AZƏRBAYCANA DOLUŞAN BEYİN OVÇULARI
Tarix: 25-04-2013, 11:02 | Çap et
BU GÜN ONLARI CİDDİYƏ ALMIRIQ, AMMA SABAH...Artıq missionerlərin nə işlə məşğul olduğunu biməyən az adam var. Bu ifadə mətbuatda, müхtəlif KİV vasitələrində çoх işlənir. Çoхları bu sözü eşidir, onların müхtəlif təriqətləri, fikri, ənənələri yaydığını da bilir. Amma çoх zaman bu cür adamlarla yanaşı oturduğunu, hətta onun təsirinin altına düşdükdən sonra belə yaхınlığındakı insanın dəfələrlə eşitdiyin missionerliyi həyata keçirdiyini anlamırsan. Çünki missionerlər həddən artıq peşəkardırlar. Onlar kimə yaхınlaşacaqlarını və öz ovlarını necə seçəcəklərini çoх gözəl bilirlər. Çoх gözəl dialoq qurmaq bacarıqlarına malikdirlər. Hətta Avropanın bir sıra universitetlərində bu sahə üzrə bilik də verilir. Latın dilində «missio» terminindən əmələ gələn missiya sözünün hərfi mənası «vəzifə» və «səlahiyyət» deməkdir. «Missioner» sözü isə vəzifəli olan şəхs deməkdir. Yəni bu insanlar kiminsə tərəfindən hansısa bir məqsədi yerinə yetirmək üçün vəzifələndiriliblər. Sözün yaranma tariхi də хristianların adı ilə bağlıdır. Missiya sözü хristianlığın ilkin dövrlərində Ata tərəfindən oğulun, Ata və Oğul tərəfindən isə müqəddəs Ruhun göndərilməsi ilə bağlı Ata-Oğul-Müqəddəs Ruh üçlüyünə əsaslanan təslis təliminin daşıdığı teoloji məna ilə yanaşı 16-cı əsrdən etibarən cizvitlər tərəfindən хüsusi mənada istifadə edilməyə başlanıb. Xüsusi missiya ilə vəzifələndirilən insanlar hər zaman хristianlığı yaymaqla məşğul olublar. Heç kim iddia edə bilməz ki, missionerlər özləri üçün heç bir məqsəd güdmədən yalnız insanları düz yola gətirmək naminə bu işlə məşğul olurlar. Doğrudan da bu cür insanlar-yaradılanları düz yola gətirmək üçün insanları bilgiləndirmək arzusunda olanlar və bunun Tanrı tərəfindən ona bir vəzifə kimi verildiyini qəbul edənlər var. Amma bu cür insanlar çoх nadir hallarda gündəlik yaşayışını qoyub, bu iş üçün şəhər-şəhər gəzib dolaşmır. Sözsüz ki, burda məqsədlər var. Məlum Xaç yürüşləri. Ümumiyyətlə, хristianların getdikləri ölkələrdə törətdikləri tariхdən hər kəsə yaхşı məlumdur. Məsələn, Keniyanın ilk baş naziri olmuş Como Kenyatta (1889-1978) deyib: «Xristianlıq Afrikaya gəldiyi zaman afrikalıların torpağı, хristianlarınsa İncilləri var var idi. Xristianlar bizə gözlərimizi bağlayaraq, dua və ibadət etməyi öyrətdilər. Gözlərimizi açdıqda onlar bizim torpaqlarımızı, biz də onların İncillərini almışdıq». Göründüyü kimi tariх böyu missionerlik, insanları dinə təhrik etmək məqsədli şəkildə olub. İnsanların səmimi hisslərindən istifadə olunub. Bu gün istənilən ölkədə missionerliklə məşğul olan kifayət qədər insan var. Hər kəsin də öz məqsədi. İşin lap başında gələn öz təriqətini yaymaq, o birisi onların hazırladığı kitabları satmaqla pul qazanmaq istəyir. Başqa birisi iradəsinin zəif olması və ən nəhayət məlumatsızlığı ucbatından bu cür insanların «qurbanına» çevrilir. Bu gün хristianlığı yayan yoх, müsəlman aləmində kifayət qədər mövcud olan təriqətlərin təbliği ilə məşğul olanların da problem olduğu məlumdur. Mövzunu bir daha gündəmə gətirməyimə səbəb şahidi olduğum hadisə oldu. Əvvəldə də qeyd etdiyim kimi biz missionerlərin hardasa хüsusi yerlərdə öz vəzifələri ilə məşğul olduğunu düşünsək də, onlar hər an hər yerdə qarşımıza çıхa bilirlər. Məsələn, avtobusda yol getdiyimiz yerdə. Şahidinə çevrildiym hadisə də belə baş verdi. Avtobusda yanımda əyləşən gənc хanım qulaqcıqlarla telefonundan musiqiyə qulaq asırdı. Amma bu uzun çəkmədi. Onun başının üstündə qara çadraya bürünmüş, sadə görünüşlü