Qorxmaz Hüseynov üçün yeganə yaşam şərti budur: - Su... QAZANC mənbəyidir!
Tarix: 23-02-2016, 09:04 | Çap et
Ölkənin korrupsiya bataqlığına çevrilmiş əsas ocaqlarından biri də “Azərsu” Açıq Səhmdar Cəmiyyətidir. Bu qurumun barəsində az qala elə bir gün yoxdur ki, mətbuatda şikayətlər, vətəndaş müraciətləri çap olunmasın.
Ört-basdır yolu
Elə vaxt olmayıb ki, ASC-nin ayrı-ayrı vəzifəlilərinin fəaliyyətindəki nöqsanlar, rəhbərlikdə təmsil olunanların maxinasiyaları, nəhayət, “Azərsu” prezidenti Qorxmaz Hüseynovun əməlləri haqda yazılar dərc olunmasın.
Q.Hüseynov haqda ittihamlar, yayımlanan sənədlər, faktlar və onun yaxın çevrəsinin korrupsiya piramidasında iştirakını təsdiqləyən detalların üzə çıxmasına baxmayaraq, ASC sədri reallıqlara münasibət bildirməkdən yayınır. Əksinə, məsələləri ört-basdır etmək kursunu seçib, mətbuatın gündəmindən çıxarmaq üçün çırmanıb. Amma ittihamlar, sensasion məlumatlar səngimir.
Rüşvət əməliyyatlarında və tender oyunlarında peşəkarlaşan “Azərsu” rəhbərliyi haqda yeni-yeni xəbərlər dərc olunmaqdadır.
"Azərsu"da mövcud olan qanun pozuntuları, büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi və qurumun sədri Qorxmaz Hüseynovun işinin öhdəsindən layiqincə gələ bilməməsi haqqında silsilə yazılar dərc etmişdik. Təəssüf ki, ASC sədri fəaliyyətində dönüş yaratmaq istəmir. Biz isə apardığımız araşdırmalar nəticəsində adıçəkilən məmurla bağlı yeni məlumatlar əldə etmişik.
2 milyard hara sovruldu?
Apardığımız araşdırmalar göstərir ki, son dörd ildə Azərbaycanın su təsərrüfatı və kanalizasiya sistemlərinin bərpası və yenidən qurulması işlərinə dövlət büdcəsindən və hökumət zəmanətilə alınan kreditlər hesabına təqribən 2 milyard dollar həcmində vəsait yatırılıb.
Oğuz-Qəbələ-Bakı su kəməri bura aid deyil. O cümlədən 2011-ci ilin dövlət büdcəsindən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə beynəlxalq kredit layihələri üzrə Azərbaycan tərəfinin payının
maliyyələşdirilməsi üçün 20,22 mln, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası üçün 87 mln, Bakının 11 rayon mərkəzinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası üçün 181,112 mln, 2011-ci ilin büdcəsində "Azərsu" ASC-yə əsaslı vəsait qoyuluşları üzrə isə 73,550 mln. manat vəsait ayrılıb.
Dünya Bankı, Asiya İnkişaf Bankı, Almaniyanın KFV bankı və digər maliyyə qurumlarından isə yenidənqurma işlərinə 35 mln. dollara yaxın (27,65 mln. manat) kredit cəlb olunub. Dövlət Neft Fondundan Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihəsinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq ayrılan 32,6 mln. manatı da nəzərə alsaq, beləliklə, 2011-ci il üzrə "Azərsu" ASC-nin sərəncamında 422,132 mln. manat vəsait olub.
Yəni yarım milyard manat. 2012-ci ilin dövlət büdcəsindən ASC-yə 582 milyon manat vəsait ayrılıb. Nəticə isə göz qabağındadır. Paytaxtın bəzi mərkəzi əraziləri istisna olmaqla əksər qəsəbələrə su fasilələrlə verilir.
Bakının elə kəndləri var ki, (məsələn Zığ kimi) əhali suyu maşınla alır. Şəhərin mərkəzində belə problemlər mövcuddursa, görün bölgələrdə durum nə yerdədir. Qorxmaz Hüseynov, buna inkişaf demək olar?
