Ali Məhkəmə "Yeni Həyat Şirkətlər Qrupu"nun qarşısında BOYUN ƏYƏCƏKMİ? - GƏLİŞMƏ
Tarix: 2-04-2019, 11:18 | Çap et
Bu gün Azərbaycan Respublikası Ali Məhkəməsi vətəndaş Sübhan Zayıdovla “Yeni Həyat Şirkətlər Qrupu” arasında yaşanan mülki məsələyə aydınlıq gətirəcək. Mülki məsələ olmasına baxmayaraq, bir çox müşahidəçilər Ali Məhkəmənin bu gün verəcəyi qərarın olduqca böyük əhəmiyyət daşıdığı fikrində həmrəydirlər. Sözügedən məhkəmə prosesinin əhəmiyyətini artıran məqam isə prosesin özündən çox, onun ətrafında yaradılan dedi-qodulardan qaynaqlanır.
“Hürriyyət”in məlumatına görə, iş adamı Sübhan Zayıdovun 15 il öncə “Mərmər” ASC-dən aldığı, Xətai rayonu, Zığ qəsəbəsində yerləşən 5 hektarlıq ərazi 10 ildən sonra “Yeni Həyat Şirkətlət Qrupu” tərəfindən ələ keçirilmiş və tərəflər arasında ciddi məhkəmə çəkişmələrə səbəb olmuşdur. İlk əvvəl tərəflər arasındakı çəkişmələrə incələyən Xətai rayon məhkəməsi “Yeni Həyat”ın lehinə qərar vermiş, daha sonra Bakı şəhər Apellyasiya məhkəməsi bu qərarı qüvvədə saxlamışdı. Son instansiya məhkəməsinin bu gün çıxaracağı qərar açıq-aşkar qanun pozuntularının yer aldığı sənədlərə hüquqi qiymət verəcək.
Məsələni qəlizləşdirən ən əsas məqam isə ondan ibarətdir ki, “Yeni Həyat Şirkətlər Qrupu”nun rəhbəri Babək Babayev Prezident ailəsinin adından istifadə edərək özgə mülkiyyətini qanunsuz yolla ələ keçirə bilmişdir. Halbuki, Dövlət Əmlak Komitəsinin 2014-cü ildə “Yeni Həyat”ın adına rəsmiləşdirdiyi həmin ərazinin 10 il əvvəl Babək Babayevə satıldığı barədə hüquqi sənədlər var. Notarus tərəfindən təsdiqlənən həmin sənədlərdən bəziləri:
Azərbaycan Respublikasının Prezidentinin yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 10/2-118 nömrəli 20.09.2003 –cü il tarixli arayışı, Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən 30.12.2004-cü il tarixində verilmiş 0102-A1-1313 nömrəli Dövlət Qeydiyyatı Haqqında Şəhadətnamə, eyni nazirliyin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə şöbəsinin 30.12.2002-ci il tarixli Kommersiya Təşkilatlarının Dövlət Reyestrindən Çıxarışı, Əmlakın İnventarlaşdırılması Bürosunun 26.08.2004-cü il tarixli Texnik Pasportu və s. Bakı “Mərmər” ASC-yə 26 avqust 2004-cü ildə verdiyi № 006906 saylı Textiniki pasport, Bakı şəhər İcra Hakimiyyətinin ozamankı sədri Hacıbala Abutalıbovun 16.11.2007-ci il tarixli, № 7-972/17 saylı məktubu, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarəedilməsi ürə Dövlət Komitəsinin “Mərmər” ACS-yə 01.07.2007-ci il tarixində göndərdiyi № 08-2/4075 saylı arayışı, alqı-satqı, təhvil-təslim aktları və s.
Bütün bu sənədlərə baxmayaraq, Dövlət Əmlak Komitəsinin həmin ərazini “Yeni Həyat Şirkətlər Qrupu”nun adına özəlləşdirməsi və məhkəmələrin sözügedən özəlləşdirmə əməliyyatını qanuni hesab etməsi təəccüb doğurur və bu suala yol açır:
Görəsən, “Yeni Həyat” bu imtiyazını və gücünü hardan alır?
