"Rayonda sorğu keçirilərsə, 100 adamdan biri bu deputatı tanımaz" - QALMAQAL
Tarix: 18-11-2019, 12:10 | Çap et
saylı Tovuz – Gədəbəy Seçki Dairəsindən deputatdır, ancaq əhali bir dəfə də olsun onun üzünü görməyib. Nə seçiçiləri ilə görüşüb, nə onların problemləri ilə maraqlanıb. İndi internetdən oxuyuruq ki, Rafiq müəllim yenidən deputat olmaq iddiasındadır”.
Bunu “AzPoltika.info”-ya açıqlamasında Tovuz rayon sakini Elçin Rüstəmov bildirib.
Xatırladaq ki, Tibb Universitetinin prorektoru olan YAP-çı deputat R.Məmmədhəsənov mətbuata açıqlamasında partiya razılıq verərsə, yenidən namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib. Sitat: “Parlamentə təcrübəli adamlar seçilməlidirlər. Xalqın rifahı naminə qərarlar, qanunlar hazırlaya, qəbul edə bilən insanlar parlamentdə olmalıdırlar. Xalqın, seçicinin iradəsinə müdaxilə ola bilməz”.
O, fikrini belə davam etdirib: “Yaşlılıq məsələsinə gəlincə, qeyd etməliyəm ki, əgər insanın əqli yerindədirsə, əmək qabiliyyəti varsa, fiziki imkanları çatırsa, niyə də seçilməsin ki?! Bəli, deputatlıqla bağlı aşağı yaş həddi var – 18 yaş, amma yuxarı yaş həddi-məhdudiyyəti yoxdur. Bu, özü də təkcə bizdə deyil, dünyanın hər bir yerində belədir. Deputatlarla bağlı yaş məhdudiyyəti, qadağası yoxdur. Əgər təcrübəlidir, savadlıdır, əqli-fiziki imkanları yerindədir, daha yaxşı, qoy seçilsin də?! Kim xalqın, seçicinin etimadını doğruldursa, əqli-fiziki imkanları yerindədirsə, yenidən niyə namizəd olmasın və yenidən niyə deputat seçilməsin?! Mənim mövqeyim budur və seçim xalqındır…”
Tovuz sakini bildirir ki, Rafiq Məmmədhəsənov Tovuz və Gədəbəy rayonlarının 40 mindən artıq əhalisini parlamentdə təmsil edir: “Bizim bölgənin çoxsaylı problemləri var. Kəndlərin yolları pis vəziyyətdədir, məktəblərin, uşaq bağçalarının əksəriyyəti bərbad haldadır. Həmçinin, aztəminatlı insanların dövlət qurumlarının həyata keçirdiyi sosial layihələrə əlçatımlılığı çox aşağı səviyyədədir. Vətəndaşlar üzləşdikləri çətinlikləri yuxarı dövlət qurumlarına çatdıra bilmirlər. On il ərzində bir dəfə də olsun deputat rayonda nə seçicilərlə görüşüb, nə də onların problemlərini dinləyib. Rayonda sorğu keçirilərsə, 100 adamdan biri bu deputatı tanımaz. Necə mandat alması da bizə məlumdur, birinci deputatlıq müddətində bir dəfə seçicinin problemini dinləməyən deputata kim yenidən səs verər? Rafiq müəllim bundan sonra deputat olmaq istəyi heyrətamizdir. Yaxşısı budur, daha 5 il bu kürsünü zəbt edib insanlara pislik etməyi davam etdirmək niyyətinə düşməsin”.
E.Rüstəmov daha sonra qeyd edib ki, Tovuzu parlamentdə təmsil edən başqa millət vəkili Qənirə Paşayevanın fəaliyyəti əhali tərəfindən təqdirəlayiq qarşılanır: “Rafiq Məmmədhəsənovun dairəsində olan seçicilər də problemlərini Qənirə xanıma çatdırmağa çalışırlar. O, doğrudan da camaatın problemlərini həll etmək üçün əlindən gələni edir. Ayda bir neçə dəfə kəndləri gəzir, insanlarla görüşür, onların problemlərini dinləyir, habelə bölgənin infrastruktur problemlərinin həllini dövlət qurumlarının qarşısında qaldırır və buna nail olur. Bəs Rafiq Məmmədhəsənov nə edir? Heç nə! Və bu fəaliyyətsizlik, insanlara qarşı yuxarıdan aşağı münasibət seçiciləri hiddətləndirir”.
Tovuz sakini qeyd edir ki, Rafiq Məmmədhəsənov bu 10 ildə minlərlə insanı millət vəkili dəstəyindən məhrum edib: “Biz bu qədər dözmüşük, daha R.Məmmədhəsənov kimi öz maraqlarını güdən, parlament kürsüsünü zəbt edən şəxsin deputat olmaq iddialarına dözməyəcəyik. Yaxşısı budur, Rafiq müəllim özü öz fəaliyyətsizliyindən nəticə çıxarıb iddiasından vaz keçsin”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23 |
|
|
|
|