Şeyxin qudası tanınmış aviatorun bağ evini zəbt edib – sensasion təfərrüat
Tarix: 27-03-2018, 08:51 | Çap et
Şeyxin qudası Qalib Salahzadə daha bir vətəndaşın mülkiyyət hüququnu qəsb edib, bağ evini özülünə qədər dağıdıb. Zərərçəkmiş Nurid Əliyevin sözlərindən belə aydın olur ki, Bakının Bilgəh qəsəbəsində konstitusiyasının mülkiyyət hüququnu təsbit edən maddəsi fəaliyyətini dayandırıb.
Nurid Əliyevin sözlərinə görə, bağ evi ona babası Nuriddin Məcid oğlu Əliyevdən qalıb. Nuriddin Əliyevə isə həmin bağ evini mərhum prezident Heydər Əliyev bağışlayıbmış: “Babam İkinci Dünya müharibəsinin iştirakçısı olub. Polkovnik, SSR-in əməkdar təyyarəçisi idi. Döyüşdə göstərdiyi cəsarət və qəhrəmanlığa görə ”Qırmızı Döyüş Bayrağı", “Qırmızı Ulduz” ordenləri ilə təltif olunub. “Lenin”, “Oktyabr inqilabı” ordenlərinin laureatı olub. Dəfələrlə Heydər Əliyev tərəfindən mükafatlandırılıb. 20 ilə yaxın Azərbaycan Mülki Aviasiya İdarəsinin rəisi olub. Bu torpağı babama xidmətlərinə görə ulu öndər verib. Babamdan atama, atamdan da mənə miras qalıb".
“Qalib Salahzadə dəfələrlə bizə maşınla su gətirərdi”
N.Əliyevin sözlərinə görə, onun bağ evini söküb özünün nənəsinin adına rəsmiləşdirən Qalib Salahzadə onların bağ evinə əvvəllər ara-sıra gəlib: “Atam sağ olanda Qalib Salahzadə dəfələrlə bizə maşınla su gətirərdi. O vaxt belə deyildi, Bakının hər tərəfində daimi su olmurdu, su problemi vardı. Belə gediş-gəlişlərində Qalib Salahzadə atamdan xahiş edirdi ki, ona yaxınlıqda torpaq sahəsi verilməsinə kömək etsin. Atam ona yaxınlıqda torpaq sahəsi verilməsinə kömək etdi. İllər keçdi, atam rəhmətə getdi. Bundan sonra mən bağa evimə az-az gedirdim. Qalib Salahzadə məni Bilgəhdə hər dəfə görəndə ”birdən bağı satmaq istəyərsən, adam ata mülkünü satmaz, bu torpaq sənə babandan qalıb, səndən də uşaqlarına qalacaq" deyirdi.
“Bilir ki, o bağı babama Heydər Əliyev verib”
N.Əliyevin sözlərinə görə, heç vaxt ağlına belə gətirməyib ki, nə vaxtsa Qalib Salahzadə onun bağ evini zəbt edər: “Qalib Salahzadə çox yaxşı bilir ki, bağ babamdan qalıb. Bilir ki, o bağı babama Heydər Əliyev verib. Onun bunları bildiyi halda bu cür qanunsuzluğa qol qoyacağını heç ağlıma belə gətirməzdim. 2012-ci ildə bağ qonşum Seymur Quliyev mənə zəng etdi. Dedi ki, bağ evinin hasarını Qalib Salahzadə söküb. İnanmadım. Dedim ki, bu mümkün olan şey deyil. Əraziyə gəlib hər şeyi aydınlaşdırana qədər də belə idi”.
“Qalib Salahzadə bizim bağ evlərini yerlə bir etdi”
N.Əliyev deyir ki, onun torpaq sahəsi ilə yanaşı qonşusu Seymur Quliyevin də bağ evi eyni qaydada zəbt olunub, qonşular birgə məhkəmələrdə mülkiyyət hüquqları uğrunda mübarizəyə qalxıblar: “Həmin günlərdə Qalib Salahzadə qonşum Seymur Quliyevin də bağ evini ələ keçirmək üçün hərəkətə keçmişdi. Bilgəh bələdiyyəsindən bir saxta sənəd ortaya atmışdı ki, guya Seymur Quliyevin bağ evi bələdiyyə torpağıdır, həmin torpağı da bələdiyyə onun gəlininə verib. Həmin sənədin saxta olduğu məhkəmədə təsdiqini tapdı.
Buna baxmayaraq, Qalib Salahzadə Seymur Quliyevin 3 mərtəbəli bağ evini darmadağın etdi. Bu gün də Seymur Quliyev özünün bağ torpaq sahəsinə gedə bilmir. Yola bir darvaza qoyublar və yolu, sadəcə, bağlayıblar. Seymur Quliyevin də, mənim də əlimizdə bağ torpaq sahələrinin mülkiyyətimizdə olmasını təsdiqləyən sənədlər var. Qalib Salahzadə Bilgəhdə özünü qanundan üstün sayır. Mənim barəmdə də 14-cü polis bölməsinə şikayət etmişdi. Bölməyə şikayətdə yazmışdılar ki, guya mən Kubra Mirəbdül qızı Camalovanın torpağını zəbt etmişəm. Bölmədən mənə zəng olundu. Araşdırdılar. Məlum oldu ki, Kubra Camalova Qalib Salahzadənin nənəsidir, illər əvvəl dünyasını dəyişib. Ölən nənəsinin adına saxta sənədlər düzəldiblər.
Buna baxmayaraq, sənədlərin saxtalaşdırılması məsələsini araşdıran olmadı. Bu saxtakarlıq ifşa olunandan sonra Bakı Şəhər İcra Hakimiyyəti ”İnşaatservisez" tikinti şirkətinə sərəncam verdi, bizim torpağı da həmin sərəncamla şirkətə ayrılan torpağa qatmışdılar. Dövlət Reyestr Xidmətindən mülkiyyətimizə olan torpağa çıxarış alınıb. Bundan sonra Qalib Salahzadə bizim bağ evlərini yerlə bir etdi. Mən qonşum Seymur Quliyevlə birlikdə vəkil tutub məhkəməyə müraciət etdik. Uzun sürən məhkəmələrdən sonra haqq yerini tutdu. Qalib Salahzadənin əməllərinə heç də təəccüblənmirəm. Onun necə adam olmasını ən azı bütün Bilgəh bilir.
Məni dəhşətə gətirən Hacıbala Abutalıbovun, Reyestr Xidməti rəhbərliyinin, hüquq- mühafizə orqanlarının hərəkətləridir. Qalib Salahzadə nə qədər qanunları ayaq altına atsa da, sonda o da bizim kimi vətəndaşdır. Dövlət məmurlarının dəstəyi olmasaydı, Qalib Salahzadənin bu cür əməlləri görməyə hünəri çatmazdı. Ona görə də üzümü ilk növbədə bu məmurlara tutub deyirəm - siz məmurlar, Hacıbala Abutalıbov, nə əsasla babamdan qalan, dövlətin verdiyi sənədlərlə mülkiyyətimizdə olan evimi başqalarının ixtiyarına verirsiniz? Vicdan, insanlıq qalsın bir tərəfə. Konstitusiya, qanunlar sizin üçün yazılmayıb? Mənimlə nə qərəziniz var? Sizi yüksək vəzifəyə mənim evimin sökülməsi üçün təyin ediblər? Çox arzulayıram ki, adını çəkdiyim şəxslər bu məqaləni oxuyub suallarıma cavab versinlər. Hər halda, nə vaxtsa cavab verəcəklər. Buna çox inanıram. Konstitusiyamız mülkiyyətin toxunmazlığına təminat verirsə, dövlət şəhadətnaməsi ilə üzərində mülkiyyət hüququm təsdiq edilmiş evimi hansı ixtiyarla söküb yerlə bir etmisiniz?"
Yada salaq ki, “Yeni Müsavat”ın 12 mart 2018-ci il tarixli sayında “Şeyxin qudası vətəndaşın 3 mərtəbəli evini dağıdıb" (http://musavat.com/news/seyxin-qudasi-vetendasin-3-mertebeli-evini-dagidib-fotolar_511533.html http://musavat.com/news/seyxin-qudasi-vetendasin-3-mertebeli-evini-dagidib-fotolar_511533.html) sərlövhəli yazıda Nurid Əliyevin qonşusu Seymur Quliyevin bağ evinin zəbt olunmasından söhbət açılırdı.
Qarşı tərəfi də dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13 |
|
|
|
|