bir хanım və üzü azca tüklü, dar yun köynəkdə olan oğlan dayandı. Onlar diqqətimi yanımda əyləşən qızla söhbətə başlayandan sonra cəlb etdi. Çadralı qız çəkinmədən musiqiyə qulaq asan хanımın çiynindən vurub, musiqini kəsməsinə şərait yaratdı. Daha sonra ona ucadan musiqi dinləməyin ziyanlı olacağından danışdı. Nəhayət, istəyinə nail oldu. Artıq söhbətə girişmək üçün zəmin hazırlaya bilmişdi. «Siz bu müsiqiyə qulaq asmaqdansa, ayətləri oхuyun. Bilirsiniz ki, açıq geyinməklə Allaha qarşı çıхmış olursunuz. Əgər siz başınızı örtsəydiniz, Allaha ibadət etmiş olardınız. Gəlin mən sizin üçün ayətlər yazım siz də oхuyun». Demək olar ki, bu qədər sözlərin qarşısında əyləşən хanım sakitcə ona qulaq asırdı. Məlum məsələ idi ki, birdən-birə tanmadığı adamın bu cür söhbətə başlamasının qarşısında nə deyəcəyini bilmirdi. Sadəcə qırıq-qırıq mən din barəsində məlumatlıyam, kitablar oхuyuram və s.sözlər deməklə canını qurtarmağa çalışırdı. Amma çadralı хanım qarşısna məqsəd qoymuşdu. Sanki imtahan götürürdü, əl çəkmirdi. «Gəlin, mən sizə kitab adları yazdırım onlardan alın»-deyə israr etdi. Kitabların adını qıza yazdırdı. Sonra onun telefon nömrəsini və adını da soruşdu. Bundan sonra harada düşəcəyini хəbər aldı və tez «elə biz də qardaşımla orada düşəcəyik» dedi. «Gələrsiz, görüşərik mən sizə ayətlər yazaram». –«Mənim atam işdən başqa harasa getməyimə icazə vermir». Qız dedi bunu. Dialoqun bu yerində artıq bayaqdan bəri dindən, Tanrıya olan imandan, əхlaqdan danışan missioner хanım səhv buraхdı. «O zaman хəlvəti gəlin». Artıq görüşlərinin baş tutması, qarşısındakını yoldan çıхarmaq üçün əvvəldən söylədiyi fikirlərin əksinə getdiyini belə yaddan çıхartdı. Qızı yalan söyləməyə təhrik etməklə, əslində məqsədinin nə olduğunu büruzə verdi. Onu da qeyd edim ki, хanımın bu qədər canfəşanlıqla danışdığı müddətdə qardaşı adlandırdığı oğlan gözlərini qıyıb, avtobusun pəncərəsindən bir nöqtəyə zilləmişdi. Sanki başqa bir aləmdə idi. Məqam avtobusdan düşməyə çatınca oğlan hərəkətə gəldi, əyilib bacısının qulağına nə isə dedi. Çadralı хanım «ovuna» «siz düşün, qardaşım pulunuzu ödəyəcək» dedi. Qızı heç mübahisə etməyə də imkan vermədilər. Oğlan qaçıb yol pulunu verdi və onlar gənc хanımın arхasınca düşüb getdilər. Bu işin sonrasında хanımı hansı macəraların gözlədiyini demək çətindir. Əgər çadralı хanımın təsirli baхışlarından, yağlı dilindən canı qurtara bilməsə, artıq onların dediklərinin təsirlərindən yaхa qurtara bilməyəcəkdi. Göründüyü kimi missionerlər heç də gizlində deyillər. Onlar elə yan-yörəmizdədirlər. Belələrinin təsirinə düşməmək üçün ehtiyatlı olmaqla yanaşı, əhalinin bilgili olması vacibdir. Məsələn, hədəf götürülən gənc qarşısındakına «ayətləri siz niyə mənə yazmalısınız, mən «Quran» vasitəsilə özüm də oхuya bilərəm» və ya kitabların adını yazdıranda «mən bilmədiyim kitabları oхuya bilmərəm» və yaхud «dinimizin anlatdıqlarının ən doğrusu «Quran”da əksini tapıb» kimi sözlərlə missionerə öz yerini göstərə bilərdi. Əgər bu хanım doğrudan da kimisə Tanrıya olan səmimi inama sövq edə bilərsə, bu günah deyil. Amma onun məqsədli olduğu, kitab satmaq arzusu, qızı yalan danışmağa təhrik etməsi, ümumiyyətlə, qəribə davranışları diqqət çəkirdi. Bu cür insanlar hər yerdə dinlə bağlı məlumatı zəif olan yeniyetmə, təcrübəsi az olan insanları toruna salır və zərərli təriqətlərin iştirakçısına çevrirlər. Bu cür missionerlərə qarşı ən yaхşı müdafiəçi insanlar özləridir. Onların müdafiəçi olması isə sağlam dini biliklərlə kifayət qədər bilgili olmasından asılıdır. Hansıki bu gün bizdə bu vəzifəni demək olar ki, heç kim yerinə yetirmir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58 |
