"NikoilBank"da özbaşınalıq... - GİLEY
Tarix: 8-01-2018, 09:06 | Çap et
34 yaşlı Sumqayıt sakini İsmayıl Hüseynov iddia edir ki, "Nikoil Bank" onun adına saxta zaminlik sənədi hazırlayıb.
Bu barədə Toplum.Tv-yə İsmayıl Hüseynov özü məlumat verib.
O bildirib ki, 2015-ci ildə həmin bankda 2 ay müddətində təcrübə keçib və saxta zaminlik də həmin tarixə sənədləşdirilib: "Mən İqtisad Universitetinin maliyyə fakultəsini bitirmişəm. 2015-ci ildə 2 aylıq "Nikoil Bank"ın Sumqayıt şəhər, 45-ci məhəllədə yerləşən filialında təcrübə keçmişəm. Orada təcrübə keçəndə məndən diplomun surətini və şəxsiyyət vəsiqəmi tələb etmişdilər. Təcrübəmi bitirdikdən 2 il sonra, yəni 2017-ci ildə "Nikoil Bank"dan mənə məktub gəldi ki, zamin durduğunuz şəxs krediti ödəmədiyinə görə banka yaxınlaşmağınız xahiş olunur. Banka gedib gördüm ki, müdriyyət də həminki deyil, bəzi işcilər də dəyişib. Müdirlə görüşdüm, xahiş elədim ki, kimə zamin durmuşamsa, həmin şəxslə məni əlaqələndirsinlər. Məlum oldu ki, həqiqətən də, 34 yaşıma qədər həmin ad və soyadda tanışım belə olmayıb, nəinki qohumum”.
Vətəndaşın sözlərinə görə, bu məsələdə ciddi saxtakarlıq olub: "Bir nəfər kredit götürüb və bank da 2 il əvvəl onlara təqdim etdiyim sənədlərdən istifadə edərək məni zamin qismində göstərib, hətta əvəzimə sənədlərə saxta imza da atıblar. Filialın müdiri bildirdi ki, bu işlə onların əlaqəsi yoxdur, çünki kredit artıq rəsmiləşdirilib”.
İsmayıl Hüseynov deyir ki, bundan sonra hüquq-mühafizə orqanlarına müraciət edib: "Bir həftə sonra Sumqayıt Şəhər Prokurorluğundan müraciətimə cavab verildi. Bildirdilər ki, müraciətim Sumqayıt Şəhər Polis İdarəsinə yönləndirilib və məsələni araşdırıb məlumat verəcəklər. O vaxtdan indiyədək hələ də xəbər yoxdur. İki gün bundan əvvəl Abşeron Rayon Məhkəməsinə çağırıldım. Məhkəmədə, sadəcə, "Nikoil Bank"ın hüquqşunası var idi, kreditgötürən və sənədləşdirməni aparan şəxs yox idi. Hakimə izah etdim ki, imzamdan istifadə edib sənədlərimi saxtalaşdırıblar və məni saxta zamin kimi göstəriblər. Bankın nümayəndəsi prosesi həyata keçirən işcilərin uzun müddət əvvəl işdən azad olunduğunu bildirdi. Məhkəmədə hakimdən tələb etdim ki, prosesi həyata keçirənlər məhkəməyə çağırılsınlar və mənim imzam ekspertizaya göndərilsin. Məhkəmə şikayətlərimi qəbul etdi. "Nikoil Bank"ın nümayəndəsi bildirdi ki, həmin filial müdirini də məhkəməyə veriblər. Ancaq məlum olundu ki, həmin adam hələ də həbs olunmayıb. Növbəti Məhkəmə prosesi yanvarın 13-ü baş tutacaq. Əgər ədalətli qərar olmasa, başqa tədbirlər görəcəyəm”. Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Toplum.Tv-yə deyib ki, "Nikoil Bank"da belə hallar tez-tez baş verib: "Bir neçə il əvvəl də buna bənzər hadisə baş vermişdi. O zaman vətəndaş imzanın ona aid olmadığını bildirmişdi və onun zamin olmadığını məhkəmə təsdiqləmişdi. Buna görə də bu halda vətəndaşa tövsiyəm odur ki, məhkəmədə imzasının ekspertizada yoxlanılmasını tələb etsin. Sözsüz ki, ekspertiza bunu təsdiq edəcək”.
Ə. Həsənov belə halların ən çox korrupsiya olan yerlərdə olduğunu vurğulayır: "Azərbaycanda bankların kredit verilmə ilə bağlı öz daxili qaydaları var və həmin qaydalardan biri də odur ki, mütləq şəkildə zamin olmalıdır. Bu vəziyyətdə bank kiminsə şəxsiyyət vəsiqəsi və imzasından istifadə edərək saxta zamin göstərir. Əgər kredit vaxtında qaytarılırsa, bu işin üstü açılmır, ancaq kredit götürən şəxs pulu qaytarmırsa belə hallar ortaya çıxır. Hər bir halda bu problemlə qarşılaşan şəxslərə demək istəyirəm ki, məhkəmədə imzanın onlara aid olmadığını bildirsinlər və bu ekspertizada təsdiqləndiyi halda, o bankdan onlara vurulan mənəvi zərəri də tələb etsinlər. Bankın özünü bu cür aparması insana birmənalı zərər verməsi deməkdir. Həmin bankın indiki rəhbərliyinə isə tövsiyəm odur ki, belə halların qarşısını almaq üçün hüquq mühafizə orqanlarına müraciət etsin. Bankda buna kim yol verirsə, həmin şəxsləri cinayət məsuliyyətinə cəlb etsinlər. Həmin işcilər bankdan ayrılmış olsalar belə, onlara qarşı cinayət işinin açılması tam mümkündür, hətta "Nikoil Bank"ın keçmiş idarə heyyətinin sədri Vasili Xamadaya da qarşı cinayət işi açılıb. Çünki vaxtı ilə bu bankda belə hallar çox baş verib”. "Nikoil Bank”ın Marketinq Departamentinin direktoru Rəşad Cümşüdov məsələ ilə bağlı afn.az-a açıqlama verib. O, iş üzrə hazırda araşdırma aparıldığını, qeyd edilən filialda problemlərin, həqiqətən də, yarandığını deyib: "Hazırda proses gedir, daha dolğun məlumatı şikayətlə şöbəsi verə bilər. Bankın mövqeyi bundan ibarətdir ki, hüquq-mühafizə orqanları tərəfindən hansısa bir qayda pozuntularının olub-olmaması ilə bağlı məsələlər araşdırılır. Təfərrüat və nəticə barədə məndə, təəssüf ki, dəqiq məlumat yoxdur”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|