İki övladın şəhid verən ana Adil Məmmədovdan ŞİKAYƏT ETDİ - Narazılıq VAR
Tarix: 24-02-2016, 12:06 | Çap et
Miq.az olaraq bir nüansı nəzərinizə çatdırırıq ki, Adil Məmmədovun digər qanunsuz əməlləri ilə də bağlı redaksiyamıza müxtəlif məzmunlu şikayətlər daxil olub. Lakin Xocalı faciəsini ümumilikdə deyil, öz ailəsində yaşayan, həyat yoldaşını və iki oğlunu şəhid verən Narxanım ananın şikayəti təkcə bir rayonun icra başçısına ünvanlanmır...Onun ünvanı bütün və bütov Azərbaycanadır. "Biz Məmmədovlar ailəsi 8 nəfər ailə üzvlərimizlə birlikdə Qərbi Azərbaycanın Göyçə mahalında yaşayırdıq. 1988-ci ildə məlum hadisələrdən sonra, böyük oğlum 1973-cü il təvəllüdlü Məmmədov Sərvər Məmməd oğlunu elimizdən-obamızdan didərgin düşən zaman şəhid verdim. Bir müddət sonra ailə üzvlərimlə bərabər Xocalı şəhərinə pənah gətirdik. Xocalı şəhərində əli silah tutanlar vətənin keşiyində durdular. 1992-ci il 25-dən 26-na keçən gecə Xocalı soyqırımı günü ailəlikcə ermənilərə əsir düşdük. 7 gün əsirlikdə qaldıqdan sonra, ermənilər 80 nəfər azərbaycanlını düşmən tərəfindən döyüşən və Azərbaycan əsgərləri tərəfindən öldürülən zənci birinin meyiti ilə dəyişdirdilər". Bu fikirləri Vətəninfo.az-a Xocalı hadisələrinin şahidi, iki oğlunu və həyat yoldaşını itirmiş Məmmədova Narxanım Heydərəli qızı söylədi. Narxanım ananın söylədiklərini dinləmək nə qədər ürəkağrıdan olsa da, bir nüansı qeyd etməyi özümüzə borc bilirik: İki oğlunu və həyat yoldaşını itirmiş bu məğrur Azərbaycan qadını bu gün də vətənin azadlığı uğrunda digər övladlarının şəhid vermək üçün hazır olduğunu bildirir. Bütün bunlara rəğmən, Narxanım ananın faciə dolu film kmi həyatını və yaşadıqlarını bir daha oxucularımıza çatdırırıq: "İki oğlum və həyat yoldaşım şəhid oldu... Oğlanlarımın başlarını gözümün qarşısında kəsdilər. Bir ana üçün bundan ağır işgəncə ola bilməzdi. Digər övladlarım aldıqları güllə yaralarından fiziki sağlamlıqlarını itiriblər. Özüm isə kürək nahiyəmdən güllə yarası almışam. Bu gün Xocalının ağrı-acısını mən və ailəm daşıdığımız qədər kimsə yaşamaz. Bu yaralar hər gün göynədikcə, o günləri yenidən yaşayırıq. Mən hələ övlad acısını demirəm. Allah heç bir anaya belə bir faciəni yaşatmasın. Başımıza gətirilənlərlə bağlı filimlər çəkilib, məqalələr yazılıb, kitablar dərc olunub. Xarici mətbutda onlarla məqalələr işıq üzü görüb. Buna baxmayaraq, hələ də Xocalı da törədilənlərlə bağlı ermənilər layiqli cavabların almayıblar. Ölkə rəhbərimiz İlham Əliyev, onun xanımı Mehriban xanım Əliyeva, eyni zamanda övladları Leyla xanım Əliyeva davamlı olaraq Xocalı faciəsinin, orda yaşanan zülm və əziyyətlərin dünyaya çatdırılmasında xidmətləri misilsizdir. Bu mübarizə ölkə rəhbərliyi tərəfindən ən yüksək səviyyədə həyata keçirilir ki, qoy bütün dünya erməni vəhşiliyindən xəbər tutsun. Biz inanırıq ki, ölkə başçısının səyi nəticəsində haqq-ədalət öz yerini tapacaq". Bizimlə həmsöhbət olan Narxanım ana danışdıqca giley-güzarı da bitib-tükənənə oxşamırdı. El-obasından didərgin düşən Narxanım ana onu da qeyd etdi ki, hal-hazırda Qobustan rayonunda məskunlaşıblar. Qobustan əhalisindən ağız dolusu danışan şəhid anası insanların haqqını belə izah etdi: "Qobustan camaatı bizə qaçqınlığı-didərginliyi hiss etdirmədilər. İki çörəklərindən birini bizə verdilər, övladlarının ayağından ayaqqabılarını çıxarıb uşaqlarımızın ayağına geyindirdilər. Allah o insanlardan razı olsun. Son beş ilə kimi Qobustan rayon İcra hakimiyyəti kollektiv şəkildə bizləri ziyarət edib. Ölənlərin ruhuna dualar oxuyardılar, ehsanlar verərdilər. Amma son bu beş ildə biz İcra hakimiyyətinin başçısı Adil Məmmədovun qəbuluna belə yazıla bilmirik. Sonuncu dəfə fevral ayının 8-də qəbulunda olmuşam. Qarşılaşdığım problemləri danışdım. Bəzi idarə rəhbərlərinə tapşırıqlar verdi, digər problemlərimizi həll edəcəyini bildirdi. Amma bu günə kimi o problemlərin biri belə həll olunmayıb. Qobustan rayonunda 37 min insan yaşayır. Bircə qaçqın və köçkün mənəm. Adil Məmmədov sadəcə olaraq elə bilir ki, şəhidlər xiyabanına gül qoymaqla, özünü televiziyada reklam etməklə ona tapşırılan vəzifəni icra edir. Amma ölkə başçısı cənab İlham Əliyev dəfələrlə bütün çıxışlarında məmurlara insanların qarşılaşdığı problemləri həll etməyi tapşırır. İcra başçısı Adil Məmmədov isə ölkə prezidentinin dediklərinin əksinə gedərək, nəinki sağlam insanların, hətta bizim kimi yaralı, qəlbi qırılmış, övladlarının başı kəsilmiş ailələri belə nəinki problemlərimizi həll etmək, hətta bizi dinləmək belə istəmir. Bu ədalət deyil oğul, bu insanlıq deyil oğul. Mən sizin vasitənizlə ölkəmin prezidentinə, ölkəmin birinci xanımı Mehriban Əliyevaya səslənirəm- iki övladı, həyat yoldaşı şəhid olan, ailə üzvləri müharibənin ən acı yaralarını daşıyan ananın səsinə səs versinlər. Çün ki, yaşadığımız vəziyyət insan yaşamına məxsus deyil". Qeyd edək ki, Narxanım ana bu fikirləri səsləndirən zaman gözlərindəki yaş sel olub axırdı. Amma yenə də qürurunu yüksək tutub, müəyyən problemləri yazmamağımızı istədi. "Oğul, biz prezidentimizdən narazı deyilik, onun müdafiəsində dayanaraq sadiq əsgəri kimi yenə də döyüşməyə hazırıq. Amma yerdəki məmurlar bizləri hədsiz dərəcədə əzirlər. Bu dediklərim sadəcə olaraq incikliyin və əzilmələrin səbəbidir".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kürd məsələsi Türkiyə ilə ABŞ arasında böhran yaradacaq - “Regnum”
Bu gün, 14:00 |
|
|
|
• Fəlakətli zəlzələ xəbərdarlığı: - Yüz minlərə insan öləcək
Bu gün, 13:58 |
|
|
|
• Bakıda 3 000 manat maaşa VAKANSİYA - FOTOFAKT
Bu gün, 13:19 |
|
|
|
• "Əli Kərimli də, Avropada oturan "bloqerlər" - vətən xainləri də İmişli hadisəsinə fikir bildirirlər" - Siyavuş Novruzov
Bu gün, 13:17 |
|
|
|
• "Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik" - İlham Əliyevdən Trampa İSMARIC
Bu gün, 13:15 |
|
|
|
• Azərbaycanda ət niyə dünya bazarındakı qiymətlərdən xeyli bahadır? - 3,7 MANATA İDXAL OLUNUR, 16 MANATA SATILIR ...
Bu gün, 13:12 |
|
|
|
• “Zərdabi LTD” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:10 |
|
|
|
• 19 İLİN “XƏSİS NAZİRİ”... – Azərbaycanın ən uzunömürlü maliyyə naziri nə ilə yadda qaldı?
Bu gün, 13:06 |
|
|
|
• İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti pisləşib, reanimasiyaya yerləşdirilib
Bu gün, 13:03 |
|
|
|
• Telefon zəngləri ilə talanan pullar: Necə qorunmalı? - AKTUAL
Bu gün, 13:01 |
|
|
|
• “Ağdamda niyə narla foto çəkdirdin” sualına Simonyanın CAVABI
Bu gün, 13:00 |
|
|
|
• "Buna daha dözümüm qalmayıb"
Bu gün, 12:58 |
|
|
|
• İrəvandan Minsk Qrupunun ləğvi ilə bağlı AÇIQLAMA
Bu gün, 12:57 |
|
|
|
• “Lazım gəlsə, pasportumu da göstərərəm” – Afət KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:55 |
|
|
|
• Ötən il azərbaycanlılar Türkiyədə nə qədər ev alıb?
Bu gün, 12:54 |
|
|
|
• Yenidən qurulan 9 milyonluq şirkətə direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:50 |
|
|
|
• Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
• Fərid Səfərli qarşılıqlı prosedur çərçivəsində qaytarılıb - ARANI QATANLAR KİMDİR?
Bu gün, 12:46 |
|
|
|
• Tehranda Azərbaycan və İranın Birgə İqtisadi Komissiyasının 16-cı iclası başlayıb
Bu gün, 12:43 |
|
|
|
• Yumurta bahalaşacaq? - Asossiasiya açıqlama yaydı
Bu gün, 12:37 |
|
|
|
• Ermənistan Aİİ-dən çıxmağa hazırlaşmır - Simonyan BELƏ DEYİR
Bu gün, 12:32 |
|
|
|
• AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir - VİDEO
Bu gün, 12:28 |
|
|
|
• İki tibb bacısı “TikTok”da Mehmet Tuncayın toruna necə düşüb? - TƏFƏRRÜAT
Bu gün, 12:24 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulmasını dünyaya yayan bloger haqda film çəkilir – KÖLGƏDƏ QALAN GERÇƏK QƏHRƏMAN
Bu gün, 12:23 |
|
|
|
• Qızı Nizaməddin Şəmsizadənin vəziyyətindən danışdı: - “Möcüzə gözləyirik”
Bu gün, 12:15 |
|
|
|
• Bakıda 37 milyonluq parkı kim tikir? – Abit Əliyevlə Şahin Verdəliyev anlaşması
Bu gün, 12:11 |
|
|
|
• "Dövlət içində dövlət qurublar..." - GİLEY
Bu gün, 12:07 |
|
|
|
• Oğlum dərin depressiyaya düşüb - İranın azad etdiyi tələbənin anası DANIŞDI
Bu gün, 11:55 |
|
|
|
• Avroparlamentin qətnamələrinin heç bir dəyəri yoxdur - Mamuka Mdinaradze
Bu gün, 11:53 |
|
|
|
• Polisi təhqir edən rəis həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:50 |
|
|
|
• Parisin Tramp qorxusu: - Makron Avropanı "oyatmaq" istəyir
Bu gün, 11:48 |
|
|
|
• Masallıda 11 il əvvəl evə qara maska ilə silahlı basqın edən şəxslər tutulub
Bu gün, 11:42 |
|
|
|
• “Xanımların işlə təmin edilməsi” adı altında 57 nəfəri aldatmaqda şübhəli bilinən şəxs saxlanılıb
Bu gün, 11:31 |
|
|
|
• Ukrayna şirkətləri Rusiyaya kömək ediblər
Bu gün, 11:30 |
|
|
|
• “Unibank”ın depozitləri son üç ayda 27 mln. manat azalıb - TƏFƏRRÜAT
Bu gün, 11:27 |
|
|
|
• Astarada SARAYDAXİLİ ÇƏKİŞMƏ... - Qəzənfər Ağayev BACARMADI...
Bu gün, 11:21 |
|
|
|
• Azneft dairəsinə "protiv" girən "Galenwagen" sürücüsü kimdir? - 90-TH-222...
Bu gün, 11:18 |
|
|
|
• Bakıda narkotiklərə qarşı əməliyyatlar keçirib - 20 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Bu gün, 11:14 |
|
|
|
• Paşinyan bu dəfə işə metro ilə getdi və əlil vətəndaşlarla... - "Velosiped havası deyil..."
Bu gün, 11:11 |
|
|
|
• 92 minlik dələduzluğa görə həbs edilən şəxsin işi Ali Məhkəmədə
Bu gün, 11:09 |
|
|
|
• "Səsini çıxaranları təhdid edirlər..." - Culfa sakinləri PROBLEM İÇİNDƏ...
Bu gün, 11:06 |
|
|
|
• “Balakhani Operating Company LTD” Sabunçu sakinlərinə qan uddurur - BU NƏDİ BELƏ?..
Bu gün, 11:01 |
|
|
|
• Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? - İLGİNC İDDİALAR
Bu gün, 10:59 |
|
|
|
• Qərbin təzyiqləri Gürcüstanı "3+3"ə gətirə bilərmi? - İNCƏLƏMƏ
Bu gün, 10:54 |
|
|
|
• Tehranla dəhliz planları baş tutmadı: Bakının hədəfini açıqladılar - “Respublika Meydanı”
Bu gün, 10:53 |
|
|
|
• Bakının milyon manatlıq torpaqları: Onları kimlər alır? - FOTO
Bu gün, 10:44 |
|
|
|
• Qonşuluqda inqilab söhbətləri: Hökumət də “yox” deyir, müxalifət də - NƏ BAŞ VERİR?
Bu gün, 10:42 |
|
|
|
• "Azərbaycan polisinə hücumlar edir, ləkələmək istəyirlər" - deputat
Bu gün, 10:37 |
|
|
|
• "Çimnaz bir çoxları kimi maskalanmamışdı"
Bu gün, 10:35 |
|
|
|
• "Məktəbli övladımı küçə itlərinin əhatəsindən güclə qurtarmışam..." - NARAZILIQ VAR...
Bu gün, 10:29 |
|
|
|
|