B.Babayev Sübhan Zayıdovla söhbətlərində dəfələrlə “Yeni Həyat”ın ona deyil, Prezidenti qızı Arzu Əliyevaya məxsus olduğunu, özünün isə sadəcə sifariş yerinə yetirdiyini bildirmişdir. İnformasiya qaynağımız onun eyni iddialarla məhkəmə orqanlarını və Dövlət Əmlak Komitəsinin yetkililərini də aldada bildiyinə inanır:
“Mənim bildiyimə görə, Babək Babayevin himayədarı sabiq Vergilər naziri Fazil Məmmədov olub. Fazil Məmmədovun vasitəçiliyi ilə bir çox mülkiyyətləri qanunsuz yolla ələ keçirən Babək Babayevin zərər vurduğu mülkiyyətçilərdən biri də Sübhan Zayıdovdur. Fazil Məmmədovdan sonra o, Prezident ailəsinin adından istifadə edərək, öz qanunsuz əməllərinə haqq qazandırmağa çalışır. Məhkəmələrin məsələni dərindən araşdırmamasının səbəbi də budur”.
Məhkəmə orqanlarının bu yanlış qərarı “Yeni Həyat”ın Prezident ailəsinin adından istifadə etməsi ilə əsaslandırılsalar da, hadisənin arxasında daha təhlükəli məqamların dayanması ehtimalı mövcuddur və bu ehtimallar, zənnimizcə, daha inandırıcıdır. Məsələ burasındadır ki, Prezident İlham Əliyev son zamanlar etdiyi çıxışlarında bir çox islahatlara gedəcəyini bildirmişdi. Onun vədlərindən biri də hüquqi islahatlardır. Məhkəmə-hüquq sistemində aparılacağı gözlənilən həmin islahatlar zamanı bir çox hakimlərin və məhkəmə sədrlərinin də kitabının bağlanacağı güman olunur. Görünür, məhkəmə sisteminin başbilənləri vətəndaşın mülkiyyət hüququnun pozulmasında Prezident ailəsinin adını hallandırmağa şərait yaradan qərarları ilə ölkə başçısını çətin vəziyyətə salmaq istəyirlər. Başlıca məqsəd bəlkə də bu iddiaların beynəlxalq məhkəmələrə daşınması və ölkə başçısının islahatçı imicinə kölgə salmaq ola bilər.
Bu ehtimalı artıran arqumentlər də az deyil. Yadınızdadırsa, bir neçə gün əvvəl Ali Məhkəmə bir şahid ailəsinin mülkiyyəti barədə cəmiyyətdə böyük xəyal qırıqlığı yaradan qərar qəbul etmişdi. İş adamı Şərurlu İsfəndiyarın lehinə verilmiş bu qərar şəhid ailəsini yaşadığı evdən çölə atılmasıyla nəticələnmişdi. Öz canını vətən torpağı üçün qurban verən bir şəhidin ailəsinə 50 kvadrat metrlik dörd divarın çox görülməsinin toplumda yaratdığı narazılığa daha sonra I Vitse-prezident Mehriban xanım tərəfindən son qoyulmuşdu. Mehriban xanım həmin ailəyə ev bağışlamaqla mürtəce qüvvələrin ölkə rəhbərliyinə qurduğu tələnin qarşısını almışdır. Mümkündür ki, irticaçılar “Yeni Həyat” vasitəsilə Prezident ailəsinə növbəti tələ qurmaq fikrinə düşsünlər. Nədən ki, Ali Məhkəmənin bu gün verəcəyi qərar həm yerli, həm də beynəlxalq istimai rəydə Prezident İlham Əliyevin islahat vədinin sınağı kimi qəbul oluna bilər.
Vətəndaş Sübhan Zayıdov bu versiyanın həqiqəti nə dərəcədə əks etdirdiyi barədə hər hansı fikir söyləmək istəmir. Çünki bu barədə dəqiq informasiyaya malik deyil və konkret dəlillərə söykənməyən mülahizələrlə kiminsə fəaliyyətinə kölgə salmaq doğru olmaz. O, sadəcə öz mülkiyyəti uğrunda mübarizə aparır və məsələnin ölkə daxilində həll edilməsində maraqlıdır. Əvvəl-axır öz şikayətinin ölkə başçısına çatdıra biləcəyini və Prezident İlham Əliyevin hadisələrə müdaxilə edib haqqın, ədalətin bərpa olmasına çalışacağına ümidlidir. İş adamı bu məqsədlə ölkə başçısına və I Vitse-prezidentə məktublar yazıb və həmin məktubların ünvanına çatdığına əmindir. Sadəcə Azərbaycan qanunvericiliyində məktublara cavab ən tez 15 günə cavab verilir və bu müddət ərzində irəli sürülən iddiaların doğruluğu araşdırılır. Sübhan Zayıdov da ölkə rəhbərlərinə yazdığı məktubların hazırda araşdırma mərhələsində olduğuna inanır.
İş adamı onu da bildirdi ki, “Yeni Həyat”ın rəhbəri Babək Babayev məhkəmələrin bu qərarı qəbul etməsində Ədliyyə naziri Fikrət Məmmədova yaxın adamların və hüquq şirkətlərinin adını hallandırırmış: “Guya, onların vasitəçiliyi ilə məhkəmə orqanları bu qərarı qəbul ediblər. Həmin şəxslər isə yaxın dostlarımla söhbətlərində bu faktı inkar etdilər. Açığı, Ədliyyə naziri Fikrət Məmmədovun bu işdə əl olması inandırıcı da deyil. Hamı bilir ki, Fikrət Məmmədov ədalətli şəxsiyyət, vicdanlı dövlət xadimidir. Məhz onun sayəsində Azərbaycan hüquq sistemi az-çox adını qoruya bilib. Yəqin, elə bu səbəbdən də son prezident seçkilərindən sonra qurulan islahatçı hökumət komandasına onun adı salındı. Amma görünür, keçmiş sovetlərdən qalma hüquq sisteminə irticaçı qüvvələr o qədər dərin kök salıblar ki, islahatçı nazirlər də onlarla bacara bilmirlər. Ədalətsiz hakimlər öz qanunsuz fəaliyyətlərini Fikrət Məmmədovun şəxsi nüfuzunun arxasında gizlənərək həyata keçirirlər. İnanıram ki, Prezident ailəsinin də adından bu cür istifadə olunur. Ölkə rəhbərliyinin bu təxribata layiqli cavab verəcəyinə əminəm”. “Hürriyyət”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Bu gün, 13:12 |
|
|
|
• “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Bu gün, 12:42 |
|
|
|
• Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Bu gün, 12:28 |
|
|
|
• Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Bu gün, 12:22 |
|
|
|
• "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Bu gün, 12:20 |
|
|
|
• Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 12:13 |
|
|
|
• Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:05 |
|
|
|
• Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Bu gün, 12:03 |
|
|
|
• QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Bu gün, 11:55 |
|
|
|
• İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Bu gün, 11:33 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Bu gün, 11:25 |
|
|
|
• "Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Bu gün, 11:14 |
|
|
|
• Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 11:12 |
|
|
|
• `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Bu gün, 11:07 |
|
|
|
• Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Bu gün, 11:04 |
|
|
|
• Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Bu gün, 11:00 |
|
|
|
• SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Bu gün, 10:55 |
|
|
|
• “Azercell” bu tarif paketlərinin adını dəyişdirib bahalaşdırır - SİYAHI
Bu gün, 10:51 |
|
|
|
• Azərbaycan və Gürcüstanın həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir - MƏQALƏ
Bu gün, 10:48 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı - BİRGƏ AÇIQLAMA
Bu gün, 10:43 |
|
|
|
• Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir - İcazə verin şübhələnək...
Bu gün, 10:42 |
|
|
|
• "Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub
Bu gün, 10:35 |
|
|
|
• Bakıda dostların KÜTLƏVİ DAVASI: - ekspertlər məhkəməyə çağırıldı
Bu gün, 10:32 |
|
|
|
• Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:28 |
|
|
|
• QOCA KÖPƏYİN SON HƏMLƏSİ... - Tramp NƏ EDƏCƏK?
Bu gün, 10:25 |
|
|
|
• Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu: 80 min manat oğurlandı - TƏFƏRRÜAT
Bu gün, 10:21 |
|
|
|
• ABŞ ''rəngli inqilab''lardan İMTİNA EDİR: Qafqazı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 10:19 |
|
|
|
• Trampın andiçmə mərasiminin yerinin dəyişdirilməsi məmurları çaş-baş salıb - "Washington Post"
Bu gün, 10:16 |
|
|
|
• Hərbi vəzifəlilər ilə keçirilən təlim toplanışı davam edir - VİDEO
Bu gün, 10:02 |
|
|
|
• Bu üç ölkənin münasibəti Qafqazın taleyində mühümdür... - ŞƏRH
Bu gün, 09:56 |
|
|
|
• AQTA bu şirkətdən yenə ofis icarəyə götürdü – Hər ay 116 min ödəyəcək
Bu gün, 09:54 |
|
|
|
• "Balakhani Operating Company LTD" UĞRUNDA SAVAŞ BAŞLAYIB? - Keçmiş prezident məhkəməyə üz tutub...
Bu gün, 09:48 |
|
|
|
• Aktrisa 20 yanvarda ölən oğlundan danışdı: - “Güllə ürəyindən dəymişdi...”
Bu gün, 09:43 |
|
|
|
• Vardanyandan Nelson Mandela “düzəltmək” istəyirlər - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:41 |
|
|
|
• AMEA-nın təhlükə saçan `ÖLMƏZ KAŞŞEY`i... - "Nə qədər vəzifələrini alsalar da, qurtarmır..."
Bu gün, 09:39 |
|
|
|
• Bakıda “Əsrin məhkəməsi” başladı: Düşmənə “fakt” verməyin! - ÇAĞIRIŞ
Bu gün, 09:34 |
|
|
|
• Bakıya qarşı Zəngəzur təxribatı: Erməniləri təşvişə salan xəbər yayıldı - NƏ BAŞ VERİR?
Bu gün, 09:32 |
|
|
|
• Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib
Bu gün, 09:27 |
|
|
|
• Rauf Alməmmədovdan Prezidentə ŞİKAYƏT OLUNDU - "Siyəzənnfet"i LƏĞV ETMƏK İSTƏYİR?
Bu gün, 09:26 |
|
|
|
• Naxçıvanda türkiyəlilərə `QARDAŞ` XİDMƏTİ? - AXI NİYƏ?..
Bu gün, 09:17 |
|
|
|
• Seçkilərdə müşahidəçi olmaq istəyənlər üçün son gün - DİQQƏT
Bu gün, 09:01 |
|
|
|
• Əgər Bakı, Tiflis, İrəvan birgə hərəkət etməsə... - ŞƏRH
Bu gün, 08:59 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44 |
|
|
|
• Avtobuslarda şagirdlər üçün güzəşt tətbiq oluna bilər... - AKTUAL
Bu gün, 08:42 |
|
|
|
• ABŞ - Ermənistan sazişinin ömrü uzun çəkməz - GÖZLƏNTİ
Bu gün, 08:41 |
|
|
|
• Əyalət mollasının KÖLƏ TƏFƏKKÜRÜ - VİDEO-ARAŞDIRMA
Bu gün, 08:35 |
|
|
|
• Kəngərlinin icra başçısının QIŞ TƏDARÜKÜ - BU NƏDİ BELƏ?
Bu gün, 08:19 |
|
|
|
• İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! - BUNDAN SONRA...
Bu gün, 07:12 |
|
|
|
• AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' - NECƏ ÖDƏSİN?
Bu gün, 06:46 |
|
|
|
• AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' - NECƏ ÖDƏSİN?
Bu gün, 06:44 |
|
|
|
|