Paşinyan komandasına xəbərdarlıq etdi: .....                     Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... .....                     Şirkətlər qrupunda yeni ASC yaradılıb .....                     "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək .....                     38 yaşlı sabiq məmur həbsxanada öldü .....                     Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb .....                     Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... .....                     İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... .....                     “Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” .....                     Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək .....                     Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... .....                     TARİXİ BAKI... HƏDƏFDİRMİ? .....                     Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı .....                     Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası .....                     Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı .....                     Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI .....                     “Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” .....                     "Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" .....                     “Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” .....                     “Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək .....                     Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... .....                     “Bütün oyunları Ərdoğan oynayır” .....                     Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı .....                     DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" .....                     Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... .....                     Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? .....                     Dövlətin yardımı PULLA SATILIR .....                     "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" .....                     "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları .....                     'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı .....                     "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                     Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                     Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                     GÜNEY QAFQAZDA SÜLH... .....                 

TƏBİB-lə Nazirliyin “COVİD terroru” - iki nəfərə bir peyvənd, xəstəxanalarda gestapo, morqlarda rüşvət...
Tarix: 31-03-2021, 09:57 | Çap et
TƏBİB-lə Nazirliyin “COVİD terroru”
Kamyunun “Taun” romanı acı həqiqətlə finişə çatır və pessimizmin kulminasiya nöqtəsi sayılır: “Şəhərdən qalxan şən sədaları dinlədikcə həkim Ryö fikirləşirdi ki, bu şənlik yenə yasa çevrilə bilər.
O bilirdi ki, sevincdən qışqıran əhali çox şeydən bixəbərdir. Çünki onlar bilmirlər taun mikrobu nə ölür, nə yoxa çıxır...”
Azərbaycanda əhaliyə 1 il ərzində yaşadılan karantin stressi eynilə bu romanın finişinə oxşayır. Hər dəfə karantin yumşaldılanda insanlar sevincək olurlar ki, pis günlər geridə qaldı.
Amma çox keçmir, infeksiyaya yoluxma artır və pis günlər hələ irəlidə olur. İnsanlar artıq pandemiyadan nəinki yorulublar, artıq 2021-ci ildən də əllərini üzüblər.
Heç kəsdə inam qalmayıb ki, iyunun 1-də karantin tamamilə götürüləcək. Yox-yox, ilin sonuna qədər bu və ya digər şəkildə karantin şəraitində yaşamalı olacağıq. Bütün bunlar bir yana, həmçinin pandemiyanın yaratdığı iqtisadi çətinliklər, psixoloji pozuntu, ictimai nəqliyyatın birinin qapadılıb, digərinin açılması - hər şey aydındır, deyilib, yazılıb, Operativ Qərargahı dönə-dönə yıxıb-sürüyüblər, çi fayda?!
Anaxeber.info bildirir ki, indi yoluxmanın kəskin artdığı zamanda yeni heyrətamiz iddialar meydana çıxmaqdadır. Və səslənən ittihamlara nə TƏBİB, nə Səhiyyə Nazirliyi cavab verir. Hər iki qurumun rəhbərləri - Ramin Bayramlı və Oqtay Şirəliyev “qeybə çəkiliblər”.
Nədən ibarətdir bu iddialar – araşdırmaçı jurnalist Aynur Elgünəş yazır ki, bir peyvəndin iki nəfərə vurulması hallarına yol verilir. Bu, cinayətdir.
Sitat: “Bir neçə həkimin xəbərdarlığıdır. Onların sözlərinə görə, peyvəndlənmənin birinci hissəsi qaydalara uyğun aparılıb, yəni həkimlərə və s. tam doza vurulub. İndi isə poliklinikalara lazım olan qədər peyvənd verilmir, yarısı verilir və “bununla idarə edin” deyilir.
Ona görə də 1 peyvəndi 2 nəfərə vururlar, vətəndaşları aldadırlar. Hətta elə hallar olub ki, vətəndaşa “peyvənd edək, ya sənəd verək?” kimi təkliflər də edilib.
Təbii neynəsək də, bu cür üsullara əl atan alçaq sürüsü ilə bacara bilməyəcəyik. Yenə də çalışaq. Məsələn, peyvəndi yanınızda açılmasını və vurulmasını tələb edin. Düzdür, bir neçə dəfə tibb bacısının “bizə tapşırılıb ki, çəkib gətirib vuraq” kimi hallarla da qarşılaşanlar olub. Bu, qayda deyil, tələb etmək, sizə vurulan peyvəndi görmək haqqınızdır.
Həkimlərin sözlərinə görə, peyvəndə belə “qənaət”in səbəbi odur ki, yerdə qalanı özəl klinikalarda satırlar. Məncə, o kameraları yataq otaqlarında deyil, TƏBİB-in, Səhiyyə Nazirliyinin kabinetlərində quraşdırsanız, daha maraqlı və faydalı görüntülər əldə edərsiz”.
Dəhşətli ittihamdır. Xalqa qarşı aşkar cinayət əməlidir. Peyvəndlərin özəl klinikalarda satılması üçün biznes quranlar süni şəkildə vaksin defisiti yaradırlar və bu yolla həm əhalini aldadırlar, həm dövləti sabotaj edirlər. Bəs bu mafiya kimdir? Hansı qüvvələrdir ki, TƏBİB və Səhiyyə Nazirliyi araşdırma aparmır?
Biznes maraqlarını xalqın ən bəlalı günlərində də üstün tutan dərman mafiozları, səhiyyə caniləri peyvəndi belə əhaliyə rəva bilmirlər. Bu iddialar ortalıqdadır və ötən gün sosial şəbəkələrdə ən çox paylaşılan məlumatlardan biriydi.
Amma nə O.Şirəliyev, nə R.Bayramlı kabinetindən başını çıxarıb deyilənlərə münasibət bildirdilər. Belə bivec məmurlarla epidemiyaya necə qalib gəlmək olar?
Bir Türkiyənin səhiyyə naziri Fəxrəddin Qocaya baxın, hər gün xalqa hesabat verir, təhlilləri açıqlayır, ümumi epidemioloji durumu izah edir, bizimkilərsə bir peyvəndi iki adama vurmaqla yoluxma sayının dolayısı ilə artımına səbəb olurlar. Bu, xalqa COVİD19 “terroru” törətməkdir.
Anaxeber.info bildirir ki, korona ilə mübarizədə özbaşınalıqlar təkcə peyvəndləmə ilə məhdudlaşmır. Xəstələrə, xüsusən ağır vəziyyətdə olanlara qarşı səhlənkarlıq, laqeydlik sərgilənir. Redaksiyamıza ayrı-ayrı oxuculardan, yaxın çevrədəki informasiyalı mənbələrdən gələn xəbərlərdə deyilir ki, özəlliklə Zığda yerləşən Fövqəladə Hallar Nazirliyinə aid modul tipli xəstəxana gestapo və morqa çevrilməkdədir.
Bu xəstəxanaya diri girən ölü çıxır. Səbəb xəstələrə yaxşı qulluq olunmaması, oksigen aparatına qoşulanların boğazı quruduğu halda damcı su təminatının olmaması, biganəlik, etinasızlıq, ölümün pəncəsinə atılmaqlıqdır bu...
Zığdakı bu xəstəxana ilə bağlı dəfələrlə şikayətlər olub, amma qulaqardı ediblər. Son günlərdə yenə narazılıqlar dilə gətirilir, tanışı, adamı olmayan xəstələrə yaxşı xidmət göstərilmədiyi, tapşırıqla yerləşənlərə yüksək müalicə olunduğu iddiaları səslənir.
Koronavirusla yanaşı bəlaya çevrilən Azərbaycan səhiyyəsinin başbilənlərinin, TƏBİB və Nazirliyin yarıtmaz fəaliyyətinin ucbatından infeksiya qurbanlarının sayı artır. Ən dəhşətlisi isə bu virusdan ölənlərin başına açılan oyunlardır. Belə ki, əksər qurbanlar Sabunçu rayonu 3 saylı xəstəxananın morquna gətirilirlər. Burada isə rüşvət işə düşür.
Ölənin cənazəsini gətirən sürücüdən tutmuş morqda kəfənləmə proseduruna qədər pul işləyir. Əgər morqda meyitlər çoxdursa, pulu olanlar içəri daxil olur, sövdələşir, 100 manat ödəniş edir, özünkünün yuyulması, kəfənləməsini qabağa salır.
Bütün bunlar fəlakətdir və xalq bilmir ki, özünü virusdan qorusun, yoxsa səhiyyədəki rüşvət virusunun caynağından xilas olsun. Amma bu qədər ittihamlara qarşı TƏBİB və SN-də immunitet formalaşıb, donublar, dinmirlər, sanki ECMO aparatına qoşulublar, səsləri çıxmır.
Buna isə cavab verilməlidir. Uğursuz karantin-karantin hoqqabazlığı ilə əhalini həyatını bir ildən çoxdur ki, cəhənnəmə çevirənlər bu yaramazlıqlara - bir peyvəndin iki nəfərə vurulmasına, Zığdakı xəstəxanada yaşananlara, morqlarda baş verənlərə görə xalqa hesabat verməlidirlər...
Anaxeber.info











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Bu gün, 10:19
Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Bu gün, 10:09
Şirkətlər qrupunda yeni ASC yaradılıb
Bu gün, 10:01
"Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:59
38 yaşlı sabiq məmur həbsxanada öldü
Bu gün, 09:49
Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:46
Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44
İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31
“Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21
Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19
Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08
TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01
Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58
Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57
Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 08:55
Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47
“Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42
"Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41
"Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39
“Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33
“Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26
Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23
“Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24
Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22
DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21
"Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19
Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17
Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru