Seçkilərdə müşahidəçi olmaq istəyənlər üçün son gün .....                     Əgər Bakı, Tiflis, İrəvan birgə hərəkət etməsə... .....                     Prosesin uzanması Ermənistan üçün itkidir .....                     Avtobuslarda şagirdlər üçün güzəşt tətbiq oluna bilər... .....                     ABŞ - Ermənistan sazişinin ömrü uzun çəkməz .....                     Əyalət mollasının KÖLƏ TƏFƏKKÜRÜ .....                     Kəngərlinin icra başçısının QIŞ TƏDARÜKÜ .....                     İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! .....                     AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' .....                     Yaradanquliyevanın dövlətə borcu var imiş... .....                     "Telefonlar dərs zamanı qadağan olunsa da..." .....                     Azərbaycanın “məcburetmə əməliyyatı” .....                     Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir .....                     Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? .....                     “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” .....                     Yeni virus öldürücüdür? .....                     ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? .....                     İxtisarlarla bağlı məlumat doğru deyil .....                     Araik Harutyunyan məhkəmədə üzr istədi .....                     "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" .....                     Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir .....                     Şadlıq sarayında Renkaya qarşı kobudluq .....                     Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib .....                     İran Ermənistanı belə cəzalandıracaq .....                     "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, .....                     Paşinyan dalana dirəndi: .....                     Prosesin uzanması Ermənistan üçün itkidir .....                     Erməni deputatdan sərsəm iddialar .....                     "Bu savaş tezliklə bitməyəcək" .....                     Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi .....                     “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” .....                     İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? .....                     Azərbaycanda növbəti super nazirlik yaradılır? .....                     Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir .....                     Prokuror 7 il 10 ay 15 gün iş istədi .....                     ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb .....                     Prokuror məşhur tiktokerə .....                     Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir .....                     "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." .....                     İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin .....                 

Fazil Məmmədovun ölənlərinə rəhmət oxuyan sahibkarların sayı xeyli artacaq… - GƏLİŞMƏ
Tarix: 26-07-2019, 11:08 | Çap et
Fazil Məmmədovun ölənlərinə rəhmət oxuyan sahibkarların sayı xeyli artacaq…
Son zamanlar xüsusilə kiçik və mikro sahibkarlıq subyektlərinin Vergilər Nazirliyinin çoxalan xəbərdarlıqları ilə bağlı narahatlıqları artıb. Xatırladaq ki, bir müddət əvvəl vergilər nazirinin özü artıq ilin sonlarından başlayaraq, vergi nəzarətinin gücləndiriləcəyi və sərt tədbirlər görüləcəyilə bağlı xəbərdarlıq etmişdi.

Sonradan minimum əmək haqqının 250 manata qaldırılması ilə bağlı qərarın verilməsi və bunun sahibkarlara əlavə xərclərə başa gələcəyini nəzərə alsaq, nazirliklə sahibkarlar arasında yeni gərginlik ocağının yaranacağını ehtimal etmək çətin deyil.

Ötən gün isə Vergilər Nazirliyinin əmək münasibətlərinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə konsepsiyanı təsdiq etdiyinə dair məlumat yayılıb. Həmin konsepsiyadan belə nəticə çıxarmaq olar ki, nazirlik sahibkarların vergi bəyannamələrində muzdlu işçilərin əmək haqlarının hətta artırılmış minimum üzrə, yəni 250 manat göstərilməsilə razılaşmaq fikrində deyil.

