"Obyektlərə gedəndə qanunsuzluqlar aşkar edirdim..." - GİLEY
Tarix: 9-09-2019, 09:35 | Çap et
“Obyektlərə gedəndə qanunsuzluqlar aşkar edirdim. Bu qanunsuzluqların başında idarənin balans uçotu şöbəsinin müdiri Həbib Məmmədovun dayandığını bilirdim. Bu barədə rayonun işıq idarəsinin rəisinə də bildirirdim. O isə tədbir görəcəyinə söz verirdi. Mən bu qanunsuzluqlarla bağlı sosial şəbəkələrdə yazırdım. Nəticədə idarə rəhbərliyi qərara gəldi ki, bu qanunsuzluqlara son qoymaqdansa, məni işdən kənarlaşdırmaqla məsələni ört-basdır etsinlər”.
Cəlilabad rayonunun Uzuntəpə kənd sakini Kamran Ağayev 3 il həmin rayonun işıq idarəsində mühəndis-nəzarətçi işləyib. Onun deməsinə görə, işlədiyi müddətdə gördüyü qanunsuzluqlara göz yuma bilməyib, gördüklərini sosial şəbəkələrdə paylaşıb. Nəticədə özü işsiz qalıb. Bu azmış kimi, idarənin balans uçotu şöbəsinin müdiri Həbib Məmmədov onu məhkəməyə verib, həbs olunmasını tələb edir.
Karman Ağayev Dövlət Neft Akademiyasını bitirib. 2016-cı ilin fevral ayında idarəyə işə qəbul olunub. Xidməti ərazisi olan fermalarda və başqa obyektlərdə olarkən qanunsuzluqlar aşkar edib. Bununla bağlı Cəlilabad rayon Elektrik Şəbəkəsinin rəhbərliyinə məlumat verib:
“Həmin vaxt rəisimiz Aydın Məmmədov idi. Mən ona qanunsuzluq barədə xidməti məruzə etdim. Həbib Məmmədov məni dəfələrlə kənara çəkib xəbərdarlıq etdi ki, “nə gördün, yum gözünü, keç, sənlik deyil”. Mənsə bildirdim ki, xidməti ərazimdə kimsə dövlətin əmlakıyla şəxsi əmlakı kimi davrana, qanunu poza bilməz. Ondan sonra Həbib Məmmədov mənimlə qərəzçilik aparmağa başladı”.
Kamran Ağayev deyir, qərəzçilik bu ilin iyulunda onun işsiz qalmasına səbəb olub:
“İyun ayının 29-dan bülletendə olmuşam, həmin vaxt əlinə girəvə düşən idarə rəhbərliyi mənim barəmdə təqdimat yazaraq işdən çıxarılma əmrimi imzalayıb. Çünki rəis özü sonralar mənə etiraf etdi ki, Kamran, səninlə bağlı təqdimatı mənə Həbib yazdırdı, yoxsa yazmazdım. Rəhbərliyin bu hərəkəti növbəti qanunsuzluq idi, çünki mən bülletendə ola-ola işdən azad etmişdi. Cəlilabad rayon Elektrik Şəbəkəsində baş verən qanunsuzluqla bağlı prezidentə, prokurora, “Azərişıq” ASC-yə, Energetika Nazirliyinə və başqa qurumlara yazdım. Yazdıqlarıma yalnız Energetika Nazirliyindən reaksiya oldu. Yoxlama keçirildi və sadaladığım qanunsuzluq faktları təsdiqləndi”.
Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialının rəisi Elçin Qocayev sentyabrın əvvəli Kamran Ağayevə göndərdiyi məktubda qeyd edib ki, onun prezidentə və digər qurumlara ünvanladığı müraciətlər bu filiala yönəldilib. Müraciətdə qaldırılan məsələlər araşdırılıb. Qeyd olunan qanun pozuntuları təsdiqlənib, Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Maarif Novruzov və balans uçotu şöbəsinin rəisi Həbib Məmmədov barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Məktubun sonunda bildirilib ki, Cəlilabad Elektrik Şəbəkəsinin əməkdaşlarının fəaliyyətinin araşdırılması, onların barəsində hər hansı intizam tənbehi tədbirlərinin görülməsi Energetika Nazirliyinin səlahiyyətlərinə aid deyil. Kamran Ağayevə tövsiyə edilib ki, bunun üçün o, aidiyyəti qurumlara müraciət edə bilər.
Kamran Ağayev energetika nazirinin qəbulunda olduğunu da deyir: “Pərviz Şahbazov dedi ki, biz qanunsuzluqları aşkar edib aktlaşdırmışıq, bundan o tərəfə addım atmaq bizim səlahiyyəmizə aid deyil. İşdən çıxarılmağına gəlincə, get, məhkəməyə ver. Bugünədək Pərviz Şahbazovdan başqa heç bir qurum, nazir müraciətlərimlə maraqlanmayıb. Bu cəzasızlığın nəticəsidir ki, mənimlə qərəzçiliyi hələ də davam etdirən Həbib Məmmədov guya ona böhtan atmağıma görə məni xüsusi ittiham qaydasında şikayət ərizəsiylə məhkəməyə verib, 3 illik həbs olunmağımı tələb edir. Halbuki, dediyim kimi, idarənin qanunsuzluqlarını Energetika Nazirliyi də təsdiqləyib”.
Həbib Məmmədovun şikayət ərizəsi üzrə Cəlilabad Rayon Məhkəməsində iki dəfə məhkəməyə hazırlıq iclası təyin olunub. İlk iclas avqustun 29-na təyin olunsa da, Kamran Ağayevin yaşadığı ünvana bildiriş avqustun 31-də gəlib. Bu səbəbdən də hazırlıq iclası baş tutmayıb. Hazırlıq iclası növbəti dəfə sentyabrın 5-nə təyin olunub, ancaq bu dəfə Həbib Məmmədov hazırlıq iclası başlamamışdan məhkəmə binasını tərk edib və qayıtmayıb. Hakim iclası növbəti dəfə sentyabrın 17-dək təxirə salıb.
İki ay əvvəl Kamran Ağayev də işə bərpa ilə bağlı məhkəməyə müraciət edib. Ancaq deməsinə görə, işi icraatına götürən hakim iki aydır ki, məhkəməni keçirmir.
Kamran Ağayevin ailə üzvləri deyir, Cəlilabad Elektrik Şəbəkənin rəisi yaşadıqları ünvana gələrək onlardan tələb edib ki, Kamrana təzyiq göstərsinlər, şikayətlərini dayandırsın. Bundan başqa, Həbib Məmmədovun tapşırığıyla polislər ünvana gələrək Kamran Ağayevi polis şöbəsinə aparıblar. Anası danışır:
“Həbib Məmmədov rayonda at oynadır, ailəmizə zülm eləyir. Həyətimizə o qədər polis tökmüşdü ki… Kamranı elə apardılar ki, sanki qatı cinayətkar, qatil tutublar. Evdə ruhi xəstə var, baş verənlərdən vəziyyəti ağırlaşmışdı, mən həmin vaxt qorxmuşdum, əsəb, sarsıntı keçirmişdim, indiyə kimi də yüksək təzyiqdən, şəkərdən əziyyət çəkirəm. Bu uşağın günahı nədir ki?.. Düzgünlük… Gördüyü əyriliyə, saxtakarlığa göz yummamaq…”
Kamran Ağayevin atası da vaxtilə yerli işıq idarəsində elektrik kimi çalışıb. Qanunsuzluqlara görə ərizə yazaraq könüllü işdən çıxıb.
Cəlilabad Elektrik Şəbəkəsindən bildirilib ki, Kamran Ağayevin əmək əmək müqaviləsinin müddəti bitib, “Azərişıq” ASC rəhbərliyi onunla yeni müqavilə imzalamayıb. Balans uçotu şöbəsinin müdiri Həbib Məmmədovsa bildirib ki, Kamran Ağayevin iddia etdiyi bütün məsələlərə Cəlilabad Rayon Məhkəməsi hüquqi qiymət verəcək. Bu səbəbdən də o, iddialara münasibət bildirməyib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23 |
|
|
|
|