Eldar Mahmudov hansı epizod üzrə dindirilib? –“MTN işi” yekunlaşır
Tarix: 4-12-2017, 09:19 | Çap et
Eldar Mahmudovun komandasına daxil olan və “MTN işi” üzrə sayca 4-cü məhkəmə prosesi də yekunlaşdı. Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevə hökm oxundu.
E.Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum edildilər. Bundan öncə nazirliyin Nəqliyyat və Energetika sahələrində Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik etmiş Akif Çovdarov və 3 işçisinin, İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərovun və Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi Mirəziz Əsgərovun ayrı-ayrılıqda məhkəmələri keçirilmişdi. Aralarında daha 3 MTN generalının da olduğu, 12 nəfərin mühakiməsi isə davam edir. Bu yaxınlarda həbs olunan daha bir sabiq MTN-çi – Eldar Mahmudovun köməkçisi olmuş əmisi oğlu Vüqar Mahmudov isə istintaq altındadır.
2015-ci il oktyabrın 17-də MTN-dəki əməliyyatla başlayan həbslər, istintaq və məhkəmə prosesləri sona çatmaq üzrə ikən “MTN işi” çərçivəsində həbsə alınanlara uzun illər rəhbərlik etmiş Eldar Mahmudovun da ətrafında halqa daralmağa başladı. Ona 2015-ci ilin oktyabrından – işdən çıxarılandan sonra dəymirdilər. İstintaqa çağırıb dindirmirdilər. 2017-ci ilin noyabrına qədər taleyi qeyri-müəyyən olaraq qalırdı.
Yada salaq ki, 2016-cı ilin oktyabrında baş prokuror Zakir Qaralov Eldar Mahmudovun həbs olunması ehtimalı barədə suala cavablandırmışdı. Demişdi ki, ləğv olunmuş MTN əməkdaşları haqda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində də istintaq davam edir. Bütövlükdə istintaq 280 epizod üzrə aparılır. Sitat: “Artıq bilirsiniz ki, həmin cinayət işlərindən biri məhkəməyə göndərilib, digərləri üzrə istintaq davam edir. İstintaqın sonunda kimin həbs olunub-olunmayacağı bəlli olacaq. Prokurorluq orqanlarının ümdə vəzifələrindən biri də vətəndaşlarımızın ərizə və şikayətlərinin baxılmasıdır. Müraciətlər araşdırılır, müvafiq tədbirlər də görülür. Kimin məsuliyyəti varsa, o, məsuliyyətdən kənarda qalmayacaq”.
Belə görünür ki, baş prokurorun açıqlamasında vurğuladığı “kimin məsuliyyəti varsa, o, məsuliyyətdən kənarda qalmayacaq” fikri əsassız deyilmiş. E.Mahmudovun 2 il sonra – 2017-ci ilin noyabrında istintaqa çağırılaraq dindirilməsi də bunu sübut edir.
Eldar Mahmudov işdən azad edilib, Milli Təhlükəsizlik Nazirliyinin də ləğvindən sonra və o və komandası ağır iqtisadi cinayətlərdə ittiham edilir. Keçmiş MTN əməkdaşlarından çox sayda yüksək rütbəli zabit hazırda həbsdədir. Amma keçmiş nazir Eldar Mahmudovun özü hələlik həbs edilməyib. O, haqqında səslənən ittihamlara cavab verməyib.
MTN-lə bağlı prosesi yaxından izləmiş, hətta bəzi məhkəmə iclaslarında şəxsən iştirak etmişhüquqşünas Əyyub Kərimov mediaya açıqlamasında deyib ki, “MTN işi” çərçivəsində aparılan proseslərdə ortaya çıxarılanlar aysberqin görünən tərəfidir.
Ekspert deyir ki, konkret MTN polkovniki Vüsal Ələkbərovla bağlı hökmdə törədilən cinayətlərdə azadlıqda olan başqa generalların da adları çəkilir: “Mən o hökmlə tanış olmuşam, yazılıb ki, “Vüsal Ələkbərov və barələrində cinayət təqibi davam etdirilən digər şəxslərin birləşdikləri cinayətkar qrup”. Yaxud “Vüsal Ələkbərov və qeyrilərindən ibarət mütəşəkkil dəstə…” ifadəsi tez-tez keçir. “Qeyriləri” deyəndə Eldar Mahmudov, Mövlan Şıxəliyev və onun müavini Təhsin Ağayev nəzərdə tutulur. Əgər bu adamlar haqqında yetərincə sübut varsa, niyə onlar kənarda qalıb? Düzdür, məhkəmənin hökmündə də “barələrində cinayət təqibi davam etdirilən” ifadəsi yer alıb.
Başqa sözlə, onlar təqsirləndirilən şəxs qismində cəlb olunmasalar da, nəzarət altındadır. Bəs bu işi başa çatdırmağa mane olan nədir? Yenə də məsələ gəlib siyasi iradəyə dirənir”.
Ə.Kərimov MTN-çilərin törətdikləri iddia olunan əməllərdə prokurorluq və məhkəmələrin də məsuliyyətinə diqqət çəkir. Deyir ki, MTN-çilərin kimisə qanunsuz həbs etdiyini deyəndə həbs qərarlarına imza atmış hakimləri də yaddan çıxarmaq olmaz. Eləcə də istintaqa nəzarət orqanı olan prokurorluğun: “Vüsal Ələkbərov özü də məhkəmədə bunu dedi. Hesab edək ki, bu adamlar qanunsuzluq edib, saxta ittihamla kimisə tuturdu, bəs məhkəmə niyə saxta ittihamla adamın həbsinə qərar verirdi? İstintaqa nəzarət etməli olan prokurorluq hara baxırdı? Niyə həmin hakimlər, prokurorlar məsuliyyətə cəlb olunmayıb?”
Xatırladaq ki, V.Ələkbərovun cinayət işi üzrə proses bu ilin iyulunda Bakı Hərbi Məhkəməsində yekunlaşıb. MTN İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Həmin prosesdə həmçinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və həmin nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlan Şıxəliyevin barəsində cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarılıb və həmin qərarın surəti icra olunması üçün aidiyyəti üzrə prokurorluğa göndərilib. Belə məlumatlar var ki, E.Mahmudovun dindirildiyi epizodlardan biri də bu iş üzrə olub. Mümkündür ki, sabiq naziri növbəti dindirmələrdən birində həbs edəcəklər.(strateq.az)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|