Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb .....                     Samir Abasov yenə öz ampluasında .....                     "25 min manat verdilər getmədim" .....                     Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI .....                     "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm" .....                     Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi .....                     "Həmin şəxslər ora təhrik edilərək gətirilib" .....                     Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi .....                     İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü .....                     Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi .....                     Ermənistan maşınları yolda qaldı .....                     Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən .....                     "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." .....                     Ermənistan ordusu qadınların ümidinə qalır .....                     Professor Nizaməddin Şəmsizadə komaya düşüb .....                     Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır .....                     İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib .....                     Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada .....                     Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... .....                     Obamanın etdiyi vicdansızlıq idi .....                     HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR .....                     İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... .....                     "Yas mərasimi üçün kredit götürürlər" .....                     Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? .....                     Pezeşkian ondan elə bir şey xahiş etdi ki... .....                     AYNA-nın yaratdığı xaos BÖYÜYÜR .....                     Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır .....                     "Space"nin keçmiş rəhbərinə vəzifə verildi .....                     İrana zərbə halında Tehranın cavabı necə olacaq? .....                     "Bu hökumət belə bir addım atsa..." .....                     Tramp hamının planını pozub... .....                     ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb .....                     Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi .....                     "İri bankların əsas problemi odur ki, acgözdürlər..." .....                     Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər .....                     Bakı ilə Tiflis yaxınlaşırsa... .....                     "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." .....                     ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… .....                     “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər” .....                     İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər .....                 

Bakıda məşhur falçıdan ağlagəlməz fırıldaq: - Yüz minlərlə pulu alır, ər-arvadı ayırır, sonra isə uşağını...
Tarix: 1-09-2017, 09:02 | Çap et
Bakıda məşhur falçıdan ağlagəlməz fırıldaq:
Görücü Nəzakət Nəsibova Məmmədovlar ailəsini aldadıb. O. Məmmədovların çox həssas nöqtəsindən yararlanaraq ailədən külli miqdarda pul alıb. Hətta Sübhanə və Fərman cütlüyünün boşanmasına və 650 min dollarlıq villalarının satılmasına səbəbkar olub. Falçı Sübhanə Məmmədovanın ona inamından istifadə edərək, gördüyü iş müqabilində hər dəfə qadından pul və qızıl- zinət əşyaları tələb edib. Ailə aldadıldığını anlayandan sonra isə hüquq-mühafizə orqanlarına şikayət edib.

Məmmədovlar ailəsini tora salan “ekstrasens”

“Cümhuriyət” qəzetinə müraciət edən Bakı şəhər sakini Fərman Məmmədov baxıcı Nəzakət Nəsibovanın ailəsinə 600 min manatlıq həm maddi, həm də mənəvi zərər verdiyini iddia edib. Deyib ki, illərdir Nəzakət Nəsibovaya qarşı qaldırdığı iddisını heç bir instansiya təmin etmir. Məsələ Ali Məhkəməyə qədər gedib çıxıb. Amma məsələ həllini tapmır. Hər halda bütün bunları Fərman Məmmədovun dilindən eşitdik. Onun sözlərinə görə, ailəsi Nəzakət Nəsibovanın bir dəfə toruna düşərək əziyyət çəkib. Məsələnin ictimailəşməsində məqsəd odur ki, digər vətəndaşlar həmin falçının toruna düşməsinlər:

“Biz Yasamal rayon məhkəməsi hakiminin dediyi kimi dələduz Nəzakət Nəsiboba ucbatından çox əziyyət çəkdik. Heç olmasa, insanlarımız bu qadını tanısın və onun toruna düşməsin. Oğlumun epilepsiyası var. Bir qadın həyat yoldaşıma bu xəstəliyin müalicəsi üçün görücü Nəzakət Nəsibovanı məsləhət görüb. Həmin qadının adı Səidədir. Bəlkə də qohumudur və ya kimdirsə bilmirəm. Hətta mənə elə gəlir ki, Səidə də onun şərti adıdır. Sadəcə bu qədər tanıyıram. Mənə demirlər ki, o qadın əslində kimdir. Çünki qorxurlar ki, həmin qadının üzərinə gedərəm. Belə baxanda o qadının günahı da yoxdur. Çünki məsləhət bilib ki, bizim uşağı ekstrasens Nəzakət Nəsibova sağalda bilər. Ona görə də yoldaşım onun yanına gedib. Nəzakət Nəsibova ilk olaraq “vizitka”sını yoldaşıma təqdim edib. Yəni, inansın ki, elə-belə adam deyil. Yeri gəlmişkən, “vizitka”sında özünü “Azərbaycan Xalq Biliciləri və Ekstrasenslər İttifaqının məzunu, Fatimeyi-Zəhra mükafatına layiq görülmüş ekstrasens-görücü Nəzakət Nəsibova” kimi təqdim edib. Falçı yoldaşıma deyib ki, sənin oğlunda bir şey yoxdur, düzələcək, özü də “çox “julik”” uşaq olacaq. Amma problem qızınızdadır. Deyib ki, qızınız 16 yaşına çatanda dünyasını dəyişəcək. Təbii ki, anadır, narahat olub və ağlamağa başlayıb.

Falçı deyib ki, ağlamaqla iş bitmir, sən başını işlət, mən dediklərimi etsən, qızına heç nə olmayacaq. Falçı buna psixoloji təsir edir və ələ alır. Görünür, falçı əvvəlcədən də ailəmiz haqda məlumatlandırılıb. Çünki yoldaşıma deyib ki, ərin hüquqşünasdır, polisdə işləyir, ona desən iş pozulacaq. Üstəlik yoldaşımın məndən boşanmasını da məsləhət görüb. Getdikcə görürdüm ki, yoldaşım səbəbsiz yerə üzərimə gəlir, mübahisə edir, “eşitmişəm qızlarla gəzirsən, boşanaq” deyir. Amma hiss edirdim ki, səbəb başqadır. Dedim ki, boşanırsan boşanaq, mən ərizə verməyəcəm və sabah da uşaqlara cavabdeh sənsən. Heç məhkəmə iclasına da getmədim. Kağız gəlirdi, cırıb atırdım. Beləliklə boşandıq. Falçı gördüyü iş müqabilində yoldaşımdan pul istəyir. O da qızıllarını hissə-hissə satıb pula çevirir və falçıya verir. Qızılları hara aparıb satdırmağın yolunu da elə Nəzakət Nəsibova ona başa salır. Uşaqların ad günlərində alınan qızıllar, hədiyyələrin hamısını dollara çevirib Nəzakət Nəsiboya verir.

Nəzakət Nəsibova həyat yoldaşıma deyirmiş ki, 27 min manatlıq üzüyünü girov qoyub, xaricdən maddələr gətirib. Həmin maddələrlə guya qızımın problemini həll edəcəkmiş. Ona görə də istədiyi məbləği almamış yoldaşımdan əl çəkməyib. Deyib, pulu verməsən, başına oyun açacağam. Hər yerdə adamım var. Olmasa DİN-in 100 metrliyində fəaliyyət göstərmərəm. Bütün var-dövlətimiz, evimiz getdi. İndi iki otaqlı evdə acınacaqlı vəziyyətdə yaşayırıq. Epilepsiya xəstəsi olan uşağa 74 manat pensiya alırıq. Hüquq-mühafizə orqanlarına şikayət edəndə ekstrasens 14 min manat müqabilində pul aldığını desə də, yoldaşım ona həmin məbləğdən də çox pul verdiyini deyir. Əslində başını itirib, bilmir ona nə verib. Qızım 2000-ci il təvəllüdlüdü. Yoldaşım da falçının yanına 2009-cu ildə gedib. 16 yaşına kimi gözləyib”.

“10 min lazımdır, ərinlə barış...”

Fərman Məmmədovun sözlərinə görə, qızının 16 yaşı tamam olanda həyat yoldaşı falçı ilə bağlı aralarında olan hər şeyi ona danışıb. Bunu eşitmək Fərman Məmmədova ağır gəlsə də, yoldaşına falçını hürkütməməyi tövsiyyə edib: “Həyat yoldaşım baxıcı ilə telefonla danışdı. Mən danışığın hamısını diskə yazdım. Falçı yoldaşıma “Sən hardasan, özü də işin tamamlanmasına 10 min manat qalmışdı, telefonlarımı götürmürsən. İndi pul lazımdır” - deyə həyat yoldaşıma bildirib ki, ərinlə barış. Bunu illər boyu oyuncaq kimi oynadıb. Yoldaşım deyəndə ki, 10 mini düzəldə bilməmişəm, cəmi 2 min manatım var, qayıdıb ki, “Sən yaxşı qızsan, sənin 2 minin başqasının 10 mininə bərabərdir”.

Falçıya təslim olan məhkəmələrin oyunu...

Şikayətçi məsələ ilə bağlı Yasamal rayon Məhkəməsinə müraciət etdiklərini deyib: “Artıq məsələ böyüyəndən sonra Nəzakət Nəsibova iddia etdi ki, yoldaşımdan pul şəklində sadəcə 14 min manat alıb. 650 min manatlıq evimi 2-3 gündə 225 min manata satdım. Evin üstündə ailə üzvülərimizin baş hərflərini xüsusi olaraq yazdırmışdım. Hansı ki, onu yalnız biz oxuya bilirdik. Məhkəməyə gedəndə hakim Ayaz Məmmədov dedi ki, narahat olma, qadın sizə qarşı dələduzluq edib. İkinci məhkəmədə hakim falçının prosesə qatılmağını tövsiyə etdi. Məhkəmə proseslərinin heç birinə Nəzakət Nəsibova qatılmadı, ancaq vəkilini göndərirdi. Hakim falçını dələduz adlandırdığı üçün işin xeyrimizə həll olunacağına arxayınlaşmışdım. Hakim onu boş yerə dələduz adlandırmamışdı. Çünki o xanımın Yasamal rayon məhkəməsində başqa işi vardı. Nəyisə bir müddət sonra oradan vəkilimə elan olundu ki, iş Nəzakət Nəsibovanın xeyrinə həll olunub. Heç hakim məni qəbul eləmək də istəmədi. Ən azından üzümə necə baxacağını görmək istəyirdim. Üstəlik mənə deyir ki, qızınız yaşayırsa, bu xanımdan nə istəyirsiz?”.

Sözügedən iş daha sonra Apellyasiya Məhkəməsinə verilib. Şikayətçinin sözlərinə görə, Apellyasiya Məhkəməsinin hakimi Azad İmanov da onları yaxşı qarşılayıb və baxıcının vəkilinə bildirib ki, Nəzakət Nəsibova mütləq prosesdə iştirak etməlidir: “Hakimlər gündə nə qədər şikayətçi qəbul edirlər. Onlar hamını yaxşı tanıyır. Təbii ki, Nəzakət Nəsdibovanın da prosesə gəlməyəcəyi aydın idi. Çünki az-çox onu ekstrasens kimi tanıyırlar. O, gəlsə bütün mətbuat ora töküləcək və o da müştərilərini itirəcək. Özünün dediyi kimi deputatlar, məmurlarla işləyir, nazirliklər onun arxasında dayanır. Özünə arxayındır. Onun bəzi dairələrlə çox böyük əlaqəsi var. Beləliklə Azad İmanov da Ayaz Məmmədov kimi işi görücünün xeyrinə həll etdi. Belə düşünürəm ki, məhkəmələrə Nəzakət Nəsibovanın təsiri var. Sonra Ali Məhkəməyə müraciət etdik. Amma heç məhkəməyə getmədim. Dedilər ki, Ali Məhkəmə də Apellyasiya və rayon məhkəməsinin qərarını qüvvədə saxlayır. Məhkəməyə 600 min manat mənəvi zərərə görə Nəzakət Nəsibovadan pul tutulması tələbi ilə müraciət etmişəm. Aydın məsələdir ki, o, həmin məbləği mənə verəcəyinə kimi daha xırda məbləğlərlə işi həll edib. Azərbaycanda yaşayırıq. Bunlara kim lazımdır, cinayətkar, yoxsa zərərçəkən?”

“Yeganə yol bu torpaqdan çıxıb getməkdir...”

Fərman Məmmədov üz tutduğu məhkəmə instansiyalarında ədalətin bərpa olunmamasından təngə gəldiyini deyib. Bildirib ki, yeganə yol olaraq ailəlikcə bu torpaqdan çıxıb getməkdir: “Bu illər ərzində Nəzakət Nəsibovanın bizə vurduğu maddi və mənəvi zərərin acısını indi daha çox yaşayırıq. Hansı ki, ər-arvad hər ikimiz həkimlərdə müalicələrdə qalmışıq. Digər tərəfdən də oğlumun epilepsiya xəstəliyi ilə bağlı narahatlıqları bizi yorub. Almaniyaya qədər aparmışam, xəstəliyin müalicəsi yoxdur. Qızımla bağlı falçının yoldaşıma dediyi sözlərə fikir verin: “Qızın qəzada ölməyəcək. Onun qatili sən olacaqsan. Elə bir şey edəcək ki, qızını sən öldürəcəksən. İndi aldandığı illərin heyfini çəkir. Hansı ki, pullarımız dəva-dərmana gedir” .

Fərman Məmmədovun növbəti addımı Avropa Məhkəməsinə müraciət etmək olacaq.

Bakıda məşhur falçıdan ağlagəlməz fırıldaq:
Bakıda məşhur falçıdan ağlagəlməz fırıldaq:
Bakıda məşhur falçıdan ağlagəlməz fırıldaq:
Bakıda məşhur falçıdan ağlagəlməz fırıldaq:
Bakıda məşhur falçıdan ağlagəlməz fırıldaq:
Bakıda məşhur falçıdan ağlagəlməz fırıldaq:















 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Bu gün, 22:26
Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Bu gün, 22:24
"25 min manat verdilər getmədim"
Bu gün, 22:22
Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Bu gün, 22:19
"Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36
Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35
"Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33
Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31
İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29
Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59
Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55
Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48
"O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44
Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39
Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34
Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02
İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52
Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15
Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13
Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02
HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59
İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57
"Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43
Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41
Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49
AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45
Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35
"Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33
İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28
"Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25
Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02
ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59
Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40
"İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37
Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16
Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14
"Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10
ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07
“Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11
İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08
Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05
Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43
Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40
“Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37
Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38
Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31
Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23
Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20
"5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07
Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru