Təhsil sistemində nələr baş verir? - İTTİHAM
Tarix: 21-10-2019, 10:49 | Çap et
“Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 31 mart tarixli 1399 nömrəli Sərəncamına əsasən, Bakı şəhəri təhsil şöbələri ləğv edilib. Sərəncamın icrası məqsədilə Nazirlər Kabinetinin 28 iyul 2006-ci il tarixli qərarına əsasən, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradılmışdır. BŞTİ yarandığından indiyə qədər keçən 13 il ərzində müxtəlif inkişaf pillələrindən keçib. Bəzən sərt tənqidlərə tuş gəlsə də təhsil sahəsində atılan mütərəqqi addımlarla da gündəmin qəhrəmanına çevrilib. Təbii ki, idarəyə rəhbərlik edənlərin iş təcrübəsi, fəaliyyət mexanizmləri bu sahədə mühüm rol oynayıb. Müxtəlif şəxslərin rəhbərlik dönəmlərində BŞTİ fərqli ampulalarda görünüb-hər halda paytaxtın pedaqoji ictimaiyyəti dediklərimizi təsdiq edə bilər. Rubrika.Az xəbər verir ki, saytımız hər zaman BŞTİ-nin fəaliyyətini diqqət mərkəzində saxlayıb, müsbət və mənfi məqamları obyektiv şəkildə işıqlandırıb. Biz idarənin fəaliyyətinə şəxslərin prizmasından yanaşmamışıq,ümumi işin xeyrinə və ziyanına olan məqamlara diqqət ayırmağa çalışmışıq. Bu gün də eyni mövqedəyik-məqsədimiz fərdləri təhlil etmək deyil,ümumi işin xeyrinə çıxış etməkdir. Hələ Elnur Əliyevin BŞTİ-nə rəhbərlik etdiyi dönəmdə baş verən neqativ hallara ən kəskin reaksiya saytımız tərəfindən verilib. Onun formalaşdırdığı qeyri-peşəkar-despotik idarəetmə mexanizmi tərəfimizdən kəskin tənqid edilib. Eyni tərzdə-bu dəfə müsbət ampulada Ceyhun Bayramovun mütərəqqi idarəetmə üslubunu-BŞTİ-də apardığı islahatları təqdir etmişik. Məhəbbət Vəliyevanın uğurla davam etdirdiyi idarəetmə kursunu da müsbət dəyərləndirmişik, geniş işıqlandırmışıq. Bütün bunları qərəzsiz,Azərbaycan təhsilinin inkişafına yardım məqsədilə etmişik. Çünki, media mənsubu olaraq “düzü düz,əyrini əri” yazmağı məslək borcumuz hesab etmişik. Bu yazımızda BŞTİ-nin rəhbəri postunda artıq 10 aydır ki, qərarlaşan Rəşad Tağıyevin fəaliyyətinə nəzər salacağıq. Düzünü desək cənab Tağıyevin nəzər salınası elə də ciddi bir fəaliyyəti yoxdur desək daha doğru olar.Tez-tez mətbu orqanları dəvət etməklə görülən işlər barəsində ictimai müsbət fikir formalaşdırmaq idarəetmə deyil, öz-özünü aldatmaqla “gözdən pərdə asmaqdır”. Məşhur kinoda deyildiyi kimi bu... Çünki,onu tanıyanlar Rəşad müəllimi gözəl insan, peşəkar hüquqşünas,iqtisadçı, elm xadimi,dahi və s. kimi xarakterizə edə bilər. Amma daha yaxından tanıyanlar bilirlər ki, onun təhsil sisteminə yaxından-uzaqdan bağlılığı yoxdur. Kiminsə dostu,iş ortağı olmaq bu şəxsin zorən təhsil sisteminə transfer edilməsinə səbəb ola bilməz. Bu Messini Barcelonanın baksetbol komandasında oynatmaq kimi bir şeydir. Bunun topunu ver, qoy özü öz futbolunu oynasın. R.Tağıyevin nəinki təhsil sisteminə bağlılığı,eləcə də idarəetmə qabiliyyəti sıfıra bərabərdir. O daha yaxşı icraçıdır-verilən əmrləri reallaşdırmağı,yuxarıdan edilən telefonları cavablandırmağı əla bacarır. Amma,nə deyirsinizsə deyin-paytaxtın təhsil sektorunu yönəltmək onun işi deyil. Zatən BBTİ hələ də “özü burda olmayıb ürəyi burda olanlar” tərəfindən yönəldilir. Nədənsə Elnur Əliyevin maliyyəçi barmağı hələ də BBTİ-nin cibindən çıxmır. Elə R.Tağıyev də bu barmağın cazibə dairəsindədir.
Rəşad Tağıyevin fəaliyyəti bütün sferalarda paytaxtın təhsil sektorunun çökdürülməsinə yönəlib. BŞTİ-də indiyə qədər tutduğu bütün vəzifələrdə demək olar ki, özünü doğrultmayan,daha çox ikinci plan oyunçusu funksiyasını yerinə yetirən bu şəxsin hansı məntiqlə belə yüksək posta gətirilməsi müxtəlif suallar doğurur. Yuxarıda qeyd etdiyimiz kimi bu postda da onun ikinci planda kiminsə gözəgörünməz missiyasını yerinə yetirdiyi şübhəsizdir.
R.Tağıyevin idarəçilik qabiliyyətinin yerində olmaması ilə yanaşı onun paytaxtın təhsil ictimaiyyəti arasında da ciddi nüfuzunun olmaması xüsusilə qeyd edilməlidir. Aldığımız məlumatlara görə, BBTİ-də sıradan bir məmurun məktəb direktorları üzərində nəzarəti və nüfuzu daha çoxdur, nəinki müdirin. Ölkədə siyasi vəziyyəti gərginləşdirməyə, xaos,anarxiya yaratmağa cəhd edən qüvvələr son zamanlarda xeyli fəallaşıblar. Belə gərgin vəziyyətdə hər bir dövlət qurumu daha fəal olmalı,siyasi sayıqlığı artırmalıdır. R.Tağıyevin fəaliyyətsizliyi dövründə paytaxtın təhsil ocaqlarnda, BBTİ-də hər hansı tədbirin keçirilməsi, siyasi təbliğatın aparılması haqqında məlumata rast gələ bilməzsiniz. Elə bu nəzarətsizliyin,fəaliyyətsizliyin nəticəsidir ki, son təxribat xarakterli aksiyalarda bir xeyli təhsil işçisinin fəal iştirakı diqqətdən yayınmadı. Görünür R.Tağıyevin siyasi orientasiyasının ciddi araşdırmaya ehtiyacı vardır. İndi hamının dövlətçilik amalları ətrafında daha sıx birləşməli olduğu halda BBTİ-nin müdiri deyəsən siyasi sayıqlığını tamamilə itirib. Ümumiyyətlə E.Əliyevin BBTİ-də formalaşdırdığı distant idarəçilik burada anarxiyaya səbəb olub. Bir daha qeyd edirik ki, kənardan idarənin fəaliyyətinə o qədər müdaxilələr mövcuddur ki, kimin əlinin kimin cibindən çıxdığı məlum deyil. Təbii ki, bu siyahıda E.Əliyevin “əli” xüsusi olaraq qeyd edilməlidir. Hörmətli vergilər naziri M.Cabbarovdan xahiş edirik ki, E.Əliyevin bu “əli”nin BŞTİ-dən çəkilməsini təmin etsin. Ümumiyyətlə onun nazirlik dönəmindən BŞTİ-də “həzin bir xatirə” kimi qalan R.Tağıyevin də öz doğma gəmisinə dönməsi daha yaxşı olardı. Beləcə BBTİ Vergilər Nazirliyinin bir sektoru kimi fəaliyyət göstərməkdə davam edir!
BBTİ bu yarıtmaz idarəçilik ucbatından yersiz intiriqalara meydan olub. İdarədə olan daha peşəkar, öz işinin ustası olan kadrlar əslində müxtəlif yollarla təqib olunur, fəaliyyətinə əngəllər törədilir. Sirr deyil ki,BBTİ-nin müdir müavini İlhamə Abdullayeva indiki dönəmdə burada təhsil atmosferinin qorunub saxlanılmasında,paytaxt məktəblərinin problemlərinin həllində müstəsna rol oynayır. İlhamə xanımın təhsil sisteminə olan bağlılığı, bu işi dərindən bilməsi idarədə olan qeyri-peşəkarları əməlli-başlı qıcıqlandırır. Həmçinin onun böyük nüfuzu da bu “mehriban düşmənlər” üçün arzuolunmazdır. Bu gün hər vəchlə İlhamə xanımın fəaliyyətinə əngəllər törədilir, səlahiyyətləri azaldılır. Bu yersiz intriqaların son zərbəsi isə paytaxtın təhsil sisteminə dəyir. Həzarat, məlumunuz olsun ki, İlhamə Abdullayevanın şanına söylədiyim bu təriflər hərçənd ki, onun ürəyincə olmayacaq. Təbii ki, o özü əslində heç zaman bu yazının bu şəkildə dərc olunmasına razı olmazdı. Lakin böyük Sabirin dediyi kimi də "düzü düz, əyrini əyri" prinsipi ilə mənim demokratik ölkədə yazmaq hüququmu heç kəs əlimdən ala bilməz. Dövlət başçısının, xüsusilə Mehriban xanımın təhsil sisteminə göstərdiyi böyük diqqət nəticəsində son illərdə böyük uğurlar əldə edilib. Çəkilən zəhmət artıq ilkin bəhrələrini verir. Belə bir məqamda paytaxtın təhsil sektorunun fəaliyyətinə mane olan bu yersiz intriqalar,qeyri-peşəkar idarəetmə kimlərin maraqlarına xidmət edir? Təhsillə elə də ciddi bağlılığı olmayan şəxslərin ümidinə qalan Bakı təhsilini acınacaqlı duruma salmaq bilavasitə dövlətin, nazir C.Bayramovun bu sahədə atdığı inqilabi addımlara badalaq vermək deyilmi? Təhsiilimizə badalaq atan əlləri,ayaqları kəsməyin zamanı çatmayıbmı... Rubrika.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23 |
|
|
|
|