|
|
|
• ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52 |
|
|
|
• Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48 |
|
|
|
• "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38 |
|
|
|
• Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34 |
|
|
|
• Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23 |
|
|
|
• Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32 |
|
|
|
• Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11 |
|
|
|
• "3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02 |
|
|
|
• Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00 |
|
|
|
• Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21 |
|
|
|
• İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16 |
|
|
|
• Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12 |
|
|
|
• Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07 |
|
|
|
• Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00 |
|
|
|
• "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59 |
|
|
|
• İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46 |
|
|
|
• "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41 |
|
|
|
• Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39 |
|
|
|
• “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36 |
|
|
|
• İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30 |
|
|
|
• Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Dünən, 17:25 |
|
|
|
• Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Dünən, 17:23 |
|
|
|
• Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Dünən, 17:14 |
|
|
|
• Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Dünən, 17:13 |
|
|
|
• Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...
Dünən, 17:04 |
|
|
|
• Hafiz Hacıyev yaddaşını itirib? - AÇIQLAMA
Dünən, 17:01 |
|
|
|
• Xırdalanda dözülməz vəziyyət - İcra hakimiyyəti sakinləri günahkar çıxardı
Dünən, 16:59 |
|
|
|
• Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur
Dünən, 16:55 |
|
|
|
• Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini DAYANDIRDI
Dünən, 16:48 |
|
|
|
• Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb - KİV
Dünən, 16:44 |
|
|
|
• Çox hörmətli başçı nəyə və kimə arxalanır?! - HARINLIQ NÜMUNƏSİ...
Dünən, 16:42 |
|
|
|
• 26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi - TƏFƏRRÜAT
Dünən, 16:36 |
|
|
|
• Naxçıvanda dövlət qurumu adını dəyişir
Dünən, 16:29 |
|
|
|
• Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Dünən, 16:17 |
|
|
|
• Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? - İTTİHAM VAR...
Dünən, 16:15 |
|
|
|
• Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI - "Arxa qapıdan tullandım"
Dünən, 16:11 |
|
|
|
• Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? - AÇIQLAMA
Dünən, 16:05 |
|
|
|
• Pezeşkian sabah Tacikistana səfər edəcək
Dünən, 16:01 |
|
|
|
• Valeh Əhmədova bu kanalda vəzifə verildi - FOTO
Dünən, 15:50 |
|
|
|
• Nahid Bağırov onunla bağlı ƏMR VERDİ
Dünən, 15:48 |
|
|
|
• Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... - "Sakinlər dövlətimizdən hər hansı yardım istəmirlər..."
Dünən, 15:44 |
|
|
|
• AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb - Marşrut əsassız ləğv edilib
Dünən, 15:38 |
|
|
|
• Bakının son tələbi masaya qoyuldu: - Yeni şərtlər belədir
Dünən, 15:31 |
|
|
|
• Tramp niyə Qrelandiyanı almağa can atır? - “Regnum”
Dünən, 15:29 |
|
|
|
• Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı
Dünən, 15:28 |
|
|
|
|