NAZİRLİYİN İŞÇİSİ QANUNSUZ TƏLƏBƏ QƏBULUNDA İTTİHAM OLUNUR
Tarix: 5-12-2011, 12:04 | Çap et
ORXAN KƏRİMOVA QARŞI İTTİHAM İRƏLİ SÜRÜLDÜ
Şair Əli Kərimin oğlu, məhbus Orxan Kərimovun vəkili Ramiz Məmmədov “Media forum” saytına açıqlama verib. Orxan Kərimov bu il iyunun 6-da həbs olunub. O, Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin müdir müavini vəzifəsində çalışıb. Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunan Orxan Kərimov Bakı İstintaq Təcridxanasında saxlanır.
Dekabrın 5-də “Media forum”a danışan vəkil Ramiz Məmmədov deyib ki, son vaxtlar Orxan Kərimov barədə qeyri-dəqiq informasiyalar dolaşır: “Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin istintaq şöbəsində Orxan Kərimov və qeyriləri barədə cinayət işinin istintaqı davam edir. Altı ay əvvəl Orxan Kərimova Cinayət Məcəlləsinin 308.2 və 311.3 maddələri ilə ittiham elan olunub və həmin ittihamlarda heç bir dəyişiklik edilməyib”.
Vəkilin sözlərinə görə, saxta diplomların hazırlanması ilə bağlı məsələnin Orxan Kərimova heç bir aidiyyəti yoxdur və istintaq ona qarşı belə ittiham irəli sürməyib: “Cinayət işi bir çox illərə aid olan qanunsuz tələbə köçürmələri ilə bağlıdır. Orxan Kərimova 2009-cu ildə törədilməsi ehtimal edilən qanunsuz tələbə köçürmələri ilə əlaqədar bir epizod üzrə ittiham verilib. Lakin konkret olaraq kimin və ya kimlərin bir təhsil müəssisəsindən digərinə köçürülməsi ilə bağlı ittiham konkret olmadığından o, ifadə verməkdən imtina edib.
Ümumiyyətlə, bu məsələlər onun vəzifə səlahiyyətlərinə aid deyil. Hazırda istintaqın gedişinə mane olmamaq üçün bir onu bildirirəm ki, Orxan Kərimov Təhsil Nazirliyində bu məsələlərlə bağlı sənədlərin həqiqiliyini yoxlayan, araşdırmalar aparan, qərar verən səlahiyyətli şəxs olmayıb. Təhsil nazirinin əmri ilə belə səlahiyyətlər Orxan Kərimovun üzərinə də qoyulmayıb”.
Ramiz Məmmədov qeyd edib ki, müdafiə tərəfi altı ay ərzində dəfələrlə Orxan Kərimovun pozulmuş hüquqları ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalıb: “Buna səbəb onun barəsində qəbul olunmuş qərarların və edilmiş hərəkətlərin qanunsuz olmasıdır. Lakin məhkəmə çəkişmələri zamanı ittiham tərəfi ortaya əsaslandırılmış mövqe qoymayıb. Qəbul olunmuş qərarlarda digər təqsirləndirilən şəxslərin müxtəlif illərdə tələbə köşürmələri ilə bağlı vətəndaşlardan rüşvət almalarına istinad olunsa da, bunların Orxan Kərimova heç bir aidiyyəti yoxdur. Qanunsuz ittihamlarla bağlı o, susmaq marağında da deyil. Mümkündür ki, yaxın zamanlarda öz mövqeyini istintaqa bildirməklə ifadə versin. Cavabsız suallar çoxdur, biz hələlik öz dəlillərimizi mətbuata təqdim edib istintaqın gedişinə mane olmaq istəmirik”.
Vəkil deyib ki, Bakı İstintaq Təcridxanasında saxlanan Orxan Kərimovun səhhətindən narahatdır: “2009-cu ildə Orxan Kərimov infarkt keçirib və ürəyinə “Driver stendi “ qoyulub. Hazırda onun səhhətində 2009-cu ildə yaranmış simptomlar yenidən özünü büruzə verir və təkrar cərrahiyyə əməliyyatına zərurət yaranıb. Ona görə də biz məhkəməyə vəsatətlə müraciət edərək Orxan Kərimov barəsində həbsin ev dustaqlığı ilə əvəz edilməsini istədik. Lakin məhkəmələr təqdim edilmiş tibbi sənədlərə, anamnez məlumatlara obyektiv qiymət vermək marağında olmadılar. Onun həbsdə saxlama müddəti 4 mart 2012-ci ilə qədər uzadılıb.
Orxan Kərimovun səhhətində ciddi problemlər yaşanır və bu, ekspertiza rəyi ilə təsdiq olunur. Keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə görə, o, ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası, III funksional sinir, karonar angioplastikadan sonrakı vəziyyət, sol mədəciyin arxa divarında miokardın qidalanmasının zəiflənməsi, sol mədəciyin ön çəpərində, zirvədə miokardın hipoksiyasının əlamətləri, sunus bradukardiyası xəstəliklərindən əziyyət çəkir və müalicəyə ehtiyacı var.
Lakin bundan sonra ekspertiza rəyində qəribə, anlaşılmaz bir motivasiya da verilir ki, müalicəyə zərurət yarandıqda Orxan Kərimov barəsində stasionar və ya ambulator şəraitdə müalicə aparılmaqla onun həbsxana şəraitində saxlanılması mümkündür. Bu rəydə qeyri-dəqiqlik var və nəticə ilə razılaşmaq mümkün deyil. Birmənalı olaraq Orxan Kərimovun Mərkəzi Kliniki Xəstəxanada və ya Mərkəzi Neftçilər Xəstəxanasında, müayinə, əməliyyat, habelə reabilitasiya olunmasına ehtiyacı var və buna 2-3 ay vaxt lazımdır. Təəssüf ki, buna şərait yaradılmır, vətəndaşın hüququ kobud şəkildə pozulur.
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Orxan Kərimovun səhhətində yaranmış problemləri nəzərə almaqla onun həbsinin ev dustaqlığı ilə əvəz edilməsi üçün iki dəfə Baş Prokurorluğa yazılı müraciət göndərib, lakin bu müraciətlər cavabsız qalıb”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Bu gün, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Bu gün, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Bu gün, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Bu gün, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Bu gün, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Bu gün, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Bu gün, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Bu gün, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Bu gün, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Bu gün, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Bu gün, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Bu gün, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Bu gün, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Bu gün, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
|