Sahil Babayevin "ÖLÜM TACİRLƏRİ" - Nərmin Bayramova və Heybət İmanov haqda şok ittihamlar...
Tarix: 14-11-2019, 09:59 | Çap et
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin saxta təbəssümü timsahın məsum gözyaşlarına bənzəyir. O, bu yolla korrupsiyalaşan fəaliyyətini və qanunsuz əməllərini ört basdır etməyə çalışır. Sahil Babayevin bu cür fitri istedadı şeytanı belə qısqandırar. Onun fəaliyyətini təhlil etdiyimiz zaman açıq-aydın görünür ki, gənc nazir ölkənin birinci ailəsinin ətrafında səmimi vizual görüntü yaratmaqla həm ictimaiyyət arasında, həm də dövlət dairələrində özünə toxunulmazlıq qazandırmağa çalışır.
Lakin, o bu fürsətçiliklə həm ölkənin birinci ailəsini, həm də ölkə rəhbərliyini nüfuzdan salır. Gənc nazirin tamahı sözün əsl mənasında daş kəsir. O, rəhbərlik etdiyi qurumun göstərdiyi xidmətlərdən yararlanan əhali qruplarını yağı düşmən gözüylə görür. Müxtəlif bəhanələrlə aztəminatlı vətəndaşlara təyin olunan ünvanlı dövlət sosial yardımlarının dayandırılması və əlilliyin ləğv olunması ictimaiyyətə elə təbliğ olunur ki, güya düşmən üzərində böyük qələbə qazanıblar. Əmək fəaliyyəti ilə məşğul olan əhalinin yarıdan çoxunun 250 manat əmək haqqı və yarıdan çoxunun 200 manat pensiya aldığı indiki vaxtda ölkə əhalisinin əksəriyyəti dövlətdən asılı vəziyyətdə yaşayır. Bu cür aztəminatlı vətəndaşları dövlət qayğısından məhrum etmək onları hakimiyyətdən incik salmağa və kütləvi narazılıq yaratmağa xidmət edir. Buna görə də, hakimiyyət bu cür strateji bir qurumu təcrübəsiz və savadsız bir komandaya tapşırmamalıdır. Hakimiyyətə qarşı təxribat
Dövlətin idarə olunmasından anlayışı olan hər kəs yaxşı bilir ki, dövlət sosial siyasətini həyata keçirən qurumlar hər zaman stateji əhəmiyyət daşıyır. Əhalinin dövlətə və hakimiyyətə olan münasibəti bu qurumların fəaliyyətindən və ya fəaliyyətsizliyindən bir başa asılıdır. Buna görə də, həm iqtidar, həm də müxalifət bir-birini sosial politikalarına görə manipuliyasiya edir. Bu baxımdan dövlətin sosial siyasətini həyata keçirən qurumların fəaliyyəti ölkəmizdə də, həm iqtidar, həm də müxalifət üçün önəmlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı siyasi kursun ana xəttini sosialyönümlülük təşkil edir. Dövlət başçısının sərəmcamları və fərmanları ilə təsdiq olunan sosial islahatlar paketlərinin məqsədi əhalinin güzaranını yaxşılaşdırmaq və siyasi baxımdan xalqın rəğbətini qazanmaqdır. Lakin, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin yarıtmaz fəaliyyəti hakimiyyətin bu sahədə bütün siyasi gedişlərini fiaskoya uğradır. Onun fəaliyyəti həm ölkə daxilində, həm də beynəlxalq sferada hakimiyyətə etimadsızlıq yaradır. O, ətrafına yığdığı qeyri-peşəkar komanda ilə ölkəni nüfuzdan salır. Sahil Babayevin 700 min insanın pensiyasının 200 manata və bir o qədər vətəndaşın əmək haqqının 250 manata çatdırılmasını inqilabi islahat kimi təbliğ edir. Azərbaycanda 1.4 milyona yaxın pensiyaçı və bir o qədər də haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunan əhali var. Sahil Babayevin statistik göstəriciləri onu deməyə əsas verir ki, ölkə əhalisinin yarıdan çoxu səfil vəziyyətdə yaşayır. O, xalqın bu artımlara qədər daha çətin şəraitdə yaşadığını təbliğ edir. Sahil Babayevin artımları sosial islahat olaraq təbliğ etməsi müsbət haldır. Ancaq ölkə əhalisinin sosial iqtisadi vəziyyətini rəqəmlərlə ifşa etməsi düşünürəm ki, hakimiyyətə qarşı təxribatdır. Onun bu hərəkətini təcrübəsizliyi ilə əlaqələndirmək olardı. Ancaq şəhid ailələrinə və Qarabağ qazilərinə olan münasibəti belə düşünməyə əsas verir ki, o məqsədli şəkildə belə edir. Bununla da, ölkə başçısını və hakimiyyət komandasını çətin vəziyyətə salır.
Daha əhatəli təhlil üçün iki rəhbər şəxsin müqayisəsini aparmaq yerində olar. Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri general-leytenant Əli Nağıyevin baxışları ölkəmizi sevənlərə güvən, düşmənlərimizə isə qorxu və həyəcan yaşadır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yanında onun əsalətli duruşu insanlarda xoş bir ovqat yaradır. O, saxta təbəssümün şirinliyini etməkdənsə ədaləti və fəaliyyəti ilə hakimiyyətə xidmət edir. Əli Nağıyev rəhbərlik etdiyi qurumda peşəkarlara və savadlı kadrlara üstünlük verir. Hazırlıqlı kadrları sistemdən xaric edərək hakimiyyəti xarici düşmənlərin aquşuna atmır. O, təvazükar davranışı və xalqla qarşı ədalətli rəftarı ilə ölkədə gərginliyi azaltmağa çalışır. Bəs, Sahil Babayev nə edir? Onun başı qarışıb dost-tanışı ətrafına yığıb dövlət büdcəsini talamağa. Bütün günü özünü reklam etməklə qanunsuz işlərini ört basdır etməyə çalışır. Sahil Babayev öz qanunsuz fəaliyyətini rahat həyata keçirmək və qanunsuz işləri işçilərinə asan diktə edə bilmək üçün rəhbərlik etdiyi qurumda məmur soyqırımı və represiya həyata keçirir. 3000 nəfərdən artıq dövlət qulluqçusu müxtəlif bəhanələrlə işdən çıxarılıb Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli 386 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatının işçilərinin say həddi 309 ştat vahidi, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin işçilərinin say həddi 315 ştat vahidi, Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin işçilərinin say həddi 908 ştat vahidi, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun işçilərinin say həddi 4525 ştat vahidi, Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti aparatının işçilərinin say həddi 30 ştat vahidi olaraq müəyyən edilib. Beləliklə, nazirlik sistemində 6048 ştat vahidi dövlət qulluğuna aid vəzifələr müəyyən olunub. 23 aprel 2018-ci il tarixdən bu yana Sahil Babayev tərəfindən 3000 nəfərdən artıq dövlət qulluqçusu müxtəlif bəhanələrlə işdən çıxarılıb. Nərmin Bayramova və Heybət İmanov- "ÖLÜM TACİRLƏRİ"
Nazirlikdə olan mənbədən Miq.Az-a daxil olan məlumatda bildirilir ki, hazırda 3135 dövlət qulluqçusu müddətsiz və 725 nəfər isə müddətli əmək müqavilələri ilə həmin nazirlikdə qulluq keçir. Bu onu deməyə əsas verir ki, hazırda Nazirlik sistemində 2913 ştat vahidi boş iş yeri var. Belə olan halda nazirlik tərəfindən dövlət qulluğuna aid 3628 vəzifə tutulması üçün dövlət qulluğu imtahanlarına çıxarılmalıdır. Lakin, Sahil Babayev məmur soyqırımını və represiyaları daha da dərinləşdirir. Bu günə qədər heç bir dövlət qurumunda bu qədər iri həcmli işdən çıxarma və məmur soyqırımı baş verməyib. Sahil Babayevin rəhbərlik etdiyi nazirliyin prensesi Nərmin Bayramova və Daxili Nəzarət və audit şöbəsinin müdiri (korrupsioner və saxta əlil olduğu haqda iddialar və faktlar var) Heybət İmanov sözün əsl mənasında "ölüm tacirləri"dir. Bu qədər represiyalara dayanıqlılıq göstərən az sayda peşəkar kadr nazirlik sistemində qala bilib. Onların da, sıxışdırılması və işdən çıxarılması üçün təzyiqlər artırılır. Sahil Babayev saxta təbəssümlə yuxarıları inandırmağa çalışır ki, o şəffafdır və onun işinə bu şəxslər maneələr törədir. Buna görə də, o bu qədər iri həcmli soyqırım həyata keçirir və represiyalara əl atır. Lakin, işin əsli belə deyil. Sahil Babayev bütün strukturu başdan ayağa dəyişmək və publikləşmək niyyətindədir. O, indiyə qədər boş qalan vakant iş yerlərini Dövlət İmtahan Mərkəzinə müsahibə və müsabiqə üçün təqdim etmir. Ona görə ki, o işə götürdüyü təcrübəsiz, savadsız və təhsili həmin vəzifələrə uyğun olmayan kadrları imtahanlardan keçirə bilmir. Bu səbəbdən onun yeganə ümidi qalıb publikləşmə məsələsinə.
Nərmin Bayramovanın daxili və ümumi müsahibələr yolu-1000 nəfərdən artıq şəxs...
Düzdür, ötən müddət ərzində Nərmin Bayramova əvvəllər Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada işlədiyinə görə 1000 nəfərdən artıq şəxsi daxili və ümumi müsahibələr yolu ilə imtahanlardan keçirə bilib. Lakin, onun DİM rəhbərliyi ilə münasibəti kütləvi olaraq saxtalaşmaya imkan vermir. Buna görə də, onların yeganə ümidi qalıb publikləşməyə. Müvafiq qurumlar Sahil Babayevin kadr məsələləri üzrə korrupsiya şəbəkəsini ifşa etmək və faktlarını araşdırmaq qərarına gəlsələr, 2018-2019-cu illərdə işə qəbul olunan işçilərin əmək müqavilələrinə nəzər yetirmələri kifayət edər. Kadrların işə qəbul olunmasında Sahil Babayev əsasən bu metotdan istifadə edir. İlk olaraq müddətli əmək müqaviləsi ilə işçi işə qəbul olunur və bir müddət sonra həmin vəzifə Dövlət İmtahan Mərkəzinə müsahibə və müsabiqə üçün təqdim olunur.
Həmin şəxs işə götürüldüyü vəzifə üzrə imtahanlardan keçənə qədər başqa şəxslər imtahanlardan uğur qazansa belə həmin vəzifəyə təyin olunmur. Əfsuslar olsun ki, Sahil Babayevin saxta təbəssümü onun bu qədər özbaşınalıqlarını ört basdır etməyə kifayət edir. Bir az əvvəl nazir Sahil Babayevin DTX rəisi general-leytenant Əli Nağıyev ilə müqayisəsini boşuna aparmadıq. Sözün əsl mənasında Əli Nağıyev öz işinin peşəkarıdır və dövlətin təhlükəsizliyi üçün əlindən gələni edir. Bu gün həm daxili, həm də xarici qüvvələr ölkəmizin sabitliyini pozmağa çalışır.
Məmur soyqırımını Sahil Babayev şəffaflıq nağılları ilə ört basdır edir. Düzdür, bu gün bir çox məmur vətəndaşlardan haqsız rüşvət tələb edir. Bu etik cəhətdən düzgün olmasa da, məmurların düşük əmək haqqı ucbatından bu cür əyri yola düşdükləri ortadadır. Lakin, Sahil Babayevin korrupsiya oyunları isə talançılıq, dövlətə və xalqa xəyanətdir.
Biz Sahil Babayevi Prezidentə sədaqətli olmağa və xalqa qərəzli olmamağa çağırırıq.
Araşdırmalarımız davam edir. Bizi izləyin. Bu yaxınlarda oxuyacağınız daha bir araşdırma yazısından sonra bir daha başa düşəcəksiniz ki, ölkənin ən ağır və məsuliyyətli nazirliyini Sahil Babayev hansı vəziyyətə gətirib?
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23 |
|
|
|
|