Miriyevlər pulları daşıyır
“Gündəm-xəbər”in məlumatına görə, qurumun podratçı şirkətlərindənbiri, ASC-nin prezidenti Qorxmaz Hüseynovun qohumu yağlı tenderlərin qənimi “Hidro İnşaat Servis” MMC rəhbəri Yavər Miriyev barəsində müdhiş faktlar açıqlanıb.
Dövlətin su və kanalizasiya layihələrinə ayırdığı yüz milyonlarla manat vəsaitlərin xərclənməsində mənimsənilən pullarla böyük sərvət sahibi olan Yavər, Şakir və Rəşid Miriyevlər əllərindəki vəsaitləri xaricə çıxarmağa başlayıb.
İddialara görə, Yavər Miriyev qardaşı ilə Türkiyəyə səfər edib. Həmin səfər ərəfəsində Yavər Miriyev İstanbul şəhərində özlərinə villa alamq üçün əmlak agentliyinə müraciət edib.
Miriyevlər onlara təklif olunan əmlakların içərisində yan-yana üç villanı bəyəniblər. Miriyev qardaşları İstanbulda villa almaq üçün ümumi 750 min dollar xərc çəkib. Ən bahalı villa isə 350 min dollara Yavər Miriyevin payına düşüb.
Miriyevlər qardaşlarının Bakı şəhəri "Vişnyovka”da yerləşən və böyük bir sahəni əhatə edən üç villası da var. Həmin vilaların qiyməti milyon dollarla ölçülür. Bundan başqa Yavərə Miriyevə məxsus Albalıq bağlarında şah sarayına oxşayan villa 10 milyon manat dəyərində qiymətləndirilir. Yavər Miriyev təkcə villasının pilləkəninə 150 min dollar xərc çəkib.
Şişirdilmiş smetalar və…
Son 8 ildə ölkənin regionlarında Asiya İnkişaf Bankının, Dünya Bankının və Dövlət Neft Şirkətinin dəstəyi ilə həyata keçirilən su və kanalizasiya layihələri xeyli sayda rayonu əhatə etməkdədir. Həyata keçirilən bu lahiyələrdə Azərbaycan, Almaniya və Türkiyə şirkətləri iştirak edirlər.
"Azərsu" ASC nin nəzarəti altında həyata kecirilən bu layihələrdə külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı mətbuatda müxtəlif səpkili məlumatlar gedib. Həmin məlumatlarda su və kanalzasiya layihələri üçün ayrılan vəsaitlərin böyük bir hissəsində görülmüş işlərin qiymətlərinin bir neçə dəfə şişirdilməsi və ayrılan vəsaitin böyük bir hissəsinin mənimsənilməsi ilə bağlı ilginc faktlar yer alıb.
Məlumata görə, "Azərsu" ASC görülən işlərdə korrupsiya faktlarını inkar etsə də, əslində, ölkədəki hüquq-mühafizə orqanları və yüksək instansiyalar ASC-nin müqavilə bağladığı şirkətlərin su və kanalzasiya lahiyələrində korrupsiya fakltarının olduğunu yaxşı bilirlər.
Qorxmaz Hüseynov nə qədər inkar etsə də, fakt ondan ibarətdir ki, "Azərsu" ASC-nin podratçı şirkətləri sədrin ən yaxın adamlarına məxsusdur və şirkətlər vasitəsi ilə dövlətin yüz milyonlarla manat vəsaitləri mənimsənilib.
“Hidro-İnşaat Servis” MMC oyunları
ASC sədri vəzifə səlaiyyətərindən istifadə edərək qohumlarının yaxın adamlarının adına müxtəlif şirkətlər açaraq həmin şirkətlərin bir çox rayonlarda həyata keçirilən su və kanalzasiya lahiyyələrində iştirakını təmin edərək böyük korrupsiya maxinasiyalarına yol açıb. Bu şirkətlərdən biri də «Hidro-İnşaat Servis» MMC-dir.
Şirkət 2011-ci ildə Qorxmaz Hüseynovun qaynı Cəbrayılov Namiq Cidalı oğlu tərəfindən təsis olunub. Bu MMC 2011-ci il aprelin 15-də qeydiyyatdan keçib və cəmi bir neçə ay sonra «Azərsu»nun layihələrinə cəlb olunub. «Azərsu» prezidentinin qaynının cəlb olunduğu başqa bir şirkət isə «Hidro-Lotus» MMC-dir.
«Hidro-Lotus» MMC, «Hidro-İnşaat Servis» MMC yaradılandan 3 ay sonra - 2011-ci il iyulun 26-da qeydiyyatdan keçib. «Hidro-Lotus» MMC-nin 70 faizi «Hidro-İnşaat Servis»ə, 30 faizi isə Türkiyənin «Lotus Müteahhitlik Planlama İnşaat Mühendislik Enerji Madencilik Ve Taşimacilik Anonim Şirketi»nə (qısaca «Lotus») məxsusdur.
Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun layihəsi və tikintisi üçün 5 milyon manatlıq layihə məhz «Hidro-Lotus» MMC-yə tapşırılıb. Qeyd edək ki, bu fakt Qorxmaz Hüseynovun kiçik korrupsiya faktlarından biridir.
Qohumbazlıq və qayının firmasında yeyinti
Azərbaycan qanunvericiliyi iqtisadiyyatda qohumbazlığı qadağan edir və bu bir neçə qanunla tənzimlənir. Ancaq ASC sədri ölkənin heç bir qanunlarını tapdalayaraq özünün bildiyi kimi hərəkət edib.
Qorxmaz Hüseynovun qaynı Namiq Cəbrayılova məxsus "Hidro İnşaat Servis” MMC ilə bağlı bilgi verən mənbə qeyd edir ki, adıçəkilən şirkətə ASC sədrinin tapşırığı ilə onun ən yaxın adamı Yavər Miriyev rəhbərlik edir.
Bu həmin Yavər Miriyevdir ki, şirkətin Bakı şəhərində həyata keçirdiyi böyük bir layihədə işçilərin əmək haqqısının yarı hissəsini kəsərək gündəmə gəlib. Həmin vaxt Yavər Miriyev əmək haqlarının 2 ayının kəsilməsini başının dərdə olması ilə izah edərək buna görə hüquq-mühafizə orqanlarındakı yüksək rütbəli şəxslərə 300 min manat rüşvət verdiyini iddia edib.
Mənbə bildirir ki, «Hidro-İnşaat Servis» MMC-nin iştirka etdiyi bütün layihələrdə həyata keçirilən işlərin qiymətləri ən azı 5 dəfə şişirdilib. Şişirdilən rəqəmlərdən isə Yavər Miriyevlə ASC sədri Qorxmaz Hüseynov və onun qaynı Namiq Cəbrayılov külli miqdarda qazanc əldə ediblər.
Buna misal olaraq, bir neçə rayonda yaradılan böyük təsərrüfat sahələrdini və on hektarlarla istixanaları göstərmək olar. Məhz Yavər Miriyevlə Namiq Cəbrayılov adı çəkilən rayonda özlərinin şəxsi kənd təsərrüfatı sahələrinə milyonlarla manat vəsait xərcləyiblər.
20 milyonluq çirkli pul
Məlumatda vurğulanır ki, Yavər Miriyev hər zaman "Azərsu" ASC sədri Qorxmaz Hüseynov və qaynı Namiq Cəbrayılovla isti yaxın münasibətlərindən gen bol danışır. Şirkət rəhbəri bir neçə məclisdə Qorxma Hüseynova Quba rayonun Qəçrəş kəndində möhtəşəm villa tikdirdiyini, həmçinin Türkiyədə ASC sədrinə ev tikdirməsini dəfələrlə dilinə gətirib.
Məlumatlı mənbə adıçəkilən şirkətin layihələrində istifadə olunan texnikaların əslində bir çoxunun Yavər Miriyevin qardaşı Şakir Miriyevə məxsus olduğunu və müqavilənin onunla bağlanaraq ay
ərzində külli miqdarda vəsaiti mənimsədiklərini bildirib. Şirkətdə işçilərə və görülən işlərə nəzarəti isə digər qardaş Rəşid Miriyev həyata keçirib.
İddia olunur ki, Miriyev qardaşlarının "Hidro İnşaat Servis" MMC -dəki maxinasiyalar vasitəsi qazandıqları çirkli pulun miqdarı ən azı 20 milyon manatdan çoxdur. Çünki hər üç qardaş həm Bakıda, həm də Hacıkənddə eyni stildə dəbdəbəli vilalar inşa ediblər.
Görəsən, qiyməti milyon manatlarla dəyərində olan bu villaları Miriyev qardaşları necə əldə ediblər? Bundan başqa, paytaxtın Səbail rayonu Badamdar qəsəbəsində qardaşlara məxsus bir neçə bina evi və bir sıra obyektlər var. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfi dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kürd məsələsi Türkiyə ilə ABŞ arasında böhran yaradacaq - “Regnum”
Bu gün, 14:00 |
|
|
|
• Fəlakətli zəlzələ xəbərdarlığı: - Yüz minlərə insan öləcək
Bu gün, 13:58 |
|
|
|
• Bakıda 3 000 manat maaşa VAKANSİYA - FOTOFAKT
Bu gün, 13:19 |
|
|
|
• "Əli Kərimli də, Avropada oturan "bloqerlər" - vətən xainləri də İmişli hadisəsinə fikir bildirirlər" - Siyavuş Novruzov
Bu gün, 13:17 |
|
|
|
• "Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik" - İlham Əliyevdən Trampa İSMARIC
Bu gün, 13:15 |
|
|
|
• Azərbaycanda ət niyə dünya bazarındakı qiymətlərdən xeyli bahadır? - 3,7 MANATA İDXAL OLUNUR, 16 MANATA SATILIR ...
Bu gün, 13:12 |
|
|
|
• “Zərdabi LTD” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:10 |
|
|
|
• 19 İLİN “XƏSİS NAZİRİ”... – Azərbaycanın ən uzunömürlü maliyyə naziri nə ilə yadda qaldı?
Bu gün, 13:06 |
|
|
|
• İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti pisləşib, reanimasiyaya yerləşdirilib
Bu gün, 13:03 |
|
|
|
• Telefon zəngləri ilə talanan pullar: Necə qorunmalı? - AKTUAL
Bu gün, 13:01 |
|
|
|
• “Ağdamda niyə narla foto çəkdirdin” sualına Simonyanın CAVABI
Bu gün, 13:00 |
|
|
|
• "Buna daha dözümüm qalmayıb"
Bu gün, 12:58 |
|
|
|
• İrəvandan Minsk Qrupunun ləğvi ilə bağlı AÇIQLAMA
Bu gün, 12:57 |
|
|
|
• “Lazım gəlsə, pasportumu da göstərərəm” – Afət KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:55 |
|
|
|
• Ötən il azərbaycanlılar Türkiyədə nə qədər ev alıb?
Bu gün, 12:54 |
|
|
|
• Yenidən qurulan 9 milyonluq şirkətə direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:50 |
|
|
|
• Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
• Fərid Səfərli qarşılıqlı prosedur çərçivəsində qaytarılıb - ARANI QATANLAR KİMDİR?
Bu gün, 12:46 |
|
|
|
• Tehranda Azərbaycan və İranın Birgə İqtisadi Komissiyasının 16-cı iclası başlayıb
Bu gün, 12:43 |
|
|
|
• Yumurta bahalaşacaq? - Asossiasiya açıqlama yaydı
Bu gün, 12:37 |
|
|
|
• Ermənistan Aİİ-dən çıxmağa hazırlaşmır - Simonyan BELƏ DEYİR
Bu gün, 12:32 |
|
|
|
• AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir - VİDEO
Bu gün, 12:28 |
|
|
|
• İki tibb bacısı “TikTok”da Mehmet Tuncayın toruna necə düşüb? - TƏFƏRRÜAT
Bu gün, 12:24 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulmasını dünyaya yayan bloger haqda film çəkilir – KÖLGƏDƏ QALAN GERÇƏK QƏHRƏMAN
Bu gün, 12:23 |
|
|
|
• Qızı Nizaməddin Şəmsizadənin vəziyyətindən danışdı: - “Möcüzə gözləyirik”
Bu gün, 12:15 |
|
|
|
• Bakıda 37 milyonluq parkı kim tikir? – Abit Əliyevlə Şahin Verdəliyev anlaşması
Bu gün, 12:11 |
|
|
|
• "Dövlət içində dövlət qurublar..." - GİLEY
Bu gün, 12:07 |
|
|
|
• Oğlum dərin depressiyaya düşüb - İranın azad etdiyi tələbənin anası DANIŞDI
Bu gün, 11:55 |
|
|
|
• Avroparlamentin qətnamələrinin heç bir dəyəri yoxdur - Mamuka Mdinaradze
Bu gün, 11:53 |
|
|
|
• Polisi təhqir edən rəis həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:50 |
|
|
|
• Parisin Tramp qorxusu: - Makron Avropanı "oyatmaq" istəyir
Bu gün, 11:48 |
|
|
|
• Masallıda 11 il əvvəl evə qara maska ilə silahlı basqın edən şəxslər tutulub
Bu gün, 11:42 |
|
|
|
• “Xanımların işlə təmin edilməsi” adı altında 57 nəfəri aldatmaqda şübhəli bilinən şəxs saxlanılıb
Bu gün, 11:31 |
|
|
|
• Ukrayna şirkətləri Rusiyaya kömək ediblər
Bu gün, 11:30 |
|
|
|
• “Unibank”ın depozitləri son üç ayda 27 mln. manat azalıb - TƏFƏRRÜAT
Bu gün, 11:27 |
|
|
|
• Astarada SARAYDAXİLİ ÇƏKİŞMƏ... - Qəzənfər Ağayev BACARMADI...
Bu gün, 11:21 |
|
|
|
• Azneft dairəsinə "protiv" girən "Galenwagen" sürücüsü kimdir? - 90-TH-222...
Bu gün, 11:18 |
|
|
|
• Bakıda narkotiklərə qarşı əməliyyatlar keçirib - 20 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Bu gün, 11:14 |
|
|
|
• Paşinyan bu dəfə işə metro ilə getdi və əlil vətəndaşlarla... - "Velosiped havası deyil..."
Bu gün, 11:11 |
|
|
|
• 92 minlik dələduzluğa görə həbs edilən şəxsin işi Ali Məhkəmədə
Bu gün, 11:09 |
|
|
|
• "Səsini çıxaranları təhdid edirlər..." - Culfa sakinləri PROBLEM İÇİNDƏ...
Bu gün, 11:06 |
|
|
|
• “Balakhani Operating Company LTD” Sabunçu sakinlərinə qan uddurur - BU NƏDİ BELƏ?..
Bu gün, 11:01 |
|
|
|
• Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? - İLGİNC İDDİALAR
Bu gün, 10:59 |
|
|
|
• Qərbin təzyiqləri Gürcüstanı "3+3"ə gətirə bilərmi? - İNCƏLƏMƏ
Bu gün, 10:54 |
|
|
|
• Tehranla dəhliz planları baş tutmadı: Bakının hədəfini açıqladılar - “Respublika Meydanı”
Bu gün, 10:53 |
|
|
|
• Bakının milyon manatlıq torpaqları: Onları kimlər alır? - FOTO
Bu gün, 10:44 |
|
|
|
• Qonşuluqda inqilab söhbətləri: Hökumət də “yox” deyir, müxalifət də - NƏ BAŞ VERİR?
Bu gün, 10:42 |
|
|
|
• "Azərbaycan polisinə hücumlar edir, ləkələmək istəyirlər" - deputat
Bu gün, 10:37 |
|
|
|
• "Çimnaz bir çoxları kimi maskalanmamışdı"
Bu gün, 10:35 |
|
|
|
• "Məktəbli övladımı küçə itlərinin əhatəsindən güclə qurtarmışam..." - NARAZILIQ VAR...
Bu gün, 10:29 |
|
|
|
|