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                     GÜNEY QAFQAZDA SÜLH... .....                     Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR .....                     Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... .....                     Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... .....                     "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                 

"Orda durum elədir ki, heç qoymurlar atanın adını deyəsən..." - NARAZILIQ!
Tarix: 21-04-2021, 09:20 | Çap et
"Orda durum elədir ki, heç qoymurlar atanın adını deyəsən..."
“İlham Əliyevdən razıyam. Bilirəm ki, onun bölgələrdə məmurların “baş kəsməsi”ndən xəbəri yoxdur. Faktiki birinci qrup əliləm, yataq xəstəsiyəm, amma mənə ikinci qrupun müavinəti verilir. Birinci qrupa dəyişmək üçünsə süründürürlər. Yerimdən qalxacaq durumda deyiləm, onlarsa 50 yerə getməmi tələb edirlər. Bu ölkədə yataq xəstəsinə əlillik təyin etmək üçün bir sistem yoxdur? Gərək onu ora-bura sürüyələr?”

DİA.AZ xəbər verir ki, Qobustanın Nərimankənd kəndinin sakini 59 yaşlı Əzizağa Qurbanov belə deyir. O, Çernobıl əlilidir. Başına gələn xəstəliklərin hamısının Çernobılın fəsadları olduğunu söyləyir. Həmin günləri xatırlayir, ömründəki gözəl günlərin 24 yaşında bitdiyini deyir, gözləri dolur:

“1986-cı ildə 24 yaşım var idi. Səfərbərliklə çağırdılar, dedilər, “Çernobıla getməlisən”. Uşağım körpə idi, 6 aylıq. Onu, ailəmi qoyub getdim. Mən gedəndə 3 ay idi hadisənin baş verdiyi. Ərazi çox təhlükəliydi. Əsgərlikdə də beton tökən olmuşdum, elə ona görə ərazinin betonlanması işinə verildim. 180 gün xidmət edəcəkdim, ancaq 48 günə qayıtdım. Radiasiya öz “işini” görmüşdü, məni məhv etmişdi”.

Əzizağa Qurbanov deyir ki, həmin 48 gündən sonra həyatında heç nə əvvəlki kimi olmur:

“Cavan idim, birinci çox hiss etmədim, yavaş-yavaş anladım ki, əvvəlki adam deyiləm. Yay gəlirdi, kəskin başağrılarım başlayırdı. Dərmanla, iynəylə dolanırdım. Ən pisi gələndən sonra dünyaya gələn iki övladımın da qanında problem çıxdı, onlar da mənimlə eyni dərdi bölüşür. Uzun illər, daha doğrusu, 5 il özhesabıma müalicə aldım. 1991-ci ildə bizə pensiya təyin etdilər. Onunla da iynə-dərmanımı güclə qarşılayırdım. Əvvəlki kimi işləyə bilmədiyim üçün demək olar ki, pensiyayla dolanırdım”.

Əzizağa Qurbanov deyir ki, 2016-cı ilədək birtəhər dolanıb. Ancaq həmin il ciyərində şiş aşkarlanıb. Həkimlər təcili əməliyyat olmasa, həyatını itirə biləcəyini söyləyiblər:

“Odur ki, borc-xərc əməliyyata getdim. Ciyərimin sol payını götürdülər. Bir neçə il sonra isə sağda da şiş əmələ gəldi. Hazırda 5 şiş var, yanında da törəmələri. Bilirəm ki, mənə belə durumda 1-ci qrup əlillik düşür. Ancaq heç kim vermir. Getmədiyim yer qalmayıb, süründürürlər. Yerimdən qalxa bilmirəm. Şərt qoyurlar ki, filan yerə get, ordan da sənəd gətir. Bu yerlər də bir-iki deyil, çoxdur. Mən yataq xəstəsiyəm, ciyərimin yarısı yoxdur, güclə danışıram, o deyilən yerlərə getməyim mümkün deyil”.

Şikayətçi gücünü toplayıb, ötən ay Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) gedib. Deyir, əvvəl pensiyanı ömürlük alırmış, indi müddətli yazıblar:

“Orda durum elədir ki, heç qoymurlar atanın adını deyəsən. 10 nəfər komissiya üzvü var, burdan göndərilən xəstəlik kağızına heç baxmadılar da. Elə “get Ağciyər Xəstəlikləri İnstitutundan sənəd gətir”, “Onkologiyada bir də yoxlan, onunla bağlı da sənəd lazımdır” deyib, yola saldılar. 1 il əvvəl 72 kiloqram idim, indi 52 kiloqram qalmışam. Daha gücüm yoxdur, nəfəsim çatmır qapı-qapı gəzməyə. Komissiyalar, məmurların işi isə süründürməçilikdir, bacara bilmirəm”.

