Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir .....                     Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? .....                     “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” .....                     Yeni virus öldürücüdür? .....                     ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? .....                     İxtisarlarla bağlı məlumat doğru deyil .....                     Araik Harutyunyan məhkəmədə üzr istədi .....                     "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" .....                     Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir .....                     Şadlıq sarayında Renkaya qarşı kobudluq .....                     Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib .....                     İran Ermənistanı belə cəzalandıracaq .....                     "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, .....                     Paşinyan dalana dirəndi: .....                     Prosesin uzanması Ermənistan üçün itkidir .....                     Erməni deputatdan sərsəm iddialar .....                     "Bu savaş tezliklə bitməyəcək" .....                     Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi .....                     “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” .....                     İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? .....                     Azərbaycanda növbəti super nazirlik yaradılır? .....                     Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir .....                     Prokuror 7 il 10 ay 15 gün iş istədi .....                     ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb .....                     Prokuror məşhur tiktokerə .....                     Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir .....                     "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." .....                     İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin .....                     Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? .....                     "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" .....                     Azərbaycan USAİD-i niyə istəmir? .....                     Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? .....                     “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib .....                     Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? .....                     "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" .....                     “Qara qutu” Rusiyanın əlinə keçib? .....                     Ermənistan məsələni səhv məcradan təqdim edir: .....                     Hamınıza tezliklə cavab verəcəyəm .....                     Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... .....                     “Toplum TV” işi üzrə istintaq yekunlaşıb .....                 

“AMV Consulting” şirkəti: “Nazirlik saxta imzanı görmür” - QALMAQAL
Tarix: 15-11-2019, 09:38 | Çap et
“AMV Consulting” şirkəti: “Nazirlik saxta imzanı görmür”
“AMV Consulting” şirkəti Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin fəaliyyətindən şikayət etməsinə münasibət bildirən Nazirliyinin ictimaiyyətə açıqlamasını əsassız hesab edir. “AMV Consulting” şirkəti Nazirlik tərəfindən ictimaiyyətə verilən məlumata mövqe bildirib.

Şirkətdən “Yeni Gundem” e bildirildi ki, “AMV Consulting” şirkəti olaraq Nazirliyin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin məsul şəxsləri ilə görüşmüşük. İdarədən uyğunsuzluqlar barədə iddialar bildirildi, lakin uyğunsuzluqların nələrdən ibarət olunması ilə bağlı ətraflı heç bir məlumat verilmədi. Danışıqlar zamanı hər iki tərəf qərara aldıq ki, 17 noyabr 2019-cu il tarixinə qədər hər iki tərəfin iddia etdiyi narazılıqlar araşdırılıb yenidən görüş keçiriləcək. Əfsuslar olsun ki, Nazirlik 17 noyabr 2019-cu il tarixində olacaq görüşdən əvvəl ictimaiyyətə açıqlama verərək, mənzərəni başqa formada təqdim edib.

Bizim dialoqumuzun əsas prioriteti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qanunsuz imzanın atılmasının Nazirlik tərəfindən araşdırılması idi. Biz təəssüf edirik ki, Nazirlik saxta imzanı görmür. Nazirlik bizdən təqdim olunmayan bəyannaməyə dəqiqləşmə təqdim etməyimizi tələb edir. Nazirlik saxta imzanın atılması ilə bağlı araşdırmasını yekunlaşdırıbsa, bununla bağlı bizə və ictimaiyyətə heç bir açıqlama verməyib. Biz “AMV Consulting” şirkəti olaraq, araşdırma etdik və heç bir vergi öhdəliyinə təsir edə biləcək uyğunsuzluq aşkar etmədik. Qeyd olunan şikayətin Nazirliyin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinə yönləndirilməsi o mənzərəni yaradır ki, bizim şikayətimizə zamanında cavab verməyən adı qeyd olunan idarədən Nazirliyə şikayətimizi bildirmişdik. İndiki situasiyada Nazirlik bizim şikayətnən bağlı yaranmış problemin həllini həmin idarəyə həvalə edib. Nəticə olaraq, bizim narazı qaldığımız idarənin qoyduğu mövqe öz obyektivliyini şübhə altına salır.

Biz “AMV Consulting” şirkəti olaraq, Azərbaycan iqtisadiyyatının inkişafında aparılan şəffaf islahatın tərəfdarıyıq. Hüquqlarını müdafiə etdiyimiz sahibkar dövlət büdcəsinə böyük məbləğlərdə vergi ödəyən faydalı vətəndaşdır. Biz çalışırıq ki, dövlət büdcəmizə faydalı olan sahibkarlar hər zaman vergi ödəyicisi olaraq müxtəlif bürokratik maneələrlə rastlaşmasınlar. Dövlətimizin büdcəsi vətəndaşlarımızın məsuliyyətli fəaliyyətindən və vergini vaxtında ödəməsindən formalaşır. Dövlət məmurlarının məvacibləri faydalı vergi ödəyən vətəndaşlardan asılı olduğu üçün müxtəlif hüquqi nümunələr yaratmağı labüd görürük.

Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin “3.10. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir.” bəndini əsas götürərək, “AMV Consulting” şirkəti olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarovdan xahiş edirik ki, yaranmış problemin obyektiv araşdırılması ilə bağlı göstəriş versin.

Qeyd edək ki, “AMV Consulting” şirkətinin bundan əvvəl olan “YENİ İQTİSADİYYAT NAZİRİNƏ İLK MÜRACİƏT” başlıqlı məlumatı geniş ictimaiyyətdə işıqlandırılmışdı.

“AMV Consulting” şirkətinin “YENİ İQTİSADİYYAT NAZİRİNƏ İLK MÜRACİƏT” başlıqlı məlumatı olduğu kimi təqdim edirik:

“Azərbaycanda maliyyə və mühasibatlıq sahəsində uzun müddətdir fəaliyyət göstərən “AMV Consulting” şirkəti hazırki durumda bəzi vergi məmurlarının vergi ödəyicilərinə yaratdığı problemlər haqqında fikirlərini redaksiyamızla paylaşıb. Belə ki, şirkətin təsisçisi Orxan Şükürovun bildirdiyinə görə, “AMV Consulting” şirkəti yarandığı gündən prioriteti sahibkarları qara mühasıbatlıqdan uzaqlaşdırıb, şəffaf mühasibatlığa keçidə səsləmək və bu istiqamətdə onlara xidmət göstərmək olmuşdur.
Cənab Prezidentimiz İlham Əliyev bütün fəaliyyəti dövründə ölkə iqtisadiyyatımızın inkişafı üçün böyük miqyasda islahatlar həyata keçirmiş və bu islahatların nəticəsində iqtisadiyyatımız hər gün güclənməkdədir. Cənab prezident çıxışlarında qeyri-neft sektorunun inkişafının iqtisadiyyatımızın prioriteti olduğunu və dövlət məmurlarının sahibkarlara dəstək olmalarını bildirmişdir. Həmçinin, kölgə iqtisadiyyatında fəaliyyət göstərən sahibkarlara bu fəaliyyətlərindən əl çəkib şəffaf fəaliyyət göstərməyə, dövlət vergilərinin düzgün və vaxtında ödəməyə çağırmışdır. Şəffaf fəaliyyət göstərən sahibkarlara da maneçilik yaradanları “vətən xaini” adlandırmış və ən sərt şəkildə cəzalandırılacaqlarını bildirmişdir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov hələ Vergilər naziri təyin olunduğu vaxtdan sahibkarların qara mühasibatlıqdan imtina edib şəffaf mühasibatlığa keçməsini fəaliyyətinin əsas istiqaməti seçmişdir. Bu fəaliyyətin nəticəsində qısa müddətdə böyük uğurlar əldə edilib. Lakin əfsuslar olsun ki, bəzi məmurlar prezidentimizin tapşırıqlarına ciddi yanaşmayıb, Mikayıl Cabbarovun fəaliyyətinə kölgə salaraq, ölkəmizdə aparılan islahatlara və iqtisadiyyatımızın inkişafına maneçilik törədirlər.
Şikayətimiz 6 saylı Ərazi Vergilər Baş İdarəsindəndir. Belə ki, xidmət göstərdiyimiz sahibkara (kommersiya sirri olduğu üçün sahibkarın ad, soyadını təqdim etmirik) Baş idarə tərəfindən ilk olaraq bu ilin mart ayında fəaliyyətinə problemlər yaradılmışdır. Əsassız olaraq bank hesablarına sərəncamlar qoyulub, daha sonra hesabından pul silinmişdir. Vergilər Nazirliyinə şikayətdən sonra bu sahibkarın xeyrinə qərar qəbul edilib, silinmiş məbləğ şəxsi hesab vərəqəsinə artıq ödəmə kimi geri qaytarılmışdır. Nəzərinizə çatdırım ki, sahibkarın bank hesabına sərəncamın qoyulması onun bütün fəaliyyətini iflic edir. Bunlardan sonra sahibkar fəaliyyətini dayandırıb və şəxsi hesab vərəqəsində olan artıq ödəməni geri qaytarması üçün Nazirlər Kabinetinin və Vergi Məcəlləsinin müəyyən etdiyi qaydalara əsasən, Baş İdarəyə müraciət edib. Lakin Baş İdarənin bir neçə əməkdaşları bundan sonra sahibkara telefon zəngləri edərək, onu səyyar vergi yoxlaması ilə təhdid edib, ərizəni geri götürməyini tələb edirdilər. Vergi ödəyicisinin artıq ödənilmiş vəsaiti 45 gün ərzində geri qaytarılmalı olduğu halda, 90 gün keçməsinə baxmayaraq artıq ödənilmiş vəsait hələ də geri qaytarılmayıb.
Bundan sonra Baş idarə qanunlara əməl etmək əvəzinə, onları daha da kobud şəkildə pozmağa davam edib. Belə ki, sahibkarın adından başqa bir şəxsin imzasi ilə hesabat təqdim edilib. Bu hesabata dərhal kameral yoxlama aparılıb, əlavə vergi məbləği hesablanıb. Bütün baş verən hadisələr hesabatın məhz Baş idarənin əməkdaşları tərəfindən göndərildiyinə dəlalət edir. Sahibkarın hüquqlarını təmin edilməsi məqsədi ilə Vergilər Nazirliyinə 30 gündən artıqdır ki, şikayət verilib. Şikayətin icrası Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin kameral vergi yoxlamalarına nəzarət şöbəsinə verilib, şöbə ilə qeyd edilən telefon nömrələri ilə dəfələrlə əlaqə saxlamağa çalışılsa da, nə zənglərə, nə də şikayətə cavab verilməyib.
Bu cür problemlər sahibkarların şəffaf fəaliyyət göstərməklərinə maneçilik yaradır. Biz sahibkarlarla görüşümüzdə onları şəffaf mühasibatlıqla fəaliyyət göstərməyə çağırır və bunun onların fəaliyyətinin inkişafına səbəb olacağını, heç bir maneələrlə rastlaşmaycaqlarını bildiririk. Sahibkarlar ilk öncə məmurların şəffaf fəaliyyət göstərməsinə, qanunun tələblərinə əməl etmələrinə əmin olmalıdırlar ki, onlar da səmimi və şəffaf olsunlar.
Müraciətimiz İqtisadiyyat nazirimiz Mikayıl Cabbarovadır.
Hörmətli Mikayıl müəllim, Sizə ilk növbədə yeni işlərinizdə uğurlar arzu edirik. “AMV Consulting” şirkəti gənc iqtisadçılardan ibarət şirkətdir. Biz gənclər öz fəaliyyətimizlə sizi dəstəkləyir və fəaliyyətimizdə ilk növbədə ölkə iqtisadiyyatımızın inkişafına tövhə verməyə çalışırıq. Bu cür problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görəcəyinizə inanırıq.”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07
Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03
“Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00
Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42
ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38
İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14
Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12
"Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45
Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43
Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36
Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30
İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16
"Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02
Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00
Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58
Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09
"Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07
Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04
“Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54
İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52
Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49
Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44
Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39
ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36
Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34
Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32
"Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18
İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09
Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08
"Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05
Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01
Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57
“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53
Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51
"Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48
“Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42
Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37
Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31
Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28
“Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19
Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18
Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01
Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58
Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41
Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39
“Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36
London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34
Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32
Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26
“İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru