Kardiologiya İnstitutu "təcrübə obyektinə" çevrilib - İDDİA
Tarix: 19-08-2019, 09:34 | Çap et
Oqtay Şirəliyev “Sobsan” boyalarının kardiologiya sahəsində əvəzzsiz “pereparat” olduğunu kəşf edəndən sonra C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna direktor təyin olunan Gülnaz Dadaşova bu qocaman səhiyyə ocağını çökdürmək üçün əlindən gələni etməkdədir. Səhiyyə naziri ilə qohumluğun komfortundan gen-bol yararlanan Gülnaz xanımın apardığı “islahatlar” İnstitutun inkişafından daha çox bir neçə şəxsin gəlir sahəsinə çevrilməsinə xidmət edir. Burada indi hər şeyi pul həll edir-təcrübə, bilik heç bir rol oynamır. Yalnız direktor və onun komandasının kriteriyalarına cavab verənlər önə çəkilirlər. İlk öncə ondan başlayaq ki, Rubrika.az saytında Kardiologiya İnstitutu ilə bağlı tənqidi yazılar dərc olunanadan sonra G. Dadaşova nöqsanları düzəltmək əvəzinə bəzi KİV-lərdə özü haqqında mədhiyyələr dərc etdirməyə başlayıb. Az qala özünü Azərbaycan səhiyyəsinin xilaskarı, böyük elm xadimi kimi təqdim edən direktorun təqdim etdirdiyi statistik rəqəmləri və “inkişaf nağılları”nı isə hələ ki, nə görən var nə də eşidən. Həmin mədhiyyələrdə yazılanlar ancaq G.Dadaşovanın bər-bəzəkli kabinetində ola bilər, Kardiologiya İnstitutu isə relsdən çıxmış qatar kimi labüd uçuruma doğru getməkdədir. G.Dadaşova vəzifəyə gələr-gəlməz Kardiologiya İnstitutunun peşəkar tibb personalına qarşı savaş açdı. Uzun illər burada çalışan,təcrübəli həkimlər heç bir səbəb olmadan institutdan uzaqlaşdırılır, əvəzinə direktorun “tələblərinə” cavab verən yeni kadrlar işə alınırlar. Təsəvvür edin ki, ağır xəstələr kateqoriyasından olan kardioloji xəstələrə yardım göstərən reanimasiya şöbəsinə kardioreanimasiya barəsində heç bir bilik və bacarığı olmayan, xəstələrə adi yardım etməyi belə bacarmayan Təvəkkül Yusifovu təyin edib. Dəfələrlə direktora T.Yusifovun işinin öhdəsindən gəlmədiyini bildirdikdə isə G.Dadaşova “eybi yox,kursa göndərərəm öyrənər” cavabını verib. Bax beləcə Kardiologiya institutunda xəstələr təcrübə obyektinə çevrilib, yeni kadrların təcrübə toplamasına xidmət edir. G.Dadaşovanın gəlişindən sonra “dərman mafiyası” Kardiologiya İnstitutunda əl-qol açıb. İndi Kardiologiya İnstitutu kardioloji xəstələrə lazım olmayan bahalı dərman pereparatlarını və bioloji aktiv əlavələri təmsil edən dərman firmalarının əməkdaşlarının sevimli oylağıdır. Direktorla asanlıqla anlaşan bu firmaların məhsulları xəstələrə od qiymətinə satılır. Rubrika.az saytına verilən məlumata görə direktorun köməkçisi Firuzə Fərəcovanı “görəndən sonra” bu firma əməkdaşlarının təqdim etdiyi dərmanlar xəstələrin ömrünə balta çalmağa başlayır. Məlumatlarda o da bildirilir ki, direktorun razılığını 3 min manatdan başlayan qiymətlərə almaq olar. Gerisi isə artıq həkimlərin reseptlərində sıralanan keyfiyyətsiz və baha dərmanlarda öpzünü göstərir. Məsələn, olduqca bahalı “Epleramid” adlı sidikqovucu pereparatı Reanimasiya şöbəsinin “sevimli dərmanları” kateqoriyasına daxildir. Xəstəyə aidiyatı oldu-olmadı uzunmüddətli təyin olunan bu pereparata xəstələr böyük məbləğdə pullar xərcləyirlər. Halbuki bu dərmanın satışda xeyli ucuz analoqları da var. G.Dadaşovanın Kardiologiya İnstitutunda apardığı yeniliklərdən biri barəsində əvvəlki yazılarımızda məlumat vermişdik. Onun kabinetləri,laboratoriyaları satışa çıxardığı barəsində artıq bilməyən yoxdur. Amma, xəstələrə ən vacib olan laboratoriyaları təmir etdirməyə direktor nədənsə nə pul tapır,nə də həvəs. Kardioloji xəstələrin ən ağır kateqoriyasına aid olan ürək çatışmazlığı olan pasiyentlərdə ağ ciyərlərdə mayenin durğunluğu nəticəsində boğulmalar,tənginəfəslik yaranırvə bu xəstələrə ağciyərlərin rentgenoskopiyasının aparılması zəruridir. Amma, G.Dadaşova Rentgen kabinetinin fəaliyyət göstərməsinə ehtiyac görmür. Məlumata görə rentgen aparatı təmir olunmalıdır, amma direktor buna da ehtiyac görmür. Səbəb isə çox sadədir-rentgen otağı o qədər də gəlir gətirmir. Əvəzində yaxşı gəlir gətirən,pul qazandıran exokardioqrafiya kabinetlərini sayı durmadan artaraq 15-ə çatıb. Ağır xəstələr isə rentgen olunmaq üçün digər xəstəxanaların qapılarında sürünməli olurlar. O.Şirəliyevin Azərbaycan səhiyyəsinə vurduğu zərbələr haqqında dastanlar bağlamaq olar. İnanırıq ki, tezliklə səhiyyəmizin bu sağalmaz xəstəliyinin müalicəsi olacaq. O.Şirəliyevə isə məsləhət bilərdik ki, gedərkən öz qohum-əqrəbasını da səhiyyəmizdən yığışdırsın. Bəlkə bir az nəfəs aldıq... Rubrika.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23 |
|
|
|
|