Sənəddə deyilir ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, qeyri-neft sektorunda və qeyri-dövlət sektorunda çalışan şəxslərin muzdlu işlə əlaqədar olaraq 8000 manatadək əldə etdikləri gəlirlərin 7 il müddətində vergidən azad edilməsi və minimum əməkhaqqının ölkə üzrə 250 manata qaldırılması əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində aparılan siyasətin bir hissəsidir. Lakin iqtisadiyyatın ayrı-ayrı sektorlarında çalışan bir sıra vergi ödəyicilərinin təqdim etdikləri vergi bəyannamələrində, sosial sığorta və işsizlikdən sığorta hesabatlarında əks etdirdikləri əməkhaqqı məbləğləri təsərrüfat subyektinin real potensialı, eləcədə həmin sektor üzrə fəaliyyət göstərən və əməkhaqqının düzgün müəyyən edilməsinə üstünlük verən vergi ödəyicilərinin əməkhaqqı məbləği göstəriciləri ilə uzlaşmır və hətta onlardan bəzən bir neçə dəfə aşağı olur. Hətta işçilərinin sayı, əmlakı və dövriyyəsinin həcmi daha çox olan müəssisələrdə də bir sıra hallarda direktor, baş mühasib, menecer kimi vəzifələr üçün müəyyənləşdirilən əməkhaqqı sıravi işçilər üçün müəyyən olunan məbləğlərlə eynilik təşkil edir. Bundan başqa, bəzi sahibkarlar işin mahiyyətinin muzdlu iş hesab edilməsi üçün əhəmiyyətli əsaslar olduğu halda, işə cəlb etdikləri şəxslərlə xidmət müqavilələri bağlayırlar. Eyni zamanda, əksər vergi ödəyiciləri işçilərlə bağlanan müqavilələrə əsasən ödənilən əməkhaqqı məbləğləri ölkə üzrə müəyyən edilən minimum əməkhaqqı məbləği səviyyəsində göstərilir ki, bu da vətəndaşların sosial və əmək hüquqlarının pozulması ilə nəticələnir.

Qeyd olunur ki, təsdiq edilmiş yeni konsepsiyanın əsas məqsədi belə riskli vergi ödəyicilərini müəyyən edərək onlarla bağlı tədbirlər görülməsidir: «Konsepsiyaya əsasən, yerli vergi orqanları həmin risk meyarları üzrə vergi ödəyicilərinin siyahısını tərtib edəcək. Bu zaman vergi ödəyicisinə ilkin olaraq “Əmək münasibətləri üzrə yayınma riskləri barədə” bildiriş göndəriləcək. Real işçi sayının və əməkhaqqı məbləğinin dürüstləşdirilməsi məqsədilə vergi ödəyicisi vergi orqanına dəvət ediləcək və görüş zamanı vergilərin, o cümlədən işçi sayının və onlara ödənilən əməkhaqqı məbləğlərinin real potensiala uyğun əks etdirilməsi təklif olunacaq. Zəruri hallarda isə vergi ödəyicisinin razılığı ilə “Əməkhaqqı ilə bağlı könüllü öhdəlik” qəbul ediləcək. Vergi ödəyicisi ona təqdim olunan dəlil və sübutlarla razılaşdıqda müvafiq dövr üzrə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi təmin olunacaq. Əks halda, əlavə vergi nəzarəti tədbirlərinin görülməsi üçün aidiyyəti struktura təkliflər veriləcək”.

Bu, o deməkdir ki, nazirliyin müvafiq strukturları sahibkarları fərdi qaydada dəvət edərək, vergi bəyannamələrində əmək haqlarını yüksək göstərmələrini təklif edəcək. Bunun təklif, yoxsa reallıqda tələb olacağını indidən söyləmək çətindir. Ancaq bir şey dəqiqdir ki, xüsusilə də kiçik sahibkarlıq subyektlərinin narahatçılığı üçün ciddi əsaslar yaranır. Çünki göründüyü kimi, sahibkar vergi orqanı ilə razılaşmayacağı təqdirdə “əks halda, əlavə vergi nəzarəti tədbirlərinin görülməsi üçün aidiyyəti struktura təkliflər veriləcək” deyilir.

Məlum olduğu kimi, minimum əməkhaqqının qısa müddətdə kəskin artırılması sahibkarların sosial sığorta ödənişlərini də eyni dərəcədə artırır. Məsələn, 3 işçisi olan hansısa mağaza sahibi əgər minimum əmək haqqı 130 manat olanda təqribən 165 manat sosial sığorta haqqı ödəyirdisə, indi bu məbləğ 320 manatı keçəcək. Ölkədə alıcılıq qabiliyyətinin heç də yaxşılaşmadığı, iqtisadiyyatda və istehlak bazarında hər hansı ciddi müsbət tendensiya müşahidə olunmadığı bir vaxtda, yəni sahibkarın gəlirlərinin artmadığı, hətta azaldığı bir durumda sosial sığorta ödənişlərinin 2 dəfə artması, əlbəttə ki, onun üçün arzuolunan hal deyil. Bu xərclər satışın və xidmətin maya dəyərini çoxaldır, deməli həm də qiymətləri artırmağa vadar edir. Qiymət artımı isə satış və xidmətin kəmiyyətini aşağı sala bilər. Bu da qətiyyən sahibkarın maraqlarına uyğun deyil.

Əlbəttə ki, məmur-oliqarxların iri müəssisə və şirkətlərində doğrudan da əmək haqları və sosial sığortalar üzrə vergidən yayınma hallarının qarşısının alınması doğru addım olardı. Əslində, ən böyük “qara mühasibatlıq” da elə bu cür müəssisələrdədir. Ancaq təəssüf ki, çox vaxt tətbiq edilən yeniliklərdən ən çox onlar yox, sahibi olmayan sahibkarlar əziyyət çəkirlər.

Müstəqil iqtisadçıların bir çoxu haqlı olaraq, sosial sığorta ödənişlərinin minimum əməkhaqqı, yaxud ümumilikdə əmək haqlarının məbləğinə bağlanmasının əleyhinədirlər. Hesab olunur ki, bunun üçün tez-tez dəyişən yox, konkret məbləğ müəyyən edilə bilər. Eyni zamanda, bundan daha artıq məbləğin ödənilməsi də sahibkarla işçinin qarşılıqlı razılaşması əsasında mümkün ola bilər.

Ancaq nazirliyin açıqladığı son konsepsiya göstərir ki, vergi orqanı sahibkarların hətta minimum üzrə, yəni 250 manat əsas götürülərək, sığorta haqqı ödəməsinin əleyhinədir. Baxmayaraq ki, kiçik və mikro sahibkarlıq subyektlərinin böyük əksəriyyəti üçün hətta bu məbləğlə də sığorta haqqı hesablayıb ödəmək böyük çətinlik yaradır. Nəzərə alaq ki, bundan öncə Vergi Məcəlləsinə sadələşmiş vergi ödəyicilərinin bank hesablarına köçürmələrə görə gəlir vergisi ödəyicilərinə çevrilməsinə dair yeni maddənin daxil edilməsi onsuz da bir çox vergi ödəyiciləri üçün əsl baş ağrısına və əlavə xərclərə başa gəlib. Bir tərəfdən də sosial sığorta ödənişlərinin artması heç də yaxşı günlərini yaşamayan kiçik və orta sahibkarlıq subyektlərinin vəziyyətini bir az da çətinləşdirir.

İndi qalır nazirliyin bəyan etdiyi konsepsiyanı reallıqda necə həyata keçirəcəyini gözləmək. Əgər nazirin də bəyan etdiyi kimi, sərt tədbirlərə üstünlük veriləcəksə, Fazil Məmmədovun ölənlərinə rəhmət oxuyan sahibkarların sayı xeyli artacaq…
\\azpolitika.info\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Seçkilərdə müşahidəçi olmaq istəyənlər üçün son gün - DİQQƏT
Bu gün, 09:01
Əgər Bakı, Tiflis, İrəvan birgə hərəkət etməsə... - ŞƏRH
Bu gün, 08:59
Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44
Avtobuslarda şagirdlər üçün güzəşt tətbiq oluna bilər... - AKTUAL
Bu gün, 08:42
ABŞ - Ermənistan sazişinin ömrü uzun çəkməz - GÖZLƏNTİ
Bu gün, 08:41
Əyalət mollasının KÖLƏ TƏFƏKKÜRÜ - VİDEO-ARAŞDIRMA
Bu gün, 08:35
Kəngərlinin icra başçısının QIŞ TƏDARÜKÜ - BU NƏDİ BELƏ?
Bu gün, 08:19
İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! - BUNDAN SONRA...
Bu gün, 07:12
AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' - NECƏ ÖDƏSİN?
Bu gün, 06:44
Yaradanquliyevanın dövlətə borcu var imiş... - FOTO
Bu gün, 06:28
"Telefonlar dərs zamanı qadağan olunsa da..."
Bu gün, 06:24
Azərbaycanın “məcburetmə əməliyyatı” – Ermənistan geri çəkildi
Bu gün, 06:21
Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07
Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03
“Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00
Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42
ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38
İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14
Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12
"Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45
Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43
Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36
Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30
İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16
"Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02
Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00
Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58
Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09
"Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07
Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04
“Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54
İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52
Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49
Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44
Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39
ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36
Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34
Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32
"Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18
İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09
Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08
"Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05
Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01
Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57
“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53
Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51
"Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48
“Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42
Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37
Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru