Üç sabiq nazirin xaricdəki narazı mühacirlərlə əlaqələri olduğu haqda iddialar var - İLGİNC
Tarix: 3-04-2018, 08:41 | Çap et
Azərbaycan hakimiyyəti xaricdən yönələn hücumların kimlər tərəfindən aparılması istiqamətində araşdırmalara başlayıb. Belə bir vaxtda hücumlara yön verənlərdən biri kimi baş nazirin sabiq birinci müavini, hazırda xaricdə yaşayan Abbas Abbasovun adı hallanmağa başlayıb. Onun adı rəsmi şəxslərin dilindən də neqativ planda hallanıb, müxtəlif tədbirlərdə hücumların Abbas Abbasov tərəfindən yönləndirilməsinə eyham vurulub.
Abbas Abbasovun adı ötən prezident seçkisi öncəsi hakimiyyətə qarşı planlarda mərkəzi fiqurlardan biri kimi hallanır. Məsələn, prezidentin köməkçisi Əli Həsənov bu günlərdə bildirmişdi ki, 2013-cü il prezident seçkiləri öncəsi Azərbaycana qarşı təzyiqlər olub. O, xüsusi olaraq vurğulayıb ki, həmin qüvvələr yenidən aktivləşib.
Abbas Abbasovun həmin çevrənin öncüllərindən olması kimsəyə sirr deyil. İndiyə qədər bu haqda kifayət qədər yazılar dərc olunub. Onun 2013-cü ildə prezident seçkiləri öncəsi “Milyarderlər ittifaqı”nda hakimiyyətə qarşı fəaliyyətin yada salmaq kifayətdir. Baxmayaraq ki, Abbas Abbasov bu haqda yazılanların həqiqət olmadığını cidd-cəhdlə sübut etməyə çalışır. Bu məsələlərdə onun yaxın silahdaşı, keçmiş nəqliyyat naziri Ziya Məmmədov da yada düşür. Birgə biznes fəaliyyətləri, siyasi maraqları üst-üstə düşən fiqurlar olaraq Abbasovla Məmmədovun iqtidar komandasından dışlanması səbəblərindən biri də onların xariclə əlaqələrindən qaynaqlanırdı.
Yada salaq ki, Azərbaycanda vəzifələrini itirəndən sonra əvvəl Abbas Abbasov özü, ardınca isə oğlu Aydın Abbasov ölkədən getdilər. Nəqliyyat naziri postundan uzaqlaşdırılan Abbasovun silahdaşı Ziya Məmmədovun oğlu Anar Məmmədov da ölkədən gedib. Aydın Abbasov Türkiyədə məskunlaşsa da, Rusiya ilə sıx əlaqələri haqda bilgilər var. Anar Məmmədovun isə İngiltərədə məskunlaşdığı deyilir. 2015-ci ildən onun ailəsi ilə birgə ölkədən getməsi xəbərləri dolaşır. Onun Azərbaycanda olarkən rəhbərlik etdiyi ailə şirkəti “Garant Holdinq”i ərəblərə satması haqda da məlumatlar var.
Əllərində böyük maliyyə olan “vurulmuş” 2 məmurun övladlarının atalarına istənilən işdə dəstək vermələri şübhə doğurmur. Müxtəlif mənbələr də bu iddiaların yaşamaq hüququnun olduğunu qeyd edirlər. Abbas Abbasovun oğlu Aydın Abbasovun Avropadakı mühacirlərin narazı kəsimi ilə əlaqələrinin olduğu deyilir. O cümlədən Ziya Məmmədovun oğlu Anar Məmmədovun da hazırkı hakimiyyətdən çox ciddi narazılığının olması barədə iddialar var. Bildirilir ki, Ziya Məmmədovun hakimiyyət komandasından uzaqlaşdırılması Məmmədov klanını çox qəzəbləndirib. Onlar hər fürsətdən istifadə edib Azərbaycan hakimiyyətinə badalaq vurmağa hazırdırlar.
İllər öncə Anar Məmmədov “Azərbaycan Amerika Alyans”ı yaradaraq Azərbaycan hakimiyyətinə lobbiçilik fəaliyyəti ilə dəstək verməsi görüntüsü yaratmağa nail olmuşdu. O dövrdə də hər kəsə bəlli idi ki, əslində Anar Məmmədov daha çox mənsub olduğu klanın lobbiçiliyini edir. Hazırda həmin fəaliyyət dövründə qazanılan təcrübədən Azərbaycan hakimiyyətinə qarşı istifadə edilməsi haqda bilgilər var. Ümumilikdə Anar Məmmədov emosional, siyasi hesablamaları olmayan bir gənc kimi xarakterizə olunur. Erkən cavanlığı dövründə bir restoranda ayını kəsdirib kabab çəkdirməsi ilə Azərbaycan ictimaiyyətinin diqqət mərkəzinə gələn Anar Məmmədovun sonrakı addımları da diqqətdən kənar qalmadı. Donald Tramp ABŞ prezidentliyinə namizəd olarkən Anar Məmmədov tələm-tələsik özünün nəzarətindəki saytlarda yazılar dərc etdirməyə başladı. Həmin yazıların əsas qayəsi Məmmədovlarla Trampın, onun ailə üzvlərinin yaxınlığını ortaya qoymaq idi. Donald Tramp ABŞ prezidenti seçilər-seçilməz Anar Məmmədovun sifarişi ilə yayınlanan “şıltaq” məqaləsi atası, o dövrdə nazir olan Ziya Məmmədova böyük zərbə oldu. Oğul Məmmədovun emosional, tələskən davranışı atasının kreslosunun ixtisara salınması ilə nəticələndi.
Hazırda dünyanı idarə edən, xüsusilə Qafqaz regionunda toqquşan güc mərkəzləri ilə sıx əlaqələri olan Abbasovla Məmmədovun övladları hakimiyyətə qarşı addım ata bilərlərmi?
Azərbaycan mühacirətinin narazı kəsimi ilə əlaqə qurub məlumat axınını təmin edə bilərlərmi? Əlbəttə ki, onlar hakimiyyətin mübhəmlərinə Eldar Mahmudov qədər bələd deyillər. Eldar Mahmudov 11 ilə yaxın hakimiyyətin içində olaraq elə bir struktura rəhbərlik edib ki, istəməsəydi belə, əlinin altına qalaq-qalaq informasiya toplanacaqdı.
Onu da Abbas Abbasov, Ziya Məmmədov kimi vurub hakimiyyət “gəmisi”nin göyərtəsindən kənar qoyublar. Mümkündür ki, Eldar Mahmudov da hazırda xaricdən səslənən, dilə gətirilən informasiyaların narazı mühacir kəsiminə axınını təmin edib. Onun özü kimi hakimiyyətdən narazı məmurlar Abbasov və Məmmədovla maraqlarının indiki mərhələ üçün birləşdirməsi də istisna deyil. 10 gün sonra prezident seçkiləri keçiriləcək və nəticədən asılı olmayaraq həqiqətlər də üzə çıxacaq. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13 |
|
|
|
|