Əzizağa Qurbanov deyir ki, bir neçə gün öncə də zəng edib soruşublar ki, necə oldu, sənədləri toplaya bilibmi:

“İzah edə bilmirəm ki, yoğan-döşəkdəyəm, gedəsi durumda deyiləm. İnanın imkanım olsa, ömrümün son günlərində bu işin arxasınca düşmərəm. Ağrılarım olur, dözə bilmirəm. Dərmanlar, iynələr də baha. Ayda 200-300 manatlıq iynə-dərman alıram. Ağrıkəsicilərlə yaşayıram. Təqaüdüm isə 246 manatdır. İstəyirəm son günlərimi ağrısız yaşayım”.

Qurbanovlar ailəsi 7 nəfərdən ibarətdir. Əzizağa Qurbanovun oğlunun 5 nəfərlik ailəsi, özü və həyat yoldaşı. Deyir, oğlu fəhləlik edir, ailəsini güclə dolandırır, yoldaşı isə işsizdir:

“Mən onlara yük ola bilmərəm, mümkün deyil. Oğlum günəmuzd qapılarda işləyir. Günü 10-15 manat qazanır. O da ayda 100-150 manat edir. Bizim rayon da kasıb, iş-güc yoxdur. Taxıl biçini vaxtı çox qazananda ayda 200 manatı olur. Çətindir, dolana bilmirik. Bir tərəfdən də bu ağrılar, həyatımı zülmə çevirir”.

Əzizağa Qurbanov məhz ağciyərində yaranan şişlərin Çernobılın fəsadları olduğunu düşünür. Deyir, əvvəlcə ona diaqnoz qoymaq çətin olub. Axırda sənədlərini Moskvaya göndərib. Ordan aldığı cavabda C4 xəstəliyi olduğu yazılıb. Bu, nadir tapılan xəstəlikdir və tam müalicəsi yoxdur:

“Deyilənə görə, 4-5 milyon adamdan birində olur. Bəlkə də Azərbaycanda yoxdur, varsa da 1-2 nəfərdir. Dərmanı, müalicəsi yoxdur. Ancaq ağrıkəsicilərlə yaşayıram. İynə vurdurmasam, danışa bilmirəm. Heyvanlarım var idi, qoyunum, malım. Hamısını satıb müalicəyə, iynə-dərmana xərcləmişəm. Yenə dolanırdıq birtəhər”.

Şikayətçi deyir ki, yoldaşı adi süpürgəçilik işini tapa bilmir. Hara yazırlar, cavab gəlir ki, COVID-19 problemi bitsin, sonra baxarıq:

“Bəlkə heç bu xəstəlik bitməyəcək, biz ölməliyik? Heç kim kömək etmək istəmir. Artıq inamım da qalmayıb. Kim deyirsə sənə kömək edəcəm, boş şeydir. Özünün cibində 5 manatın varsa, yaşadın, yoxsa öldün getdin bu məmləkətdə”.

Əzizağa Qurbanov bu yaxınlarda öyrənib ki, xəstəliyinin Türkiyədə çarəsi var:

“İynədir, qiyməti 40 min avro. Vurdurursan, 3 il nomal yaşayırsan, amma sonra yenə vurdurmalısan. O qədər pulu isə ömrümdə bir arada görməmişəm. Hər şeyimi satsam, heç 10 min etməz. Bir ümidim var, heç bilmirəm, bu dediklərimi görər, görməz. Mübariz Mənsimov bilsə, bəlkə mənə kömək edər. Onu da bilmirəm, görərmi, oxuyarmı, kömək etmək istəyərmi. İnsan öz məmləkətindən, məmurlarından, dövlətindən əlini üzəndə möcüzələr axtarır. Mən də şansımı sınamaq istədim”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31
“Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21
Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19
Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08
TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01
Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58
Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57
Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 08:55
Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47
“Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42
"Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41
"Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39
“Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33
“Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26
Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23
“Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24
Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22
DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21
"Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19
Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17
Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru