Evləri sökülən vətəndaşlar narazıdır - qiymətlər isə bahalaşır
Tarix: 23-03-2018, 11:29 | Çap et
Artıq bir neçə aydır ki, qəzalı vəziyyətdə olan köhnə 2-3 mərtəbəli binaların söküntü işləri və yerində yeni binaların tikintisi prosesi gedir. Artıq Nərimanov rayonundakı bu cür 2-3 mərtəbəli tikililərin bəzilərinin söküntüsü başa çatıb. Nərimanov rayonunda Firdovsi Məmmədov küçəsi 5, 8, 12 ünvanlarda artıq söküntü işləri yekunlaşıb və yerində yeni bina tikintisi işlərinə başlanılıb.
Bu ərazidəki digər qəzalı vəziyyətdə olan evlərin sakinləri də həsrətlə evlərinin söküləcəyi günü gözləyirlər. Evlərini ötən ilin sonlarından gəlib plana salsalar da, söküntü işlərinə başlanılmayıb. Evlərinin söküləcəyini gözləyənlərlə yanaşı, bunun əksinə çıxanlar da var. Belə ki, həmin küçənin bir qisim sakini isə evinin sökülməsinə razı deyil və evlərini tərk etməyəcəklərini bildirirlər. Səbəb isə tikinti şirkətlərinin onlara ədalət prinsipləri ilə yanaşılmadığını və evlərinə düzgün qiymət verilmədiyini bildirirlər.
Bu cür evlərdən birinin sakini Ətrabə Məmmədova deyir ki, onun evi 35 kvadratdır və ona evinin yerində tikiləcək yeni binadan 40 kvadratlıq ev təklif edilir. Qonşusunun evi isə 28 kvadratdır. Ona da 40 kvadrat təklif edirlər və bu, haqsızlıqdır: “Biz tələb edirik ki, ədalətli yanaşsınlar. Evi balaca olana da eyni kvadrat verirlər, böyük olana da... Heç olmasa evi 35 kvadrat olana 50 kvadrat versinlər. Onlara narazılığımızı bildirəndə deyirlər ki, bizdə bir otaqlı evlər 40 kvadratdan başlayır. İstəsəniz də budur, istəməsəniz də. Evimizi də satsaq indiki evlərin qiyməti ilə heçnə ala bilmərik. Biz sadəcə olaraq məsələyə ədalətli yanaşılmasını istəyirik”.
Qeyd edək ki, tikinti şirkətləri köçürülən əhaliyə otaqlarının sayına görə kirayə pulu ödəyir. Məsələn, bir otaqlı mənzili olan insanlara aylıq kirayə pulu 300 manat, 2 otaqlılara isə 400 manat verilir. Bu pullar açılmış hesablara (karta) köçürülür. Bəzi sakinlər isə deyir ki, onlar bu puldan imtina edib həmin pulun əvəzinə onlara artıq kvadrat verilməsini istəyirlər.
Qeyd edək ki, ekspertlər bu cür evlərin tikintisi sayəsində evlərin qiymətinin aşağı düşəcəyini, stabilləşmə olacağını deyir, evsiz insanların daha asan şərtlərlə mənzil əldə edə bilmə imkanının olacağını vurulayırdılar. Ancaq hazırkı real durum isə bunun əksini deyir.
Qeyd edək ki, hazırda Bakıda evlərin qiyməti bahalaşıb. Belə ki, MBA Konsaltinq və Qiymətləndirmə Şirkətinin məlumatına görə Bakı şəhəri üzrə yeni tikililərdə mənzillərin orta qiyməti 148 516 dollar təşkil edib. Aylıq qiymət artımı 22 faiz olub. 1 kv.m üzrə orta qiymət 876 dollar təşkil edib. Aylıq fərq 33.00 dollar (3.77 %) olub. Konkretləşdirsək, bir otaqlı mənzillərin kvadratmetrinin dəyəri 697 dollar, iki otaqlı mənzillərdə 802 dollar, üç otaqlı mənzillərdə 761 dollar, dörd otaqlı mənzillərdə 1086 dollardır. Ən çox qiymət atımı dörd otaqlı mənzillərin kvadratmetrində qeydə alınıb - 18.88 % olub.
Onu da bildirək ki, son 2 ayda torpaq sahələrinin də qiymətində 7 faizədək artım müşahidə edilir. Ən çox bahalaşma Səbail və Nərimanov, ən az isə Binəqədi və Suraxanı rayonlarında müşahidə edilir. Torpaq bazarında qiymət fərqi yaradan digər bir amil isə əmlakın çıxarışının olub olmamasıdır. Çıxarışı olan torpaqlara tələbat çox olduğundan onların qiymətində digərlərinə nisbətən 10 faiz fərq var.
İqtisadçı ekspert Natiq Cəfərli qiymətlər artsa da, satışın həcminin artmadığını bildirdi: “Söküntü işlərinin artımı fonunda qiymət artımı da baş verir. Əsasən sosial mənzillər layihəsi genişlənməli, yeni tikilərin artması lazımdır ki, qiymətlərə təsir göstərsin. Azərbaycanda qəribə bir tendensiya mövcuddur ki, qiymətlər qalxır, amma satışın həcmi artmır. Əgər siz alqı satqıların həyata keçirilməsi ilə bağlı maraqlansanız, görərsiniz ki, ötən aylara nisbətən ciddi bir artım müşahidə olunmayıb. Amma Azərbaycanda belə bir xüsusiyyət var ki, şayiələr qiymətlərə daha çox təsir göstərir, nəinki real iqtisadi vəziyyət. Çox ciddi şəkildə söküntülərin olacağı, mikrorayonların söküləcəyi və digər söküntü proyektlərinin olması geniş müzakirə obyektinə çevrilib deyə hələ ki, müştəri artmadan qiymətlərin artımını müşahidə edirik. Bu o demək deyil ki, artan qiymətlər hesabına satışlar da həyata keçirilir. Avtomobil bazarında da eyni vəziyyətdir. Qiymətlər artıb, amma alıcı yoxdur. Daşınmaz əmlak bazarında şayiələr fonunda qiyməti artırıblar, amma alıcıların sayında ciddi bir artım müşahidə olunmur. Ona görə də bir müddət sonra əgər yeni tikililərin sayı artmağa başlasa, sosial mənzil layihəsi də həyata keçsə, qiymətlərdə müəyyən dərəcədə tənzimləmə mümkündür. Digər amil isə ondan ibarətdir ki, uzun müddət idi ki, banklar tərəfindən ipoteka verilmirdi. Bu ilin əvvəlindən başlayaraq ipoteka fonduna büdcədən əlavə 200 milyon manat ayrıldı. Bu 200 milyon hesabına artıq bəzi banklarda ipoteka kreditlərinin verilməsinə başlanılıb. İpoteka kreditlərinin verilməsi xəbəri belə qiymət artımına səbəb olan amillərdən birinə çevrildi. Yəni hələlik real tələb və təklif qaydalarına görə qiymətlərin dəyişməsini müşahidə etmirik. Əsasən şayiələrə görə və bu şayiələrin fonunda tələbatın artacağı, söküntülərin çox olacağı və bu yöndə olan xəbərlərdə qiymətlərdə artım müşahidə olunur”.
Ekspert bir müddət sonra, əsasən də yay aylarından sonra mənzillərin qiymətində tənzimləmə baş verəcəyi düşüncəsində olduğunu dedi: “Sosial evlər layihəsi sürətlənir, 12 yeni bina tikilməyə başlayacaq. Bu binların tikintisi qiymət bazarına da müsbət təsir göstərəcək və qiymətlərin aşağı düşməsinə müəyyən dərəcədə zəmin hazırlayacaq”. Musavat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13 |
|
|
|
|